Sabirabadda 18 yaşlı qız su arxına düşərək boğulub. Hadisə rayonun Balakən kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini 2006-cı il təvəllüdlü Hüseynova Mədinə Niyaməddin qızı evlərinin yaxınlığından keçən su arxına düşərək boğulub. Meyit su arxından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd olunub ki, M. Hüseynova epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır.
İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar - VİDEO
Bəzi işbazlar uzun müddət istifadə edilən avtomobili rahat satmaq üçün onun yürüşünü geri çəkirlər. Belə hallara ən çox da ABŞ və Koreya bazarından satış məqsədi ilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib onun kilometrajını azaltmaqla satışa çıxarırlar. Ustalar bildiriblər ki, yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə edir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər yürüşü saxta yolla geri çəkməyə və maşının qiymətini qaldırmağa çalışırlar. Ustalar hesab edirlər ki, bu cür avtomobillərin yollarda hərəkəti çox təhlükəlidir. Kilometrajı bort kompüteri ilə məşğul olan elektriklər, kompüter ustaları çəkirlər. Bəzi ölkələrdə yürüşə müdaxiləyə görə vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquqşünas Kamandar Hüseynov qeyd edib ki, bu qanunsuz bir əməldir. Amma ölkəmizdəki mövcud qanunvericilikdə belə faktlar üçün xüsusi müddəalar nəzərdə tutulmayıb. K.Hüseynov mübarizə üsullarından biri kimi texniki müayinə mərkəzlərinin olmasını təklif edir. Ətraflı süjetdə:
ABŞ dövlət katibi Entoni Blinkenin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanda səfərdədir. Bu barədə o, özünün X mikrobloqunda yazıb. O, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin ilə görüşüb. "Biz demokratik qanunun aliliyini, korrupsiyaya qarşı mübarizəni və məhkəmə islahatlarını təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları ilə əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirik”, - Uzra Zeya vurğulayıb. Qeyd edək ki, o, bundan əvvəl Gürcüstanda səfərdə olub.
NATO Cənubi Qafqaz regionunda sabitliyin və ABŞ və Avropa İttifaqının (Aİ) iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyin vacibliyini vurğulayıb. Bu barədə təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Amerikanın Səsi"nin erməni xidməti ilə söhbətində danışıb. O deyib ki, NATO Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına və uzunmüddətli sülh sazişinin bağlanmasına yönəlmiş münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir. "Qafqazda sabitliyə nail olmaq üçün münasibətlərin tənzimlənməsi həm regionun, həm də NATO-nun maraqlarına uyğundur. Qafqaz NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionuna birbaşa təsir edir Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş, Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müsbət irəliləyişlərlə bağlı nikbinlik var. NATO gələcəkdə İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verməyə hazırdır", - Kolomina qeyd edib.
Görünən odur ki, rəsmi ermənistanın heç bir iradəsi yoxdur. Butov.az xəbər verir ki, bu sözləri siyasi şərhçi, professor Fikrət Sadıqov Ermənistanın KTMT-dən çıxmaq niyyətinə münasibət bildirərkən deyib. Professor bildirib ki, Əgər Ermənistan hakimiyyətinin iadəsi olsaydı, KTMT-dən çoxdan çıxardı. Çoxdan əməli addımlar ataraq sübut edərdi ki, o təşkilatdan çıxır. Amma çıxmır, gah bəynat verib fəaliyyətin dondurur, gah sammitlərdə iştirak etmir. Yenə də çıxmır ki, çıxmır. Onu da qeyd edim ki, hər hansı bir təşkilata üzvlük məsələsində maliyyə xərcləri mühümdür. Çünki hər bir dövlət üzv olduğu təşkilata müəyyən üzvlük haqqı ödəməlidir. Ermənistan onu da eləmir. Artıq Rusiya Ermənistanın son qərarını bilmək istəyir. Ona görə də Qaluzin bu tələbi açıq şəkildə dilə gətirib ki, Ermənistan KTMT-dən çıxmaq istəyirsə, açıq şəkildə -rəsmən fikrini bildirsin. Eyni zamanda atacağı addımın sonrakı acı nəticələrini də fikirləşsin. Fikrət Sadıqovun fikrincə, bu artıq Ermənistana açıq-aydın təhdiddir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bu barədə qərarı partiyanın Ali Məclisi verib. Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Qeydiyyatda olan siyasi partiyalar seçkidə iştirak barədə qərar qəbul ediblər.
Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyaya səfər edib. Bu barədə RTE telekanalı məlumat yayıb. Məlumata görə, onu hava limanında İrlandiyanın Baş naziri Saymon Harris qarşılayıb. İkitərəfli görüş zamanı V.Zelenski və S.Harris Ukraynadakı müharibəni müzakirə edəcəklər. “Saymon Harris ölkəsinin Ukraynanın Aİ-yə daxil olmaq cəhdinə dəstəyini bir daha təsdiqləyəcək. Müharibə başlayandan bəri Rusiya və Belarusa deportasiya edilmiş minlərlə ukraynalı uşağa yardım təklif edəcək. O, İrlandiyanın 20 minə yaxın uşağın vətənlərinə qaytarılmasını tələb edən beynəlxalq koalisiyaya üzvlüyünü təsdiq edəcək”, - məlumatda bildirilib.
İslamabad dairə məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xan barəsində qanunsuz nikah işi üzrə hökmü ləğv edib. Bununla da sabiq baş nazirə qarşı son məhkəmə qərarının müddəti başa çatıb və o, potensial olaraq azadlığa buraxıla bilər. İmran Xan və həyat yoldaşı Büşra Bibinin şikayətini qəbul edən hakim, eyni zamanda vurğulayıb ki, siyasətçiyə qarşı aktiv həbs qərarı yoxdursa, o, həbsdən azad edilməlidir. Hakimin sözlərinə görə, əgər onlar başqa bir iş üzrə axtarışa verilməzsə, o zaman hər ikisi dərhal azadlığa buraxılmalıdır. Əvvəllər daha bir neçə hökm ləğv edilib və ya onların icrası dayandırılıb. Bundan əlavə, İmran Xan girov müqabilində korrupsiya işi üzrə azadlığa çıxmaq imkanı əldə edib. Buna görə də məhkəmə onun həbsdə saxlanması üçün heç bir əsas olmadığı barədə qərar çıxarıb.
Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub. Meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub. İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib. Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.
Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub. Meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub. İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib. Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.