Livanda yenidən partlayışlar - 14 ölü, 500-dən çox yaralı .....                        Britaniya XİN başçısı Azərbaycandan danışdı .....                        Azərbaycanla Özbəkistan arasında məsləhətləşmələr .....                        Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə - FOTO .....                        Livanda yenidən partlayışlar - 3 ölü, 100-dən çox yaralı var .....                        Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO .....                        Elman Paşayev həbs edildi .....                        Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşdi .....                        Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi zəfər .....                       
7-08-2024, 23:32
Mirziyoyev Qazaxıstanda


Mirziyoyev Qazaxıstanda

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın hava limanında dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.
Hava limanında ali qonağın şərəfinə fəxri qarovul düzülüb.
Səfər çərçivəsində ikitərəfli danışıqların aparılması və bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulur.
7-08-2024, 22:51
İƏT-in görüşündə Azərbaycanı o təmsil etdi


İƏT-in görüşündə Azərbaycanı o təmsil etdi

7 avqust 2024-cü il tarixində Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.
Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasinda son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.
Görüşün sonunda Yekun Kommünike qəbul edilib.
7-08-2024, 22:34
Prokurorluqdan Bakıdakı qətllə bağlı açıqlama


Prokurorluqdan Bakıdakı qətllə bağlı açıqlama

Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ruhulla Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
7-08-2024, 21:53
Rusiyanın bu vilayətində fövqəladə vəziyyət elan edildi


Rusiyanın bu vilayətində fövqəladə vəziyyət elan edildi

Rusiyanın Kursk vilayətində fövqəladə vəziyyət elan edilib.
Bu barədə qərarı vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov qəbul edib.
O, Ukrayna silahlı qüvvələrinin hücumunun nəticələrini aradan qaldırmaq üçün fövqəladə vəziyyət tətbiq edib.
Qeyd edək ki, Rusiya Ukraynanın Kursk vilayətinə hücum etdiyini, bölgədə döyüşlərin getdiyini bildirib.
Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da saat 5:30-da Kursk vilayətində hücuma keçib. Hücumda iştirak edən Ukrayna hərbçilərinin sayı təxminən min nəfər olub. Hazırda Kursk vilayətinin sərhədə bitişik ərazilərində toqquşmalar davam edir.
7-08-2024, 21:26
Övladını satışa çıxaran ana danışdı: “Əsəbi idim”


Övladını satışa çıxaran ana danışdı: “Əsəbi idim”

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşan ana ilə bağlı məsələ aktual olaraq qalır. İnsan alverinə cəhd edən qadının, həm də qeyri-insani əməli hələ də ciddi tənqid olunur.
Övladını satışa çıxaran 2000-ci il təvəllüdlü Nəzrin Qurbanova "bizim.media"ya danışıb.
Qadın etdiyi qeyri-qanuni əməlini belə əsaslandırıb:
"Əsəbi vəziyyətdə olduğum üçün belə bir video çəkib paylaşmışam. Amma indi fikrim başqadır. Oğlumun mənə qaytarılmasını istəyirəm. Ən azından onu vaxtı-vaxtında görmək üçün şərait yaradılsın. Uşaq o müəssisədə qalsın, amma arada onu görüm. Onsuz da sosial durumum onu saxlamağa imkan vermir. Özüm rəfiqəmlə günü 10 manata kirayədə qalırıq və borclarım var. Sinif yoldaşımdan maddi dəstək alıram. Heç kimim yoxdur. Anamı 10 yaşında, atamı isə bu ilin martında itirmişəm. Özümüz yeddi uşaq olmuşuq, beşi qıcolmadan, bir qardaşım isə suda boğularaq dünyasını dəyişib. Onların heç birini görməmişəm. Məni xalam böyüdüb".
Nəzrin Qurbanova qeyri-rəsmi nikahda olub və elə hamilə olarkən də yoldaşından ayrılıb:
"Yoldaşımla rəsmi nikahımız olmayıb. Mənə baxmırdı, hamilə olanda özüm ondan ayrıldım. O vaxtdan indiyədək əlaqəmiz yoxdur. Övladımı min bir əziyyətlə böyütmüşəm. Küçələrdə gecələdiyimiz günlər də olub. Hətta zibil qutularından oğluma köhnəlmiş yemək gətirirdim.
Tək olduğum üçün onu qoyub işləyə bilmirdim. Dəfələrlə Kürdəmirə gedib yoldaşımla görüşmüşəm ki, oğluma kömək etsin. Ən azı aylıq yeməyini və geyimini təmin etsin. "O uşaq məndən deyil, elə adda mənim oğlum yoxdur", - deyə yaxın durmayıb. Hətta uşağa şəxsiyyət vəsiqəsi alanda belə soyadını vermədi. Yalvara-yalvara sadəcə ata adını yazdıra bildim. Ona DNT analizi etməsini də təklif etmişdim. Yoldaşım evlənib, ailəsi və uşaqları var. Kürdəmirdə taksi sürücüsü kimi çalışır. Öz uşaqlarına bəy balası kimi baxır".
Nəzrin Qurbanovanın sözlərinə görə, uşağına baxan olmadığı üçün iş axtarmaqda maraqlı olmayıb və davamlı işləyə bilməyib:
"Üç gün çörək zavodunda çalışdım. Baxdım ki, uşağı qoymağa yer yoxdur, çıxdım. İki dəfə dolanışığımın çətin olması ilə bağlı "TikTok"da video paylaşmışam. Hətta Kürdəmir Rayon İcra Hakimiyyətinə də oradan səsləndim. Onlardan xəbər çıxmadı. Cəmi bir ailə maddi köməklik etdi.
O vəsaitlə iki günlük ev kirayəsini ödədim və 15-20 gün yemək pulumuz oldu. Atam sağ olanda onun pensiyası ilə keçinirdik.
Uşağı onun yanına qoyub işləyə də bilirdim. İki gündür hər kəs məni tənqid edir, amma anlayan yoxdur ki, bu illər ərzində tək uşağı necə böyütmüşəm.
Nərimanov rayonundakı Məşğulluq İdarəsinə də iş üçün müraciət etmişəm. İndi də vəziyyətim çətindir, gündəlik kirayə pulunu verə bilmirəm. Hətta bu gün də ödəməyə pulum yoxdur. Ev sahibi mənə vaxt qoyub, ödənişi etməsəm küçəyə atacaq", - deyə Nəzrin Qurbanova əlavə edib.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında məsələ araşdırılıb. Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
Əlavə olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.
Ayrıca, azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.
7-08-2024, 20:47
Prezident Verdiyevin vəfatı ilə əlaqədar başsağlığı verdi


