Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
31-07-2024, 11:16
Pezeşkiandan Haniyənin ölümünə münasibət: Peşman olacaqlar


Pezeşkiandan Haniyənin ölümünə münasibət: Peşman olacaqlar

İran prezidenti Məsud Pezeşkian HƏMAS siyasi bürosunun Tehranda raket zərbəsi ilə öldürülən rəhbəri İsmayıl Haniyənin qətlinə münasibət bildirib.
Pezeşkian bunu törədənlərin peşmanlıq çəkəcəyini bəyan edib.
"Tehran HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyəni öldürən "terrorçu işğalçıları" peşman olmağa məcbur edəcək" - İran prezidenti belə söyləyib.
Qeyd edək ki, Haniyə Pezeşkianın andiçməsinə qatılmaq üçün səfər etdiyi Tehranda qaldığı evə raket zərbəsi endirilməsi nəticəsində ölüb.
31-07-2024, 11:05
Əliməmməd Nuriyev namizədliyini geri götürdü


Əliməmməd Nuriyev namizədliyini geri götürdü

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, sabiq deputat Əliməmməd Nuriyev parlament seçkilərində namizədliyini geri götürüb.
Bu barədə onun özü məlumat verib.
QHT sədri namizədliyini 75 saylı seçki dairəsindən irəli sürmüşdü. Onun bu dairədə əsas rəqibi tarixçi, VI çağırış Milli Məclisin deputatı Musa Qasımlı idi.
"Fəlaiyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir. Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır", - Nuriyev bildirib.
30-07-2024, 19:33
"Buğra tələsi"nin təqdimatı keçirilib


29 İyul, 2024- cü i, Beynəlxalq Muğam Mərkəzində- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən '' Buğra tələsi'' kitabının təqdimatı və anadan olmasının 29 -cu ili münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışıb və kitab haqqında məlumat verib. Kitabın müəllifi Ötərxan Eltacdır.
Vətənimizin azadlığı, bütövlüyü, suverinliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dövlət himni səsləndirilib.

Söz Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müavini Vüsal Sehranoğluna verildi. O, qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan Zaur İsmaylzadədən bəhs edən kitab gənclərə bir örnəkdi.
Tədbirdə kitabın müəllifi - AZTV- nin əməkdaşı, hərbi jurnalist Ötərxan Eltac, kitabın redaktoru pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Pirəli Əliyev, Dədə Ələsgər Ocağı İB-nin sədri Xətai Ələsgərli, Xətai rayon Ağsaqllar Şurasının sədri, şəhid atası Mürvət Əzizov, şair Brilyant Atəş, şəhid bacısı, şair Lalə İsmayıl, Əməkdar Mədəniyyət işçisi , aşıq Solmaz Kosayeva, Nənə qızlar ansamblı, bəstəkar Yaqut Almaz, gənc müğənni Arif Mehmandost, şəhid ailələri, qazilər, ziyalılar, jurnalistlər, şairlər, müğənnilər, şəhidin yaxınları, doğmaları çıxış etdilər.
Məclisin üzvü Zülfiyyə İsmayılova şəhid Zaur İsmayılzadənin anasına- Azərbaycan xanımlarının simvolu olan ipək kəlağayı hədiyyə verdi.
Şəhid haqqında video-çarx nümayiş olundu.

Tədbirin davamıı Lənkəranda oldu.
30 iyul, 2024-cü iildə Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən ''Buğra tələsi'' kitabının təqdimatı və anadan olmasının 29-cu il münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq, şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışdı. Şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Dövlət himnimiz səsləndirildi.
Lənkəran şəhər İcra başçısının müavini Ülviyyə Əliyeva bizi birliyimizə, bütövlüyümüzə qovuşduran qəhrəman oğulların şücaətindən, dövlətin şəhid ailələrinə diqqət və qayğısından söz açdı.
Zaur İsmayılzadədən bəhs edən video-çarx göstərildi.
Kitabın müəllifi Ötərxan Eltac, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Brilyant Atəş, Mübariz Süleymanlı, Rafiq Abbasov və neçə-neçə söz sahibi çıxış etdi.

