Paşinyan istefa tələbinə məhəl qoymadı .....                        Zelenski fövqəladə vəziyyəti 90 gün uzatdı .....                        Güləşçimiz Paris olimpiadasına vəsiqə qazandı .....                        İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO .....                        Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                        Keşlə bazarı sökülür? - AÇIQLAMA .....                        Torpağın səsinə hay verdik .....                        Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu .....                       
13-02-2024, 21:18
Gürcüstan Münhen Konfransında iki nümayəndə heyətiylə təmsil olunacaq


Gürcüstan Münhen Konfransında iki nümayəndə heyətiylə təmsil olunacaq

Gürcüstan fevralın 15-16-da Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iki nümayəndə heyəti ilə təmsil olunacaq.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Prezident Salome Zurabişvili konfransda iştirak etmək üçün təşkilatçılardan dəvət alıb və artıq Almaniyaya yola düşüb. Prezidentin yenə də hökumətlə razılaşdırılmadan Almaniyaya səfərə getdiyi bildirilir.
Gürcüstan hökuməti adından gedəcək xüsusi nümayəndə heyətinə isə xarici işlər naziri İlya Darçiaşvili rəhbərlik edəcək.
Keçən il konfransda Gürcüstanı Baş nazirin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Bu il isə Baş nazir İrakli Kobaxidze Brüsselə səfərə hazırlaşdığı üçün bu səfərə gedə bilməyib.
Builki Münhen Təhlükəsizlik Konfransında 50-yə yaxın dövlət başçısının iştirakı nəzərdə tutulub. Konfransda əsasən Ukrayna müharibəsi ətrafında yaranmış böhran, Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı gözlənilir.
13-02-2024, 20:48
3 idmançımız dünya çempionatının finalına vəsiqə qazandı


3 idmançımız dünya çempionatının finalına vəsiqə qazandı

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
60 kiloqram çəki dərəcəsində çıxış edən Nihat Məmmədli ilk mərhələdə bolqarıstanlı Nedyalko Petrov üzərində inamlı qələbə qazanıb – 7:0.
O, daha sonra danimarkalı Nikolay Mohammadiyə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. N.Məmmədli litvalı Justas Petraviçyusu tam üstünlüklə (8:0) məğlub edərək adını yarımfinala yazdırıb. Yarımfinalda rumıniyalı Razvan Arnauta da eyni hesabla vaxtından əvvəl qalib gələn Nihat ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İdmançı həlledici görüşdə moldovalı Viktor Çiobanu ilə qarşılaşacaq.
Həsrət Cəfərov (67 kiloqram) 1/8 finalda serbiyalı Sebastyan Naddan güclü olub – 6:1. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevə də şans tanımayıb – 13:4. H.Cəfərov yarımfinalda norveçli Morten Toresenə 7:1 hesabı ilə qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həsrət həlledici görüşdə rusiyalı Ruslan Biçurinlə mübarizə aparacaq.
Ülvü Qənizadə (72 kiloqram) gürcüstanlı Giorgi Çxikvadzeni minimal fərqlə (2:1) üstələyib. O, fransalı Mamadassa Sillanı isə 4:3 hesabı ilə xalçadan məyus yola salıb. Ü. Qənizadə Ukraynanı təmsil edən soydaşımız Pərviz Nəsibovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olub – 5:3. Ülvü titulunu qorumaq üçün finalda Selçuk Canı məğlub etməyə çalışacaq.
Rafiq Hüseynov (82 kiloqram) 1/8 finalda türkiyəli Alperen Berberə uduzub – 1:7. Rəqib finala yüksəldiyi üçün idmançımız sabah təsəlliverici görüşə çıxacaq. O, gürcüstanlı Gela Bolkvadzeylə güləşəcək.
Murad Əhmədiyev (97 kiloqram) isə debütdə hollandiyalı Tiron Sterkenburqa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
13-02-2024, 20:37
Ailə üzvlərini qətlə yetirən şəxs əvvəl də cinayət törədib


Ailə üzvlərini qətlə yetirən şəxs əvvəl də cinayət törədib

Xətai rayonunda atasını, anasını, qardaşını, bacısını və bacısının 5 yaşlı uşağını balta ilə qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov daha əvvəl də cinayət törədib.
Bu barədə onun yaxınları məlumat verib.
Bildirilir ki, Əhməd 15 yaşında bir nəfəri bıçaqlayıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən hadisə məktəbdə olub.
Hadisənin digər təfərrüatları məlum deyil.
Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
13-02-2024, 20:08
5 nəfəri amasızlıqla qətlə yetirən Əhməd qaydasız döyüşlə məşğul olub


