Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
15-07-2024, 22:34
İrana qayıdan səfirimizdən paylaşım


İrana qayıdan səfirimizdən paylaşım

"Səfirliyimizin fəaliyyətinin yeni ünvanda bərpası ilə xidmətimizi davam etdirmək üçün bu gün Tehrana qayıtdıq."
Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz şəxsi "Facebook" hesabında yazıb.
"İnanıram ki, birgə səylərimizlə qarşılıqlı hörmətə, dostluğa və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq.", - deyə səfir bildirib.
15-07-2024, 21:38
Həlak olan hərbçimiz 3 uşaq atası imiş...


Həlak olan hərbçimiz 3 uşaq atası imiş...

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub.
Həlak olan hərbçimiz 1981-ci ildə anadan olub.
Əslən Ordubaddan olan hərbi qulluqçu Vətən müharibəsində iştirak edib və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.
Zaqatalada yaşayan Yunis Abbasov ailəli və üç uşaq atası olub.
15-07-2024, 21:36
Putinin nümayəndəsindən Xəzər dənizi ilə bağlı mühüm açıqlama


Putinin nümayəndəsindən Xəzər dənizi ilə bağlı mühüm açıqlama

Xəzər dənizinin dayazlaşması ilə bağlı konkret qərarlar hələlik hazırlanma mərhələsindədir.
Bunu Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Rusiyanın Azərbaycandakı səfirliyində jurnalistlərə açıqlamasında bildirib.
Bu məsələnin həm yüksək səviyyədə, həm də nazirliklər səviyyəsində həyata keçirilən bütün görüşlərin gündəliyində olduğunu diqqətə çatdıran B.Titov deyib: “Düşünürəm ki, bununla bağlı düzgün qərar veriləcək. Əlbəttə ki, bu gün mürəkkəb ekoloji proseslər baş verir. Bəzilərinin dövri xarakterə malik olduğunu bilirik. Əlbəttə ki, bu həm Volqa çayına, həm də Xəzər dənizinə aiddir, ona görə də biz bunu rəhbərliyimizin öhdəsinə buraxacağıq”.
15-07-2024, 20:31
Hərbçimiz həlak oldu


Hərbçimiz həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir” , - məlumatda qeyd olunur.
Allah rəhmət eləsin!
15-07-2024, 20:12
Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - Spikerdən təklif


Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - Spikerdən təklif

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) parlament sədri Zorlu Töre Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xalqlarının yaxınlaşması üçün vahid əlifbanın qəbul edilməsinin zəruriliyini bəyan edib.
Müvafiq təklifi Töre Lefkoşada Türkiyənin Kastamonu Universitetinin nümayəndə heyəti ilə görüşdə səsləndirib.
O xatırladıb ki, ŞKTC və Türkiyəni digərləri ilə yanaşı dil və əlifba birləşdirir. “Ümid edirəm ki, tezliklə bu cür körpüləri biz digər türk dövlətləri ilə də quracağıq”, – deyə Töre bildirib.
Parlament spikeri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasında konsolidasiya və birlik haqqında bəyanatlarını ümidverici adlandırıb.
“Türk dövlətlərinin bir hissəsi artıq ŞKTC-də istifadə edilən əlifbaya keçib. Bu, bizim ölkələrimizi birləşdirən vacib amildir. Bu istiqamətdəki səylər sürətləndirilməlidir, o cümlədən ictimai təşkilatlar səviyyəsində”, – deyə o qeyd edib.
15-07-2024, 19:35
Dənizdə batan gəncin meyiti tapıldı


Dənizdə batan gəncin meyiti tapıldı

Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.
Dənizdə batan şəxs 2006-cı il təvəllüdlü Nəbiyəv Kamal Mirzə oğludur.
Meyit aidiyyatı üzrə təhvil verilib.
15-07-2024, 18:29
MSK-nın bugünkü iclasında nələr müzakirə edildi?


MSK-nın bugünkü iclasında nələr müzakirə edildi?

İyulun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Əvvəlcə MSK-nın iyulun 12-də keçirilən iclasının protokolu təsdiqlənib.
Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı məsələsinə baxılıb. Protokolların MSK tərəfindən müəyyənləşdirilmiş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun hazırlanması qərara alınıb. Qərara əsasən, səsvermənin nəticələrinə dair protokollar, habelə aşağı seçki komissiyalarının hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan protokollar Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.
İclasda daha sonra qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərdə Müasir Müsavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.
Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə baxılıb.
15-07-2024, 18:09
Azərbaycan İsraillə iqtisadi əlaqələrini gücləndirir


Azərbaycan İsraillə iqtisadi əlaqələrini gücləndirir

Azərbaycan İsraillə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşdə xarici sərmayədarlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov qeyd edib.
15-07-2024, 17:59
Azərbaycana çox önəm veririk - CHP-nin sədr müavinindən özəl müsahibə


Azərbaycana çox önəm veririk - CHP-nin sədr müavinindən özəl müsahibə

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) təhlükəsizlik məsələləri üzrə sədr müavini, admiral Yankı Bağcıoğlu müsahibə verib.

