Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
25-03-2024, 23:18
Cümə məscidində yanğın baş verdi


Cümə məscidində yanğın baş verdi

Martın 25-də axşam saatlarında Tbilisinin mərkəzindəki Cümə məscidində yanğın baş verib.
Yanğın məscidin dəstəmaz alınan otağında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Lakin yanğının elektrik xətlərində yaranan qısa qapanmadan baş verdiyi ehtimal olunur.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası alovun məscidin digər otaqlarına və ətraf binalara keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.
25-03-2024, 22:49
Xocalı qatilinin qızının həbsi təsdiqləndi


Xocalı qatilinin qızının həbsi təsdiqləndi

Ermənistanın İstintaq Komitəsi Armavir vilayətinin hakim köməkçisi Naira Qriqoryanın həbs olunduğunu təsdiqləyib.
Naira Qriqoryan xüsusilə külli miqdarda dələduzluğa kömək etməkdə ittiham olunub.
N.Qriqoryan barəsində həbs qətiimkan tədbiri seçilib.
Naira Qriqoryan general Manvel Qriqoryanın qızıdır.
Qeyd edək ki, bu, Qriqoryanlar ailəsi ilə bağlı ilk həbs olunma hadisəsi deyil.
Bundan əvvəl Naira Qriqoryaın atası, qardaşı və anası da müxtəlif cinayətlərdə ittiham olunub.
Ümumiyyətlə Qriqoryanlar Ermənistanda “kriminal ailə” kimi məşhurlaşıb.
Belə ki, general Manvel Qriqoryan hələ 2018-ci ilin iyununda külli miqdarda dövlət əməlakını mənimsəməkdə, qanunsuz silah saxlamaq və gəzdirməkdə ittiham olunaraq həbs edilmişdi. Onun həbsindən sonra Eçmiadzin şəhər meri vəzifəsindən istefa verməyə məcbur olan oğlu Karen Manvelyan da saxlanılmışdı.
O da atası ilə birlikdə külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu.
Bir müddət sonra Manvelyanın arvadı Nazik Amiryan da əvvəlcədən razılaşma əsasında bir qrup şəxslər tərəfindən qanunsuz silah saxlama, əldə etmə və ya daşıma əməllərini törətməkdə şübhəli bilinmiş və barəsində həbs qətiimkan tədbiri seçilmişdi.
Nəhayət həbs olunma növbəsi ailənin qızı Naira da çatdı.
General Manvel Qriqoryan Azərbaycan torpaqlarının işğalının fəal iştirakçılarındandır. O, Xocalı soyqırımını törədənlərdən biri, Ermənistanın “Yerkrapa” könüllüləri ittifaqının sabiq sədridir.
Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
M.Qriqoryan Qarabağ müharibəsində əsir götürülən bir azərbaycanlını 4 il evində qul kimi saxlayıb işlətmişdi.
M.Qriqoryanın dəstəsi Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib.
1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.
Manvel Qrioqryan 2018-ci ilin iyununda qanunsuz silah saxlama və ordu üçün nəzərdə tutulan ərzağı mənimsəmə itihamı ilə həbs edilib. Bir müddət sonra 25 milyon dram girov qoymaq qarşılığında zaminə buraxılıb.
M.Qriqoryan İkinci Qarabağ Müharibəsi başlayandan sonra - oktyabrın 7-də Qarabağ bölgəsinə gəlmişdi. Lakin orada səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görmüşdülər. Ermənilər onu Azərbaycan hərbçilərinin əlinə keçə biləcəyindən ehtiyatlanaraq, Yerevana qaytarmışdılar.
M.Qriqoryan 2020-ci ilin noyabrında infarktdan ölüb.
25-03-2024, 22:38
Rusiyada baş vermiş terrorda ölənlərin sayı 139-a çatdı


Rusiyada baş vermiş terrorda ölənlərin sayı 139-a çatdı

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin prezident Vladimir Putinə “Crocus City Holl”da baş vermiş terror aktının qurbanları ilə bağlı yenilənmiş məlumatları təqdim edib.
Martın 22-də baş verən hücum nəticəsində 139 nəfər həlak olub, 182 nəfər yaralanıb.
İstintaq Komitəsinin rəhbərinin sözlərinə görə, bu günə kimi 75 nəfərin şəxsiyyəti müəyyən edilib.
“Terror aktı nəticəsində 137 nəfər hadisə yerində, iki nəfər isə tibb müəssisələrində dünyasını dəyişib. 40 nəfər güllə yaralarından, iki nəfər isə güllə və bıçaq yaralarından dünyasını dəyişib. Yanğın nəticəsində 45 nəfər həyatını itirib. 182 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - Bastrıkin prezidentlə görüşündə bildirib.
Baş nazirin müavini Tatyana Qolikova ümumilikdə 145 nəfərin xəstəxanalara aparıldığını deyib. Onların əksəriyyəti güllə yarası və dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, hazırda 5-i uşaq olmaqla 93 nəfər stasionar müalicədədir, 52 xəstə artıq xəstəxanalardan buraxılıb. Biri uşaq olmaqla doqquz nəfərin vəziyyəti ağır qiymətləndirilir.
25-03-2024, 22:00
Millimiz Bolqarıstan seçməsiylə heç-heçə oyunu yekunlaşdırdı


Millimiz Bolqarıstan seçməsiylə heç-heçə oyunu yekunlaşdırdı

Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sonuncu oyununu keçirib.
Yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan seçməsini qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçda hesabı 59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev açıb. Komandamızın heyətində yeganə qola isə 87-ci dəqiqədə Musa Qurbanlı imza atıb.
Digər görüşdə isə Tanzaniya seçməsi Monqolustan yığmasını 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Arif Əsədovun başçılıq etdiyi kollektiv turnir çərçivəsindəki ilk matçında Monqolustana 1:0 hesabı ilə qalib gəlib.
25-03-2024, 21:21
Albaniyanın qaz şəbəkəsinin qurulmasında Azərbaycanın iştirakı gözlənilir