Güllü Eldar Tomarlı sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.Tədbir başa çatdıqdan sonra şəhidin məzarı ziyarət olundu.
30-07-2024, 17:46
Şair Elman Tovuz vəfat etdi


[b]Şair Elman Tovuz vəfat etdi[/b]

Şair Elman Tovuz dünyasını dəyişib.
Bu barədə məlumatı mərhumun dostu Ehtiram İlham social şəbəkədə paylaşıb.
Xatırladaq ki, 1997-ci ildən yatağa düşən mərhum şair uzun müddətdir əlil arabasına məhkim idi və ağır xəstəlikdən əziyyət çəkirdi.
Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət kəndində doğulub. 1984-cü idə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) bitirib. 1998-ci ilədək müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, elə o vaxtdan əlil arabasına məhkum idi.
Şair "Hara gedir bu yol belə?..", "Dünya, məni mənə qaytar", "Dəlir ürəyimi demədiklərim" adlı üç kitabın müəllifidir.
Allah rəhmət eləsin.
30-07-2024, 17:33
İranın yeni prezidenti Məsud Pezeşkian and içib


İranın yeni prezidenti Məsud Pezeşkian and içib

İyulun 30-da İran parlamentində bir çox xarici dövlət rəsmilərinin iştirakı ilə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirlib.
Mərasimə 600-ə yaxın xarici və iranlı jurnalist buraxılıb.
Tədbirdə70-dən çox xarici nümayəndə, o cümlədən dövlət rəsmiləri iştirak edib.
Parlamentin sədri Məhəmməd Bağer Qalibaf mərasimin əvvəlində çıxış etdikdən sonra 69 yaşlı Pezeşkian müqəddəs Qurana and içib.
Konstitusiyanın 121-ci maddəsinə əsasən and içən Pezeçkian bildirib ki, üzərinə götürdüyü vəzifələri yerinə yetirmək üçün bütün istedad və bacarığından istifadə edəcək.
İranın yeni prezidentinin andiçmə mərasimindən sonra etimad səsverməsi üçün parlamentə öz kabinetini təqdim etmək üçün 15 gün vaxtı var.
30-07-2024, 17:15
ABŞ Ukraynanın F-16 qırıcılarını müasir silahlarla təchiz edəcək


ABŞ Ukraynanın F-16 qırıcılarını müasir silahlarla təchiz edəcək

ABŞ Ukraynanın F-16 qırıcılarını müasir silahlarla təchiz edəcək. Bunu WSJ nəşri yazıb.
Nəşr yazır ki, Birləşmiş Ştatlar Ukraynaya göndərilən onlarla F-16 döyüş təyyarəsini Amerika istehsalı olan raketlər və digər müasir silahlarla təchiz etməyə razılıq verib.
Danimarka və Niderland bu yay Amerika istehsalı olan ilk F-16-ları Ukraynaya göndərməyə hazırlaşır. Ancaq indiyə qədər təyyarə üçün kritik silahların mənbəyi məsələsi həll edilməmiş qalıb.
Pentaqonun məhdud ehtiyatları və istehsal imkanları olsa da, Ukraynanı ən aktual ehtiyaclarını ödəmək üçün kifayət qədər miqdarda hava-yer döyüş sursatları, dəqiq bomba bələdçi dəstləri və qabaqcıl hava-hava raketləri ilə təmin edəcək.
"Əminik ki, bütün bu silahları ən azı onların ehtiyac duyduğu kritik həcmdə təmin edə biləcəyik", - deyə qeyd olunub.
- amerikalı rəsmi bildirib.
30-07-2024, 16:47
Əli Əsədov İranın yeni vitse-prezidenti ilə görüşdü


Əli Əsədov İranın yeni vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.
Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
30-07-2024, 16:43
Ermənistanda xidmət rəisi həbs olundu


Ermənistanda xidmət rəisi həbs olundu

İrəvanda Respublika Təcili Yardım Xidmətinin rəhbəri Saak Akopyan rüşvət almaqda ittiham edilərək həbs edilib.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bu barədə "Sputnik Armenia"ya verilən məlumatda deyilir.
Məlumata görə, söhbət çağırışçıların ordudan azad edilməsi məqsədilə iri korrupsiya sövdələşmələrində iştirakdan gedir.
Xidmətin direktoru ilə yanaşı, bu işdə əli olan 3 nəfər də həbs edilib.
30-07-2024, 16:26
Pakistan Azərbaycana yeni səfir göndərdi


Pakistan Azərbaycana yeni səfir göndərdi

30 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri Qasım Mohiuddini qəbul edib.
Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb. Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Azərbaycan Respublikası Prezidentinin Pakistan İslam Respublikasına son rəsmi səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planlar müzakirə olunub.
Tərəflər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.
Cari ilin 3 iyul tarixində Azərbaycan və Türkiyə Prezidentləri və Pakistanın Baş naziri arasında keçirilmiş üçtərəfli görüşün əhəmiyyəti qeyd olunaraq, ümumilikdə üçtərəfli formatın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatı, habelə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbriklər diqqətə çatdırılıb.
Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iki ölkə arasında yüksək səviyyəli təmaslar üçün əlavə imkan yarandığı qeyd edilib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



30-07-2024, 16:10
Hava yenidən dəyişəcək - Leysan yağacaq, dolu düşəcək


Hava yenidən dəyişəcək - Leysan yağacaq, dolu düşəcək

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 31-i əsasən gündüz, avqustun 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!