Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
27-07-2024, 14:36
Məzahir Pənahovdan deputatlığa namizədlərə xəbərdarlıq


Məzahir Pənahovdan deputatlığa namizədlərə xəbərdarlıq

"Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır".
Bunu oyulun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
MSK deyib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamamalıdırlar.
“Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”, - o əlavə edib.
27-07-2024, 13:30
Minimum əmək haqqı artacaq - AÇIQLAMA


Minimum əmək haqqı artacaq - AÇIQLAMA

Önümüzdəki zamanlarda minimum əmək haqqının artırılacağı ilə bağlı xəbərlər yayılıb. Hazırda 345 manat olan minimum əmək haqqının artım faizi nə qədər ola bilər?
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, böyük ehtimalla minimum əmək haqqı yanvarın 1-dən artırılacaq:
“Artımın 10-15% arası olacağı gözlənilir. Ötən il 8.8% infilyasiya olub, bu il də infilyasiya gözlənilir. Ona görə də minimum əmək haqqının artırılmasında bu nüansların nəzərə alınacağını düşünürəm. Amma minimum əmək haqqının artırılması ciddi qərar olduğu üçün ciddi də analizlər tələb edir. Bu ölkədə əməkhaqqlarının şəffaflaşmasına dəstək verir”.
Ekspertin sözlərinə görə, burada özəl sektor da qanunvericiliyə riayət etməlidir:
“Bu baxımdan minimum əmək haqqının kəskin artırılması ölkədə özəl sektor üçün ciddi surətdə problem yarada bilər. Çünki özəl qurumların imkanlarınn məhdud, zəif olması, işçilərə daha yüksək əmək haqqı verilə bilməməsi problem yaradır. Hökumət işçi xərcinin kəskin artırılması zamanı özəl sektorun qarşılaya biləcəyi məbləği hesablayır. Bu zaman dövlətin özünün də maliyyə imkanları hesablanır”.
X.Kərimli qeyd edib ki, minimum əmək haqqı dedikdə maaşların ən aşağı miqdarı nəzərdə tutulur:
“Azərbaycanda əmək qabiliyyətli əhalinin yaşayış minimumu var ki, bu şəxslərə minimum nə qədər məbləğ lazımdır. Minimum əmək haqqı yaşayış minimumundan hazırda da yüksəkdir. Minimum əmək haqqı hər il infilyasiyaya uyğun olaraq artırılır. Önümüzdəki il də maksimim 390-400 manat olacaq”.
27-07-2024, 13:10
"Kurtlar Vadisi"nin məşhur aktyoru öldü


"Kurtlar Vadisi"nin məşhur aktyoru öldü

Türkiyənin tanınmış aktyoru Salahsun Hekimoğlu dünyasını dəyişib
Televiziya və səs aktyoru Salahsun Hekimoğlu 74 yaşında vəfat edib.
Qeyd edək ki, aktyor "Payitaht Abdülhamid", "Diriliş: Ertuğrul", "Kurtlar Vadisi", "Arka Sokaklar" və "Kavak Yelleri" kimi bir çox məşhur seriallarda rol alıb.
S.Hekimoğlu 1 yanvar 1950-ci ildə anadan olub. İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olan Hekimoğlu 1988-ci ildən film və serialların səsləndirilməsində iştirak edir. Hekimoğlu aktyorluğa 2003-cü ildə "Həyat Bilgisi" serialındakı rolu ilə başlayıb.
27-07-2024, 12:58
Pezeşkianın andiçmə mərasiminin vaxtı irəli çəkildi


Pezeşkianın andiçmə mərasiminin vaxtı irəli çəkildi

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah - iyulun 28-də keçiriləcək.
Mərasimdə yüksək səviyyəli siyasi və hərbi rəsmilərin iştirakı planlaşdırılıb.
Tədbirdə İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei də iştirak edəcək.
Məlumata görə, Pezeşkianın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah Tehranın İmam Xomeyni Hüseyniyyəsində keçiriləcək.
Yeni seçilmiş prezidentin andiçmə mərasimi yerli vaxtla saat 10:00-da İran telekanalları və "KHAMENEI.IR" və "Leader.ir" saytları vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-u baş tutacaq.
Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən 14-cü prezident seçkilərində qalib gəlib. O, milliyətcə etnik azərbaycanlıdır.
27-07-2024, 12:42
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.
27-07-2024, 12:11
Ermənilər “Yarım gilə” mahnısını oğurladılar - VİDEO


