Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
17-07-2024, 20:38
Ərdoğan Şimali Kiprə gedir


Ərdoğan Şimali Kiprə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər edəcək.
Bu barədə TRT kanalı məlumat yayıb.
Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, həmçinin siyasi partiya nümayəndələri və bir çox millət vəkilləri Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibətilə təşkil edilən mərasimlərə qatılacaq.
17-07-2024, 20:21
COP29-a hazırlıq müzakirə olundu


COP29-a hazırlıq müzakirə olundu

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri çərçivəsində fikir mübadiləsi aparılıb.
17-07-2024, 19:41
Elektrik avtobuslar gömrük rüsumundan azad edildi


Elektrik avtobuslar gömrük rüsumundan azad edildi

Elektrik mühərriki ilə hərəkətə gətirilən avtobuslar 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədə olacaq.
17-07-2024, 19:22
Fəzail Ağamalı yox, qızı namizəd olacaq


Fəzail Ağamalı yox, qızı namizəd olacaq

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Onun əvəzinə qızı Günay Ağamalı namizəd olacaq.
Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyi irəli sürülüb. O, Ana Vətən Partiyasının sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviridir.
Qeyd edək ki, Fəzail Ağamalı Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olub.
17-07-2024, 18:22
Səfirliyimiz saxta video ilə bağlı tədbir görəcək


Səfirliyimiz saxta video ilə bağlı tədbir görəcək

Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı yayılan videomüraciət həqiqəti əks etdirmir. Bu video ilə bağlı tədbir görüləcək.
Bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasından məlumat verilib.
“Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir”,- səfirlikdən bildirilib
17-07-2024, 18:11
Cinayətlərin kökündə dayanan amillər


Cinayətlərin kökündə dayanan amillər

İnsanı formalaşdıran əsas amillərdən biri də cəmiyyətdir. Körpə böyümə mərhələsində ətrafına nəzər salır, qavrayır, təqlid edir. Lakin yaxşı ilə pisi ayırd edə bilmir. Buna görə də bizim gələcəyimiz olacaq bu uşaqların, həqiqətən sabahımız ola bilməsi bugünkü bizlərin əlindədir. Son zamanlar Azərbaycanda baş verən hadisələrdən və cəmiyyətin bu məsələlərdəki rolundan danışaq. Aprel ayında Bakıda ailəsinin beş üzvünü balta ilə amansızlıqla qətlə yetirən Əhməd uzun müddət media gündəmindən düşmədi və cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailə üzvlərini və hətta 2 yaşlı bacısı qızını qətlə yetirmişdi. Bu cinayət yox, faciə idi. Əhmədin amansız qətlini unutmağa macal tapmamış, 24 iyunda Şüvəlanda 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşənin, onu istintaqa cəlb etmək üçün gələn üç polisi ailəsinin gözü önündə ov tüfəngi ilə vurmağı xəbəri yayıldı. 26 iyunda paytaxt Bakının Nərimanov rayonunda İsmayıl Allahverdiyev sevdiyi qız üçün öz tanışı Tural Kosayevi insanların gözü önündə güllələyərək öldürmüşdü və qaçarkən ərazidə olan insanlar tərəfindən yaxalandı. Ardınca 6 iyul tarixində baş vermiş hadisə yenə insanların içində dərin kədər hissi oyatdı. Çünki bu son iki ayda qətlə yetirilən dördüncü polis idi. Daha öncə səkkiz dəfə məhkum olunmuş Mehman Məmmədov polis kapitanından qaçarkən kəsici alətlə yaralanmış, yaralanmasına baxmayaraq polis kapitanı istintaqdan yayınan Mehman Məmmədovu tutmuşdu. Lakin özü ağır yaralandığı üçün xəstəxanada dünyasını dəyişdi. Vaxtilə bu hadisələri xarici xəbərlərdə görüb özümüzə şükür edirdiksə indi bu hadisələr gözümüzün önündə yaşanır. Bəs insanı cinayət törətməyə sövq edən nədir? İnsan niyə cinayət törədir? İnsanı cinayətə sürükləyən amillər nələrdir? Cinayətlərin psixoloji aspektini araşdırdım. İnsanın cinayət törətməsində ancaq sosial problemlər rol oynamır. Arada düşünürsən, zahirən adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir. Son zamanlar müşahidə edilir ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər də var. Antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır. Qeyri-qanuni hərəkətlərə səbəb olan amillər aşağıdakılardır: 1.həddən artıq və ya davamlı olaraq ailədə cəza tətbiq etmək; 2.ailədə ata rolunun olmaması; 3.uşağa qarşı həddən artıq yumşaq davranış; 4.ailədə baş verən münaqişələr. Bəzən tam təminatlı ailədə uşaq özünü tək, lazımsız hiss edir. Sonra gəlir bağça, məktəb. Görürsən ki, burda da ətraf ilə münasibət formalaşmır bu da zamanla qapalılıqdan açıq aqressiyaya gətirib çıxarır. On iki - on yeddi yaşlarda qanunazidd hərəkətlər ixtiyari olur: oğurluq, xuliqanlıq. Cinayətkarın adətən cinayəti törətmək üçün müəyyən motivi olur. Bura qısqanclıq, paxıllıq, intiqam və kin daxildir. Daha sonra da qeyri-qanuni hərəkətlərə səbəb olan anomaliyalar yaranır ki, bura — "psixopatiya", "alkoqolim", "nevrotik pozuntu", "kəllə beyin travması", "intellektual çatışmazlıq" və s. daxildir. Qısacası, cinayətlərin törədilməsində həm ailənin, həmdə cəmiyyətin rolu var. Doğulan körpələrə ideal cəmiyyət yaratmaq mümkün olmaya bilər. Lakin ailələr öz övladları üzərindən götürdükləri öhdəliklərə ciddi şəkildə yanaşmalıdırlar. Təbii ki, bu tək ailənin də bacaracağı proses deyil. Uşaqların asosiallığı qırması üçün də baxça və məktəblərdə şərait yaradılmalı psixologiya dərsləri keçirilmlədir. Uşaqlar həm özlərini, həm cəmiyyəti dərk etməlidir. Bu gün uşaqlarımızı qoruyub düzgün tərbiyə etmək, gələcəyə ən böyük miras vermək deməkdir.

