"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
27-12-2023, 21:44
Fransa azərbaycanlı diplomatları “arzuolunmaz şəxs” elan etdi


Fransa azərbaycanlı diplomatları “arzuolunmaz şəxs” elan etdi

Fransa Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" (persona non grata) elan edib.
Bu barədə AFP məlumat yayıb.
Məlumata görə, Fransa bu barədə Azərbaycanın qərarına cavab olaraq addım atıb.
Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
27-12-2023, 19:15
Avtovağzallar bayram ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq


Avtovağzallar bayram
ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq


Azərbaycan ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 28 dekabr - 7 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Bildirilir ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.
27-12-2023, 19:03
Köçəryana qarşı cinayət işinə xitam verildi


Köçəryana qarşı cinayət işinə xitam verildi

İrəvan Məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı iddia müddətinin başa çatması ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.
Məhkəmə Robert Köçəryanın sərhədi keçməsinə qoyulan qadağanın, eləcə də əmlakının üzərinə həbs qoyulmasının aradan qaldırılması barədə də qərar verib.
Məhkəmənin qərarı ilə girov pulu Köçəryana qaytarılıb.
Köçəryan 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu.
27-12-2023, 18:51
Prezident fərman imzaladı


Prezident fərman imzaladı

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.
Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub.
Bununla yanaşı, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq. Komissiyanın yeni tərkibini təqdim edirik:

Komissiyanın sədri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Komissiyanın üzvləri

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.
27-12-2023, 18:07
30 dekabr qısaldılmış iş rejimi olacaq


30 dekabr qısaldılmış iş rejimi olacaq

Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən xəbər verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 2023-cü il 9 dekabr tarixli Qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 30 dekabr tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır.
“Əmək və Məşğulluq” altsistemində bu barədə işəgötürənlər üçün məlumat da yerləşdirilib.
27-12-2023, 17:50
Məhkəmə "Kanal13"ün rəhbəriylə bağlı qərar qəbul etdi


Məhkəmə "Kanal13"ün rəhbəriylə bağlı qərar qəbul etdi

Məhkəmə "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovla bağlı qərar qəbul edib.
Bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
Ə.Orucovun işi üzrə Səbail Rayon Məhkəməsinə ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub. Bu gün keçirilən məhkəmə iclasında onun müraciəti qəbul olunmayıb.
Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
27-12-2023, 17:43
Paşinyan İranın XİN Başçısıyla bir slra məsələləri müzakirə etdi


Paşinyan İranın XİN Başçısıyla bir slra məsələləri müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Paşinyan Abdollahyanın başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb.
“Mən Ermənistan Respublikası ilə İran İslam Respublikası arasındakı yüksək səviyyəli təmaslardan və qarşılıqlı səfərlərdən məmnunam. Bu, təkcə ikitərəfli münasibətlərimizin daha da inkişafı üçün deyil, həm də xarici əlaqələrdə və ümumilikdə siyasətdə qarşılıqlı anlaşmanın artması kontekstində vacibdir. Təbii ki, biz ikitərəfli gündəlikdəki məsələləri daim müzakirə edirik və mən şadam ki, bu müzakirələrdə işgüzar və səmimi mühit formalaşıb. Mən onu da bilirəm ki, Ermənistanın xarici işlər naziri ilə məhsuldar söhbətiniz olub, sizin onunla fəal, intensiv işgüzar əlaqələriniz var və buna çox sevinirəm. Səfərin gündəliyi və gözlənilən nəticələri barədə də sizdən eşitmək istərdim”, - deyə Baş nazir bildirib.
İranın xarici işlər naziri də öz növbəsində əvvəlcə baş nazir Paşinyana İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin salamlarını çatdırıb.
“Prezident məndən sizi və dost Ermənistan xalqını Yeni il və Milad bayramı münasibətilə ürəkdən təbrik etməyimi xahiş etdi. Zati-aliləri, sizinlə görüşməyimə çox şadam. Həmkarım, Ermənistan Respublikasının xarici işlər naziri cənab Mirzoyanla çox yaxşı, konstruktiv və faydalı müzakirə apardıq. Bu gün biz ikitərəfli münasibətlərə verdiyimiz diqqəti və önəmi bir daha vurğulamaq üçün Ermənistan Respublikasındayıq. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, hər iki ölkə düzgün yoldadır. Biz siyasi, iqtisadi, mədəni, təhsil və humanitar sahələrdə əlaqələrin inkişafının şahidiyik. Eyni zamanda biz münasibətlərin dərinləşməsinə də xüsusi diqqət yetiririk”, - Hüseyn Əmir Abdullahian qeyd edib.
Həmsöhbətlər Ermənistan-İran əməkdaşlığının gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər. O cümlədən, ikitərəfli ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələlərinə, infrastruktur və digər sahələrdə həyata keçirilən və yaxın gələcəkdə planlaşdırılan layihələrə toxunulub.
Tərəflər həmçinin regional əhəmiyyətli mövzular, o cümlədən Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ətrafında proses, suverenlik, ərazi bütövlüyü, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan regional nəqliyyat kommunikasiyalarının açılması, eləcə də rəsmi İrəvanın “Sülh kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparıblar.
İranın xarici işlər naziri qeyd edib ki, ölkəsi yuxarıda qeyd olunan prinsiplər əsasında blokadanın aradan qaldırılması prosesini, xüsusilə də “Sülh kəsişməsi” layihəsini dəstəkləyir.
27-12-2023, 17:29
Abdullahian Bakıyla İrəvan arasında sülhün bərqərar olma tarixini açıqladı


