Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
15-07-2024, 17:28
Trampa qarşı sui-qəsdi Bayden sifariş edib - İddia


Trampa qarşı sui-qəsdi Bayden sifariş edib - İddia

Səkkiz respublikaçı konqresmen ABŞ prezidenti Co Baydenin Donald Trampa qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıdığını iddia edib.
Nümayəndələr Palatasının üzvü, respublikaçı Maykl Kollinzin sözlərinə görə, Bayden Trampı öldürmək sifarişi verib.
Sosial şəbəkələrdə sensasiyalı açıqlamaları ilə tanınan konqresmen Kollinz deyib ki, prokuror dərhal Co Baydeni qətlə təhrikdə ittiham etməlidir.
15-07-2024, 16:58
Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın


Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın

Şəmkirdə yanğın hadisəsi baş verib.
Hadisə rayon ərazisində yerləşən peşə məktəbinin yataqxanası, hazırda Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb. Belə ki, sözügedən yataqxanada olan otaqların birində anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yataqxananın qalan hissəsi yanğından mühafizə edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
15-07-2024, 16:25
"Pezeşkianın seçilməsi münasibətlərin istiləşməsinə təsir edə bilər" - Sabiq səfir


"Pezeşkianın seçilməsi münasibətlərin istiləşməsinə təsir edə bilər" - Sabiq səfir

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb. Səfirlik ötən ilin əvvəli bağlanıb. 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Məsələ ilə bağlı danışan Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli bildirib ki, səfriliyin uzun müddət bağlı qalması Azərbaycanın ziyanına idi:



"İranın Azərbaycanın İrandakı səfriliyimizin uzun müddət bağlı qalması bizim ziyanımıza idi. Bəli, səfirliyin fəaliyyətinin dayandırılması bir diplomatik demarş idi. Lakin hər baxımdan bu bizim ziyanımızaydı. Çünki diplomatik nümayəndəliyin olması ölkənin ehtiyacıdır. Səfirliyimiz bağlananda da deyirdim, indi də deyirəm ki, bizim orada səfirliyimiz olmalıdır. Amma o vaxtda dediyim kimi, uyğun təhlükəsizlik sistemi qurulmalıdır. Əvvəlki kimi əlini-qolunu sallaya-sallaya səfirliyə giriş olmamalıdır. Bütün ölkələrdəki səfriliklərimizdə təhlükəsizlik sistemi yüksək səviyyədə qurulmalıdır".
Sabiq səfir vurğulayıb ki, İranda yeni prezidentin seçilməsi ilə səfirliyimizin fəaliyyətə başlamasının üst-üstə düşməsi xoş bir hadisədir:
"Məsələyə bu nöqteyi-nəzərdən baxmaq olar. Bütün hallarda bizim İranda böyük maraqlarımız var. Bu maraqları qorumaq üçün də səfirliyə, diplomatik nümayəndəliklərə ehtiyacımız var. Quru sərhədlərinin açılmasına da ehtiyac var. Çünki iki Azərbaycan arasındakı əlaqələrin daha da genişlənməsinə quru sərədlərinin bağlı qalması mane olur. Bundan sonrakı əlaqələrimizin necə olacağını indidən demək elə də asan deyil. Əlaqələrin necə olacağı beynəlxalq və regional faktorlardan asılı olacaq. Pezeşkianın seçilməsi münasibətlərin istiləşməsinə təsir edə bilər".
15-07-2024, 16:21
Deputat olmaq istəyən 261 nəfərin müraciəti təsdiqlənib - RƏSMİ


Deputat olmaq istəyən 261 nəfərin müraciəti təsdiqlənib - RƏSMİ

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 431 nəfər müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.
O bildirib ki, onlardan 261 nəfərin müraciəti təsdiqlənib. Onların 213-nə imza vərəqələri verilib. 9 nəfər imza vərəqələrini dolduraraq geri qaytarıb.
15-07-2024, 16:17
Qan çıxarmaq əvəzinə, qan verək! - Deputatdan Aşura çağırışı