Ermənilər “Yarım gilə” mahnısını oğurladılar - VİDEO

Ermənilər Azərbaycanın Əməkdar İncəsənət Xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi “Yarım gilə” mahnısını oğurlayıblar.
Belə ki, sosial şəbəkələrdə mahnının erməni dilində ifasının videogörüntüləri yayılıb.
Modern.az-ın məlumatına görə, Cavanşir Quliyev “Pressklub”a açıqlamasında bildirib ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb. Və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brilyant Dadaşova ilə yazıb, efirə veriblər:
“Brilyant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra Türkiyəli Ezgi Mert adında müğənni də bu mahnını oxuyub, albomuna saldı”.
Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni “Yarım gilə”ni oğurlayaraq, oxuyub:
“Mən onları axtarıb, tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib, dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni, xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib. Amma ola bilər ki, həqiqətən də müəllifi olmayan xalq mahnısı hesab ediblər. Və ya bilərəkdən də etmiş ola bilərlər. Çünki mahnı uzun zamandır internetdədir. Dünyadakı bütün musiqi platformalarında var”.
Müsahibimiz deyib ki, məsələ ilə bağlı hüquqi yollara baş vurub: “Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. “You Tube”də mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü “Facebook”da görmüşəm.” You Tube”dadırsa, onu tapıb, “You Tube” vasitəsilə hüquqi işləri görmək olar. Amma “Facebook”da kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib, videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəm”.
Maraqlıdır, bu hadisə ilə bağlı Əqli Mülkiyyət Agentliyi bir tədbir görəcəkmi? Mahnı agentlikdə rəsmi qeydiyyata alınıbmı? Məsələ hansısa şəkildə qaldırılacaqmı?
Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, agentlik məsələni araşdırıb, lazımi məlumatı verəcək.
Qeyd edək ki, bir neçə gün öncə sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilmişdi. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi isə həmin mahnının mövcud platformalardan silinməsinə nail olub.
Ümid edirik, bu dəfə də aidiyyəti qurumların qarşı tərəfə cavabı gecikməyəcək.


27-07-2024, 11:14
İxtisas seçiminin vaxtı açıqlandı: DİM bu abituriyentləri seçimə buraxacaq


İxtisas seçiminin vaxtı açıqlandı: DİM bu abituriyentləri seçimə buraxacaq

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi tarixi açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, ixtisas seçimi 9 - 19 avqust tarixlərində aparılacaq.
Bəs builiki ixtisas seçiminə hansı abituriyentlər buraxılacaq?
DİM-in ixtisas seçimi müsabiqəsinin şərtlərini təqdim edir:

I ixtisas qrupu

İxtisas seçimi üçün müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq;

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;

- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

 Meliorasiya mühəndisliyi;
 Texnologiya müəllimliyi;
 Ekologiya mühəndisliyi.

- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər:

 Aqromühəndislik;
 Aqronomluq;
 Balıqçılıq;
 Meşəçilik;
 Şərabçılıq;
 Torpaqşünaslıq və aqrokimya;
 Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
 Zoomühəndislik.

II ixtisas qrupu

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;

- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

 Marketinq;
 Biznesin idarə edilməsi;
 Turizm bələdçiliyi;
 Turizm işinin təşkili.

III ixtisas qrupu

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;

- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

 Muzey, arxiv işi və abidələrin qorunması;
 Sosial iş;
 Regionşünaslıq (regionlar üzrə).

IV ixtisas qrupu

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;

- Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

 Ekologiya.

- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

 Bağçılıq və tərəvəzçilik;
 Baytarlıq təbabəti;
 Bitki mühafizəsi;
 Su bioehtiyatları və akvakultura.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!