TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
27-03-2024, 22:30
Latviya rus diplomatı ölkədən xaric edir


Latviya rus diplomatı ölkədən xaric edir

Rusiya Federasiyasının Latviyadakı müvəqqəti işlər vəkili Oleq Zıkov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdə diplomata kəskin etirazını bildirilib. Buna səbəb kimi “səfirliyin qəbuledilməz və təxribat xarakterli açıqlamaları” göstərilib.
Məlumata görə, rusiyalı diplomatlardan biri "persona non-qrata" elan edilib, o, aprelin 10-dək respublikanı tərk etməlidir.
Rusiya Xarici İşlər Nazirliyi diplomatın ölkədən çıxarılmasına cavab verəcəyini bildirib.
27-03-2024, 22:17
Rusiyada törədilən terrorda ölənlərin sayı artdı


Rusiyada törədilən terrorda ölənlərin sayı artdı

“Crocus City Hall”da törədilən terror zamanı həlak olanların siyahısı yenilənib.
Siyahı Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən yayımlanıb.
Siyahıda 143 nəfərin adı qeyd olunub.
27-03-2024, 21:58
Sabiq milli təhlükəsizlik naziri vəfat etdi


Sabiq milli təhlükəsizlik naziri vəfat etdi

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib.
O, 84 yaşında dünyasını dəyişib.
Namiq Abbasov 22 fevral 1940-cı ildə Ordubad şəhərində anadan olub.
O, 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.
Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
27-03-2024, 21:52
Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova


Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova

Azərbaycan tərəfi Ukraynaya silah tədarükü barədə məlumatı rəsmi şəkildə təkzib edib.
Bunu Azərbaycanın guya Ukraynaya silah tədarük etməsi ilə bağlı bu gün keçirilən brifinqdə sual verən erməni jurnalistə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova xatırladıb.
O qeyd edib ki, Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə yoxlanılır və həmin ölkələrlə müzakirə olunur.
“Diqqətinizə çatdırım ki, Azərbaycan tərəfi sözügedən məlumatı rəsmən təkzib edib. Bir daha xatırladıram ki, biz həm də bu məsələ ilə bağlı sıx şəkildə əlaqə saxlayırıq”, -deyə Zaxarova bildirib.
27-03-2024, 21:30
İran prezidenti HƏMAS lideriylə görüşdü


İran prezidenti HƏMAS lideriylə görüşdü

İran prezidenti İbrahim Rəisi çərşənbə günü Tehranda HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Görüşdə Qəzzadakı vəziyyət müzakirə olunub.
Bundan əvvəl Haniyə Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və İranın ali dini lideri Xamenei ilə görüşüb.
27-03-2024, 21:16
Şəhid bacısı müdir vəzifəsinə təyin olundu


Şəhid bacısı müdir vəzifəsinə təyin olundu

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.
Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova müvafiq əmr imzalayıb.
Qeyd edək ki, “Tərəqqi” medallı Mehparə Murtuzəliyeva uzun illər şəhid qardaşının adını daşıdığı tam orta məktəbdə müəllim kimi çalışıb. 2022-ci ilin noyabr ayında isə Elm və Təhsil Nazirinin əmri ilə həmin məktəbə direktor təyin edilib.
27-03-2024, 14:26
Latviya da Rusiya ilə sərhədi bağlayır


Latviya da Rusiya ilə sərhədi bağlayır

Latviya Rusiya ilə diplomatik əlaqələri dayandırmaq üzrədir.
Bu barədə Latviyanın “Sabitlik” partiyasından olan azərbaycanlı deputat Amil Səlimov açıqlama verib.
Onun sözlərinə görə, hazırda Latviya Seymində deputatlarla birgə iclas keçirilir.
Seym Rusiya Federasiyası ilə olan əlaqələri kəsmək, həmçinin Rusiya ilə Latviya sərhədini də bağlamaq fikrindədir. Parlamentin yekun qərarı iclasdan sonra açıqlanacaq.
27-03-2024, 14:20
Elçin Babayev BDU-nun rektoru təyin edildi


Elçin Babayev BDU-nun rektoru təyin edildi

Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Elçin Babayev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq bu vəzifəyə gətirilib.
Qeyd edək ki, Elçin Babayev ilk dəfə 2019-cu ildən BDU-nun rektoru təyin edilmişdi.
27-03-2024, 14:14
Kütləvi məzarlıqda tapılanlardan yeddisi Xocalıda dəfn olunacaq


Kütləvi məzarlıqda tapılanlardan yeddisi Xocalıda dəfn olunacaq

Xocalıda kütləvi məzarlıqda tapılanlardan doqquz nəfərin DNT-si məlumdur.
Bunu jurnalistlərə açıqlamasında Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
“Onlardan yeddisi bu yaxınlarda Xocalıda dəfn olunacaq. Artıq orada Şəhidlər xiyabanı salınır”, - deyə icra başçısı əlavə edib.
Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 18 nəfərin qalıqları aşkar edilib. Onlardan 9-nun adları məlum olub. Həmin şəxslər aşağıdakılardır:

(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
6. Nəcəfov Şiraslan Məmiş oğlu - 1952-ci il təvəllüdlü

(Xankəndi şəhər sakinləri)
6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.
27-03-2024, 14:01
BMU-ya yeni prorektor təyin olundu


BMU-ya yeni prorektor təyin olundu

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
BMU-nun rektoru Yaqub Piriyev yeni prorektoru kollektivə təqdim edib. Rektor BMU-nun beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrinin səmərəli şəkildə təşkili və genişləndirilməsi ilə bağlı vacib məqamlara toxunub, qoyulan hədəflərin həyata keçirilməsi ilə əlaqədar yeni prorektorun üzərinə düşən vəzifələri vurğulayıb.
Öz növbəsində Ətrabə Gül ona göstərilən yüksək etimadı doğruldacağını, universitetin beynəlxalq sahədə inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Qeyd edək ki, Ətrabə Gül uzun illər təhsil sahəsində çalışıb. Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr və magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb, kafedraya rəhbərlik edib. İngiltərənin ən nüfuzlu dövlət universitetlərindən olan Essex Universitetində dəfələrlə araşdırmalar aparıb, elmi əməkdaşlıqlar edib, intensiv təlimlər keçib. İtaliyanın ən nüfuzlu və tanınmış La Sapenza universitetində xarici auditoriya qarşısında mühazirə oxuyub. 50-dən çox elmi məqalə, dərslik, dərs vəsaiti, fənn proqramlarının müəllifidir. Ondan artıq elmi məqaləsi “Web of Science”/ “Scopus”, Copernikus kimi beynəlxalq bazalara daxil olan nüfuzlu jurnallarda dərc olunub. Filologiya üzrə fəlsəfə doktorudur. Bir çox beynəlxalq konfrans, qurultay və simpoziumlarda məqalə və tezislərlə çıxış edib.
2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb. Universitet Qadınlar Şurasının sədridir.
Elm və təhsilin inkişafındakı səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Ailəlidir, 2 övladı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!