Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                        Keşlə bazarı sökülür? - AÇIQLAMA .....                        Torpağın səsinə hay verdik .....                        Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu .....                        Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO .....                        Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO .....                        Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan .....                        Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı .....                       
22-03-2024, 18:03
Rusiya və Çin Qəzza ilə bağlı qətnamə layihəsini blokladı


Rusiya və Çin Qəzza ilə bağlı qətnamə layihəsini blokladı

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, ABŞ-ın təqdim etdiyi, “dərhal və davamlı atəşkəsə təcili ehtiyacı müəyyən edən”, lakin bunu tələb və ya buna çağırış etməyən Yaxın Şərqlə bağlı qətnamə layihəsini bloklayıb.
Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i sənədin lehinə səs verib.
Qətnamə mülki əhalinin müdafiəsi üçün təcili və davamlı atəşkəsə olan ehtiyacı müəyyən edir və bütün qalan girovların azad edilməsi ilə birlikdə belə atəşkəsə nail olmağa yönəlmiş beynəlxalq diplomatik səyləri birmənalı şəkildə dəstəkləyir.
Bundan başqa sənəd Qəzza zolağının ərazisini, o cümlədən bufer zonalarının rəsmi və ya qeyri-rəsmi yaradılması yolu ilə azaldan hərəkətləri rədd edir, Fələstin anklavında əhalinin köçürülməsinə çağırışları pisləyir və orada demoqrafik və ya ərazi dəyişikliyi cəhdlərini rədd edir. Bundan əlavə, qətnamə HAMAS və digər silahlı qrupların bütün qalan girovlara humanitar yardımın dərhal təmin edilməsini tələb edir.
22-03-2024, 17:47
Millimiz böyük hesabla məğlub oldu


Millimiz böyük hesabla məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.
“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

22 mart

Azərbaycan – İngiltərə 1:5

Qollar: Ramin Nəsirli, 83 - Harvi Elliot, 25, 67, Noni Madueke, 29, Teylor Harvud-Bellis, 53, Arçi Qrey, 88

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)

22-03-2024, 17:26
Qurban Qurbanov dünya reytinqində gerilədi


Qurban Qurbanov dünya reytinqində gerilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.
Planetin 500 ən güclü mütəxəssisini sırasında bir azərbaycanlı məşqçi yer alıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 140-cıdır. 1670 xala malik 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 2 pillə geriləyib.
"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 196-cidir. O, ötən siyahıdakı mövqeyini 1 pillə əldən verib.
Qeyd edək ki, cədvələ 2224 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
22-03-2024, 16:55
Qərbi Azərbaycan İcması bəyanat yaydı


Qərbi Azərbaycan İcması bəyanat yaydı

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ni ikili standartlara son qoymağa çağırıb.
Bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı - ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib.
İcma hesab edir ki, son vaxtlar bəzi dairələrin Azərbaycanı məqsədli şəkildə hədəfə alan düşmənçilik kampaniyası, xüsusilə “Avropa Sülh Təsisatı” (EPF) vasitəsilə Ermənistana hərbi yardımlar edilməsi cəhdləri fonunda Brüssel görüşü Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına xidmət etməyən, yanlış mesajlar verən bir addımdır.
Bəyanatda qeyd olunub ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması kimi təhlükəli tendensiyanın daha bir nümunəsidir: "Təəssüf ki, dəfələrlə haqq işimizin dəstəklənməsi ilə bağlı müraciətlərimizə baxmayaraq, həm Avropa İttifaqı, həm də ABŞ onlara etinasız yanaşır".
Qərbi Azərbaycan İcması daim beynəlxalq hüquqa, insan hüquqlarına hörmətdən dəm vuran Avropa İttifaqını və ABŞ-ni ikili standartlar siyasətinə son qoymağa, şübhəli gündəliklə görüş keçirməməyə və keçirdiyi halda isə görüşdə Ermənistanın militarist siyasətindən əl çəkməsi və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına və UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan yaradılması məsələsini Ermənistan qarşısında qaldırmağa çağırır.
22-03-2024, 16:49
Sahibə Qafarova Cenevrəyə işgüzar səfərə getdi


