Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
19-07-2024, 19:14
II və III qrupların imtahan nəticələri açıqlandı


II və III qrupların imtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38625 abituriyentdən (II qrup üzrə 17431 nəfər, III qrup üzrə 21194 nəfər) 966 nəfər (II qrup üzrə 568 nəfər, III qrup üzrə 398 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən 8896 abituriyentdən 656 nəfər informatika fənni üzrə imtahana gəlməyib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdır.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.0 bal toplayan Bakı şəhər 278 saylı orta məktəbin məzunu Məmmədova Aytac Əsgər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.1 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 687.2 bal toplayan Saatlı rayon Varxankənd kənd orta məktəbinin məzunu Səfərova Leyla Abuzər qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 387.2 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 22 iyul saat 10:00-dan 24 iyul saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
19-07-2024, 19:00
55 yaşlı kişi Kəlbəcərdə minaya düşdü


55 yaşlı kişi Kəlbəcərdə minaya düşdü

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb.
Hadisə rayonun Ağdaban kəndində qeydə alınıb.
Minaya düşən 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub. Şəxs xəstəxayana çatdırılıb.
19-07-2024, 17:52
Azərbaycan COP29-la bağlı öhdəlik götürüb


Azərbaycan COP29-la bağlı öhdəlik götürüb

Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29-un örnək olması üçün öhdəlik götürmüşük.
Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.
Nazir bildirib ki, COP29-da ticarət, enerji, rəqəmsallaşma təhsil, sağlamlıq, turizm, nəqliyyat, gender bərabərliyi və.s sahələri əhatə ediləcək, ən yaxşı təcrübələr bölüşüləcək:
"Biz bütün tərəfləri bir araya gətirməyə çalışırıq. "Heç kimi geridə qoyma" əsas prinsipimizdir. COP29-da iqlimlə bağlı əziyyət çəkən bütün icmaları diqqətdə saxlayacağıq. Dayanıqlı inkişaf və inklüziv nəticələr əldə etmək üçün səylərimizi əsirgəməyəcəyik".
M.Babayev qeyd edib ki, artıq COP29 sədrliyi tərəfdaşlarına ilk məktubu göndərib.
19-07-2024, 17:20
Şoltsdan Ermənistan və Azərbaycana çağırış: "2024 sülh ili ola bilər"


Şoltsdan Ermənistan və Azərbaycana çağırış: "2024 sülh ili ola bilər"

2024-cü il Ermənistan və Azərbaycan üçün sülh ili ola bilər.
Bunu Almaniya kansleri Olaf Şolts Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində deyib.
“Mən burada bir çox müzakirələr aparmışam. Ermənistanın baş naziri cənab Paşinyan və Azərbaycan Prezidenti cənab Əliyevlə söhbət mənim üçün önəmlidir. Bu il Cənubi Qafqaz regionu üçün son dərəcə əhəmiyyətlidir”.
O.Şolts Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısından sonra Londonda keçirilən mətbuat konfransında qeyd edib ki, tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərsə, 2024 sülh ili ola bilər.
Almaniya kansleri sammitdə fürsətdən istifadə edərək tərəfləri sülh sazişi imzalamağa çağırıb.
“Tərəflər bir-birinə qarşı aktiv və cəsarətli addımlar atmağa davam edərsə, bu, sülh ilinə çevrilə bilər. Avropa Ermənistan və Azərbaycanı bir-biri ilə sülhün bərqərar olması yolunda müşayiət edəcək və dəstəkləyəcək. İnanıram ki, bu çağırış iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək”, - Şolts bildirib.
19-07-2024, 17:15
Sahil Babayev iş yerini itirəcək insanların sayını açıqladı


