Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
17-06-2024, 17:15
Ermənilər Kərki kəndindən çıxırlar? - RƏSMİ


Ermənilər Kərki kəndindən çıxırlar? - RƏSMİ

Ermənistanın Ararat vilayəti qubernatorunun administrasiyası Naxçıvanın işğal altında olan Kərki (ermənilər Tiqranaşen adlandırılar-red.) kəndində məskunlaşmış erməni sakinlərinin oranı tərk etməyə hazırlaşması ilə bağlı mətbuatda dərc olunan məlumatı təkzib edib.
Administrasiyanın məlumatında deyilir:
“Tiqranaşen sakinlərinin (?) kəndi tərk etməyə hazırlaşdıqları, xüsusən də qubernatorun əmri ilə onlara avqusta qədər evlərini tərk etmək üçün 12 milyon dram təklif edildiyi barədə dərc edilən məlumat tam dezinformasiyadır.
Biz bir daha KİV nümayəndələrini reallığa uyğun gəlməyən və sərhəddəki vəziyyətlə bağlı narahatedici məlumatları dərc etməkdən çəkinməyə çağırırıq”.
Xatırladaq ki, Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir. Kəndin 1000 nəfərə yaxın azərbaycanlı sakini 34 ildir ki, didərginlik həyatı yaşayır.
Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir.
Kərki kəndində 150-dək erməninin qanunsuz məskunlaşdığına dair məlumatlar var.
Kərki kəndi hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunmuş esklav yaşayış məntəqəsidir.
17-06-2024, 13:02
Sabahın hava proqnozu: 39 dərəcə isti


Sabahın hava proqnozu: 39 dərəcə isti

İyunun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.
17-06-2024, 12:41
İrəvandakı mitinqə qoşulan 12 nəfərə cinayət işi açılıb


İrəvandakı mitinqə qoşulan 12 nəfərə cinayət işi açılıb

Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatının İrəvanın Baqramyan prospektindəki 12 iyun tarixli mitinqində iştirak edən 12 nəfərə cinayət işi açılıb.
Bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
Məlumata görə, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlı isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib. Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb.
Həmçinin adı açıqlanmayan digər bir nəfərin isə axtarışa verildiyi qeyd edilib.
17-06-2024, 11:47
Ukrayna Rusiyanı sülh sammitinə dəvət edəcək - Nazir


Ukrayna Rusiyanı sülh sammitinə dəvət edəcək - Nazir

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanı Ukraynaya həsr olunmuş növbəti beynəlxalq sammitə dəvət etmək niyyətində olduğunu açıqlayıb.
Kuleba “Strana” nəşrinə açıqlamasında sammitin məqsədinin münaqişəni dayandırmaq olduğunu vurğulayıb.
“İdeya ondan ibarətdir ki, növbəti sammit münaqişənin sonu olacaq. Və təbii ki, bizə qarşı tərəfin danışıqlar masasında olması lazımdır. Münaqişəni dayandırmaq üçün hər iki tərəfə ehtiyac olduğu aydındır”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Kiyev hakimiyyəti Rusiya ilə danışıq aparmaq lazım gələcəksə, bunu edəcək.
Xatırladaq ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukraynaya həsr olunmuş konfrans keçirilib və nəticədə Ukrayna ilə bağlı kommünike imzalanıb.
Sənədi sammitdə iştirak edən 80 ölkə dəstəkləyib.
İraq və İordaniya daha sonra kommünikenin mətnindən öz imzalarını geri götürüb. Hindistan sənədi imzalamayıb. İsveçrə XİN növbəti görüşün ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən sonra keçiriləcəyini istisna etməyib.
17-06-2024, 11:22
İranda prezidentliyə ən gənc namizəd kimdir?


İranda prezidentliyə ən gənc namizəd kimdir?

İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Sabiq millət vəkili Seyid Əmir Hüseyn Qazizadə Haşimi kimdir?
Əmir Hüseyn Qazizadə Haşimi 14-cü prezident seçkilərinə buraxılmış ən gənc namizəddir.
O, 1971-ci ildə Rəzəvi Xorasan əyalətinin şimal-şərqindəki Fəriman şəhərində anadan olub. İxtisasca çörəkçi olan atasının daha iki oğlu və dörd qızı var.
Dindar və inqilabçı bir ailədə böyüyən Qazizadə Haşiminin babası Qərbin dəstəklədiyi Pəhləvi rejiminin anti-İslam siyasət və əməllərinin güclü əleyhdarı idi.
Onun kiçik qardaşı Seyid İhsan Qazizadə Haşimi parlamentdə Feriman və Sərəxs seçki dairəsini təmsil edən siyasətçidir.
Qazizadə Haşimi eks-prezident Həsən Ruhani hökumətində səhiyyə naziri vəzifəsində çalışmış Seyyid Həsən Qazizadə Haşiminin əmisi oğludur.
İran-İraq müharibəsinin son illərində cəbhəyə gedən Qazizadə Haşimi ayağından yaralanıb.
Müharibədən qayıtdıqdan sonra Məşhəd Tibb Elmləri Universitetində tibb təhsili alıb. 1997-ci ildə ailə quran Qazizadə Haşiminin iki övladı var.
Qazizadə Haşimi 2002-ci ildə Xorasan Qaziləri və Şəhidləri Fondunun vitse-prezidenti seçilib və Məşhəd Tibb Elmləri Universitetinin qəyyumlar şurasının üzvü olub.
O, Şəhid Beheşti Tibb Elmləri Universitetində dosent vəzifəsində çalışıb və millət vəkili olana qədər Simnan Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.
Qazizadə Haşimi 2008-ci ildə Məşhəd və Kələt seçki dairələrini təmsil edərək 8-ci parlamentə daxil olub. Həmçinin 2021-ci ilə qədər 9, 10 və 11-ci dövr parlamentlərdə iştirak edib.
Mühafizəkar siyasi xadim Qazizadə Haşimi Paydari Cəbhəsi Mərkəzi Şurasının üzvüdür və 2013-2014-cü illərdə partiyanın sözçüsü vəzifəsində çalışıb.
O, 2021-ci ildə Şəhidlər Fondunun prezidenti təyin edilib. Həmin il ölkədə keçirilən prezident seçkilərinə qatılıb və mərhum İbrahim Rəisinin namizədliyini dəstəkləyən namizədlər arasında dördüncü olub.
Bu il iyunun 3-də Daxili İşlər Nazirliyinə gələn və 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçən Qazizadə Haşimi mətbuat konfransında İbrahim Rəisi hökumətinin siyasətini dəstəkləyib və mərhum prezidentin xalqın problemlərinin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Qazizadə Haşimi dövlət televiziyasına verdiyi açıqlamada deyib ki, prezident seçilərsə, quracağı hökumət “xalq hökuməti, ailə hökuməti” olacaq.
Siyadi ekspertlər Seyid Əmir Hüseyn Qazizadə Haşiminin prezident seçilmək şanslarının aşağı olduğunu deyərək, onun kiminsə xeyrinə geri çəkilə biləcəyini proqnozlaşdırıblar.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.
Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.
17-06-2024, 10:31
Xamenei 2654 məhkumun əfv olunmasına “hə” dedi


Xamenei 2654 məhkumun əfv olunmasına “hə” dedi

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Xamenei 2654 məhkumun əfv edilməsi və onların azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifini qəbul edib.
Xamenei Qurban və Qədir Xum bayramları ilə əlaqədar hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunmuş 2654 məhkumun əfv edilməsi, azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifinə “hə” deyib.
Təklifi Xameneiyə İranın ədliyyə naziri Qulam Hüseyn Möhsini təqdim etmişdi.
17-06-2024, 10:20
Ermənistan-Azərbaycan sərhədinə tikanlı məftillər çəkilib


Ermənistan-Azərbaycan sərhədinə tikanlı məftillər çəkilib

Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Qazax rayonu arasında aparılımış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib.
Bu barədə Zəngəzur bölgəsinəd səfər edən baş nazir Nikol Paşinyan yerli sakinlərlə görüşdə bildirib.
O, sakinlərə tikanlı məftillərin fotosunu göstərərək bundan sonra insanların və ya heyvanların sərhəddin bir tərəfindən digər tərəfinə keçməsinin qeyri-mümkün olacağını qeyd edib.
Paşinyan delimitasiya prosesinin davamı nəticəsində sərhədlərin digər yerlərində də anoloji işlərin görüləcəyini vəd edib.
17-06-2024, 09:37
Bakıda jurnalist vəfat etdi - TƏBİB səbəbi açıqladı


Bakıda jurnalist vəfat etdi - TƏBİB səbəbi açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalistin ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-dən verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!