Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
17-12-2023, 19:32
Nekroloq


Nekroloq
Rəşid Təhməzoğlu (Quliyev)

Azərbaycanın elm ictimaiyyətinə, Zəngəzur mahalına ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq institutunun əməkdaşı, Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Rəşid Təhməzoğlu (Quliyev) haqqa qovuşub.
Quliyev Rəşid Təhməz oğlu 30 may 1939-cu ildə Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Girətağ kəndində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş, “Əhməd Cəmilin yaradıcılıq yolu” mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi almışdır. Onun 82 elmi əsərindən 35-i xaricdə çap olunub. “Nazim Hikmətin yaradıcılığında Şərq” və “Zəngəzur folkloru antologiyası” elmi əsərləri də alimin gərgin tədqiqatları nəticəsində ərsəyə gəlib.
Rəşid Təhməzoğlu həm də poetik maraq dairəsi çox geniş olan çağdaş poeziyamızın tanınmış simalarından biridir. O, Azərbaycan poeziyasının incəliklərini yaxşı bilən, aktual mövzu seçimində öz dəsti-xətti ilə olan, müasir həyat həqiqətlərinin təsvirini bacarıqla qələmə alan, orijinal ifadə vasitələri, şeiriyyəti ilə seçilən istedadlı nüfuz sahibi idi. O, həm elm sahəsində, həm də poetik yaradıcılıqda yorulmaq bilməyən, aktual mövzular sahəsində çox səmərəli araşdırmalar aparan, maraqlı fikirləri ilə fərqlənən elm adamı və şair kimi hər kəsin diqqətini cəlb etməyi bacarmışdır.
R.Təhməzoğlunun qələmindən çıxan bütün sözlər ürəkdən gəlir və həmişə də xalqımız üçün müqəddəs hissləri tərənnüm edirdi. Müasirləri Rəşid Təhməzoğlunu yeni strukturlu şeirlərin müəllifi, bədii təsvir və ifadə vasitələrinin ustası, bənzərsiz poetik düşüncələrin bilicisi kimi dəyərləndirmiş, bu keyfiyyətləri onun bir ədib kimi üstünlüyü və özünəməxsusluğu hesab etmişlər.
Rəşid Təhməzoğlu lirik təfəkkürlə epik təfəkkürü bir arada sığışdırıb, ayrı-ayrılıqda minillik Azərbaycan şeirinin bu iki qolunu yüksək sənət nümunəsi kimi yaşada bilib. Onun qələmi, amalı, niyyəti, arzusu saf, təmiz olduğu kimi qələmə aldığı şeirlər də oxuculara eyni saflığı, ülviliyi, digər nəcib hiss və duyğuları aşlayır.
Rəşid müəllimin 2004-cü ildə nəşr olunan, Zəngəzur mahalının Qafan bölgəsindən olan tanınmışlar ça həsr olunmuş “Ucalıq yurdu” kitabı böyük rəğbətlə qarşılanmışdı.
R.Təhməzoğlunun poeziyasında vətən sevgisi, vətən məhəbbəti xüsusi önəm kəsb edir. Şair uşaqlıq illərində gəzib dolaşdığı yerləri, böyük məhəbbətlə sevdiyi ana yurdun dağlarını, meşələrini, yamaclarını, çaylarını, bulaqlarını həsrətlə xatırlayar, xəyalən doğma ellərin seyrinə çıxar, o ulu torpağın dünyada belə tayı-bərabəri olmadığını vurğulayardı və bir gün dogma ocağa qayıdacağına çox inanırdı.
Təəssüfki əcəl ona bu müqəddəs arzusuna çatmağa macal vermədi. Rəşid Təhməzoğlu cismən aramızdan getsə də, əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ruhu şad olsun!

Qafan Rayon İcması adından:
Eldar Abbasov,
İcmanın sədri
17-12-2023, 17:51
Vahid Rusiya Partiyası Putinin namizədliyini yekdilliklə dəstəkləyir