Sədr müavini Türk Dünyasının hərbi sahədəki mövqeyi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və CHP-nin Türk Dünyasına olan baxışı barədə geniş danışıb. Bağcıoğlu Türk Dünyasının genetik kodlarında əsgərlik və silahlı qüvvələrin xüsusi yer tutduğunu vurğulayaraq, Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin əhəmiyyətindən söz açıb.

- Cənab Admiral, hazırda Türk dünyasının hərbi sahədəki vəziyyəti barədə bir hərbçi kimi nə deyə bilərsiniz?

- Türk dünyasının tarixən gələn genetik kodları içərisində əsgərlik və silahlı qüvvələr xüsusi yer tutur. “Hər türk əsgər doğar” ifadəsi cəmiyyətlərimizdə çox yayğın olaraq istifadə olunur. Bu baxımdan, xüsusilə Türkiyə və Azərbaycan başda olmaqla, bu genetik meylin texnoloji üstünlük ilə birləşdirilməsinə yönəlik səyləri böyük bir sevinclə izləyirik.

Həm Hərb Akademiyasında birlikdə təhsil aldığım, həm də peşə həyatımdakı fərqli mühitlərdə tanış olmaq fürsəti əldə etdiyim Azərbaycan hərbi personalının Vətən sevgisi, peşəkar biliyi və təcrübəsi, Türk Silahlı Qüvvələri personalı ilə olan dostluqdan daha çox qardaşlığı məni yaxşı mənada həddən artıq təsirləndirir.
Türk Müdafiə Sənayesinin istehsal və inkişafa yönəlik əldə etdiyi müsbət sürətin nəticəsi olaraq, orijinal və texnoloji cəhətdən üstün silah sistemlərinin Türk dünyası tərəfindən də seçildiyi və bir çox qardaş ölkənin silahlı qüvvələri tərəfindən də istifadə edildiyi gerçk olaraq ortadadır. Bu baxımdan, Türk Dünyasının hərbi sahəyə baxışının say üstünlüyündən daha çox texnoloji üstünlüyü hədəfləyən bir baxışa çevrildiyini demək doğru olar.
Bundan başqa, Türk Dünyası ölkələrinin ortaq təlimlər təşkil etməsi, hərbi sahədə bilgi və təcrübə paylaşımını artırmaq baxımından önəmlidir. Birlikdə işləmə qabiliyyəti yalnız texnologiya ilə deyil, eyni zamanda hərbi doktrin və təlimlərin də uyğunlaşdırılması ilə mümkün olacaq. Bu istiqamətdə Türk Dünyasının hərbi əməkdaşlıq çərçivəsində daha çox koordinasiya və ortaq layihələrə ehtiyacı olduğunu düşünürəm.

- Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsi imzalayıb. Bu sənədin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında illərdir davam edən hərbi əlaqələrin əsas çərçivəsini ortaya qoyan və bu çərçivənin əsaslarını beynəlxalq aləmə bəyan edən çox önəmli bir sənəddir.

Önəmli olan sənəddə ümumi xətləri çəkilən fəaliyyətlərin real həyatda tətbiqi formasıdır. Türkiyə və Azərbaycan silahlı qüvvələri Şuşa Bəyannaməsində ifadə edilən hərbi fəaliyyətləri bir yerinə yetirirlər. Xüsusilə qarşılıqlı hərbi təlimlər və hərbi qabiliyyətləri artırmaya yönəlik fəaliyyətlərin davam etdiyini böyük sevinclə izləyirik.
Ancaq bu əlaqələr yönündə bəzi məqamlara ehtiyac olduğunu düşünürəm.
Məsələn, bir Azərbaycan Dəniz Qüvvələri zabitinin Türk Dəniz Qüvvələri gəmilərində izləyici zabitlik etməsi (və ya əksinə) iki ölkənin silahlı qüvvələri arasındakı əlaqələri dərinləşdirəcək. Eyni şəkildə iki ölkənin hərbi təhsil qurumlarında uzun müddətli akademik personal dəyişmələrinin də bu əlaqələri artıracağını düşünürəm.
Bununla yanaşı, ortaq müdafiə sənayesi layihələrinin inkişaf etdirilməsi, iki ölkənin hərbi qabiliyyətlərini daha da gücləndirəcək. Xüsusilə pilotsuz uçuş aparatları, kiber təhlükəsizlik və elektron müharibə kimi texnologiyalara yönəlik əməkdaşlıqlar, hər iki ölkənin müdafiə qabiliyyətini artıracaq.
Bundan başqa, sayını artırmaqla birlikdə həyata keçiriləcək ortaq təlimlərə digər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin də daxil edilməsi, geniş miqyaslı bir hərbi əməkdaşlığın yaradılması baxımından önəmli addımlar olardı.

