40 gündür Səni axtarırıq .....                        Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir .....                        Gürcüstandan Almaniyaya etiraz .....                        Millimiz Estoniyada məğlub oldu .....                        Daha bir hərbi komissar saxlanıldı - RƏSMİ .....                        Zelenski Şoltsla bir arada .....                        Pre-COP29 konfransına yekun vuruldu .....                        Ordumuz raket və artilleriyanı işə saldı - VİDEO .....                        Milli Məclisdə AŞPA nümayəndə heyəti yaradılmadı - ÖZƏL .....                       
14-12-2023, 23:24
Macarıstanın baş naziri Ukraynaya görə sammitdə iştirak etmədi


Macarıstanın baş naziri Ukraynaya görə sammitdə iştirak etmədi

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların aparıldığı sammitdə iştirak etməyib.
Bu barədə “The Guardian” nəşri yazıb.
O, digər ölkələrin mövqeyi ilə razılaşmadığı üçün Aİ sammitini tərk edib.
“Macarıstan yanlış qərarın bir hissəsi olmaq istəmir. Biz mövqeyimizi dəyişməmişik”, - deyə Orban bildirib.
Qeyd edək ki, Aİ bu gün Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara başlamaq qərarına gəlib.
14-12-2023, 22:22
Bayden türkiyəli həmkarıyla telefon danışığı apardı


Bayden türkiyəli həmkarıyla telefon danışığı apardı

ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Məlumatı Türkiyə tərəfi yayıb.
Telefon danışığı zamanı Qəzzadakı vəziyyət müzakirə olunub. Ərdoğan deyib ki, ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyi dayandırması tezliklə atəşkəsi təmin edə bilər.
Telefon danışığı zamanı, həmçinin Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.
Ərdoğanla Bayden F-16 məsələsi barədə də fikir mübadiləsi aparıb.
14-12-2023, 22:13
Gürcüstanın Avropa İttifaqına üzvlüyü barədə qərar verildi


Gürcüstanın Avropa İttifaqına üzvlüyü barədə qərar verildi

Avropa İttifaqının (Aİ) sammitində Gürcüstana təşkilata üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi barədə qərar verilib.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel məlumat verib.
“Avropa İttifaqı Şurası Gürcüstana namizəd statusu verib”, - Aİ rəhbəri bildirib.
Gürcüstan 2022-ci ilin martında Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. 2022-ci ilin iyununda Avropa İttifaqının Brüsseldəki dövlət başçıları və nümayəndəlikləri Ukrayna və Moldovaya namizəd ölkələr statusu verib, lakin Gürcüstanın müraciəti təsdiqlənməyib. Aİ Gürcüstana namizəd ölkə statusu almaq üçün zəruri olan 12 şərt təklif edib.
Sentyabrda Avropa diplomatiyasının rəhbəri Cozep Borel bildirib ki, Gürcüstan bu statusu almaq üçün zəruri olan 12 şərtdən yalnız üçünü yerinə yetirib. Noyabrda Avropa Komissiyası (AK) Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsini tövsiyə edib.
14-12-2023, 21:46
Qarabağdakı sülhməramlılarla bağlı açıqlama


Qarabağdakı sülhməramlılarla bağlı açıqlama

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Rusiya Sülhməramlı Kontingentinin komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə humanitar minalardan təmizlənməsinə dair razılıq əldə olunması ilə bağlı danışıqlar aparılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Razılığa əsasən, Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edəcək.
"Sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmini və humanitar qanunlara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər", - açıqlamada bildirilir.
14-12-2023, 21:04
Zelenski elan etmədən Almaniyaya getdi


Zelenski elan etmədən Almaniyaya getdi

Ukrayna prezidenti Volodimir Zelenski elan olunmamış səfərlə Frankfurta gəlib.
Bu barədə "Bild" nəşri yerli polisə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib və bir sıra yollar bağlanıb.
Zelenski Amerikanın Ukraynaya hərbi yardım üçün qərargahının yerləşdiyi Visbadenə gedəcək.
Qeyd edək ki, dekabrın 13-də Zelenski Ukrayna-Şimali Avropa sammitində iştirak etmək üçün Osloya gəlib. Ukrayna prezidenti Norveç, Danimarka, İslandiya, Finlandiya və İsveç baş nazirləri, həmçinin Norveç kralı V Harald ilə görüşüb.
14-12-2023, 20:22
Moskva üçtərəfli sazişlərdən imtina etməui təhlükəli hesab edir


