"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
23-07-2024, 12:57
Abşeronda kişi arvadını pəncərədən atdı - Qadın öldü


Abşeronda kişi arvadını pəncərədən atdı - Qadın öldü

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 23-ü saat 7 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində çoxmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
23-07-2024, 12:40
Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişdi


Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişdi

Nazirlər Kabineti 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gömrük orqanlarının malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər etməsinə və yaxud onu geri götürməsinə icazə verilən halların sayı artırılıb. Siyahiya aşağıdakı hallar da əlavə edilib:
- malların buraxılışı həyata keçirildikdən sonra 3 il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;
- Gömrük Məcəlləsinin 46-cı fəslinə uyğun olaraq gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;
- bu Qaydaların 14.10-cu bəndində göstərilmiş hal istisna olmaqla, aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;
- yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
23-07-2024, 12:32
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 24-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 20-25° isti olacaq.
23-07-2024, 12:28
Xırdalanda 22 yaşlı qadını binadan atdılar - Əri tutuldu


Xırdalanda 22 yaşlı qadını binadan atdılar - Əri tutuldu

Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı qadın binadan atılıb.
Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib. Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
23-07-2024, 12:23
İranın yeni prezidenti Nazirlər Kabinetini qura bilmir - Pezeşkian gileyləndi


İranın yeni prezidenti Nazirlər Kabinetini qura bilmir - Pezeşkian gileyləndi

İyulun 30-da andiçmə mərasimi keçiriləcək İranın yeni prezidenti Məsud Pezeşkian quracağı hökumətin tərkibini müəyyənləşdirməkdə çətinlik çəkir.
Bu barədə Pezeşkian özünün seçki qərargahının üzvlərilə keçirdiyi görüşdə bildirib.
Yeni prezident kimi ilk addımının milli birlik kabinetini seçmək olduğunu bəyan edən Pezeşkian deyib ki, bu çox çətin məsələdir:
“Biz elə bir kabinet formalaşdırmalıyıq ki, ora vicdanlı, təcrübəli və bilikli insanlar seçilsin və onlar ali rəhbərin ümumi siyasətinə uyğun hərəkət etsinlər”.
Yeni prezident deyib ki, üzərində çox ağır yük hiss edir:
"İnsanların mənimlə bağlı coşğusunu görəndə çiynimdə ağır yük hiss edirəm. Bu yükü daşımaq çətindir. Problemlərdən biri də odur ki, hamı mənimlə görüşmək istəyir. Mən hər kəsə necə cavab verim?".
Məsud Pezeşkian bildirib ki, o, prezident seçiləndən sonra dəyişməyib: “Mən əvvəlki adamam. Çox adam gileylənir ki, sən özünü itirmisən”.
Prezidentin sözlərinə görə, məmur komandasını müəyyənləşdirməkdə də çətinlik çəkir:
"Məmur seçmək mənim üçün problemə çevrilib. Hər kəsə deyirəm ki, bir adamı təqdim edin, hər kəs özünü təqdim edir... Kim mövqe tutmaq istəyirsə, biz hamı ilə bir prinsipdə razılaşacağıq: vətəndaş razı salınmalıdır, əksi qəbuledilməzdir. İnsanların məmnunluğu bizim idarəçiliyin göstəricisi olmalıdır”.
Qeyd edək ki, Məsud Pezeşkian iyulun 30-da and içəcək, sonra bir həftə ərzində yeni hökumətin tərkibimi parlamentin müzakirəsinə verəcək.
23-07-2024, 11:53
Rusiya 16 erməni şirkətinin meyvə-tərəvəz ixracına qadağa qoydu


Rusiya 16 erməni şirkətinin meyvə-tərəvəz ixracına qadağa qoydu

Rusiyanın “Rosselxoznadzor” qurumu 16 erməni şirkətinə Rusiya bazarına meyvə-tərəvəz ixracına qadağa qoyub.
Bu barədə Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin məlumatında bildirilib.
Qərar iyulun 15-dən qüvvəyə minib.
Xatırladaq ki, iyulun 17-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin aprel-iyun partiyalarında pozuntular qeydə aldığını bildirmişdi.
Rusiya tərəfinin bildirdiyinə görə, onlar bir ay əvvəl problemlə bağlı məlumat veriblər. Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi isə belə bir məktubu iyulun 17-də, yəni qadağanın tətbiqindən 2 gün sonra aldığını qeyd edir. Yükləri problemli olan təsərrüfat subyektlərinə dərhal məlumat verilib və onlar nəzarət tədbirlərinə, xüsusən də Ermənistan-Rusiya strukturları arasında danışıqlara başlayıblar.
23-07-2024, 08:23
ŞƏKİDƏ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİ LAYİHƏSİ İCRA OLUNUB


