Kanaldan tapılan meyitin kimliyi məlum oldu .....                        COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib .....                        İlham Əliyev Rusiyaya getdi - FOTO .....                        Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                       
15-02-2024, 17:19
Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri var


Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri var

Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir.
Bu barədə XİN-dən bildirilib.
"Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur.
Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı", - deyə əlavə edilib.
15-02-2024, 17:05
Paşinyan əsassız iddialarıyla bölgədə qəsdən gərginlik yaradır


Paşinyan əsassız iddialarıyla bölgədə qəsdən gərginlik yaradır

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın fikirləri ilə bağlı şərhində bildirilib.
"İlk növbədə qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. 12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbçisinin yaralanması faktı ilə bağlı araşdırma aparılacağı barədə vədlərinə indiyə qədər nəyə görə əməl olunmadığına izahat verilməsi, habelə Ermənistanın sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe olması məsələsinə aydınlıq gətirilməsi faydalı olardı", - nazirlikdən qeyd olunub.
Bildrilib ki, Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir: "Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur.
Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı.
Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik.
Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir".
15-02-2024, 16:48
Sabiq baş nazir: “ Salome Zurabişvili vətənə xəyanət etdi”


Sabiq baş nazir: “ Salome Zurabişvili vətənə xəyanət etdi”

"Salome Zurabişvili vətənə xəyanət etdi. Biz hesab edirik ki, o, ölkəmizin maraqlarına xidmət etmir".
Bunu Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının sədri, sabiq baş nazir İrakli Qaribaşvili deyib.
Belə ki, Zurabişvili fevralın 16-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Gürcüstan hökumətinin razılığı olmadan iştirak etməyi planlaşdırır.
“O, bir neçə dəfə konstitusiyanı pozub və pozmaqda davam edir”, - Qaribaşvili əlavə edib.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili də prezidentin ünvanına tənqidi fikirlər səsləndirib.
15-02-2024, 16:33
Rişi Sunak Prezidentə məktub ünvanladı


Rişi Sunak Prezidentə məktub ünvanladı

Mən Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam.
Bunu Britaniyanın baş naziri Rişi Sunak Preident İlham Əliyevə yazdığı məktubunda bildirib.
O qeyd edib ki, bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır.
"Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram", - Sunak yazıb.
15-02-2024, 16:16
Yeniyetmənin ölüm səbəbi açıqlandı


Yeniyetmənin ölüm səbəbi açıqlandı

12.02.2024-cü il saat 22:51 radələrində 03.09.2010-cü il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, yeniyetmədə 03.02.2024-cü il tarixindən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb:
"Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub.
Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib.
Pasiyentin 13.02.2024-cü il tarixində vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib.
Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasion tədbirlər nəticə verməyib.
Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs və kəskin böyrək çatışmazlığı olaraq qeyd edilir".
15-02-2024, 16:02
Qubad İbadoğlunun həbs müddəti uzadıldı


Qubad İbadoğlunun həbs müddəti uzadıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edilib.
Nərimanov Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.
Qərara əsasən, Q.İbadoğlunun həbsdə saxlanılma müddəti mayın 20-nə kimi uzadılıb.
Qeyd edək ki, Qubad İbadoğlu 7 aydır həbsdədir. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham edilir.
15-02-2024, 15:26
Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan hərbçilər üçün tələblər dəyişdi


Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan hərbçilər üçün tələblər dəyişdi

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan hərbçilər üçün tələblər dəyişib.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olacaq:
- hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
- hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
Qüvvədə olan qanuna əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var:
- hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
- hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
Qeyd edək ki, bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
15-02-2024, 15:21
Ərdoğan Rusiya və Ukrayna liderləriylə danışıqlar aparır


Ərdoğan Rusiya və Ukrayna liderləriylə danışıqlar aparır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək məqsədilə təmasları davam etdirir.
Prezident bu barədə Misirdən qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib.
“Biz yenidən cəhd edə və nəticəyə yönəlmiş və xarici təsirlərdən azad olan prosesləri idarə etməklə Ukraynada sülhün qapısını aça bilərik. Biz bu axtarışı həm cənab Putin, həm də cənab Zelenski ilə təmaslar vasitəsilə davam etdiririk. Biz əvvəldən ədalətli sülhün müharibədən daha üstün olduğunu vurğuladıq və bütün addımlarımızı bu anlayışla atmağa çalışırıq. Əgər sülh istəyiriksə, mütləq buna nail olmağın bir yolunu tapacağıq”, - deyə Ərdoğan vurğulayıb.
15-02-2024, 15:17
Satqınların ölkəni ikinci dəfə dağıtmasına imkan verməyəcəyik - Qaribaşvili


Satqınların ölkəni ikinci dəfə dağıtmasına imkan verməyəcəyik - Qaribaşvili

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili hakim partiyanın rəhbəri kimi ilk brifinqini keçirib.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
“Gürcü arzusu”nun məqsədi parlament seçkilərində konstitusiya çoxluğunu əldə etməkdir. Ölkədə real müxalifət yoxdur, hamı Saakaşvilinin qurduğu Vahid Milli Hərəkat Partiyasının oyununa qarışıb, onun xidmətçisidir.
Satqınların və düşmənlərin ölkəni ikinci dəfə dağıtmasına imkan verməyəcəyik. Gürcüstan hazırda təhlükəsizlik və antikorrupsiya reytinqlərində lider mövqedədir, bizim məqsədimiz məlumatları daha da təkmilləşdirməkdir", - sabiq baş nazir deyib.
15-02-2024, 15:16
Ermənistan Qızıl Xaç Cəmiyyətinin prezidenti seçildi


Ermənistan Qızıl Xaç Cəmiyyətinin prezidenti seçildi

Anna Yeqiazaryan Ermənistan Qızıl Xaç Cəmiyyətinin prezidenti seçilib.
Bu barədə Ermənistan Qızıl Xaç Cəmiyyətinin ofisi bildirib.
Səsvermə Ermənistan Qızıl Xaç Cəmiyyəti üzvlərinin 1/3-nin təşəbbüsü ilə çağırılan fövqəladə 28-ci qurultayda baş tutub.
Anna Yeqiazaryan 2005-ci ildən Ermənistan Qızıl Xaç Cəmiyyətinin baş katibi/icraçı direktoru vəzifəsini tutub.
Ailəlidir, iki övladı və iki nəvəsi var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!