Livanda yenidən partlayışlar - 14 ölü, 500-dən çox yaralı .....                        Britaniya XİN başçısı Azərbaycandan danışdı .....                        Azərbaycanla Özbəkistan arasında məsləhətləşmələr .....                        Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə - FOTO .....                        Livanda yenidən partlayışlar - 3 ölü, 100-dən çox yaralı var .....                        Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO .....                        Elman Paşayev həbs edildi .....                        Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşdi .....                        Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi zəfər .....                       
10-08-2024, 22:49
MSK-nın bugünkü iclasında bu məsələlər müzakirə edildi


MSK-nın bugünkü iclasında bu məsələlər müzakirə edildi

Avqustun 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın avqustun 8-də keçirilən iclasının protokolu təsdiq edilib. Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
İclasın sonunda avqustun 9-dan start götürən seçkiqabağı təşviqatla bağlı proseslərin gedişi, təşviqat subyektləri üçün yaradılmış hərtərəfli geniş imkanlar və Mərkəzi Seçki Komissiyası tərəfindən ardıcıl, sistemli şəkildə reallaşdırılan layihələr diqqətə çatdırılıb, deputatlığa namizədlər və müşahidəçilərə dair statistik göstəricilər elan olunub, həmçinin cari məsələlərə baxılıb.
10-08-2024, 22:27
Türkiyədə instaqram bərpa edildi


Türkiyədə instaqram bərpa edildi

Türkiyədə "Instagram" sosial şəbəkəsinə giriş bərpa edilib.
Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Onun sözlərinə görə, "Instagram" və ona sahib olan ABŞ-nin "Meta" şirkəti Ankaranın şərtlərini qəbul edib. Məhz bundan sonra Türkiyə tərəfi ölkə ərazisindən sosial şəbəkəyə giriş məhdudiyyətini aradan qaldırıb.
10-08-2024, 18:58
YAP ödənişsiz efir vaxtından imtina etdi


YAP ödənişsiz efir vaxtından imtina etdi

Yeni Azərbaycan Partiyası 1 sentyabr tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə siyasi partiyalar üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtından imtina edib.
Bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, 60-dan çox namizədi olan siyasi partiyalar bu hüquqa sahib olur: “Qanunvericiliyə əsasən ödənişsiz efir vaxtından yalnız Yeni Azərbaycan Partiyası istifadə edə bilər. Onlar da rəsmi müraciət edərək ədalətli seçki mühitinin təmin edilməsi məqsədilə bu hüquqdan imtina ediblər”.
10-08-2024, 18:19
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb


Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinin 57%-i yerinə yetirilib.
Bu barədə jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan, Horadiz - Ağbənd dəmir yoluna media turu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin müdirinin müavini Kənan Rzayev bildirib.
Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 83% yerinə yetirilib, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi isə 57% təşkil edir.
Bildirilib ki, ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılıb,əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizləməsi işləri davam etdirilir. Eyni zamanda dəmir yolu xəttinin km 72 - km 82 hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar olaraq yerinə yetirilib.
Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 72 km, yan yollarla birlikdə isə 83,4 km hissəsində rels-şpal çərçivələri qoyulub, həmçinin 65,6 km hissəsinə isə uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin km 72 – km 89 aralığında torpaq işləri və mühəndis qurğuların tikintisi işləri davam etdirilir.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Qeyd olunub ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-ci km-də inşa edilən tunelin uzunluğu 1071 metr təşkil edir. İnşa edilən tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir.
Tunelin tikintisi Yeni Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur.
Qazma işləri qazma-partlatma üsulu ilə aparılır.Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır.
Xatırladaq ki, layihənin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.
10-08-2024, 18:16
1052 nəfərin namizədliyi qeydə alınıb - RƏSMİ


1052 nəfərin namizədliyi qeydə alınıb - RƏSMİ

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.
O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən, sadəcə, 1420 nəfəri imza vərəqəsi alıb.
10-08-2024, 17:33
Xırdalanda məktəb müəllimi vəfat etdi