- Cənab admiral, Türk Dövlətləri Təşkilatı demişkən, Türk dövlətlərinin ortaq hərbi birliyinin yaradılması ilə bağlı düşüncə aktuallığını qoruyur. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu fikri önəmsəməklə yanaşı, deyə bilərəm ki, daha vacib olanı Türk Dövlətləri Silahlı Qüvvələri arasındakı qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsidir. Ortaq yaradılacaq bu birlik tam olaraq istədiyimiz nəticəni verə bilər. Bunun üçün digər birliklərin də qarşılıqlı çalışması vacibdir.
Vacibi Türk Dövlətləri Təşkilatının silahlı qüvvələri arasında tam bir uyğunluq və qarşılıqlı fəaliyyət mexanizmlərinin yaradılmasıdır.
Bundan başqa, prosesin sürətləndirilməsi üşün TDT üzvləri arasında müdafiə əməkdaşlığı müqaviləsinin imzalanmasıdır. Eyni zamanda mövcud müqavilələrin inkişaf etdirilməsi və genişləndirilməsi də faydalı olar. Bu müqavilələr ortaq təlimlərin planlanması, müdafiə sənayesi layihələrində əməkdaşlıq edilməsi və hərbi personal dəyişmə proqramlarının artırılmasını ehtiva edə bilər. Beləliklə, Türk Dövlətləri arasındakı hərbi inteqrasiya daha güclü şəkildə təmin edilə bilər və regional təhlükəsizlik yaranar.

- Dedikləriniz CHP-nin Türk dünyası ilə bağlı düşüncəsidir?

- CHP tarixi olaraq qurucu liderimiz Mustafa Kamal Atatürkün əmanət etdiyi siyasi baxışın nəticəsi olaraq Türk dövlətlərini, “İki Dövlət-Tək Millət” anlayışında ifadə edildiyi kimi eyni millətin fərqli coğrafiyalarda yaşayan parçaları olaraq görməkdədir. CHP olaraq, Türk Dünyası ilə iqtisadi, mədəni və sosial əlaqələri də inkişaf etdirmək üçün səylər göstəririk. Ortaq tarix və mədəniyyətimizi daha yaxşı tanıtmaq, təhsil sahəsində əməkdaşlıqları artırmaq və ortaq layihələr həyata keçirmək üçün addımlar atırıq. Türk Dünyası ilə olan əlaqələrimizi daha da gücləndirmək və ortaq gələcəyimizi formalaşdırmaq üçün üzərimizə düşən məsuliyyətləri yerinə yetirməyə qətiyyətliyik.
Azərbaycan ilə olan əlaqələrimizi daha da gücləndirmək üçün müxtəlif layihələr gerçəkləşdirir, əməkdaşlıqlar edirik. Ortaq mədəniyyət tədbirləri, iqtisadi əməkdaşlıqlar və təhsil sahəsində layihələrlə iki ölkə arasındakı əlaqələri daha da gücləndirməyi hədəfləyirik. Azərbaycan xalqı ilə olan qardaşlıq əlaqələrimizi gücləndirmək, qarşılıqlı anlayış və əməkdaşlığı artırmaq üçün hər cür səyi göstərməyə davam edəcəyik.
CHP-dəki son dəyişikliyin memarı başqanımız Özgür Özəl vəzifəni təhvil almasının ardından ilk rəsmi ziyarətini Şimali Kipr Türk Cümhuriyyəti, ikinci ziyarətini isə Azərbaycana etməyi hədəflədiyini açıqlayıb.
CHP olaraq can Azərbaycan ilə əlaqələrə çox önəm verdiyimizi bir daha vurğulamaq istərdim. Sədrimiz Özgür Özəl tərəfindən uyğun bir tarixdə Azərbaycanı, Azərbaycanın liderini ziyarət etmək arzusunda olduğumuzu da bildirirəm.
15-07-2024, 17:40
Baxımsız vəziyyətdə qalmış 15 günlük körpənin həyatı xilas edildi


Baxımsız vəziyyətdə qalmış 15 günlük körpənin həyatı xilas edildi

İaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpə xilas edilib.
Bununla bağlı Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyatı qurumlarla birlikdə araşdırılıb.
Nəticədə Nəsimi rayonu ərazisində iaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpənin həyatı xilas olunub.
Araşdırmalar davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!