Qan çıxarmaq əvəzinə, qan verək! - Deputatdan Aşura çağırışı

“Aşura hadisəsi dünya tarixində böyük faciələrdən biri olmaqla yanaşı, İslam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir. İnsanların ali dəyərlər uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir. Heç şübhəsiz ki, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) nəvəsi Həzrət Hüseynin (ə) övladları və yaxınları ilə birlikdə şəhid olmaları İslam tarixində dərin iz buraxmışdır”.
Bunu açıqlamasında VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov Məhərrəm ayının 10-cu günü – Aşuradan danışarkən bildirib.
“Aşura eyni zamanda, Azərbaycan tarixi, mədəniyyəti, poeziyası və musiqisinin formalaşmasında mühüm yer tutub, klassik ədəbiyyata ciddi təsir göstərib. Bu mənada Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində müstəsna yeri olan fenomendir.
Azərbaycan tarixində Məhərrəm ayının və Aşuranın xüsusi yeri var. Azərbaycan xalqı hər il bu hadisələrin ildönümünü yüksək səviyyədə keçirir. Bu ənənələr Azərbaycanda xalqımız tərəfindən daim yaşadılıb. Xalqımızın tarixində, ədəbiyyatında, mədəniyyətində bu hadisələr xüsusi qeyd edilib”, - C.Məmmədov əlavə edib.



Deputat xatırladıb ki, İmam Hüseynin (ə) mübarizəsi ədalətin bərpası üçün idi:
“Burada bizim alacağımız bir çox dərslər var. Bu, Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır.
Biz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq, Vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq. Necə ki, bunu Vətən müharibəsi zamanı etdik.
Bu gün ayrı-ayrı ölkələrdə bu mərasimlər baş yarmaq və qan çıxarmaqla qeyd edilir. Azərbaycanda isə bununla bağlı nümunəvi modeli ortaya qoyularaq, hər il qanvermə aksiyaları keçirilir. Yəni insanlar qan çıxarmaq əvəzinə, qan verməklə bu aksiyalarda iştirak edirlər.
İnanırıq ki, hər il olduğu kimi, bu il də insanlarımız Məhərrəmliyi və Aşura mərasimlərini onun həqiqi ruhuna uyğun keçirəcəklər”.
15-07-2024, 15:34
Bir həftədə 147 mina aşkarlanıb


Bir həftədə 147 mina aşkarlanıb

Azad olunan ərazilərdə iyulun 8-14-də 68 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 397 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.
Bildirilib ki, 1284,4 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.
15-07-2024, 15:30
Erməni-amerikan birgə hərbi təlimi başladı


Erməni-amerikan birgə hərbi təlimi başladı

İyulun 15-də Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında erməni-amerikan birgə hərbi təlimi elan edilib.
Təlimin açılış mərasimində erməni müdafiə naziri Suren Papikyan, ABŞ-ın İrəvandakı səfiri Kristina Kuin və başqaları iştirak ediblər.
Müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin təlimlərdə iştirak edən hərbçilərə müraciət ediblər.
Açılış mərasimi təntənəli yürüşlə başa çatıb.
Xatırladaq ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində iyulun 15-24-də Ermənistanda birgə erməni-amerikan təlimi keçiriləcək.
Təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı quru qüvvələrinin və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edir.
Təlim sülhməramlı missiyalar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir.
Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə üzrə qabaqcıl təcrübələri mübadilə etmək, o cümlədən erməni bölməsinin hazırlığını artırmaqdır.
15-07-2024, 15:19
XİN Türkiyəni təbrik etdi


XİN Türkiyəni təbrik etdi

Azərbaycan Xarici İlər Nazirliyi (XİN) 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq. 15 iyul - Demokratiya və Milli Birlik Gününüz mübarək!",-məlumatda qeyd edilib.
15-07-2024, 14:35
DİM abituriyentlərə xəbərdarlıq etdi


DİM abituriyentlərə xəbərdarlıq etdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir.
Bu barədə DİM imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırıb.
“Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilir.
Ancaq, təəssüf ki, tez-tez mobil telefonla imtahan binasına daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə və digər qayda pozuntularına rast gəlinir. Dövlət İmtahan Mərkəzinin bütün xəbər və məlumatlarında neqativ hallar dəfələrlə ictimaiyyətin diqqətinə çatdırılsa da, bu tip qayda pozuntuları yenə də təkrarlanmaqda davam edir”, - DİM bildirib.
Mərkəz qeyd edib ki, dünən keçirilən imtahanlarda üç nəfərdə mobil telefon aşkar olunub.
Görüntülərdən də aydın oldur ki, bir imtahan iştirakçısı öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərib:
“Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər”.
DİM imtahan iştirakçılarına müraciət edərək tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar.
15-07-2024, 14:31
Mirzoyan Nyu-Yorka getdi


Mirzoyan Nyu-Yorka getdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda işgüzar səfərdədir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat katibi Ani Badalyan qeyd edib ki, Ararat Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək, burada ölkə hökumətinin üçüncü milli hesabatını təqdim edəcək və bir sıra görüşlər keçirəcək.
Mirzoyanın səfəri iyulun 16-da başa çatacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!