Xırdalanda məktəb müəllimi vəfat etdi

Xırdalan 1 nömrəli tam orta məktəbinin müəllimi Aisə Adıgözəlova vəfat edib.
Bu barədə məktəbin sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, ingilis dili müəllimi qısasürən xəstəlikdən dünyasını dəyişib.
10-08-2024, 17:17
Türkiyədə yanğın - 5 hektar meşəyə ziyan dəydi


Türkiyədə yanğın - 5 hektar meşəyə ziyan dəydi

Türkiyənin Tokat bölgəsində Turhal rayonunda meşə sahəsində baş verən yanğın söndürülüb.
Yanğın zamanı təxminən 5 hektar meşə sahəsinə ziyan dəyib.
Rayonun Çamlık kəndində meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Bölgəyə sövq edilən Meşə Əməliyyat Müdirliyi qruplarının təxminən 3 saatlıq çalışması nəticəsində yanğın söndürülüb.
Yanğın zamanı təxminən 5 hektar meşə sahəsinə ziyan dəyib.
10-08-2024, 16:30
Rəsmi Bakı Tehrandan cavab gözləyir


Rəsmi Bakı Tehrandan cavab gözləyir

"The Telegraph" nəşri İranla İsrail arasında gərgin münasibətlər fonunda Azərbaycanla bağlı sensasion iddia ilə çıxış edib.
Nəşr yazır ki, iyulun 31-də HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə necə cavab veriləcəyi ilə bağlı İran hakimiyyət dairələri arasında fikir ayrılığı mövcuddur.
"İnqilab Keşikçiləri Korpusunun generalları mülki əhali arasında itkilərin qarşısını almaq üçün əsas diqqəti hərbi bazalara yönəltməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməkdə israr edirlər. Lakin yeni seçilmiş prezident Məsud Pezeşkian İranın qonşu ölkələrindəki gizli İsrail bazalarını hədəf almağı təklif edib", - məqalədə deyilir.
Nəşr xatırladıb ki, daha əvvəl İran İraq Kürdüstanında İsrailin kəşfiyyat agentliyi olan “Mossad”ın “casus bazaları” adlandırdığı yerləri hədəfə alıb.
Prezidentin köməkçiləri "The Telegraph"a bildiriblər ki, SEPAH İsrailə qarşı daha aqressiv cavab tədbirləri görməklə prezident Pezeşkianı sarsıtmağa çalışır.
"Cənab Pezeşkian isə qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər", - deyə prezidentin yaxın köməkçisi bildirib.
"Ölkənin qərb sərhədində keçirilən son təlimlər, sadəcə olaraq, cənab Pezeşkianı qorxutmaq üçündür. SEPAH İsraili hədəf almaqda çox israrlıdır və onlar bunun asan olduğunu düşünürlər", - deyə prezident Məsud Pezeşkianın ikinci köməkçisi "The Telegraph"a deyib.
Köməkçisinin sözlərinə görə, Pezeşkian təklif edib ki, Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlər hədəfə alınsın, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilsin və bütün bu dram bitsin.
"Cənab Pezeşkianın SEPAH komandirlərini nəzarətdən çıxa biləcək hərəkətlərdən qaçmağa inandırmağa çalışdığı uzun və gərgin müzakirələri olub. O, SEPAH-ın ölkəni müharibəyə cəlb etmək məqsədi güddüyünü bilir, ali liderin ofisindəki nüfuzundan istifadə edərək, SEPAH-ın İranı müharibəyə sürükləməsinin qarşısını almağa çalışır", - deyə prezidentin köməkçiləri əlavə ediblər.
SEPAH-ın adı açıqlanmayan rəsmisi də "The Telegraph"a danışıb.
"Qüvvələr daxilində cənab Pezeşkiyanın səylərini necə əngəlləmək barədə müzakirələr aparılıb. Demək olar ki, hər kəs onun israr etdiyi şeyin inqilabın reputasiyasına uyğun olmadığına inanır", - deyə SEPAH rəsmisi bildirib.
İranın yeni prezidenti Pezeşkianın adından səsləndirilən bu iddialar təbii ki, Azərbaycanda müəyyən narahatlıqla qarşılanıb.
Lakin Azərbaycandakı rəsmi mənbələr APA-ya bildirib ki, ölkənin hakimiyyət dairələrində İran prezidentinin adından yayılmış bəyanatın feyk olduğunu düşünürlər.
Azərbaycan tərəfində, ümumiyyətlə, belə bir rəy var ki, bu, feyk və dezinformasiyadır. “Hansısa dairələr İranla Azərbaycan arasında münasibətlərin son vaxtlar normallaşmasından narahat olmağa başlayıb, bu prosesi pozmaq istəyir.
İranın yeni prezidentinin xüsusilə azərbaycanlı olması, Azərbaycana isti münasibət bəsləməsi fonunda ola bilsin ki, İranın daxilində və xaricində bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var.
Yaxşı olardı ki, bu iddialara İran tərəfi münasibət bildirib, təkzib eləsin və şübhələrə son qoysun”, - deyə Azərbaycan hakimiyyətindəki mənbələr bildirib.
10-08-2024, 16:20
Pezeşkian yeni vitse-prezident təyin etdi


