Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                        Keşlə bazarı sökülür? - AÇIQLAMA .....                        Torpağın səsinə hay verdik .....                        Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu .....                        Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO .....                        Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO .....                        Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan .....                        Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı .....                       
8-02-2024, 21:58
UEFA-da püşkatma mərasimi keçirildi


UEFA-da püşkatma mərasimi keçirildi

UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə hər divizion üzrə qrupların tərkibi müəyyənləşib.

UEFA Millətlər Liqası

A Liqası
1-ci qrup: Xorvatiya, Portuqaliya, Polşa, Şotlandiya
2-ci qrup: İtaliya, Belçika, Fransa, İsrail
3-cü qrup: Niderland, Macarıstan, Almaniya, Bosniya və Herseqovina
4-cü qrup: İspaniya, Danimarka, İsveçrə, Serbiya

B Liqası
1-ci qrup: Çexiya, Ukrayna, Albaniya, Gürcüstan
2-ci qrup: İngiltərə, Finlandiya, İrlandiya, Yunanıstan
3-cü qrup: Avstriya, Norveç, Sloveniya, Qazaxıstan
4-cü qrup: Uels, İslandiya, Monteneqro, Türkiyə

C Liqası
1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya
2-ci qrup: Rumıniya, Kosovo, Kipr, Litva/Cəbəllütariq
3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus
4-cü qrup: Ermənistan, Farer adaları, Şimali Makedoniya, Latviya

D Liqası
1-ci qrup: Litva/Cəbəllütariq, San Marino, Lixtenşteyn
2-ci qrup: Moldova, Malta, Andorra

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin oyun günləri 5-7, 8-10 sentyabr, 10-12, 13-15 oktyabr, 14-16 və 17-19 noyabrdır.
8-02-2024, 21:30
Sumqayıtda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlandı


Sumqayıtda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlandı

08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib ki, hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
8-02-2024, 21:21
Azərbaycan beynəlxalq ictimaiyyətə açıq ölkədir - Müşahidə missiyaları


Azərbaycan beynəlxalq ictimaiyyətə açıq ölkədir - Müşahidə missiyaları

Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan, İordaniya və Malayziya parlament müşahidə missiyaları ilə görüşlər keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Sahibə Qafarova Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik bu seçkiləri ölkənin gələcək inkişafının müəyyən olunması baxımından mühüm siyasi hadisə adlandırıb. O, növbədənkənar prezident seçkilərinin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər işğaldan azad edilmiş rayonlarda keçirildiyini bildirib. Milli Məclisin sədri, keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qayıtdığını və bu seçkilərdə öz doğma torpaqlarında səs verdiklərini diqqətə çatdırıb.
S.Qafarova prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü və seçkilərin qanunvericiliyin tələblərinə, bütün qabaqcıl standartlara uyğun təşkil olunduğunu vurğulayıb. O deyib ki, bu seçkilərdə əsas diqqət çəkən məqamlardan biri də yüksək seçici fəallığının qeydə alınmasıdır. Xalqımız seçki məntəqələrinə gedərək, dövlətimizin gələcəyi naminə səs verib.
Milli Məclisin sədri istər seçkilərə hazırlıq prosesinin, istərsə də səsvermənin çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənildiyini qeyd edərək bildirib ki, müşahidəçilər seçki prosesi barədə müsbət fikirlərini bölüşüblər.
Görüşlərdə Pakistan Senatının İqtisadi məsələlər üzrə daimi komitəsinin sədri Faysal Salim Rahman, İordaniya Nümayəndələr Palatası sədrinin birinci müavini Əbdürrəhim Əl Maayah, Malayziya Senatının sədr müavini Nur Cazlan bin Mohamed və Malayziya Nümayəndələr Palatasının sədr müavini Ramli Bin Mohd Nor seçkilərin uğurlu keçməsi ilə əlaqədar xalqımızı və dövlətimizi təbrik ediblər. Qeyd olunub ki, prezident seçkiləri demokratik, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli şəkildə keçirilib. Vətəndaşların fəallığı, seçicilərin səsvermə başlayan andan məntəqələrə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etmələri prosesin yaxşı təşkil olunduğunu təsdiqləyir. Gənclərin seçkiyə yüksək münasibətinin və fəal qoşulmasının qonaqlarda müsbət təəssürat doğurduğu qeyd edilib.
Müşahidə missiyalarının üzvləri Azərbaycanın inkişafı təqdir edərək beynəlxalq ictimaiyyətə açıq ölkə olduğunu vurğulayıblar.
Pakistan Senatının Daimi Komitə sədri bu gün ölkəsində seçkilər keçirilməsinə baxmayaraq, prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana səfərə gəldiklərini, bunun ölkələrimiz arasında münasibətlərə verilən önəmin ifadəsi olduğunu bildirib.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı da müzakirələr aparılıb.
8-02-2024, 20:49
Sumqayıtda kütləvi zəhərlənmə: 4 qadın xəstəxanalıq oldu