ŞƏKİDƏ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİ LAYİHƏSİ İCRA OLUNUB

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “''Azərbaycan kəlağayılarının təbliği'' layihəsini həyata keçirir. Layihə çərçivəsində 20 iyul 2024-cü ildə qaim-qədim Şəkidə, Şəki şəhər Dövlət Regional Kollecində növbəti konsert tədbiri keçirilib.
Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi anılaraq, dövlət himni səsləndrilib. "Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbiri açaraq, tədbirin mahiyyətindən danışdı. Bildirdi ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü ilin noyabrın 26-da keçirilən iclasında Azərbaycanın kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan xalqı üçün böyük uğurdur. Təbii ki, burada Heydər Əliyev Fondunun prezdenti, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyevanın xidmətləri də danılmazdır. Heydər Əliyev Fondu həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi. Bu il həmin əlamətdar hadisənin 10 illiyidir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac vardır. Bu münasibətlə Mirvarid Dilbazi Poeziya Məclisi layihə çərçivəsində Gəncədə, Qazaxda, Şəkidə, Şamaxıda və Bakıda konsert proqramları keçirir və qədim kəlağayılar sərgilənir. Güllü Eldar Tomarlı Maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. Belə təbliğat vasitəsi kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun papuliyarlığını daha da artıracaqdır.
Sonra söz, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğluna verilib. O, çıxışında qeyd etdi ki, Şəki Azərbaycanın ən qədim şəhərlərindəndir. Bu səbəbdən Şəki şəhəri qədim memarlıq və tarixi abidələrlə zəngindir. Şəki kəlağayı istehsalının dünyaya yayıldığı bir coğrafi məkandır. Bu gün də ipəkçilik və kəlağayı istehsalı Şəkidə davam etdirilir. Kəlağayımızın milli-mənəvi dəyərimiz olmasını onu nəsillərdən nəsillərə qiymətli bir əmanət kimi təqdim edilməsini təbliğ etməyə böyük ehtiyac vardır. Mirvarid Dilbazi Poeziya Məclisi bu yolda böyük işlər görür. Buna kəlağayı ədəbiyyatının yaranmasını misal göstərmək olar. Birliyin təşəbbüsü ilə kəlağayı haqqında beş kitab işıq üzü görüb. Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atıb. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirərək, qədim kəlağayıların sərgisini təşkil edib. Vüsal Sehranoğlu ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsinə maddi dəstək göstərdiklərinə QHT Agentliyinə minnətdarlığını bildirib.

Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayının Şəkidə istehsalının inkişafından, toy-düyünlərimizdə bu gün də necə istifadə olunmasından maraqlı açıqlamalar verib.
Daha sonra Bəxtiyar Vahabzadə Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AYB-nin Şəki Filialının rəhbəri, şair Vaqif Aslan, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin şöbə müdiri Fərqanə Salamova, 3 nömrəli Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, Sabahinfo saytının əməkdaşı Elnarə Həziyeva, şairlərdən Əfsanə Rəvan, Gülarə İnci, Zaur Səfərov və başqaları çıxış edərək, tədbirin mahiyyəti, önəmi və vacibliyindən danışdılar. Bildirdilər ki, xalqın tarixi keçmişinə aid olan geyimləri onun mədəniyyətini öyrənmək üçün əsas mənbələrdən sayılır. Hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və etnoqrafik xüsusiyyətindən xəbər verməklə yanaşı, onun nə qədər qədim tarixi keçmişə sahib olmasına əyani sübutdur. Milli-mənəvi dəyərlərin təbliği yolunda Mirvarid Dilbazi Poeziya Məclisinə və maddi dəstək göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıqlarını bildirdilər.
Aşıq Solmaz Kosayeva, Vüqar Hüseynov, Anar Yusifzadə, aşıq Yaşar Cavadov və şagirdləri - Həqiqət Əliyeva, Əli Məmmədov saz ifaları ilə iştirakçılara xoş ovqat bəxş etdilər.
Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, ''Kəlağayı Ev Muzeyi''-nin direktoru, lahiyə rəhbəri Güllü Eldar Tomarlı dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstəyə görə Şəki Rayon İcra Hakimiyyətinə, Şəki şəhər Dövlət Regional Kollecinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!