Paşinyan istefa tələbinə məhəl qoymadı .....                        Zelenski fövqəladə vəziyyəti 90 gün uzatdı .....                        Güləşçimiz Paris olimpiadasına vəsiqə qazandı .....                        İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO .....                        İki eks-xarici işlər naziri Paşinyana qarşı mitinqə qoşuldu .....                        Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO .....                        Ərdoğandan Rusiya və Ukraynaya çağırış .....                        Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                       
15-02-2024, 22:45
Qadın güləşçimiz Avropa çempionatında qızıl medal qazandı


Qadın güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

Azərbaycanın daha bir qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
59 kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik finalda ukraynalı Alina Filipoviçə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan öncə çıxış etmiş millinin digər üzvü Mariya Stadnik də (50 kiloqram) qızıl mükafatın sahibi olub.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
15-02-2024, 21:52
Baş Prokuror qandonduran hadisəylə bağlı danışdı


Baş Prokuror qandonduran hadisəylə bağlı danışdı

Fevralın 13-də 5 ailə üzvünün qətlə yetirilməsi faktının ciddi istintaqı aparılır.
Bunu REAL TV-yə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.
"Bu, dəhşətli hadisədir. Bu da həqiqətən bizi çox narahat edir. Düzdür, cinayət işi açılıb, şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi burada daha çox maraqlandıran bu hadisənin baş verməsinin səbəbləri və şəraitidir. Tərəfimdən tapşırıq verilib, bizim istintaq orqanları, prokurorluq hadisənin nə üçün baş verdiyini araşdırır", - o qeyd edib.
Kamran Əliyev vurğulayıb ki, belə şəxsin azadlıqda olması cəmiyyətimiz üçün təhlükəlidir, təhdiddir:
"Bunun səbəbləri tərəfimizdən çox ciddi araşdırılacaq. Bununla bağlı biz aidiyyatı qurumlar qarşısında təkliflər hazırlayacağıq. Artıq mənim gördüyüm, hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olubdur".
Baş Prokurorluqdan bildirilib ki, fevralın 13-də bir ailənin 5 nəfər ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
15-02-2024, 21:40
Mariya Stadnik yenidən Avropa çempionu oldu


Mariya Stadnik yenidən Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik yenidən Avropa çempionu olub.
Bu onun Avropada 10-cu qələbəsidir.
50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.
Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.
15-02-2024, 20:55
Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk - Lukaşenko


Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk - Lukaşenko

Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk.
Bu fikri Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edərkən bu ölkənin Prezidenti Aleksandr Lukaşenko söyləyib.
A.Lukaşenko bu yaxınlarda keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevə konstruktiv yanaşmasına görə xüsusi minnətdarlığını bildirib. Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal faydalanmağı təklif edib.
Qeyd edək ki, fevralın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko səkkiz ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.
15-02-2024, 20:43
Avtobuslarda bank kartlarıyla ödəniş mümkün olacaq - Anar Rzayev


Avtobuslarda bank kartlarıyla ödəniş mümkün olacaq - Anar Rzayev

Ümumiyyətlə Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, bu avtobuslar yenilənməlidir: "Bundan başqa, 200-ə yaxın avtobus var ki, onların da nağdsız ödənişə keçirilməsi yaxın vaxtlarda təmin ediləcək. Amma bu da, problemi tam həll etmir".
O vurğulayıb ki, hazırda araşdırmalar aparılır.
"Yaxın vaxtlarda avtobuslarda bank kartları da daxil olmaqla bütün kartlarla ödənişi mümkün etmək üçün işləri yekunlaşdırılması gözlənilir. Keçid dövrü üçün QR-kodla ödəniş etmək üçün tətbiq yaradılıb. QR kod keçid həldir. Biz yaxın vaxtlarda bank kartları ilə ödənişin həyata keçirilməsinə nail olacağıq. Bunda da əsas məqsəd karla sürətli ödənişin təmin edilməsidir. Belə ki, bank kartları ilə ödəniş hazırkı “Bakıkart”la ödənişdən 3 dəfə sürətlidir", - A.Rzayev bildirib.
15-02-2024, 20:31
Gürcüstan və Türkiyənin XİN Başçıları görüşdü