Sahil Babayev iş yerini itirəcək insanların sayını açıqladı

Bu gün əmək bazarında böyük sayda ixtisassız işçi qüvvəsi var.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, insan potensialının dövrün tələblərinə uyğunlaşdırılması dövlətin əsas hədəfidir:
"Müasir dövrün tələblərinə uyğun olaraq mövcud olan peşələr, kvalifikasiyalara dair yeni tələblər ortaya çıxır. Yaxın 10 illik dövrdə süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insan iş yerini itirəcək. Bunun əvəzində isə müasir səriştələr tələb edən 97 milyon yeni iş yeri açılacaq".
S.Babayev əlavə edib ki, azad olunan ərazilərdə görülən işlər, əhali köçü qarşımızda yeni çağırışlar açır: "Həmin şəxslərin məşğulluğunun, eləcə də əmək bazarının ən yaxşı şəkildə formalaşdırılması vacib amillərdəndir".
"Fikrimcə liderin uğurda payı 20-30 faizdir. Uğurun 70-80 faizi komanda işindən irəli gəlir. Liderin əsas işi, bacarığı komandanı formalaşdırmaq, ürəkləndirmək, təşəbbüsləri üçün platforma yaratmaq, təklifləri əsasında qərar qəbul etməkdir. Uğursuzluğun 100 faizi amma məhz liderin uğursuzluğudur. Çünki komandanı formalaşdırmaq məhz liderin işidir. Müsabiqənin final mərhələsinə çıxan bütün finalçılara uğurlar arzulayıram, çünki məhz sizlər cəmiyyətə nümunə olmalısınız", - nazir vurğulayıb.
19-07-2024, 17:10
Nensi Pelosi Baydeni razı salmağa çalışır - Seçkilərdən çəkil!


Nensi Pelosi Baydeni razı salmağa çalışır - Seçkilərdən çəkil!

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Demokratlar Partiyasının üzvlərinə bildirib ki, ABŞ prezidenti Co Baydeni tezliklə prezidentlik yarışından geri çəkilməyə razı sala bilərlər.
Bu barədə Demokratlar Partiyasındakı mənbələrə istinadən “Vaşinqton Post” məlumat yayıb.
Keçmiş spiker partiya üzvlərinə deyib ki, Bayden noyabrda qalib gəlmək şansına dair ciddi şübhələr fonunda tezliklə seçkidən kənarlaşdırıla bilər. Partiya daxilində hələ də əhəmiyyətli təsirə malik olan Pelosi prezidentin yenidən seçilməkdən imtina etməyə yaxın olduğuna inandığını söylədi.
Konqresdəki mənbələrin bildirdiyinə görə, Pelosi dəfələrlə Ağ Evdə siyasi böhranı müzakirə etməyə və onu aradan qaldırmaq yollarını axtarmağa hazır olduğunu bildirib. Partiya üzvləri ilə görüşlər zamanı o, əsas bölgələrdə səsvermə məlumatları və Baydenə ictimai dəstək haqqında ətraflı qeydlər aparıb. Mənbələrin bildirdiyinə görə, ABŞ-ın hazırkı prezidenti ilə son söhbətində keçmiş spiker ona sorğunun nəticələrinin Bayden üçün onun düşündüyü qədər ümidverici olmadığını bildirib.
Daha əvvəl Axios portalı bildirmişdi ki, Bayden konqres liderləri, Demokratlar Partiyasının üzvləri və yaxın dostlarının artan təzyiqləri səbəbindən iyulun 20-21-də seçki yarışından çıxdığını elan edə bilər.
19-07-2024, 17:06
Taksidən kənarlaşdırılanlar avtobus sürücüsü ola bilər? - Nazirlikdən təklif


