2-08-2024, 23:46
MİDA yaşayış kompleksində yanğınBakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada yanğın olub.
Hadisə MİDA yaşayış kompleksində qeydə alınıb. Yanğın nəticəsində yaşayış binasının şaxtasındakı elektrik naqilləri yanıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Yanğın söndürülüb.
2-08-2024, 22:25
Harris namizədlik üçün yetərli səs toplayıb ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident olmaq üçün onlayn seçkidə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən yetərli sayda səs toplaya bilib.
Bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.
"Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harrisin bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda Demokratların namizədi olacaq", - o qeyd edib.
2-08-2024, 21:46
[b]"Vəziyyətim çox pisdir, ciyərim sıradan çıxır"[/b]Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb.
Bu barədə “Qaynarinfo”ya aktyorun özü məlumat verib.
O, özünü pis hiss etdiyini bildirib:
“Vəziyyətim çox pisdir. Ciyərim sıradan çıxır. Dünən müayinə üçün yenidən xəstəxanaya getmişdim. Ağrayıram. İnfarktdan sonra hələ özümə gəlməmişəm”.
Qeyd edək ki, bir müddət bundan öncə Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı. Həkimlər aktyora infarkt diaqnozu qoymuşdu.
2-08-2024, 21:07
Millimiz ABŞ-dan sonra Çini də məğlub etdi Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.
Milli komanda bu dəfə Çin ilə üz-üzə gəlib. Qarşılaşma qızlarımızın 21:19 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ABŞ-a qalib gələrək tarixi uğura imza atmış Azərbaycan yığması daha əvvəl Fransa, İspaniya, Almaniya və Avstraliyaya məğlub olub.
2-08-2024, 20:33
Saakaşvili barədə yeni həbs qərarıTbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı üzrə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Avqustun 2-də keçirilən məhkəmə prosesində prokuror təqdimatla çıxış edib və hazırda xəstəxanada məhkumluq həyatı yaşayan M.Saakaşvilinin yenidən həbsini tələb edib.
Məhkəmədə işə yenidən baxılacağı elan edilib və bildirilib ki, müttəhim şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərməməsi üçün həbs olunmalıdır.
Qeyd edək ki, keçmiş prezident M.Saakaşvili 2021-ci il sentyabrın 29-da Gürcüstanın dövlət sərhədini qanunsuz keçərək ölkəyə gəlib və həmin il oktyabrın 1-də həbs olunub. O, bu müddətin 6 aydan az hissəsini həbsdə, qalanını isə xəstəxanada keçirib.
2-08-2024, 19:13
Cüdoçularımız Parisi iki qızıl medalla tərk edir Azərbaycan cüdoçusu Uşanqi Kokauri "Paris-2024" Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı kubalı Endi Qranda ilə qarşılaşıb.
Rəqibinə üç şido (cərimə) ilə uduzan U.Kokauri mübarizəni dayandırıb.
Bununla da Azərbaycan cüdoçuları Paris Olimpiadasını iki qızıl medalla başa vurublar. Belə ki, Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
Qeyd edək ki hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçulardan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.
2-08-2024, 18:44
Rəsmi Bakıdan Fransaya tələb - ÜZR İSTƏYİN! Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 26 iyul tarixində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab olaraq 2 avqust tarixində Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib.
Bu barədə XİN-dən bildirilib.
"Qeyd etdiyiniz kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb.
Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik. Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - məlumatda vurğulanıb.
2-08-2024, 18:14
Sel Qusarda körpünü uçurduSel suları Qusarın Ləzə kəndində Qusarçay üzərindəki körpünü yarasız hala salıb.
Ləzə kəndinin sakinləri bu körpüdən keçərək biçənək və örüş sahələrinə gedirlər. Azərbaycanda ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi Yerği Kek kəndinin sakinləri də bu körpüdən istifadə edirlər. Körpü dağıldıqdan sonra əks istiqamətdə qalan avtomobillər Ləzə kəndinə qayıda bilmirlər.
Qusar Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov bildirib ki, uzun müddətdir istifadə olunan körpüyə sel suları nəticəsində ziyan dəyib, ötən gün isə körpü tamamilə dağılıb.
“Körpü heç bir qurumun balansında deyil. Vaxtilə sakinlərin təşəbbüsü ilə tikilib. Eni 3, uzunu 5-6 metrdir. Bu gün vəziyyətlə yerində tanış olduq. Körpü tamamilə dağılıb. Yeni körpü tikilməlidir. Çayda suyun səviyyəsi aşağı düşdükdən sonra körpünün bərpası həyata keçirilə bilər”, - deyə Şahid Fərəməzov bildirib.
Körpünün dağılması barədə Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq dövlət qurumlarına məlumat verilib.
2-08-2024, 17:59
Deputatlığa namizəliyin irəli sürülmə müddəti başa çatdıNövbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatıb.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edib.
Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
2-08-2024, 17:52
İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirildi - FOTOİsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində azərbaycanlı qətlə yetirilib.
Hadisə iyulun 30-u baş verib. Belə ki, İsveçdə yaşayan Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə öldürülüb. Hadisənin hansı səbəbdən və hansı zəmində baş verdiyi hələlik məlum deyil.
Bölgənin prokuroru İsveç mətbuatına açıqlamasında bildirib ki, qətlin kriminal qruplaşmalar arasındakı münaqişə zəminində baş verdiyi ehtimal edilir. Onun sözlərinə görə, hadisəni törədən şəxs və ya şəxslərin M.Xankişiyevi hansısa kriminal fiqura bənzətməsi və onu səhvən qətlə yetirməsi ehtimalı da böyükdür.