Sahibə Qafarova Cenevrəyə işgüzar səfərə getdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətini BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak edəcək.
Tədbirlərdə Milli Məclisin sədrinin çıxışları, bir sıra ölkələrin parlament sədrləri və nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Sevil Mikayılova, Kamran Bayramov, Əminə Ağazadə, Şahin İsmayılov, Səbinə Xasayeva, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
22-03-2024, 16:34
Messi xəsarət səbəbilə növbəti iki oyunu buraxacaq


Messi xəsarət səbəbilə növbəti iki oyunu buraxacaq

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS-in növbəti iki oyununu buraxacaq.
Buna səbəb 36 yaşlı argentinalı hücumçunun zədədən əziyyət çəkməsidir.
Kapitan bud nahiyəsindən aldığı xəsarət ucbatından “Nyu York Red Bullz” (23 mart) və “Nyu York Siti” (31 mart) ilə görüşdə komandasına kömək edə bilməyəcək. Messi Argentina millisinin qarşıdakı yoldaşlıq matçlarını da buraxmalı olacaq.
Onun KONKAKAF Çempionlar Kuboku çərçivəsində aprelin 3-də “Monterrey”lə (Meksika) keçiriləcək matçda iştirakı planlaşdırılır.
Qeyd edək ki, Lionel Messi bu mövsüm “İnter Mayami”nin heyətində 5 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
22-03-2024, 16:03
Rusiya qoşunları Zaporojyenin kəndini ələ keçirdi


Rusiya qoşunları Zaporojyenin kəndini ələ keçirdi

Rusiya qoşunları Zaporojye vilayətinin Mirnoye kəndini tutub.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, kənd Melitopol rayonunda yerləşir. Yaşayış yeri Moloçnaya çayının sağ sahilindədir.
Kəndin 3 mindən çox sakini var.
22-03-2024, 15:46
Ərdoğan İlham Əliyevə təbrik məktubu ünvanladı


Ərdoğan İlham Əliyevə təbrik məktubu ünvanladı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident, Əziz Qardaşım.
Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Əsrlərə söykənən qədim ənənə olan Novruz bizlərə ümid və bərəkət dolu günləri müjdələyir. Ortaq mədəniyyətimizin mühüm hissəsi olan bu əlamətdar gündə dostluq və qardaşlıq əlaqələrimizin daha da güclənəcəyinə əminəm.
2024-cü ilin bizlər üçün yeni fürsətlərin və uğurların yaşanacağı bir il olmasına ümid edirəm. Ölkələrimiz arasındakı əlaqələrin güclənərək inkişaf etməsi və ortaq hədəflərimizə birlikdə nail olunması yolunda daha sıx əməkdaşlıq etmək arzusu ilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".
22-03-2024, 15:09
XATİRƏSİ ÜRƏKLƏRDƏ YAŞAYIR


XATİRƏSİ ÜRƏKLƏRDƏ YAŞAYIR

GENERAL-MAYOR AYDIN MƏMMƏDOVUN XATİRƏSİ ÜRƏKLƏRDƏ MƏHƏBBƏTLƏ YAŞAYIR
Bu gün “Xəzərin general oğlu” adlı ilk kitabımın qəhrəmanı, daxili xidmət general-mayoru Aydın Məmmədovun doğum günü, 85 illik yubiley yaşıdır.
Aydın Məmmədov 1939-cu ilin 22 martında Astara rayonunda anadan olub. 15 yaşında, yeddillik təhsilini başa vurandan sonra Astaradan ayrılan cavan oğlan Bakıda gəmi təmiri zavodunda fəhləlikdən müxtəlif vəzifələrə yüksəlib. Odessa Dəniz Donanması İnstitutunda, Bakı Ali Partiya Məktəbində təhsil alıb.