Sumqayıtda kütləvi zəhərlənmə: 4 qadın xəstəxanalıq oldu

Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.
Müəsisədə işləyən 4 qadın - Behbudova Asudə Əşrəf qızı, Əliyeva Nuranə Pərviz qızı, Mahmudova Gülpəri İbrahim qızı, Yarmədova Simnarə Ağabəy qızının dəm qazından zəhərləndikləri bildirilir.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
8-02-2024, 20:42
Ukraynanın Ali Baş Komandanı dəyişdi


Ukraynanın Ali Baş Komandanı dəyişdi

Ukrayna prezidenti Volodimir Zelenski Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırskini silahlı qüvvələrin yeni baş komandanı təyin edib.
Bu barədə o, videomüraciətində bildirib.
“Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin etdim”, – Zelenski deyib.
Qeyd edək ki, Zelenski bundan əvvəl Baş Komandan Valeri Zalujnı ilə görüşüb və Silahlı Qüvvələrin rəhbərliyinin dəyişdirilməsini müzakirə edib.
Zalujnı bildirib ki, o, Zelenski ilə “vacib və ciddi söhbət” edib.
"Böyük Müharibənin ilk ən çətin günlərində mənfur və güclü düşmənə qarşı durmuşuq. Biz bir yerdə olmuşuq. Döyüşümüz davam edir və hər gün dəyişir. 2022-ci ilin vəzifəsi 2024-cü ilin vəzifələrindən fərqlidir. Ona görə də hamı dəyişməlidir. Biz birlikdə qalib gələ bilərik. Yaxınlıqda olan hər kəsə təşəkkür edirəm” – Zalujnı qeyd edib.
Ukrayna prezidenti 2 il ölkəni müdafiə etdiyinə görə ali baş komandana təşəkkür edib və bildirib ki, Zalujnı ilə Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə edib.
8-02-2024, 19:46
XİN Başçısı İordaniya rəsmiləriylə görüşdü


XİN Başçısı İordaniya rəsmiləriylə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının birinci vitse-spikeri Əbdürrəhim Əl-Maayah və İordaniya Senatı sədrinin köməkçisi, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin rəhbəri Müflih Ər-Rəhimini qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüşdə, Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, Prezident seçkilərini müşahidə məsələləri, habelə regional inkişaflar müzakirə edilib.
İki ölkə liderləri arasında yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımın əlaqələrin daha da inkişafına təkan verdiyi qeyd olunub.
Münasibətlərin daha da inkişaf etdirilməsində xüsusilə parlament diplomatiyasının əhəmiyyətli rolunun olduğu vurğulanıb.
Diplomatik münasibətlərin əsasının qoyulmasından keçən 30 ildən artıq müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, təhsil və s. sahələr üzrə faydalı ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dostluq və həmrəyliyə əsaslanan dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin və Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı görülən təşkilati tədbirlər barədə qarşı tərəfə məlumat verib, bu olduqca əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün əlavə imkan yaradacağına əminlik ifadə olunub.
Müqabil tərəf, növbədənkənar Prezident seçkilərinin uğurlu təşkili, habelə nəticələri ilə bağlı təbriklərini çatdırıb, ölkəmizə və xalqımıza davamlı inkişaf və rifah arzu edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
8-02-2024, 19:30
Putin İlham Əliyevə təbrik məktubu ünvanladı


