Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
10-07-2024, 15:57
İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşdı


İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşdı

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar ərazidən keçən 355 mm diametrli 400 metr uzunluğunda magistral su xətti köçürülüb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu səbəbdən magistral kəmərlə suyun nəqli dayandırılsa da su təchizatında fasilə yaranmayıb. İsmayıllı şəhəri anbarlarında toplanmış ehtiyat hesabına əhali içməli su ilə təmin olunub.
Magistral kəmərin köçürülməsi işləri artıq yekunlaşıb və İsmayıllı şəhərinin bu kəmər vasitəsilə içməli su təchizatı əvvəlki rejimlə davam etdirilir.
10-07-2024, 15:53
COP29 zamanı Bakıda hansı yollar bağlanacaq?


COP29 zamanı Bakıda hansı yollar bağlanacaq?

Məlum olduğu kimi noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29 tədbiri keçirləcək.
Noyabrın 11-dən 22-dək davam edəcək beynəlxalq konfransa hazırlıq işləri gedir. COP29 təşkilat komitəsi bu tədbir üçün təxminən 40.000 nəfər qonaq gözləyir.
Milli Məclisin buraxılması barədə prezidentə müraciətində də belə bir hissə var:
“COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır”.
Bəs konfrans müddətində hansı yollar bağlanacaq? Ümumiyyətlə istifadəsi dayandırılacaq yollar olacaqmı?
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Tural Orucov sualımızı belə cavablandırıb.
“11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransında hansı yollarda məhdudiyyətlərin tətbiq olunacağı və ümumiyyətlə hansı yolların istifadəyə dayandırılacağı haqda hər hansı məlumat yoxdur”.
10-07-2024, 15:48
Ermənistanda Paşinyanın reytinqi düşüb, amma hamıdan öndədir


Ermənistanda Paşinyanın reytinqi düşüb, amma hamıdan öndədir

“Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin keçirdiyi sorğuda respondentlərin 54,8%-i baş nazir Nikol Paşinyanın işini mənfi qiymətləndirib.
Bunu iyulun 10-da jurnalistlərlə görüşdə nümayəndəliyin direktoru Aram Navasardyan bildirib.
O, əlavə edib ki, 13,4% respondent Ermənistanın baş nazirinin işini tam müsbət, 21,7% kifayət qədər müsbət, 14,5%, kifayət qədər mənfi, 40,3% tamamilə mənfi qiymətləndirib.
10,1% respondent bu suala cavab verməkdə çətinlik çəkib.
Navasardyanın sözlərinə görə, respondentlərin 16,7%-i Ermənistan hökuməti tərəfindən həyata keçirilən sərhədlərin delimitasiyasına tamamilə müsbət yanaşır. Bu prosesə respondentlərin 21,2%-i kifayət qədər müsbət, 17,5%-i kifayət qədər mənfi, 39,4%-i tamamilə mənfi rəy bildirib.
5,2% bu suala cavab verməkdə çətinlik çəkib.
Aram Navasardyan bildirib ki, keşiş Baqrat Qalsanyanın da reytinqi aşağı düşüb. Belə ki, rəyi soruşulanların 18,3 faiz keşişin rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatına tam müsbət münasibət bəslədiyini deyib. Halbuki, may ayında həmin göstərici 35,1% idi.
32,4% Baqrat Qalsanyanın fəaliyyətinə tamamilə mənfi qiymət verib. May ayında bu göstərici 23,5% idi.
Respondentlərdən soruşulub ki, “əgər gələn bazar günü parlament seçkiləri olsa, hansı partiyaya səs verəcəksiniz?”.
Bu suala cavab verənlər birinci yerdə Nikol Paşinyanın rəhbəri olduğu “Mülki müqavilə” partiyasının göstəriblər.
Belə ki, sorğunun nəticələrinə görə, “Mülki müqavilə” 14,4%, "Ermənistan Alyansı" 3,7 %, "Mənim şərəfim var” partiyası 2,3%, “Respublika" partiyası 0,6% səs toplayıb.
10-07-2024, 15:30
Təbrik edirik


ÜRƏKDƏN TƏBRİK EDİRİK!

Bu gün qohumum, sinif yoldaşım və dostum Ramizin doğum günüdür. Ramiz Tahirov Zəngəzur mahalının Qafan Rayonunun Kurud kəndində doğulub. Orta məktəbi Gığı kəndində başa vurub. Ali təhsilli, peşəkar inşaatçıdır. Uzun müddət böyük tikinti trestinə rəhbərlik edib. Ramizin elə xasiyyəti var ki, istər
oxuduğu məktəblərdə, istərsə işlədiyi kollektivlərdə, istərsə də yaşadığı məhəllələrdə yalnız dostlar qazanıb. Çünki Ramizin mayası xeyirxahlıqdan yoğrulub. Budur səhərin gözü açılandan sinif yoldaşlarının təbrikləri başlayıb.
Xatırladım ki, Ramiz Tahirov Gığı kənd orta məktəbini 1975-ci ildə bitirib.