Taksidən kənarlaşdırılanlar avtobus sürücüsü ola bilər? - Nazirlikdən təklif

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayı təxminən 2 dəfə azalıb. Belə ki, əvvəl taksi sürücülərinin sayı 67-70 min nəfər idisə, hazırda 35 minə yaxın sürücü fəaliyyət göstərir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, taksi fəaliyyətindən uzaqlaşdırılan şəxslərin məşğulluğu ilə bağlı suallar yaranır. Nazir müavini qeyd edibki, məşğul olmayan sürücülər avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var: "Təkcə "BakuBus" şirkətinin hazırda 1 000 artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər".
Nazirliyin təklifini şərh edən nəqliyyat eksperti Aslan Əsədov deyir ki, 34 min insanın taleyini düşünmək lazımdır.
"Həmin şəxslər içində də müəyyən dərəcədə qayda-qanunlara raiyət etməyən, etik davranışa uyğun olmayan xarakterik insanlar olduğu üçün müəyyən narazılıq yarandı. Taksi fəaliyyətində köklü islahatların aparılmasına gətirib çıxardı. Yerdə qalan 34 min sürücünün ailə üzvləri ilə birlikdə hesablasaq, 100 minə yaxın vətandaş edir. Onların dolanışığı, ailə büdcəsi mühüm məsələdir. Sosial yardım alması, sosial qayğılarının təmin olunması dövlət üçün əlavə risklərdir və yüklərdir. Taksi sürücüləri 67-70 mindən 30-35 minə düşüb. Bu iki dəfə azalma deməkdir. Düşünürəm ki, bu sahədə islahatlar aparılmalı, müəyyən dəstək mexanizmi hazırlanaraq yenidən taksiyə olan təlabatı minimum həddə çatdırmaq lazımdır. Taksilərin minimum şərti ödəməsi vacibdir, çünki bu hadisə müəyyən bahalaşmaya və digər müəyyən problemlərə səbəb olacaq”.
Aslan Əsədov qeyd edib ki, keçmiş taksi sürücülərinin avtobusu idarə etmək üçün uyğun ilk növbədə uyğun kateqoriyaya malik olmalıdır: “Birinci seçim turu katoqoriyanın uyğun gəlib-gəlməməsinin yoxlanılmasıdır. Növbəti mərhələlər isə seçim turundan asılı olaraq dəyişəcək”.

19-07-2024, 17:03
Sərdar Cəlaloğlu geri çəkildi


Sərdar Cəlaloğlu geri çəkildi

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deputatlığa namizədliyini geri çəkib.
Bu barədə onun özü məlumat verib.
O, 1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürmüşdü.
“ADP tərəfindən namizədliyimin irəli sürüldüyü 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözləntilərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməyəcəyimi və bunun da milli maraqlara uyğun olmayacağını nəzərə alaraq partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm", - partiya sədri qeyd edib.
19-07-2024, 16:46
806 nəfər deputat olmaq üçün müraciət edib


806 nəfər deputat olmaq üçün müraciət edib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 806 nəfər namizədlik üçün müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
“Partiyaların 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib", - o qeyd edib.
MSK sədri vurğulayıb ki, 451 nəfər imza vərəqləri alıb:
"31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb", - deyə o bildirib.
19-07-2024, 15:58
Bu Avropa ölkəsi İranın azərbaycanlı prezidentini təbrik etdi


Bu Avropa ölkəsi İranın azərbaycanlı prezidentini təbrik etdi

Macarıstan prezidenti Tamaş Şuyok Məsud Pezeşkianın İranın 9-cu prezidenti seçilməsi münasibətilə təbrik edib.
Tamaş Şuyok iki ölkə arasında uzun müddətdir mövcud olan yaxşı münasibətlərdən məmnunluğunu ifadə edib.
"İran İslam Respublikasının prezidenti seçilməyinizlə bağlı ən xoş arzularımı bildirməyə icazə verin", - Tamaş Şuyok bildirib.
"Xalqlarımız arasında çoxəsrlik əməkdaşlığı yüksək qiymətləndirirəm. Mən şadam ki, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də mədəniyyət və təhsil sahəsində əlaqələr daim inkişaf edir.
Sizə möhkəm cansağlığı və məsuliyyətli işinizdə uğurlar arzulayıram”, - deyə o əlavə edib.
Məsud Pezeşkian iyulun 30-da İranın yeni prezidenti kimi and içəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!