TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
16-02-2024, 23:36
Ötən illərlə müqayisədə kameraların satışı artıb - VİDEO


Ötən illərlə müqayisədə kameraların satışı artıb - VİDEO

Ölkə üzrə evlərdən oğurluq halları ilə bağlı aparılan axtarışların 70-80 %-nin üstü açılıb.
Bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameraların quraşdırılması işlərinə xüsusi diqqət yetirilməlidir.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Təhlükəsizik kameralarının satışı ilə məşğul olanlar isə deyirlər ki, ötən illərlə müqayisədə bu il satış xeyli artıb.
Təhlükəsizlik kameralarının qiyməti isə 50 manatdan başlayır. Qiymət istehsal olunduğu ölkəyə və özəlliklərinə görə dəyişir.
Daha ətraflı aşağıdakı süjetdə:

16-02-2024, 23:14
Qadın güləşçimiz Avropa çempionatında bürünc medal qazandı


Qadın güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Elis Manolova (65 kiloqram) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmançı almaniyalı Anna Nuernberqerə 2:1 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Millinin digər üzvü Birgül Soltanova (62 kiloqram) isə bürünc medal görüşündə rusiyalı Veranika İvanovaya 6:9 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
16-02-2024, 23:06
İranlıların Həcc və Ümrə ziyarəti rəsmi olaraq ləğv edildi


İranlıların Həcc və Ümrə ziyarəti rəsmi olaraq ləğv edildi

Bu il iranlıların Həcc və Ümrə ziyarəti rəsmi olaraq ləğv edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
İranın Həcc və Ziyarət Təşkilatı xəbər verib ki, 30 mindən çox iranlının qeydiyyat haqqı fevralın 17-də bank hesablarına qaytarılacaq.
Məlumata görə, iranlı zəvvarların ilk qrupu Tehranla Ər-Riyad arasında diplomatik münasibətlərin kəsilməsindən sonra, yanvarın 3-də səhər saatlarında Həcc ziyarəti üçün getməli idi, lakin İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmayili texniki səbəblərdən səfərin baş tutmadığını iddia edib.
Qeyd olunub ki, həmin gün “İran Air” şirkətinin sözçüsü Hüssam Qurbanəli bununla bağlı açıqlama verib.
“Lazımi son icazələrin alınmaması səbəbindən İran təyyarəsi Səudiyyə Ərəbistanına və Ciddə hava limanına gedə bilməyəcək”, - deyə Hüssam Qurbanəli bildirib.
16-02-2024, 21:48
Çinin “məktəbli jurnalistləri Azərbaycan səfirliyində olub


Çinin “məktəbli jurnalistləri Azərbaycan səfirliyində olub

Çin ilə qədim İpək yolu üzərində yerləşən ölkələr arasında dostluğun dərinləşməsinə töhfə məqsədi daşıyan ən uğurlu layihələrdən biri də “ Məktəbli jurnalistlər”dir. Butov.az-ın əldə etdiyi məlumata görə, Çinin müxtəlif regionlarından olan balaca “jurnalistlər” bu dəfə Azərbaycannın Çindəki səfirliyinin qonağı olublar.

Layihə iştirakçıları Azərbaycan səfirliyini ziyarət edənə qədər bir çox ölkənin səfirliklərində olublar. Onların Azərbaycanla bağlı suallarını ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov cavablandırıb. Səfir B.Hüseynov coğrafi olaraq bir-birindən uzaq olmasına baxmayaraq, ölkələrimiz arasında sıx dostluq münasibətlərinin olduğunu, Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin, təhsil və mədəni mübadilənin xalqlarımızın bir-birini daha yaxından tanımasına töhfə verdiyini bildirdi. Elə məktəbliləri də daha çox maraqlandıran Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı idi.

Layihənin rəhbəri xanım Vey Yan bildirib ki, Azərbaycanı seçməkdə məqsəd xalqlar arasında mübadiləni dərinləşdirmək üçün yeni ideyalar və imkanları nəzərdən keçirməkdir. Gələcəkdə iki ölkənin məktəbliləri arasında oxşar layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.
Sonda “Məktəbli jurnalistlər” layihəsinin iştirakçıları Azərbaycan şirniyyatlarının dadına baxıb, ölkəmiz haqqında sənədli film izlədilər. Qonaqlara Azərbaycandan bəhs edən nəşrlər hədiyyə edildi.
16-02-2024, 21:38
Prezident Hakan Fidanla görüşdü


Prezident Hakan Fidanla görüşdü

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub.
Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulanıb əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

16-02-2024, 21:20
Azərbaycan regionda strateji əhəmiyyətə malik ölkədir - ABŞ rəsmisi


Azərbaycan regionda strateji əhəmiyyətə malik ölkədir - ABŞ rəsmisi

Azərbaycan regionda strateji əhəmiyyətə malik ölkədir.
Bu sözləri Münxendə ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırladı, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı.
16-02-2024, 21:07
Navalnı ilə bağlı Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiya keçirildi


Navalnı ilə bağlı Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiya keçirildi

Rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiya Federasiyasının Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Aksiyada həm ermənilər, həm də Ermənistana köçmüş ruslar iştirak edir.
Navalnının xatirəsinə səfirlik önündə şam mərasimi keçirilib.
Xatırladaq ki, bu gün, fevralın 16-da Navalnının cəzaçəkmə müəssisəsində öldüyü açıqlanıb.
16-02-2024, 20:50
Normallaşma prosesi ikitərəfli xarakter daşıyır - Prezident


Normallaşma prosesi ikitərəfli xarakter daşıyır - Prezident

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb.
Bu sözləri dövlət başçısı fevralın 16-da Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.
16-02-2024, 20:47
Naxçıvanda bir sıra qərarlara dəyişiklik edildi


Naxçıvanda bir sıra qərarlara dəyişiklik edildi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən fevral ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.
Nazirlər Kabineti fevralın 2-də Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin, muxtar respublikanın iqtisadi və sosial proqnoz göstəricilərinin hazırlanması haqqında Sərəncam imzalanıb. Sərəncamda qeyd edilir ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 2025-ci il və sonrakı üç il üçün büdcənin layihəsini, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi isə növbəti büdcə ili və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini cari ilin iyunun 20-dək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim etsin.
Nazirlər Kabinetinin fevralın 2-si tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmiş, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında”, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarları ləğv edilib.
Həmçinin Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə görə Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.
Bundan başqa, “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə” Ali Məclis Sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin fevralın 6-sı tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Media Reyestri şəhadətnaməsinin forması”nın təsdiq edilməsi haqqında” və “Jurnalist vəsiqəsinin forması”nın təsdiq edilməsi haqqında” qərarları ləğv edilib.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yerli orqanlarının ştat sayı”nda dəyişiklik edilib.
Nazirlər Kabinetinin fevralın 15-i tarixli “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarında edilmiş dəyişikliyə əsasən “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri çıxarılıb, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarında dəyişiklik edilib.
16-02-2024, 20:01
Prezident israilli həmkarıyla görüşdü - FOTO


Prezident israilli həmkarıyla görüşdü - FOTO

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Görüş Almaniyanın Münhen şəhərində baş tutub.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!