Səməd Vəkilovun kitabının təqdimatı keçirilib .....                        19 yaşlı erməni hərbçinin meyiti tapıldı .....                        Tramp Ağ Evdə Baydenlə görüşdü .....                        İlham Əliyev daha bir görüş keçirdi .....                        İrana yağan qar yolları bağladı: ərazidən son görüntülər .....                        Biz özümüz də Minsk Qrupunun işindən narazı qaldıq .....                        Paşinyan Kazan görüşündən danışdı .....                        İlham Əliyev Mitsotakislə bir araya gəldi .....                        Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar .....                       
19-08-2024, 19:19
Britaniyanın Ukraynaya dəstəyi zəifləyib - Zelenski


Britaniyanın Ukraynaya dəstəyi zəifləyib - Zelenski

Müharibə boyunca biz Böyük Britaniyanın silahlar, siyasət və Ukrayna cəmiyyətinə dəstək sahəsində həqiqi liderlik nümayiş etdirdiyini gördük. Bu, minlərlə insanın həyatını xilas etdi və Böyük Britaniyanın gücünü əks etdirdi. Təəssüf ki, bu proses son zamanlar ləngiyib.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” sosial şəbəkə hesabındakı paylaşımında deyib. O, Qərb liderlərinə müraciət edərək Ukraynaya Rusiya ərazisini vurmaq üçün uzaqmənzilli, “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyi xahiş edib. O, “Storm Shadow” kimi yüksək texnologiyalı silahların məhdudiyyətsiz istifadə edilməsinə icazə verilməsinin həyati əhəmiyyət kəsb etdiyini də vurğulayıb.
19-08-2024, 18:17
Paşinyan üçtərəfli razılaşmaları sabotaj edir - Lavrov


Paşinyan üçtərəfli razılaşmaları sabotaj edir - Lavrov

"Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin "Birinci Kanalı"na açıqlamasında deyib.
“Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, - Lavrov vurğulayıb.
19-08-2024, 18:00
COP29-dan sonra əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA


COP29-dan sonra əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA

Azərbaycan qarşıdakı aylarda bir çox vacib tədbirlərə və önəmli hadisələrə şahidlik edəcək. Sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək, ardınca "Formula 1" yarışları, noyabr ayında COP29 tədbiri baş tutacaq, dekabr ayında isə bələdiyyə seçkiləri keçiriləcək.
Ölkəmizdə beynəlxalq tədbirlər ərəfəsində humanist addımların atılacağı gözlənilir. Bəzi hüquq müdafiəçiləri parlament seçkilərindən və COP29-dan sonra əfv sərəncamının imzalanacağını iddia edir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, əfv dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə verilə bilər:
"Yəqin ki, həmişə olduğu kimi, ilin sonunda əfv verilə bilər. COP29 noyabrın sonunda yekunlaşacaq. Dekabrda onsuz da əfv gözlənilir. Mən elə hesab edirəm ki, Əfv Fərmanı ilin sonunda imzalanacaq”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyir ki, seçkilərdən sonra əfv sərəncamının imzalanması bir daha millətimizin birliyini dünyaya göstərə bilər:
"Bizi istəyən çox az dövlətlər qalıb. Qələbəmiz, Ali Baş Komandanın siyasi arenada önə çıxması çox yerdə qısqanclıq yaradır. Hər cəhətlə bizə toxunmağa çalışırlar. Dünyada gedən proseslərə baxanda hamımız birləşib bu dövləti qorumalıyıq. Buna görə əfv verilməsi bir daha millətimizin birliyini dünyaya göstərə bilər”.
19-08-2024, 17:57
Moskva və Bakı birgə neft tankerləri inşa edəcək


Moskva və Bakı birgə neft tankerləri inşa edəcək

Moskva və Bakı birgə neft tankerləri tikəcək.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra açıqlayıb.
"Rusiya Birləşmiş Gəmiqayırma Şirkəti Bakı Gəmiqayırma Zavodu ilə birlikdə neft məhsullarının daşınması üçün müasir çay-dəniz tankerlərinin istehsalına başlayır", - Putin bildirib.
Qeyd olunur ki, bu tankerlər Azov-Qara dəniz və Xəzər marşrutlarında istifadə olunacaq.
19-08-2024, 17:52
Rusiya Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına kömək edəcək - Putin


Rusiya Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına kömək edəcək - Putin

Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
“Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq”, - deyə o diqqətə çatdırıb.
19-08-2024, 17:50
Putin İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət etdi


Putin İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət edib.
Bu dəvəti Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.
O deyib: “Rusiya və Azərbaycan əsas çoxtərəfli platformalarda, o cümlədən BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirir. Oktyabrda İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq”.

19-08-2024, 17:33
Cənubi Qafqazda sabitlik bütün dövlətlərin maraqlarına tam cavab verir - Putin


Cənubi Qafqazda sabitlik bütün dövlətlərin maraqlarına tam cavab verir - