Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
19-12-2023, 22:20
Azərbaycandan Rusiyaya 36 ton yumurta ixrac olunub


Azərbaycandan Rusiyaya 36 ton yumurta ixrac olunub

Azərbaycandan Rusiyaya 36 ton yumurta ixrac edilib.
Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-da “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib.
19-12-2023, 22:08
Xəzərdə 130-a yaxın ölü suiti aşkarlandı


Xəzərdə 130-a yaxın ölü suiti aşkarlandı

Xüsusi Komissiya Dağıstanda Xəzər dənizi sahillərində monitorinq apararkən Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmiş 130-a yaxın ölü suiti aşkar edib.
Bu barədə regional Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu həftəsonu sahildə 130-a yaxın ölü heyvan qeydə alınıb. Onların əksəriyyəti artıq çürüyüb. Heyvanların təkcə Xəzər dənizinin Rusiya sahillərində deyil, həm də Azərbaycan və İran sahillərində ölməsi istisna deyil. Kütləvi ölümün dəqiq səbəbi hələ ki aydın deyil”, - deyə qurum qeyd edib.
Nazirlikdən izah olunub ki, Xəzər suitisinin kütləvi tələfatı son illərdə heyvanların Şimaldan Cənubi Xəzər dənizinə aktiv miqrasiyasının müşahidə olunduğu bir vaxtda mütəmadi qaydada qeydə alınır.
19-12-2023, 21:51
Yeni ildə prezident seçkiləri keçirilməyəcək - Zelenski


Yeni ildə prezident seçkiləri keçirilməyəcək - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə prezident seçkilərini keçirməyə hazır olmadığını bildirib.
Bu barədə o, mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Ali Rada da buraxılmayacaq.
“Müharibə zamanı seçki keçirə bilməzsiniz. Biz ancaq Ukrayna qanunvericiliyinə uyğun hərəkət edə bilərik. Mən isə Ukrayna qanunlarına uyğun yaşayıram. Ən azından bunun üçün hər şeyi edirəm”, - prezident bildirib.
19-12-2023, 20:44
Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi


Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
İclasın gündəliyinə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər daxil edilib.
Görüşdə Ermənistan Prezidenti, hökumət və ordu rəsmiləri iştirak edib.
19-12-2023, 20:30
Prezident seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçiriləcək - Rəsmi Bakı


Prezident seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçiriləcək - Rəsmi Bakı

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.
E.Məmmədovun qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
19-12-2023, 20:25
Cevdet Yılmaz Azərbaycana səfər etdi


Cevdet Yılmaz Azərbaycana səfər etdi

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edib.
Bu barədə Cevdet Yılmaz "X" hesabında paylaşım edib.
Onu Baş nazirin müavini Əli Əhmədov və digər şəxslər qarşılayıb.
19-12-2023, 19:47
Ceyhun Bayramov Rusiyanın xüsusi nümayəndəsini qəbul etdi


Ceyhun Bayramov Rusiyanın xüsusi nümayəndəsini qəbul etdi

Dekabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Xəbərə görə, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat verib, növbəti ildə də mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19-12-2023, 18:56
Təhsil müəsisələrində telefon qadağan edilib? - Rəsmi


Təhsil müəsisələrində telefon qadağan edilib? - Rəsmi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatların təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini açıqlayıb.
Bu barədə Dövlət Agentliyindən bildirilib.
"Məlumat üçün bildiririk ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib.Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.
Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir", - qurumdan qeyd olunub.
19-12-2023, 18:34
Qaz balonu partladı, ana və qızı xəsarət aldı


Qaz balonu partladı, ana və qızı xəsarət aldı

Ağdaşda evdə qaz balonu partlayıb, iki nəfər xəsarət alıb.
Hadisə rayonun Şəmsabad kəndində baş verib.
1977-ci il təvəllüdlü Niyaməddin İkram oğlu Həmidova məxsus fərdi yaşayış evində maye qaz balonu partlayıb.
Nəticədə 1981-ci il təvəllüdlü Elnarə Akif qızı Həmidova və övladı, 2007-ci il təvəllüdlü Elcan Niyaməddin qızı Həmidova xəsarət alaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
19-12-2023, 18:13
Öz namizədimizi irəli sürməmək barədə qərar qəbul etdik - Hikmət Hacıyev


Öz namizədimizi irəli sürməmək barədə qərar qəbul etdik - Hikmət Hacıyev

"Partiyamızın qurultayında növbədənkənar Prezident seçkilərində öz namizədimizi irəli sürməmək barədə qərar qəbul etdik".
Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
H.Hacıyev deyib ki, radikal müxalifət qüvvələri məhz onun namizəd ola biləcəyindən qorxaraq seçkiləri boykot edirlər.
"Radikal müxalifət mənim namizədliyimi əsas gətirərək seçkilərə qatılmaq istəmədilər. Mən də bunu nəzərə alaraq geri çəkilirəm. İndi meydanı onlara buraxıram, buyursunlar, özlərinə güvənirlərsə, seçkilərə getsinlər".
H.Hacıyevin sözlərinə görə, Müasir Müsavat Partiyası növbədənkənar seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək.
"Əziz qardaşım, dövlət başçısı İlham Əliyevin namizədliyini müdafiə etməklə bağlı partiyaların rayon təşkilatlarına tapşırıqlar verilib, qərargahlar yaradılıb. Düşünürəm ki, düzgün qərar verdik. Mən növbədənkənar seçkilərdə namizədliyimi irəli sürmədim. Radikal qüvvələr mənim namizədliyimdən çəkinirdilər. Deyirdilər ki, "Hafiz Hacıyev namizəd olacaq, bizi televiziyada təhqir edib söyəcək". İndi hünərləri çatır, seçkiyə getsinlər.
Partiyamız dövlətçiliyn yanındadır".
Müasir Müsavat Partiyasının sədri namizədliyini irəli sürən digər siyasətçiləri geri çəkilməyə çağırıb:
"Birinci seçki debatında namizədliklərini geri götürsünlər. Hamısı Qarabağı işğaldan azad edən Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləsinlər. Bu insanlar bilməlidir ki, İlham Əliyev olan meydanda digərlərinin gücü, imkanları yoxdur. İlham Əliyev olan yerdə o biriləri cücəyə bənzərdirlər. Müasir Müsavat Partiyası növbəti Prezident kimi indidən İlham Əliyevi təbrik edir və uğurlar arzulayır".
H.Hacıyev hakimiyyət daxilindəki bəzi məmurlara da mesaj göndərib:
"Hakimiyyət daxilində çox ciddi kadr islahatları aparılmalıdır. Biz bu məsələdə cənab Prezidentin yanındayıq. Kimin cəsarəti çatırsa, qarşımıza çıxsın. Düşünürəm ki, növbədənkənar seçkilərdən sonra iqtisadi islahatlar həyata keçiriləcək, hakimiyyət daxilində Qərbə işləyən müəyyən qüvvələr sıradan çıxarılacaq".
Xatırladaq ki, 2024-cü fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin - hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" İctimai Birliyinin sədri Fuad Əliyevin namizədliyi irəli sürülüb.
Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!