Abdullahian Bakıyla İrəvan arasında sülhün bərqərar olma tarixini açıqladı

İran Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sülhün kəsişməsi” layihəsi ilə bağlı təşəbbüsü alqışlayır.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Tehran Cənubi Qafqazda sülhün bərqərar olmasını tam dəstəkləyir.
Abdullahian deyir ki, İrəvanla Bakı arasında davamlı sülhə 2024-cü ilin ilk aylarında "3+3" platforması çərçivəsində nail olmaq olar.
27-12-2023, 17:24
Ağdərə rayonunun da deputatı ola bilər - Tahir Rzayev


Ağdərə rayonunun da deputatı ola bilər - Tahir Rzayev

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ağdərə rayonunun yaradılması haqqında” qanunu təsdiqləyib. Qanuna əsasən, 3 rayonun ərazisi hesabına Ağdərə rayonu yaradılacaq.
Dövlət başçısı, həmçinin Ağdərə Rayon İcra Hakimiyyəti yaradılması barədə fərman imzalayıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. Bunun üçün hökumətə 1 ay vaxt verilib.
Yeni qanunla Kəlbəcər rayonun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə verilib və yeni rayonun ərazisi 1 660,83 kvadrat kilometr olub.
Ağdərə rayonunun yaradılmasından sonra ərazini təmsil edən deputatın olub-olmaması da sual doğurur.



Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, rayon tam formalaşdıqdan sonra mütləq deputatının olmasını söyləyib:
“Seçicilərin sayı qanunvericiliyin tələblərinə cavab verərsə, ayrıca oranın deputatı ola bilər. Ancaq indiki vəziyyətdə bu, rayon formalaşdıqdan sonra ola bilər. Rayon bərpa olunandan, sakinləri köçdükdən sonra bu barədə işlər aparıla bilər. Ancaq yenə də bildirim ki, mütləq oranı təmsil edən deputat olmalıdır”.
27-12-2023, 17:17
Regionda sülhün yaranmasına sadiq olduğumuzu dəfələrlə bəyan etmişik - Mirzoyan


Regionda sülhün yaranmasına sadiq olduğumuzu dəfələrlə bəyan etmişik - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh üçün real imkan pəncərəsi görür.
Bu barədə erməni nazir iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Mirzoyan vurğulayıb ki, İrəvan Azərbaycanla danışıqlarda xoş niyyətlə və konstruktiv iştirak etmək əzmini dəfələrlə nümayiş etdirib, məqsədi münasibətləri normallaşdırmaq və sülhü bərqərar etməkdir.
“Biz prosesə və ümumiyyətlə, regionda davamlı sülhün bərqərar olmasına sadiq olduğumuzu dəfələrlə bəyan etmişik”, - Mirzoyan vurğulayıb. O qeyd edib ki, danışıqlar bir neçə mərhələdə aparılır və hazırda konkret olaraq sülh sazişi layihəsi üzərində iş gedir.
Mirzoyan qeyd edib ki, rəsmi İrəvan bir neçə gün əvvəl Azərbaycandan növbəti təkliflər alıb:
“İndi həmin təklifləri öyrənib cavab verəcəyik, təkliflərimizi təqdim edəcəyik”.
Onun sözlərinə görə, çoxları prosesi başa çatdırmaq üçün real imkan pəncərəsinin olduğunu iddia edir.
“Və mən mütləq bununla razılaşmalıyam. Çətinliklərə və “Dağlıq Qarabağ”ın erməni əhalisinin deportasiyasına, aqressiv ritorikaya baxmayaraq, həqiqətən də sülh imkanı var. Biz bu fürsəti görürük və hökumət də öz növbəsində prosesi başa çatdırmaq üçün hər şeyi edir. Amma təəssüf ki, heç bir dövlət bunu birtərəfli edə bilməz. Azərbaycanın konstruktiv mövqeyi lazımdır. İmkan var, lakin bu, təkcə Ermənistandan asılı deyil və biz ümid edirik ki, Azərbaycan konstruktivlik nümayiş etdirəcək”, - deyən Mirzoyan bildirib.
Mirzoyanın sözlərinə görə, Azərbaycan həm əsirlərin azad edilməsi kimi müsbət impulslar nümayiş etdiri, həm də aqressiv çağırışlar səsləndirir.
Nazir Azərbaycanın məsələlərə konstruktiv yanaşacağına və sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!