Moskva üçtərəfli sazişlərdən imtina etməui təhlükəli hesab edir

Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər kompleksindən imtina etmək cəhdlərini təhlükəli hesab edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internent səhifəsində qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı yayılan bəyanatda bildirilib.
O qeyd edib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər qüvvədə qalır:
"Tərəflər imzalarını geri götürməyiblər və biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması səbəbindən bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik".
Zaxarova deyib ki, belə bir addım qaçılmaz olaraq, ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək.
"Qərb psevdovasitəçilərinin köməyi ilə bu çağırışları dayandırmaq mümkündür. ABŞ və Aİ Rusiyadan fərqli olaraq, Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə çalışmırlar, onların vəzifəsi bizi və digər regional oyunçuları Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni bir gərginlik mənbəyi yaratmağa çağırmaqdır”, - Rusiya XİN nümayəndəsi vurğulayıb.
O söyləyib ki, rəsmi Moskva yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsini təşkil etməyə hazırdır.
14-12-2023, 19:29
Azərbaycan və Türkiyənin XİN Başçıları bir sıra məsələləri müzakirə etdi


Azərbaycan və Türkiyənin XİN Başçıları bir sıra məsələləri müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, habelə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə 2023-cü ildə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin, qardaş Türkiyədə isə Cümhuriyyətin 100 illik yubileyinin qeyd edilməsi fonunda iki ölkə arasında bütün səviyyələrdə təmaslarımızın daha intensiv, daha məhsuldar xarakter aldığı vurğulanıb.
Çoxşaxəli və zəngin Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin cari vəziyyətindən məmnunluq ifadə edilib, siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə münasibətlərin tarixi yüksəliş mərhələsində olduğu bildirilərək Şuşa Bəyannaməsinin bu xüsusda mühüm zəmin olduğu qeyd olunub.
Habelə, beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb. Çoxtərəfli platformalarda, o cümlədən BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyətindən söz açılıb.
Nazirlər həmçinin bölgəmizdə sabitliyin qorunmasında Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin vacib roluna toxunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bu gün bölgədə tarixi məqamın yarandığını, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasının və bu kimi təməl prinsiplərə hörmətlə yanaşılmasının bölgədəki davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğunu bir daha bəyan ediblər.
Görüşdə nazir Ceyhun Bayramov həmkarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın 30 illik işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın geri qayıdış prosesi, habelə Azərbaycan Ermənistan arasında etimad quruculuğu istiqamətində atılan son addımlar barədə məlumatlandırıb.
Nazir Cehyun Bayramov işğaldan azad edilmiş ərazilərdə fəaliyyətlərində Türkiyə tərəfinin aktiv iştirakını yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlərin iştirakı ilə keçirilmiş mətbuat brifinqində görüşün nəticələrinə dair bəyanatlar səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.
14-12-2023, 18:43
Müsavat Partiyasının üzvü saxlanıldı


Müsavat Partiyasının üzvü saxlanıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.
Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.
Hələ ki, onun nədə şübhəli bilindiyi açıqlanmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı təsdiqləyib.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda araşdırma aparılır.
14-12-2023, 18:19
“Kəpəz” və “Sumqayıt” oyunu bərabərliklə sonlandırdı


“Kəpəz” və “Sumqayıt” oyunu bərabərliklə sonlandırdı[b][/b]

Misli Premyer Liqasında XVII tura start verilib.
Turun ilk günündə bir matç baş tutub.
“Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edib. Matçdakı hər iki qol ilk 45 dəqiqədə vurulub.
Qonaqlar hesabı açsa da, “Kəpəz” bərabərlik qoluna imza atıb. Hərəyə bir qol vuran komandalar bir xalla ayrılıb.
Qeyd edək ki, tura dekabrın 18-də yekun vurulacaq.
14-12-2023, 17:30
Səni başqan seçdirməyəcəyik - Merak Akşenerin müavini


Səni başqan seçdirməyəcəyik - Merak Akşenerin müavini

Türkiyədə İYİ Partiyanın sədr müavini Mete Koca sosial mediada İstanbul bələdiyyəsinin sədri, CHP-nin qarşıdakı yerli seçkilərdə də namizədi olacaq Ekrem İmamoğlunu hədəfə alıb.
Koca İmamoğlunu İstanbulun bələdiyyə məclisində (İBB məclisi) İYİ Partiyaya qarşı "əməliyyat keçirməkdə" ittiham edib.
O, İmamoğlunu "CHP-nin həmsədri" adlandıraraq hazırkı sədr Özgür Özeli İmamoğlunun idarə etdiyinə eyham vurmağa çalışıb.
"CHP-nin həmsədri İBB məclis üzvləri vasitəsilə əməliyyat keçirir. Əməliyyatın böyüyü 31 martda (bələdiyyə seçkilərinin keçiriləcəyi tarix - red.) olacaq, cənab həmsədr! Səni başqan seçdirməyəcəyik", - deyə Meral Akşenerin müavini yazıb.
Qeyd edək ki, İBB məclisindəki İYİ Partiya fraksiyası rəhbərinin müavini İbrahim Özkan Akşenerin istəyi ilə vəzifəsindən istefa vermişdi. Daha sonra yenidən keçirilən seçkilərdə o, vəzifəsinə yenidən seçilib. Özkan partiyanın bələdiyyə seçkiləri ilə bağlı siyasətini tənqid etmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!