Putin İlham Əliyevə təbrik məktubu ünvanladı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir.
Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir.
Hörmətli İlham Heydər oğlu, dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə Sizə səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm".
8-02-2024, 18:42
Bölgələrdə DOST mərkəzlərinin filialları açılacaq


Bölgələrdə DOST mərkəzlərinin filialları açılacaq

DOST mərkəzlərində xidmətlərin çevikliyinin təmin olunması da daim diqqətdə saxlanılır. 2019-cu ildə DOST mərkəzlərində vətəndaşlara xidmətlərin göstərilməsinin orta müddəti 9 dəqiqə 39 saniyə təşkil edibsə, bu müddət 2023-cü ildə 7 dəqiqə 5 saniyəyə, mərkəzlərdə növbədə gözləmə müddəti isə orta hesabla 3 dəqiqə 54 saniyədən 2 dəqiqə 57 saniyəyə enib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bu barədə regional səviyyədə DOST xidmətlərinin təşkili, sosial sahədə elektronlaşdırma və “İşsizin dostu” proqramlarının icrası və s. istiqamətlərdə görülən işlər və qarşıda duran hədəflərin müzakirəsinə həsr olunan iclasda qeyd edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən dövrdə 2 milyondan çox vətəndaşın faydalandığı DOST xidmətlərinin əhatə dairəsinin ötən il də genişləndiyini bildirib. 2023-cü ilin avqust ayında Prezident cənab İlham Əliyevin iştirakı ilə Bərdədə açılışı olan Qarabağ Regional DOST Mərkəzi ilə daha 9 şəhər və rayonun (Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər) DOST xidmətləri ilə əhatə olunduğu qeyd edilib.
Bölgələrimizdə yeni DOST mərkəzlərinin açılması prosesinin bu il də davam edəcəyi, 2024-cü ildə bir sıra regionlarda DOST mərkəzlərinin açılmasının nəzərdə tutulduğu vurğulanıb. Sosial sahələrə aid 159 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim olunduğu DOST mərkəzlərində ötən ildən yeni məşğulluq konsepsiyasına uyğun xidmətlərin, habelə ƏN TEZ (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng), Mediasiya, “RehaPoint” və s. istiqamətlər üzrə xidmətlərin də göstərildiyi bildirilib.
Regional DOST Mərkəzləri üzrə xidmətlərin təşkili, mərkəzlər üzrə insan resurslarının idarə edilməsi, könüllü fəaliyyətin göstərilməsi, “DOST indeks” metodologiyasının təkmilləşdirilməsi, DOST Çağrı Mərkəzi 142 tərəfindən vətəndaş müraciətlərinin cavablandırılması üzrə görülən işlər, gələcək hədəflər diqqətə çatdırılıb.
Qurumlar üzrə İT infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi, elektronlaşdırma proqramının icrası işləri, hazırda əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə bir sıra yeni altsistemlərin də qurulmaqda olduğu qeyd edilib. “İşsizin dostu” ictimai işlər proqramının icrası, “DOST İŞ” Mərkəzinin fəaliyyət sahələri üzrə is prosesinin avtomatlasdırılması istiqamətində görülən işlərdən bəhs olunub. İclasda qeyd olunan mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.
Bir sıra ölkələrdə DOST modelinin və ölkəmizin sosial sahədə elektronlaşdırma təcrübəsinin tətbiqinə maraq göstərildiyi qeyd edilib. Bu sahədə həmin ölkələrlə təcrübəmizin bölüşülməsi istiqamətində görülən işlərdən də bəhs olunub.
8-02-2024, 18:36
İraq Kürdüstan Regionunun başçısı İlham Əliyevə zəng etdi


İraq Kürdüstan Regionunun başçısı İlham Əliyevə zəng etdi

Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı təbrikə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Neçirvan Bərzani keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq, bunun əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini vurğulayıblar.
8-02-2024, 17:53
2 nəfərin ölümünə səbəb olan sürücü həbs olundu


2 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

Sürücülük hüququ olmadan avtomobil idarə edən Emin İbrahimov törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki,fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!