Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 25-03-2024, 22:38
Rusiyada baş vermiş terrorda ölənlərin sayı 139-a çatdı


Rusiyada baş vermiş terrorda ölənlərin sayı 139-a çatdı

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin prezident Vladimir Putinə “Crocus City Holl”da baş vermiş terror aktının qurbanları ilə bağlı yenilənmiş məlumatları təqdim edib.
Martın 22-də baş verən hücum nəticəsində 139 nəfər həlak olub, 182 nəfər yaralanıb.
İstintaq Komitəsinin rəhbərinin sözlərinə görə, bu günə kimi 75 nəfərin şəxsiyyəti müəyyən edilib.
“Terror aktı nəticəsində 137 nəfər hadisə yerində, iki nəfər isə tibb müəssisələrində dünyasını dəyişib. 40 nəfər güllə yaralarından, iki nəfər isə güllə və bıçaq yaralarından dünyasını dəyişib. Yanğın nəticəsində 45 nəfər həyatını itirib. 182 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - Bastrıkin prezidentlə görüşündə bildirib.
Baş nazirin müavini Tatyana Qolikova ümumilikdə 145 nəfərin xəstəxanalara aparıldığını deyib. Onların əksəriyyəti güllə yarası və dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, hazırda 5-i uşaq olmaqla 93 nəfər stasionar müalicədədir, 52 xəstə artıq xəstəxanalardan buraxılıb. Biri uşaq olmaqla doqquz nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!