Vahid Rusiya Partiyası Putinin namizədliyini yekdilliklə dəstəkləyir

Rusiyanın hakim Vahid Rusiya Partiyasının XXI qurultayı keçirilib.
Qurultayda Prezident Vladimir Putin də iştirak edib.
Vahid Rusiya Partiyasının qurultayı prezident seçkilərində Putinin namizədliyini yekdilliklə dəstəkləyib.
Qurultayda çıxış edən Vahid Rusiya Partiyasının sədri Dmitri Medevdev Putinin Rusiya Federasiyasında keçirilən prezident seçkilərində qalib gəlməsi üçün hər şeyi edəcəyini söyləyib: "Bu gün bizim bu çox çətin dövrdə Rusiyaya kimin rəhbərlik etməli olduğuna dair zərrə qədər də şübhəmiz yoxdur. Bu, arxasında tarixi həqiqəti, ədaləti və çoxluğun dəstəyini daşıyan şəxsdir".
Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn martın 17-də keçiriləcək. Rusiyalı seçicilər martın 15-dən başlayaraq üç gün ərzində seçkilərdə səs verə biləcəklər.
17-12-2023, 17:02
“Qırmızı Körpü” gömrük postunda gözləyən avtomobillərin sayı açıqlandı


“Qırmızı Körpü” postunda gözləyən avtomobillərin sayı açıqlandı

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1 017 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 78, “Biləsuvar” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 25, “Samur” gömrük postunda 20 və “Xanoba” gömrük postunda 16 yük maşını var.
AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
17-12-2023, 16:06
Dövlət qulluğu üzrə test imtahanı keçirildi


Dövlət qulluğu üzrə test imtahanı keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 11 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 11 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 257 nəzarətçi‑müəllim, 41 buraxılış rejimi əməkdaşı ayrılıb.
İlkin məlumatlara əsasən, 1 nəfərin üzərində xüsusi rabitə qurğusu aşkar olunduğundan imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Dekabrın 18-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
17-12-2023, 15:45
Qeyri-sabit hava şəraiti nə zamana qədər davam edəcək?


Qeyri-sabit hava şəraiti nə zamana qədər davam edəcək?

Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Dekabrın 17-si saat 15.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran, Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb.
Külək: Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala, Şahdağda 20 m/s, Gəncədə 16 m/s-dək güclənib.
Duman: Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Qusar, Xaltan, Yevlax, Cəfərxan, Hacıqabul, Yardımlıda müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb.
17-12-2023, 15:26
Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi bu tarixdə başlayacaq


Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi bu tarixdə başlayacaq

Azərbaycan və İran arasında Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq.
Bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.
"Əldə olunan razılığa əsasən, biz 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra bu layihənin icrasına başlayacağımıza ümid edirik", - o bildirib.
Əfəndizadə onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.
17-12-2023, 14:53
Azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması zaman alacaq, ancaq baş verəcək - VİDEO


Azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması zaman alacaq, ancaq baş verəcək - VİDEO

Azərbaycan və Ermənistan arasında bir çox problemlər var. Düşünürəm ki, bu problemlər masa ətrafında həll edilə bilər”.
Bu fikirləri ARB 24-ün efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, amma reallıqda Ermənistan indiki halda danışıqlar prosesindən kənardadır.
“Bəzən Ermənistan danışıqlar prosesinə 3-cü ölkələri cəlb etmək istəyir. Bu da indiki halda danışıqlar prosesinin yubanmasına səbəb olur. Mən də hesab edirəm ki, bu danışıqlarda 3-cü tərəf olmalıdır. Amma Ermənistanın istədiyi deyil, bizim istədiyimiz tərəf olmalıdır. Bundan əlavə Qərbi Azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmasıdır. Bu zaman alacaq, ancaq baş verəcək. Azərbaycanlılar öz ata-baba torpaqlarına qayıdacaqlar", -deyə Cavanşir Feyziyev vurğulayıb.
Daha ətraflı videomatrealda:

[media=https://youtu.be/vJZpNHh9tVE]
17-12-2023, 14:09
Vaşinqton Moskva ilə hesablaşmalı olacaq - Putin


Vaşinqton Moskva ilə hesablaşmalı olacaq - Putin

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Vaşinqton Moskva ilə hesablaşmalı və ümumi dil axtarmalı olacaq.
Bu barədə Putin “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.
"Onlar bizimlə dil tapmalı olacaqlar, çünki bizi nəzərə almalı olacaqlar", - deyə Putin bildirib.
17-12-2023, 13:38
Yeni Azərbaycan Partiyasının yerli qərargahları yaradıldı


Yeni Azərbaycan Partiyasının yerli qərargahları yaradıldı

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib.
İclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan Partiyasının Tədbirlər Planında əks olunan digər əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasının zəruriliyi qeyd olunub.
Müzakirələrdən sonra yerli qərargahların yaradılması haqqında qərar qəbul edilib və hər bir inzibati ərazi vahidi üzrə YAP yerli seçki qərargahlarının tərkibi təsdiqlənib.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!