Pezeşkian yeni vitse-prezident təyin etdi

İran Prezidenti Məsud Pezeşkian yeni vitse-prezident təyin edib.
Hüseyn Afşin ölkənin texnologiya, iqtisadiyyat və fundamental elmlər üzrə vitse-prezidenti vəzifəsinə gətirilib.
Afşin 1981-ci ildə İranda anadan olub. O, Şərif Texnologiya Universitetinin professordur. Enerji, Su, Ətraf Mühit Elmləri və Texnoloji Tədqiqat İnstitutuna rəhbərlik edib. H.Afşin Maşınqayırma fakültəsində Elmi şuranın üzvüdür.
10-08-2024, 16:16
MSK-dan namizədlərə çağırış


MSK-dan namizədlərə çağırış

Mərkəzi Seçki Komissiyası (MSK) bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.
Bu sözləri “Secki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
Bütün namizədlərin bərabər şərtlərə əsaslanan təşviqat kampaniyalarının aparılması üçün qanunvericiliyin tələblərinə uyğun lazımi addımların atıldığını və geniş imkanların yaradıldığını bildirən R.Qasımov qeyd edib: “Bütün dairələrin ərazilərində müvafiq qurumlarla əməkdaşlıq şəraitində kifayət qədər, hətta artıqlaması ilə açıq və qapalı yer müəyyənləşdirilib. Respublika üzrə ümumilikdə 5506 açıq və qapalı yer ayrılıb. Həmin yerlər heç bir ödəniş tələb olunmadan təşviqat subyektlərinin sərəncamındadır. Namizədlər ayrılmış yerlərdə öz seçiciləri ilə sərbəst şəkildə görüşmək imkanına malikdirlər. Eyni zamanda, deputatlığa namizədlər ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı MSK-ya müraciət etmiş 58 media qurumunda bərabərlik prinsipi əsasında və eyni şərtlərlə təşviqat da apara bilərlər”.
“Bütün namizədlərdən təvəqqemiz qanunvericiliyin tələblərinə uyğun, bir-birinə qarşılıqlı hörmət şəraitində təşviqat aparmalarıdır. Təşviqatın hədəfi digər namizədlərə qarşı kampaniya deyil, seçicilərə öz ismarışlarını çatdırmaqdan ibarət olmalıdır”, - deyə R.Qasımov əlavə edib.
MSK sədrinin müavini namizədlərə də müraciət edərək bildirib: “Bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırırıq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!