Xəzər Dəniz Gəmiçiliyində uzun illər müxtəlif vəzifələrdə çalışdıqdan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Nəqliyyat və Rabitə şöbəsinin müdiri, Daxili İşlər naziri vəzifələrinə yüksəlib. Sonra Bakı Dəniz Ticarət Limanının rəisi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifələrində işləyib.
Aydın Məmmədovun Daxili İşlər Nazirliyinə rəhbərliyi (1987-1990) ən çətin illərə təsadüf etmişdi. Həmin dövrdə milli azadlıq hərəkatının liderləri meydanda birləşəndə, xalq da onları dəstəkləyərək meydana toplaşmışdı.
O zaman Azərbaycanda meydanda toplaşmaq təcrübəsi yox idi. Sonralar azadlıq hərəkatının liderləri özləri etiraf edirdilər ki, onların tribunaya çıxıb sözlərini demələri, qəhrəman olmaları üçün respublikada şərait lazım idi. Nazir bu günü o zaman görür və düzgün qərar qəbul edirdi. Bu mənada Aydın Məmmədov müstəqil dövlətçiliyimizin tarixinə birinci düşən şəxslərdəndir.

Aydın müəllimin həm insanlıq, həm də dövlət adamı kimi mövqeyi meydanın qansız təmizlənməsinə səbəb oldu. Bu, onun Azərbaycan xalqı qarşısında əvəzsiz xidməti idi. SSRİ dövrünün naziri, generalı olaraq milli ruhdan hərəkət etmək qəhrəmanlıq idi. Moskva qorxurdu ki, Aydın Məmmədov milli qüvvələrə qoşulub, onların önündə gedə bilər. Ona görə Moskva heç vaxt ona antiAzərbaycan əmri verə bilmirdi.

20 Yanvar qırğınından sonra ilk istefa ərizəsi yazan nazır oldu. Nazir işlədiyi illərdə bir şəxsiyyət olaraq Azərbaycan polisinin mənəvi cəhətdən formalaşmasında mühüm rol oynadı. Odur ki, saf, ləkəsiz, vətənpərvər generalın - ömrünün 63 ili də tamam olmayan Aydın Məmmədovun unudulmaz xatirəsi tanıyanların qəlbində hər zaman məhəbbətlə yaşayır.
Ruhu şad olsun!

Sözardı: Məlumat üçün bildirim ki, Aydın Məmmədovun ocağı yerindədir, nəsil davamçıları cəmiyyətdə layiqli mövqeyə malikdirlər. Həyat yoldaşı Xanım Məmmədova BDU-nun dosentidir. Böyük oğlu Rasim təqaüddədir,azad sahibkarlıqla məşğuldur. Həyat yoldaşı Töhfə xanım həkimdir. Qızları Aydan və Xanım Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alırlar.
Kiçik oğlu Azər Səfərbərlik və Hərbi Xidmətə Cagiriş üzrə Dövlət Xidmətinin rəis müavinidir. Həyat yoldaşı Könül xanım filoloqdur. Oğlanları - babasının adını yaşadan Aydın universitet və magistratura təhsilini bitirdikdən sonra hərbi xidmətini yerinə yetirir. Ayxan tələbədir, Türkiyədə təhsil alır.


Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru

22-03-2024, 13:51
Daha bir həmyerliniz müharibədə həyatını itirdi


Daha bir həmyerliniz müharibədə həyatını itirdi

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Bu barədə “Qafqazinfo”ya mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, 45 yaşlı Heydərov Vahid Sayadxan oğlu Ukraynanın Avdeyevka şəhərində minaya düşüb. Həmyerlimiz aldığı xəsarətlərdən həyatını itirib.
V.Heydərov Cəlilabad rayonunda doğulub. Sonradan Rusiyaya köçüb, həmin ölkənin vətəndaşlığını qəbul edib. Hazırda onun nəşinin ailəsinə təhvil verilməsi istiqamətində işlər aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!