Albaniyanın qaz şəbəkəsinin qurulmasında Azərbaycanın iştirakı gözlənilir

Xəbər verdiyimiz kimi, Albaniya Azərbaycandan təbii qaz idxal etmək istəyir. Bu məqsədlə ölkədə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üçün planlar hazırlanır.
Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.
İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirib.
"Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 215 km-i Albaniya ərazisindən keçir. Başqa sözlə Albaniya TAP-ın keçdiyi 3 ölkədən biridir. Yəni Albaniyaya Azərbaycan qazından istifadə üçün digər ölkələr kimi hansısa tranzit ölkədən istifadə etməyə ehtiyac yoxdur.
550 km Yunanıstan ərazisindən, 105 km isə Adriatik dənizindən keçən TAP ən yüksək hündürlüyü olan 1800 metlik yüksəkliyə də məhz Albaniya ərazisində qalxır (Adriatik dənizdə 820 metrlik dərinliyə düşür)
Azərbaycan tərəfi bu fürsətdən istifadə edərək, təkcə ixracatçı kimi deyil, eyni zamanda Albaniyanın qaz şəbəkəsinin qurulmasında ciddi investor kimi çıxış edə bilər. Belə ki, Albaniya elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alır. Lakin inkişaf edən sənayesi qaz təsərrüfatının yaradılmasını tələb edir. Orada isə qaz ehtiyatları olsa da, lakin bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Odur ki, Azərbaycan nəzərdə tutulan həcmdə qaz ixracı ilə yanaşı orada şəbəkənin qurulmasında investor kimi iştirak edə bilər", - o qeyd edib.
25-03-2024, 20:17
Terror aktıyla əlaqədar daha üç nəfər saxlanıldı


Terror aktıyla əlaqədar daha üç nəfər saxlanıldı

«Crocus City Hall» mərkəzində törədilmiş terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb.
Amincon, Dilovar və İsroil İslamovlar məhkəməyə gətirilib. Rusiya məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.
Dilovar İslamov terrorçuların istifadə etdikləri «Renault» markalı avtomobilin sahibi olub. İstintaq digər saxlanılanlar — Amincon və İsroil İslamovların da cinayətkar qrupun tərkibində olduqlarını ehtimal edir.


25-03-2024, 20:02
İrəvanda Gürcüstan səfirliyinin yeni binasının açılışı oldu - FOTO


İrəvanda Gürcüstan səfirliyinin yeni binasının açılışı oldu - FOTO

İrəvanda Gürcüstanın Ermənistandakı səfirliyinin yeni binasının açılış olub.
Martın 25-də Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze səfirlik binasına baş çəkiblər.
Hökumət başçıları səfirliyin binasını gəzib, mövcud şəraitlə tanış olublar.
Paşinyan gürcüstanlı həmkarını və Gürcüstanın Ermənistandakı səfirliyinin əməkdaşlarını yeni binanın açılışı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.



25-03-2024, 19:53
BMT Qəzzayla bağlı yeni qətnamə qəbul etdi


BMT Qəzzayla bağlı yeni qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Ramazan ayı ərzində Qəzza zolağında dərhal atəşkəsin bərqərar olmasını tələb edib.
Bu barədə Şura qətnamə qəbul edib.
ABŞ səsvermə zamanı bitərəf qalıb və sənədin qəbuluna veto qoymayıb.
25-03-2024, 19:15
Məşhur aktyor ürəyindən əməliyyat oldu


Məşhur aktyor ürəyindən əməliyyat oldu

Amerikalı aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub.
Bu barədə aktyor özü açıqlamasında deyib.
Şvartseneggerin sözlərinə görə, onun bədəninə kardiostimulyator yerləşdirilib. Sənətçi əməliyyatdan sonra maşın olmağa daha da yaxınlaşdığını zarafat edib.
Aktyorun sözlərinə görə, kardiostimulyator ona görə lazım olub ki, onun əvvəlki əməliyyatlarından sonra ürək döyüntüsündə pozuntular yaranıb.
25-03-2024, 17:50
“Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi” - Gövhər Rzayeva


“Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi” - Gövhər Rzayeva

“Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitini Dnepr çayına atmışdılar. Hərdən görürsən ki, dünya malı da insanın özünə düşmən olur”.
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu verilişlərin birində deyib.
Qarmon ifaçısı kürəkəninin qətlə yetirilməsindən danışıb:
“Qızım Ülkər qətlə yetirilən ərindən dünyaya uşaq gətirdi. Onun bir oğlan övladı oldu. Amma bağırsaq keçməzliyi var idi. O bir müddət xəstəxanada qaldı. Uşaq bir müddət sonra vəfat etdi. Elə bil ki, kürəkənimin 40 mərasimi keçirilən gün nəvəmin çantanın içində meyitini evə gətirdilər.
Kifir ol, amma bəxtin olsun. Gözəllik də hər zaman insana xoşbəxtlik gətirmir. Deyirlər ki, gözəl qızın və ya qadının başı hər zaman tüstülü olar. Qızım Ülkər ər və uşağının itkisindən dərin sarsıntı keçirdi. Onu bu vəziyyətdən çıxarmaq üçün pirlərə, məscidlərə apardım. Qızımı 17 yaşında ərə verdim. O uşaq ikən ailə qurub. Evdə birinci gəlin o olub. Həyatdır, nə yatdı ki, nə də yuxu görsün”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!