Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
10-12-2023, 20:30
Qarabağın Azərbaycana verilməsi qaçılmaz idi - Paşinyan


Qarabağın
Azərbaycana verilməsi qaçılmaz idi - Paşinyan


Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yaradılmış qondarma qurumun ləğvinin və bu ərazilərin Azərbaycana verilməsinin qaçılmaz olduğunu bildirib.
Bu barədə o, hakim partiyanın iclasında danışıb.
“Bizə miras qalan danışıqlar şəraitində hadisələrin qaçılmaz gedişatı təkcə ərazilərin təhvil verilməsi deyil, həm də Dağlıq Qarabağda yaradılmış dövlət nizamının ləğvi olub”, - deyə Paşinyan təşəbbüs qrupunun iclasında bildirib.
Baş nazir deyib ki, Ermənistan 30 ildir ki, həll olunmayan problemə vəsait sərf edib.
10-12-2023, 19:05
İlham Əliyevin Serbiyaya işgüzar səfəri başa çatdı


İlham Əliyevin Serbiyaya işgüzar səfəri başa çatdı

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına işgüzar səfəri başa çatıb.
Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.
10-12-2023, 18:46
Niderland üç aylıq fasilədən sonra Rusiyadan qaz alacaq


Niderland üç aylıq fasilədən sonra Rusiyadan qaz alacaq

Niderland sentyabr ayında üçaylıq fasilədən sonra yenidən Rusiyadan mayeləşdirilmiş təbii qaz almağa başlayıb.
Bu barədə ölkənin statistik məlumatlarında qeyd olunub.
Daha öncə ölkənin iqlim və energetika naziri Rob Yetten aprel ayında hökumətin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandırmağa çalışdığını, o cümlədən ölkənin bu il Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalı üçün yeni müqavilələr imzalamağı dayandırdığını və əvvəllər mövcud olan müqavilələrə xitam verməyə çalışdığını bildirmişdi.
Bu bəyanatdan sonra may ayında idxalın həcmi kəskin azalıb - demək olar ki, 30%, iyunda isə tamamilə dayanıb. Fasilə bütün yay davam edib, halbuki əvvəllər alışlarda heç bir fasilə olmamışdı.
Bununla belə, artıq sentyabr ayında Niderland yenidən Rusiya qazının idxalına başlayıb, həmin ay ərzində 109 milyon avroya 211,5 milyon kubmetr yanacaq alınıb.
Bunun fonunda aylıq ifadədə Amsterdamın Moskvadan idxalı bütövlükdə 5,3 % artaraq 410,5 milyon dollar təşkil edib.
10-12-2023, 18:33
HƏMAS İsrailə qarşı terror aktı həyata keçirib - Rusiya XİN


HƏMAS İsrailə qarşı terror aktı həyata keçirib - Rusiya XİN

HƏMAS İsrailə qarşı terror aktı həyata keçirib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, Rusiyanın HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror aktını pislədiyini söyləyib. Qeyd edib ki, Moskva yalnız HAMAS-ın siyasi ofisi ilə əlaqə saxlayır.
"HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirdi, biz bunu dərhal qınadıq. HƏMAS-ın Dohada fəaliyyət göstərən siyasi şöbəsi var və bizim o siyasi şöbə ilə əlaqəmiz var. Biz dərhal girov götürülən insanların taleyini müzakirə etmək üçün Dohada adamlarla əlaqə saxladıq”, - deyə Rusiya XİN başçısı Dohada keçirilən forumda onlayn çıxışında bildirib.
10-12-2023, 17:58
İlham Əliyev Bolqarıstan Prezidentini Azərbaycana dəvət etdi


İlham Əliyev Bolqarıstan Prezidentini Azərbaycana dəvət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Prezidentini Azərbaycana səfərə dəvət edib.
Bu barədə Prezident İlham Əliyev Prezident Rumen Radevlə təkbətək görüşü zamanı deyib.
Dəvət minnətdarlıqla qəbul olunub.
10-12-2023, 17:32
Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü oldu


Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü oldu

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə birgə nahar əsnasında geniş tərkibdə görüşü olub.
10-12-2023, 17:20
İlham Əliyev və Aleksandar Vuçiç təkbətək görüşdü


İlham Əliyev və Aleksandar Vuçiç təkbətək görüşdü

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğura inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulandı.
Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


10-12-2023, 16:56
Netanyahu Moskva – Tehran arasındakı əməkdaşlığı tənqid etdi


Netanyahu Moskva – Tehran arasındakı əməkdaşlığı tənqid etdi

İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Moskva – Tehran arasındakı əməkdaşlığı tənqid edib.
Bu barədə Baş nazirin Aparatı məlumat yayıb.
Xatırladaq ki, dekbarın 10-da baş tutmuş telefon danışığı 50 dəqiqə çəkib.
10-12-2023, 16:11
İlham Əliyev Bolqarıstan Prezidenti ilə təkbətək görüşdü


İlham Əliyev Bolqarıstan Prezidenti ilə təkbətək görüşdü

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırdılar.
Söhbət zamanı Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edildi.
Dövlətimizin başçısı Bolqarıstan Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!