Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
23-12-2023, 22:50
Rusiyaya göndərilən yumurtaların sayı 900 mini ötüb


Rusiyaya göndərilən yumurtaların sayı 900 mini ötüb

Azərbaycan Rusiyaya növbəti dəfə toyuq yumurtası göndərib.
Bu barədə məlumatı Rusiya KİV-ləri yayıb.
Məlumata görə, Rusiya Azərbaycandan daha 306 min ədəd (18 ton) yumurta tədarük edib.
Bundan əvvəl Azərbaycan Rusiyaya 612 min ədəd yumurta ixrac edib. Beləliklə, Azərbaycandan Rusiyaya göndərilən yumurtların sayı 900 mini ötüb.
23-12-2023, 22:21
Putin atəşkəslə bağlı danışıqlara hazır olduğunu göstərir


Putin atəşkəslə bağlı danışıqlara hazır olduğunu göstərir

Rusiya prezidenti Vladimir Putin üçüncü tərəflər vasitəsilə Ukraynada atəşkəslə bağlı danışıqlara başlamağa hazır olduğunu göstərməyə çalışır.
Bu barədə “The New York Times” qəzeti yazıb.
Nəşrin həmsöhbətlərinin fikrincə, rəsmi ritorikaya baxmayaraq, Vladimir Putin Rusiyanın ötən ilin payızında ilhaq etdiyi əraziləri saxlamaq şərtilə Ukrayna ilə barışıq bağlamağa hazır olduğunu göstərir. Qəzetin mənbələri bildirir ki, Putin təxminən sentyabr ayından müxtəlif rabitə kanalları, o cümlədən ABŞ və Rusiya ilə təmasda olan üçüncü ölkələr vasitəsilə belə siqnallar göndərir.
“The New York Times”ın həmsöhbətləri iddia edirlər ki, Vladimir Putin hazırda danışıqlar üçün əlverişli şərait yaradığını düşünür, çünki cəbhədəki vəziyyət hər iki tərəf üçün dalana dirənib və tərəfdaşlar Ukraynaya daha az dəstək verməyə başlayıblar.
Nəşrin Rusiyadakı mənbələri hesab edir ki, atəşkəs rejimini Ukrayna ilə müharibədə qələbə kimi təqdim etmək üçün Vladimir Putinin prezident seçkilərinə qədər barışıq bağlamaq istəyir.
23-12-2023, 21:23
Daha bir azərbaycanlı Ukrayna döyüşlərində həlak oldu


Daha bir azərbaycanlı Ukrayna döyüşlərində həlak oldu

Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Elçin Muradov Ukraynadakı müharibədə həyatını itirib.
O, beynəlxalq dərəcəli hakim, boks üzrə idman ustası olub.
E.Muradovun hansı istiqamətdə gedən döyüşlərdə həlak olduğu məlum deyil.
23-12-2023, 21:10
Gəncədə güclü külək binanın dam örtüyünü uçurdu


Gəncədə güclü külək binanın dam örtüyünü uçurdu

Güclü külək Gəncədə doqquz mərtəbəli yaşayış binasının dam örtüyünü uçurub.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.
Bundan başqa, şəhərin digər ərazilərində bir neçə ağac avtomobilərin üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.



23-12-2023, 20:06
Prezident seçkilərində 7 nəfərin namizədliyi təsdiq edildi - Daha 8 nəfər müraciət etdi


Prezident seçkilərində 7 nəfərin namizədliyi təsdiq edildi - Daha 8 nəfər müraciət etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün bildirib ki, prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Daha 8 nəfər namizədlik üçün müraciət edib.
Komissiya onların müraciətlərinə tezliklə baxacaq.
Beləliklə, prezident seçkilərində iştirak etmək üçün namizədliyinin irəli sürülməsi təsdiq edilən şəxslər aşağıdakılardır:

1. Prezident İlham Əliyev - Namizədliyi YAP tərəfindən irəli sürülüb;

2. Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc - Namizədliyi özü tərəfindən irəli sürülüb;

3. Deputat Fazil Mustafa - Namizədliyi Böyük Qurtuluş Partiyasının tərəfindən irəli sürülüb;

4. Fuad Əliyev - Namizədliyi özü tərəfindən irəli sürülüb;

5. Elşad Musayev - Namizədliyi namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

6. Deputat Qüdrət Həsənquliyev - Namizədliyi Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

7. Deputat Razi Nurullayev - Namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb.
Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfər isə aşağıdakılardır:

- Sərvan Kərimov

- Mətləb Mütəllimli

- Abutalıb Səmədov

- Fikrət Yusifov

- Yusif Bağırzadə

- Arzuman Abdulkərimov

- Yunus Oğuz

- Qulamhüseyn Əlibəyli.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
23-12-2023, 18:54
Seperatçılar Ağdama gələn su mənbələrini də qurudub - VİDEO