5 nəfəri amasızlıqla qətlə yetirən Əhməd qaydasız döyüşlə məşğul olub

Xətai rayonunda atasını, anasını, qardaşını, bacısını və bacısının 5 yaşlı uşağını balta ilə qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov barədə bir sıra məlumatlar açıqlanıb.
Əhməd Əhmədov qaydasız döyüşlə məşğul olurmuş.
Onun idman zamanı başından xəsarət aldığı bildirilir.
Yaxınları Əhmədin qətli törədən zaman anlaqsız vəziyyətdə olduğunu və ailəsini öldürdüyünü xatırlamadığını bildirib.
Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
13-02-2024, 19:33
Ailə üzvlərini öldürən Əhmədin psixoloji problemləri olub


Ailə üzvlərini öldürən Əhmədin psixoloji problemləri olub

Bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemləri olub.
Bunu ailənin yaxınları jurnalistlərə açıqlamasında bildirib.
“İki gün əvvəl Əhmədin atası Mehmanla bir yerdə idik. Mənə dedi ki, Əhməd dərmanlarını atmır. Dedi ki, həkimlə danışmışam, aparıb Mərdəkandakı xəstəxanaya qoyacam” - ailə yaxınları deyib.
Məlumata görə, Əhməd ailədən ayrı yaşayıb, subay olub:
“Amma ailənin əli Əhmədin üstündə idi. Gündəlik 25-30 manat da pul verirdilər. Bir maşın da ayırmışdılar, taksi fəaliyyəti ilə məşğul olurdu”.
13-02-2024, 19:24
Ailə üzvlərini qətlə yetirən şəxs öncə bacısını və onun övladını öldürüb


Ailə üzvlərini qətlə yetirən şəxs öncə bacısını və onun övladını öldürüb

Bakıda qətl baş verən ailənin daha iki üzvünün öldürüldüyü məlum olub.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Xəbərə görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
Qətlə yetirilən qız uşağının 5 yaşı olub.
13-02-2024, 18:05
Qadın keçmiş əri tərəfindən öldürüldü


Qadın keçmiş əri tərəfindən öldürüldü

Fevralın 13-də Bakı şəhərinin Nərimanov rayonunda qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, saat 17:30 radələrində sözügedən ərazidə küçələrin birində İbrahimova Sevinc Rəfail qızı qətlə yetirilib.
Cinayət əməlini tötətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Araşdırma aparılır.
13-02-2024, 17:53
Naxçıvanı Zəngəzurla birləşdirən Salamməlik stansiyası - FOTO


Naxçıvanı Zəngəzurla birləşdirən Salamməlik stansiyası - FOTO

Naxçıvanı Zəngəzurla birləşdirən əsas nöqtələrdən biri Salamməlik stansiyasıdır. Bu yol, bu tunel vaxtilə Zəngəzura keçid sayılıb.
1941-ci ildə istifadəyə verilən Salamməlik stansiyası həm də Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər hissəsinə birləşdirib.
Bakıdan muxtar respublikaya gələn qatarların ilk dayanacağı Salamməlik stansiyası olub. Vaxtilə çoxlu sayda dəmir yolu heyətinin çalışdığı bu stansiya indi də qatarları və sərnişinləri gözləyir.
Sədərəkdən Ordubada qədər olan dəmir yolunun uzunluğu 188 kilometrdir. 1941-ci ildə istifadəyə verilən Salamməlik stansiyasından Zəngilanın Ağbənd stansiyasına qədər olan məsafə 54 kilometrdir. İki stansiya arasında isə Zərəni, Kərçivan, Mehri, Astazur, Nüvədi stansiyaları yerləşir.




13-02-2024, 17:31
“Qarabağ” səfər oyunu üçün Portuqaliyaya yola düşdü


“Qarabağ” səfər oyunu üçün Portuqaliyaya yola düşdü

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə səfər oyunu üçün Portuqaliyaya yola düşüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ağdam təmsilçisinin sosial şəbəkə hesablarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından fotolar paylaşılıb və komandanın Portuqaliyaya səfər etdiyi bildirilib.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

13-02-2024, 17:24
Gədəbəydə qaz partladı - Yaşlı kişi ağır xəsarət aldı


Gədəbəydə qaz partladı - Yaşlı kişi ağır xəsarət aldı

Gədəbəydə evdə qaz partlayıb.
Hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!