Ayhan Ağarzayev
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
17-07-2024, 17:57
YAP Hadi Rəcəblinin dairəsinə yeni namizəd gətirdi


YAP Hadi Rəcəblinin dairəsinə yeni namizəd gətirdi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu gün deputatlığa namizəd siyahısını açıqlayıb.
Hakim partiya mərhum Hadi Rəcəblinin əvəllər deputat seçildiyi dairədən yeni namizəd irəli sürüb.
Belə ki, 78 saylı (keçmiş 74 saylı-red.) Lənkəran kənd seçki dairəsindən YAP-ın 1 sentyarbda keçiriləcək seçkilərdəki namizədi Anar İsgəndərov olacaq.



Anar İsgəndəov fəaliyyətini yenicə başa vuran altıncı çağırış parlamentdə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı olub.
Mərhum Hadi Rəcəbli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.
O, sonuncu dəfə 2015-ci ilin noyabrında Lənkəran kənd seçki dairəsindən Milli Məclisə deputat seçilmiş, 2020-ci ildə səlahiyyətlərini başa vurmuşdu.
Hadi Rəcəbli 2020-ci ildəki növbədənkənar seçkilərdə də 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini vermişdi. Həmin dairədə lider namizəd Hadı Rəcəbli elan olunsa da, MSK sonradan nəticələri ləğv etmişdi. Və altıncı çağırış Milli Məclisdə əvvəldən axıradək Lənkəran kənd seçki dairəsinin parlamendəki yeri boş qalmışdı.
Hadı Rəcəbli 17 aprel 2024-cü ildə vəfat edib.
17-07-2024, 17:40
Elşən Musayev bu dairədən namizəd olacaq


Elşən Musayev bu dairədən namizəd olacaq

VI çağırış Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev namizədliyini irəli sürəcəyi seçki dairəsini dəqiqləşdirib.
Deputat Elşən Musayev bildirib ki, o,116 saylı Qəbələ seçki dairəsindən namizəd olacaq.
"Bəli, hansı dairədən namizədliyimi verməyimlə bağlı qərarımı dəqiqləşdirdim. Həmin dairə 116 saylı Qəbələ seçki dairəsi olacaq",- Elşən Musayev vurğulayıb.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 116 saylı Qəbələ seçki dairəsindən namizədi Ədilə Tağıyevadır.
17-07-2024, 17:23
Xocalı xəstəxanasının direktoru Xankəndidən namizəd oldu


Xocalı xəstəxanasının direktoru Xankəndidən namizəd oldu

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 122 saylı Xankəndi seçki dairəsindən Məmmədov Aqil Kamran oğlunun namizədliyini irəli sürüb.
Bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Aqil Məmmədov Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktorudur.
17-07-2024, 16:47
SOCAR-ın sabiq vitse-prezidenti deputatlığa namizəddir


SOCAR-ın sabiq vitse-prezidenti deputatlığa namizəddir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) sabiq vitse-prezidenti Bədəl Bədəlov YAP-ın deputatlığa namizədlər siyahısında yer alıb.
Onun namizədliyi 96 saylı Goranboy-Naftalan seçki dairəsindən irəli sürülüb.
Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olub. O, 2011-ci ildə SOCAR-ın vitse-prezidenti təyin edilib və 28 iyul 2023-cü ildə vəzifəsindən azad edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!