Seperatçılar Ağdama gələn su mənbələrini də qurudub - VİDEO

“AzTV” Qarabağda erməni separatçıların vaxtı ilə törətdiyi cinayətlər barədə süjet hazırlayıb.
Süjetdə bildirilir ki, 30 illik işğal müddətində Ağdama gələn su mənbələri qurudulub.
Yalnız Şahbulaq və Gülablı kəhrizlərinin qaldığı bildirilir. Digər 95 kəhrizin isə məqsədli şəkildə qurudulduğu vurğulanır.
Daha ətraflı süjetdə:

[media=https://youtu.be/Q43OfxYglLk]
23-12-2023, 17:42
Güclü külək işıq dirəyini aşırdı


Güclü külək işıq dirəyini aşırdı

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarımçıq dayandırılıb.
Tovuz klubundan verilən məlumata görə, buna güclü külək nəticəsində projektorlardan birinin aşması səbəb olub.
Peşəkar Futbol Liqasından isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, azarkeşlər evakuasiya olunublar. Futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədirlər.
82-ci dəqiqədə dayandırılan görüşün davam etdirilib-etdirilməyəcəyi bilinmir.
Qeyd edək ki, oyunda “Turan Tovuz”un minimal hesablı üstünlüyü var – 2:1.


23-12-2023, 17:36
Moldova Prezidenti İlham Əliyevi təbrik etdi


Moldova Prezidenti İlham Əliyevi təbrik etdi

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan tərəfdaşlıq daha da möhkəmlənəcəkdir. Ehtiyac duyduğumuz vaxtlarda Azərbaycanın və şəxsən Sizin ölkəmizə göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Mən bunu ölkələrimizin dostluğunun əyani təsdiqi kimi dəyərləndirirəm. Əməkdaşlığımızın gələcəkdə daha da dərinləşəcəyinə inanıram. Sizə uğurlar və ölkənizə davamlı inkişaf, firavanlıq arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
23-12-2023, 17:30
İtaliyada meşə yanğınları 24 saatdır davam edir


İtaliyada meşə yanğınları 24 saatdır davam edir

İtaliyanın şimal-qərbindəki Piyedmont bölgəsində dağlıq ərazidə baş verən meşə yanğınları 24 saatdır davam edir.
Bölgədə xeyli insan evlərini tərk etmək məcburiyyətində qalıb. Ətrafdakı bəzi yaşayış məntəqələrində təxliyə prosedurlarına başlanılıb.
Yanğınsöndürənlər, meşə təsərrüfatının əməkdaşları və mülki müdafiə könüllüləri gücləndirilmiş iş rejiminə keçib. Yanğının söndürülməsinə pilotsuz uçuş aparatları, iki təyyarə və bir helikopter cəlb olunub. Yanğınsöndürmə işləri fasiləsiz davam edir.
Bölgədə müşahidə olunan güclü külək səbəbindən yanğının geniş əraziyə yayıldığı bildirilir.
23-12-2023, 17:07
İstanbulun yenidən qurulması layihəsinə start verildi


İstanbulun yenidən qurulması layihəsinə start verildi

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun yenidən qurulması layihəsinə start verilib.
İlkin mərhələdə 3037 mənzilin təməli atılıb, mülk sahibləri ilə ilk anlaşmalar imzalanıb.
İstanbulu ola biləcək zəlzələyə hazırlamaq üçün tarixi addımlar atmaqdan qürur hissi keçirdiklərini qeyd edən Ərdoğan deyib: “Şəhərlərin yenidən qurulması layihələrində adını “Yarısı bizdən” qoyduğumuz kampaniyamıza İstanbullular böyük maraq göstərdi. Kampaniyada bu günə qədər 1 milyon 233 min müraciət edilib. “Yarısı bizdən” kampaniyası ilə ümumilikdə 350 min binanı yenidən qurmağı hədəfləyirik. Kampaniyamız çərçivəsində hər bir mənzil üçün 1,5 milyon lirə dəstək verəcəyik”.
Bildirilib ki, indiyədək kampaniyaya müraciət edib 100 faiz razılığa gəlinilən əmlak sayı 71 mini keçib. Əlli faiz və daha çox razılıq alanların sayı isə 158 minə çatıb. Yüz bina olmaqla 500 nəfərlə ilk müqavilələr bağlanıb.
Türkiyə Prezidenti bu gün atılan daha bir əhəmiyyətli addımın da İstanbulun yenidən qurulması layihəsi çərçivəsində söküntü işlərinin başladılması olduğunu deyib.
Bu il fevralın 6-da ölkənin 11 vilayətində 14 milyon insana təsir göstərən dağıdıcı zəlzələsini xatırladan Ərdoğan ölkəsi üçün təbii fəlakətlərə hazırlığın seçkidən daha önəmli olduğunu qeyd edib.
“Bu səbəbdən İstanbul başda olmaqla, 81 əyalətimizə edə biləcəyimiz ən böyük yaxşılığın şəhərsalma olduğuna inanırıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!