Elə ona görə də 1975-ci ilin məzunlarının sevimlisidir. Ramiz əzizim, səni təbrik edirik, sağlam ömür, firavan həyat arzulayırıq. Arzu edirik ki, gəncliyində çəkdiyin çətinliklər, vətən həsrəti geridə qalsın! Ahıl çağlarını ürəyincə yaşaya biləsən! Biz də şirin söhbətlərini dinləyə-dinləyə yol yoldaşın olaq. Səni öpüb, bağrımıza basırıq.

Hörmətlə: Gığı məktəbinin 1975-ci il məzunları adından Tamxil Ziyəddinoğlu
10-07-2024, 14:44
Qarabağ Universitetinə yeni dekan təyin edildi - FOTO


Qarabağ Universitetinə yeni dekan təyin edildi - FOTO

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Hüseyn Mirzəyev Mühəndislik fakültəsinə dekan təyin olunub.
Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində mühəndis-mexanik ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb, texnika elmləri üzrə fəlsəfə doktorudur.
Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində assistent, baş müəllim, dosent və "Müasir mexaniki intiqallar" elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb. Bundan əlavə, Qazi Universiteti, İstanbul Texniki Universiteti və Cənubi Koreyanın İnha Universitetində elmi-tədqiqat işləri, həmçinin mübadilə proqramlarında iştirak edib.
H. Mirzəyev bir sıra elmi məqalə, kitab və patentlərin müəllifidir. O, Azərbaycan, rus, ingilis və alman dillərini bilir.
Hüseyn Mirzəyev bu təyinatadək Bakı Mühəndislik Universitetində Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışıb, həmçinin mühəndislik və layihə idarəetməsi üzrə müxtəlif fənləri tədris edib.
10-07-2024, 14:28
Ceyhun Bayramov NATO-da Ermənistanın silahlanmasından şikayətləndi


Ceyhun Bayramov NATO-da Ermənistanın silahlanmasından şikayətləndi

9 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib.
Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib.
Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar xatırlanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10-07-2024, 13:36
Millimiz Gürcüstana da qalib gəldi


Millimiz Gürcüstana da qalib gəldi

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin ikinci qrup oyunu baş tutub.
Qızlarımızın bu dəfəki rəqibi Gürcüstan seçməsi olub. Oyuna sürətli başlayan millimiz, Gürcüstan yığması üzərində 97-40 hesablı rahat qələbə qazanıb.
Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 5 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız yarımfinala vəsiqəni təmin ediblər.
Millimizin qrupdakı sonuncu oyunu 11 iyul Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq.
10-07-2024, 13:33
Pezeşkianın andiçmə mərasiminin tarixi açıqlandı


Pezeşkianın andiçmə mərasiminin tarixi açıqlandı

Məsud Pezeşkian 2024-cü il iyulun 30-da İran İslam Respublikasının 9-cu prezidenti kimi parlamentdə (and içəcək.
Bunu İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Höccətülislam Əlirza Səlimi bildirib.
Qanuna əsasən, prezidentin andiçmə mərasimi İslam İnqilabının Rəhbəri tərəfindən təsdiqlənir. Prezidentin andiçmə mərasimi İran Ali Məhkəməsinin sədri, Keşikçilər Şurasının üzvləri və digər yüksək rütbəli dövlət və hərbi rəsmilərin iştirakı ilə keçiriləcək.
Konstitusiyanın 121-ci maddəsinə əsasən, seçilmiş prezident üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün bütün istedadını, imkanlarını və səriştəsini sərf edəcəyinə and içəcək və nəhayət, imza atacaq.
Yeni prezident andiçmə mərasimindən sonra 2 həftə ərzində proqramını və hökumətin tərkibini parlamentə təqdim etməlidir. Parlamentdə təqdim olunan nazirlərə etimad səsinin verilməsi ilə bağlı bir həftə ərzində müzakirələr aparılacaq.
İyulun 5-də keçirilən 14-cü prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian xalq tərəfindən səs çoxluğu ilə İranın 9-cu dövlət başçısı seçilib.
10-07-2024, 13:21
Avstriya NATO-ya daxil olmağı planlaşdırmır


Avstriya NATO-ya daxil olmağı planlaşdırmır

Avstriya NATO-ya üzv olmaq niyyətində deyil, lakin alyansla tərəfdaşlıqdan da imtina etməyəcək.
Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq bu barədə ORF radiosunun efirində deyib. “Biz hərbi baxımdan neytral dövlətik və NATO-ya üzv olmağı planlaşdırmırıq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Avstriya 1995-ci ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir və bu qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Aleksandr Şallenberq iyulun 9-11-də NATO-nun Vaşinqtonda keçirilən sammitinə dəvət alsa da, Hindistanın Baş naziri Narendra Modinin Vyanaya səfərinə görə tədbirdə iştirak etmir.
10-07-2024, 13:12
Afiyəddin Cəlilov küçəsinin təmiri yekunlaşdı


Afiyəddin Cəlilov küçəsinin təmiri yekunlaşdı

Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılan təmir işləri artıq yekunlaşıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hissə üzrə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Bu işlərə paralel olaraq küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.
Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!