Vətənim .....                        Bakı Fransız Liseyi ləğv edildi .....                        Bakı Fransız Liseyi ləğv edildi .....                        Bakı Fransız Liseyi ləğv edildi .....                        Sumqayıtda yanğın: Tüstüdən zəhərlənənlər var .....                        "Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq" .....                        Riyaziyyat müəllimləri ən yüksək nəticə göstərən bölgələr .....                        Cəlilabadda faciə: 11 yaşlı uşaq su anbarında boğuldu .....                        Lahıc-Şamaxı yolunda torpaq sürüşməsi - FOTO .....                       
9-06-2024, 13:02
Kürdə batanlardan biri tapıldı


Kürdə batanlardan biri tapıldı

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.
Hunanlar kəndində avtomobillə Kür çayında batanlardan birinin meyiti tapılıb.
Meyit tibbi ekspertizaya aparılıb. Onun kimliyi dəqiqləşdirilir.
Digər iki nəfərin axtarışları isə davam etdirilir.
Xatırladaq ki, "VAZ-2107" markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilmişdi.
9-06-2024, 12:10
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 10-a gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.
İyunun 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
9-06-2024, 10:41
Masazırda yanğın - 62 nəfər təxliyə edildi


Masazırda yanğın - 62 nəfər təxliyə edildi

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən altımərtəbəli mansard tipli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib:
“Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Məlumata görə, yanğın nəticəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı, dəhlizin üzlüyü və tavanı 5 m² sahədə deformasiya edib. Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i azyaşlı olmaqla 62 nəfər bina sakini təxliyə edilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
9-06-2024, 10:30
Piton qadını diri-diri uddu


Piton qadını diri-diri uddu

İndoneziyada piton qadını udub.
Bu barədə “Detik” portalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində baş verib.
Belə ki, 45 yaşlı Fəridə adlı qadın iyunun 6-da yoxa çıxıb.
Axtarışlar zamanı kəndlilər qadının itkin düşdüyü yerin yaxınlığında qarnı şiş vəziyyətdə olan 5 metrlik pitona rast gəliblər. İlanı öldürən kənd sakinləri onun qarnından qadının cansız bədənini çıxarıblar.
İndoneziyada pitonun insanı udması ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb. Piton ilanın qurbanı plantasiyada işləyən 54 yaşlı qadın olub.
9-06-2024, 08:43
2 hərbçimizi ildırım vurub öldürdü


2 hərbçimizi ildırım vurub öldürdü

Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.
"İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!", – məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!