Prezident Verdiyevin vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident İlham Əliyev Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Əliyeviç Berdiyevin vəfatı ilə əlaqədar doğmalarına və yaxınlarına başsağlığı verib. Başsağlığında deyilir:
“Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Əliyeviç Berdiyevin vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşıladım.
Hacı İsmayıl Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına sanballı töhfə verib. Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində çoxillik məhsuldar fəaliyyətinə görə o, Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.
Hacı İsmayılın dini dözümlülük və tolerantlıq, dinlərarası və sivilizasiyalararası dialoqun dərinləşdirilməsinin inkişafı istiqamətində geniş dini fəaliyyəti ona təkcə öz ölkəsində deyil, onun hüdudlarından kənarda da dərin hörmət qazandırıb.
Hacı İsmayıl ilə görüşləri və söhbətləri, xüsusən bu ilin mayında Bakıdakı sonuncu görüşü həmişə böyük səmimiyyətlə xatırlayıram. İsmayıl Əliyeviçin nurlu xatirəsi qəlblərimizdə daim yaşayacaq.
Sizə səmimi-qəlbdən başsağlığı verir və bu ağır itki ilə əlaqədar ağrı-acınızı bölüşür, sizinlə birlikdə kədərlənirəm.
Allah rəhmət eləsin!”
7-08-2024, 20:03
Müəllimlər üçün vahid forma olacaq? - AÇIQLAMA


Müəllimlər üçün vahid forma olacaq? - AÇIQLAMA

“Müəllimlər üçün vahid forma tətbiq edilməsi müzakirə olunmur".
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
“Müəllimlər üçün hələki vahid forma tətbiq edilməsi nəzərdə tutulmayıb Müəllimlərin məktəblərdə normativlərə uyğun geyinməlidir. Müəllimlərin formaları ilə bağlı hələ ki məsələ müzakirə edilmir”, - o, qeyd edib.
7-08-2024, 19:00
Uzunoba su anbarında batan şəxs xilas edildi


Uzunoba su anbarında batan şəxs xilas edildi

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Uzunoba su anbarında (çimərlik ərazisi) batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, batan şəxs nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinın dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
7-08-2024, 18:32
Bu universitetin Xətai korpusu köçürüldü


Bu universitetin Xətai korpusu köçürüldü

Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna köçürülüb.
Bununla bağlı BANM-in rektoru Elmar Qasımov məlumat paylaşıb.
Rektor qeyd edib ki, yeni korpusda BANM-in davamlı təhsil fakültəsi, ingilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək: "Eyni zamanda burada BANM-in nəzdində yeni liseyin yaradılması da nəzərdə tutulur".
Qeyd edək ki, bundan əvvəl BANM-ın Xətai korpusunda Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi barədə xəbər vermişdik.
7-08-2024, 17:41
39 yaşlı kişinin başına beton düşdü


39 yaşlı kişinin başına beton düşdü

Göyçay şəhərində bədbəxt hadisə baş verib.
1985-ci il təvəllüdlü Ucar rayon sakini İsgəndərov Səxavət Aydın oğlu şəhər ərazisində köhnə tikilidə dəmir yığan zaman onun başına beton düşüb.
Ağır xəsarət alan 39 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!