Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
6-12-2023, 22:26
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı


ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.
Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken məlumat verib.
Paketin dəyəri 175 milyon dollardır.
Paketə HIMARS raket sistemləri, AGM-88 HARM anti-radar raketləri, artilleriya mərmiləri, zirehli deşici mərmilər, atıcı silah sursatları, maneələrin məhv edilməsi üçün dağıdıcı döyüş sursatları, mühüm infrastrukturun mühafizəsi üçün avadanlıqlar daxildir.
6-12-2023, 21:34
AzTV-nin əməkdaşının vəfat etməsiylə bağlı bəzi məqamlar üzə çıxıb


AzTV-nin əməkdaşının vəfat etməsiylə bağlı bəzi məqamlar üzə çıxıb

AzTV-nin əməkdaşı Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından sonra vəfat etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bununla bağlı 24 yaşlı Vüqarın dostları ailəyə istinadən məlumat veriblər.
Onlar bildiriblər ki, ilkin məlumata əsasən, Vüqar xəstəxanadan evə buraxıldıqdan sonra xeyli miqdarda su içib, bundan sonra vəziyyəti ağırlaşıb: “Ailəsi deyir ki, həkim göstərişi ilə yeməyi və suyu kiçik həcmdə qəbul etməli idi. Lakin Vüqar əməliyyatdan sonra, evdə valideyninə susadığını bildirib və çoxlu miqdarda maye qəbul edib.
Mədənin yeni əməliyyat edildiyini nəzərə alaraq çoxlu su içməsinin ardınca Vüqarın halı pisləşib. Valideyninin dediyinə görə, təcili tibbi yardım briqadası evə çağırılıb, lakin, o, xəstəxanaya aparılarkən dünyasını dəyişib”.
Ötən gün vəfat edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sürücüsü 24 yaşlı Vüqar Rəsulov bu gün Şəki rayonunda dəfn edilib.
6-12-2023, 21:09
Ukraynanın sabiq deputatının Moskvada meyiti tapıldı


Ukraynanın sabiq deputatının Moskvada meyiti tapıldı

Moskvada Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.
Bu barədə "Kommersant" qəzeti yazıb.
Rusiya hakimiyyətinə yaxın "Mash" teleqram kanalının məlumatına görə, siyasətçinin cəsədi Suponevo kəndindəki hotelinin park ərazisində tapılıb.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Suspilne” telekanalına müsahibəsində bildirib ki, siyasətçi Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
“Ukrayinska Pravda” nəşri siyasətçinin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları tərəfindən atıcı silahlarla güllələndiyini yazıb.
Noyabrın 13-də Lvovun Lıçakovski Rayon Məhkəməsi İlya Kivanı əmlakı müsadirə olunmaqla qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib. O, hakimiyyəti zorakılıqla dəyişməyə çağırışlarda, müharibə aparmaqda, dövlətə xəyanətdə və kommunist simvollarından ictimai istifadədə təqsirli bilinib.
6-12-2023, 20:28
SAF 2023 Festivalını nazirlər və deputatlar ziyarət etdi - FOTOLAR


SAF 2023 Festivalını nazirlər və deputatlar ziyarət etdi - FOTOLAR

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir.
Nazirlikdən bildirilib ki, festivalın üçüncü günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə naziri Teymur Musayev, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini icra edən, nazir müavini Elxan Nəcəfov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Ekspo Mərkəzini ziyarət ediblər.
Qonaqlar festival çərçivəsində keçirilən yarışların gedişi ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.
Qonaqlara məlumat verilib ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilir. Festivalda iştirak üçün 159 əcnəbi şagird ölkəmizdə səfərdədir. Onlar Türkiyə, Niderland, Çexiya, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistanı təmsil edirlər. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Böyük Britaniya, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət ediliblər.
Festival dekabrın 8-dək davam edəcək.










6-12-2023, 20:23
Ceyhun Bayramov ABŞ rəsmisiylə görüşdü


Ceyhun Bayramov ABŞ rəsmisiylə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüş keçirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.
Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
6-12-2023, 20:01
Şəhid atası dünyasını dəyişdi


Şəhid atası dünyasını dəyişdi

Bu gün Neftçalada şəhid atası vəfat edib.
Şəhid Elşən Xankişiyevin atası Elşad Xankişiyev dünyasını dəyişib.
Qeyd edək ki, şəhid Elşən Xankişiyev 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.
E.Xankişiyev 21 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
6-12-2023, 19:46
Ermənistanın saxta ittihamları beynəlxalq hüququn norma və prinsiplərə ziddir


Ermənistanın saxta ittihamları beynəlxalq hüququn norma və prinsiplərə ziddir

“Azərbaycan Ordusunun hərbi qulluqçusunun saxta ittihamlarla azadlıqdan məhrum edilməsi, həmçinin cəzasının ağırlaşdırılaraq ömürlük həbslə əvəz olunması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”.
Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan tərəfindən hərbi qulluqçumuza verilmiş qanunsuz cəzanın daha da sərtləşdirilməsinə münasibətində deyib.
“Tərəfimizdən bu məsələ ilə əlaqədar dəfələrlə müraciətlər olunsa da, Ermənistan hələ də beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda, Ermənistanın bu təxribatyönümlü addımı iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində görülən işlərə də ciddi maneə yaradır.
Bir daha bildirirəm ki, Ermənistan tərəfi qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovu, həmçinin hərbçimiz Aqşin Bəbirovu dərhal azad etməli, onların ölkəmizə geri qaytarılması üçün zəruri addımlar atmalıdır. Yekunda qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha aidiyyəti beynəlxalq təşkilatlar, xarici ombudsman və milli insan hüquqları institutlarından Azərbaycan Ordusunun hərbi qulluqçularının azad edilməsi istiqamətində təsirli tədbirlərin görülməsini tələb edir, eləcə də onları Fransanın insan hüquq və azadlıqlarına qarşı sərgilədiyi hörmətsiz rəftarına münasibət bildirməyə çağırıram”, - deyə Ombudsman bildirib.
6-12-2023, 19:43
Günəşlidə avtobus yaşayış evlərinin üzərinə çıxdı


Günəşlidə avtobus yaşayış evlərinin üzərinə çıxdı

Bu gün Bakının Günəşli qəsəbəsində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.
46 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.
Nəticədə avtobus yol kənarında yamacda yerləşən yaşayış evlərinin üzərinə çıxıb.
Hadisə zamanı ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
6-12-2023, 19:15
ABŞ sülhün bərqarar olmasına öz töfhəsini verə bilər - Prezident


ABŞ sülhün bərqarar olmasına öz töfhəsini verə bilər - Prezident

Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.
Bunu Prezident İlham Əliyev dekabrın 6- ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynla görüşdə deyib.
Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.
6-12-2023, 19:07
İlham Əliyev ABŞ rəsmisini qəbul etdi


İlham Əliyev ABŞ rəsmisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.
Görüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edildi.
Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırdı.
Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.
Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpaolunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd etdi.
Dövlətimizin başçısı regionda Orta Dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini dedi və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışdı.
Ceyms O’Brayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğuladı. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxundu, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini dedi, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırdı.
Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirdi.
Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı..
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!