Gürcüstan və Türkiyənin XİN Başçıları görüşdü

Türkiyədə səfərdə olan Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili fevralın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri iki ölkə arasında strateji tərəfdaşlığın gündəliyinə daxil olan mühüm məsələləri, o cümlədən ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, strateji regional layihələr, mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazirlər ikitərəfli ticarət-iqtisadi əlaqələrin dinamikasını yüksək qiymətləndiriblər.
Strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialı nəzərdən keçirilib. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, eləcə də Orta Dəhlizin inkişafının vacibliyi vurğulanıb.
Görüşdə yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin önəmi qeyd edilib. Həmçinin Gürcüstan-Türkiyə yüksək səviyyəli strateji əməkdaşlıq şurasının əhəmiyyətindən də söz açılıb. Regionda gedən proseslərə və təhlükəsizlik çağırışlarına xüsusi diqqət yetirilib, Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyi bir daha təsdiqlənib.
Söhbət zamanı Cənubi Qafqazın çox uzun müddətdir davam edən qalıcı problemlərindən biri olan Azərbaycan və Ermənistan arasındakı sülh prosesi məsələsi müzakirə olunub. Nazirlər regionun davamlı və sabit inkişafının zəruriliyini, eləcə də regionda sülhün təşviqi baxımından Gürcüstan və Türkiyənin rolunun artırılmasının vacibliyini vurğulayıblar.
Görüşdə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığının uğurlu formatından danışılıb, bu format çərçivəsində yaxın vaxtlarda Gürcüstan-Türkiyə-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyi bildirilib.
Gürcüstan və Türkiyənin xarici işlər nazirləri, həmçinin aktual beynəlxalq problemlərə dair məlumat mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
15-02-2024, 19:37
Sumqayıtda intihar hadisəsi: Gənc özünü 5-ci mərtəbədən atdı


Sumqayıtda intihar hadisəsi: Gənc özünü 5-ci mərtəbədən atdı

Ötən gün Sumqayıtda intihar hadisəsi baş verib.
Şəhərin 41-ci məhəllə ünvanında yaşayan 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu canına qəsd edib.
O, yaşadığı 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü yerə atıb.
Faktla bağlı araşdırma aparılır.
15-02-2024, 19:08
Yeni uğurlara doğru


Yeni uğurlara doğru

Həmkarımız- jurnalist Rövşən Əliyev yeni vəzifəyə təyinat alıb. 20 ilə yaxındır müxtəlif media qurumlarında, Televiziya kanallarında çalışan Rövşən bundan sonra əmək fəaliyyətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksində İctimaiyyətlə əlaqələr və mətbuat katibi kimi davam etdirəcək. Ona yeni fəaliyyətində uğurlar arzulayırq.
15-02-2024, 18:26
Gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək


Gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək

Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.
"Məlum olduğu kimi, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır. Hazırda ölkəmizin səhiyyə qurumları tərəfindən əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması üçün peyvəndlənmə ilə yanaşı, yoluxma hallarını nəzərə alaraq qapalı məkanlarda sıx toplaşma tövsiyə olunmur.
Azərbaycan Ordusunda hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilir, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını almaq məqsədilə hərbi hissələrdə mütəmadi olaraq zəruri profilaktik tədbirlər görülür.
Görülən tədbirlər çərçivəsində valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin hərbi hissələrə girişi, o cümlədən andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.
Vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik" - məlumatda qeyd olunub.
15-02-2024, 17:41
Ermənistan və İran iqtisadi əməkdaşlıq haqqında saziş imzalandı


Ermənistan və İran iqtisadi əməkdaşlıq haqqında saziş imzalandı

Ermənistan və İran bu gün 19 istiqamət üzrə iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Sənəd Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın və İranın Plan və Büdcə Təşkilatının rəhbəri Davud Mənzurun iştirakı ilə hökumətlərarası komissiyanın 18-ci iclası zamanı imzalanıb.
Qeyd edək ki, Qriqoryan İranda səfərdədir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!