Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
13-07-2024, 16:35
Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin cəsədi tapıldı


Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin cəsədi tapıldı

Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib.
Digər şəxs, 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
13-07-2024, 16:23
Cəlilabadda kəmər zədələndi - 2300 abonentin qazı kəsildi


Cəlilabadda kəmər zədələndi - 2300 abonentin qazı kəsildi

Cəlilabad rayonunda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb.
Cəlilabad rayonu Günəşli qazpaylayıcı stansiyadan qidalananarq Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini təchiz edən diametri 200 millimetr olan yeraltı qaz kəməri "SityNet"ə məxsus internet xətlərini çəkən podratçı tərəfindən qazıntı aparılarkən zədələnib.
Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılıb.
Qəzanı aradan qaldırmaq istiqamətində işlər görülür.
13-07-2024, 16:10
İlham Əliyev iki vacib sənədi təsdiqlədi


İlham Əliyev iki vacib sənədi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, iyunun 7-də məktublar mübadiləsi formasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma” təsdiq edilib.
Razılaşma qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Fərmanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Razılaşmanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməsi tapşırılıb.
13-07-2024, 16:04
MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırladı


MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırladı

Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və kommunikasiya şöbəsindən bildiriblər ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında əsas məqsəd seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunması üçün dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinə metodiki köməyin göstərilməsi, məlumatlarının artırılması və peşəkarlıqlarının daha da təkmilləşdirilməsidir.
Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabçada seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, habelə müvafiq rəy və qərar layihələrinin hazırlanması prosedurları aydın və müfəssəl şəkildə əks olunub.
“Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası dairə seçki komissiyalarına paylanılıb, həmçinin Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.
13-07-2024, 15:59
Türkiyədə avtobus qəzası - Ölən və yaralananlar var


Türkiyədə avtobus qəzası - Ölən və yaralananlar var

Türkiyənin Muğla vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, çox sayda yaralı var.
Şəhərin Ula rayonu ərazisində baş verən qəza avtobus sürücüsünün sükana nəzarəti itirməsi nəticəsində olub. Əyləcinin işləmədiyi müəyyən olunan avtobus üç avtomobil ilə toqquşduqdan sonra bir bağça divarına çırpılıb.
Hadisə ilə bağlı açıqlama verən Ula Bələdiyyəsinin başçısı Mehmet Caner avtobusun Dənizlidən gəldiyini deyib. Bildirilib ki, avtobusun divara çırpılması nəticəsində 11 yaşlı bir qız həyatını itirib. Yaralılar xəstəxanalara yerləşdirilirlər. Onlardan üçünün vəziyyəti ağırdır.
13-07-2024, 15:27
Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir - Nazir


Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir - Nazir

Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı deyib.
Məlumatda bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib:
"Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb".
13-07-2024, 15:22
Xırdalanda 52 yaşlı kişi sirkə turşusu içib ölüb


Xırdalanda 52 yaşlı kişi sirkə turşusu içib ölüb

Xırdalanda tənha yaşayan kişi intihar edib.
52 yaşlı Elşən Məhərrəmov xeyli miqdarda sirkə turşusu içib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs göstərilən tibbi yardımlara baxmayaraq, vəfat edib.
Faktı Abşeron Rayon Prokurorluğu araşdırır.
13-07-2024, 15:15
ATƏT fəaliyyətini reallıqlara uyğun qurmalıdır - Ceyhun Bayramov


ATƏT fəaliyyətini reallıqlara uyğun qurmalıdır - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, regional əməkdaşlıq imkanları müzakirə olunub.
Mövcud regional və beynəlxalq təhlükəsizlik vəziyyətinin fonunda ATƏT çərçivəsində regional məsələlərin beynəlxalq hüquq normaları əsasında həllini tapması istiqamətində mövcud imkanlardan səmərəli istifadənin vacibliyi vurğulanıb. Bu istiqamətdə, təşkilatın öz fəaliyyətini günümüzün reallıqlarına uyğun şəkildə qurmasının əhəmiyyəti qeyd olunub. Ölkəmizin ATƏT-lə bir sıra istiqamətlər üzrə ən fəal üzvlərindən olduğu diqqətə çatdırılıb.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.
C.Bayramov postmünaqişə dövründə regional vəziyyət, ölkəmizin bərpa, yenidənqurma və sülh gündəliyi, mövcud təhdid və çağırışlardan ətraflı bəhs edib. Ermənistanın mina təhdidinin vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıdışına, habelə bu istiqamətdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə hədə törətməkdə davam etdiyi bildirilib.
Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib. Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13-07-2024, 15:00
Prezident sülh müqaviləsi ilə bağlı əsas şərtini açıqladı


Prezident sülh müqaviləsi ilə bağlı əsas şərtini açıqladı

“Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulması vacibdir”. Butov.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən deyib.
Dövlət başçısı onu da bildirib ki, Azərbaycanın sülh gündəliyinə sadiqdir və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılması, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulması vacibdir.
13-07-2024, 14:47
Ermənistan qısa müddətdə sülh müqaviləsini imzalamağa hazırdır - Ruben Rubinyan


Ermənistan qısa müddətdə sülh müqaviləsini imzalamağa hazırdır - Ruben Rubinyan

Ermənistan qısa müddət ərzində Azərbaycanla sərhədin demarkasiyası prosesini davam etdirməyə və sülh müqaviləsi imzalamağa hazırdır.
Bu sözləri Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan X BRICS Parlament Forumundakı çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi artıq demarkasiya olunub və sərhədin müvafiq hissələrində hər iki tərəfin sərhəd xidmətləri yerləşdirilib.
“Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir ambisiyası yoxdur və sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi, qısa müddətdə sülh müqaviləsinin bağlanması və imzalanması istiqamətində konstruktiv və intensiv iş görməyə hazırdır”, - deyə Rubinyan vurğulayıb.
O, Ermənistanın həm də regional infrastrukturların blokunu açmaqla beynəlxalq tranzit marşrutlarının bir hissəsinə çevrilməkdə maraqlı olduğunu vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!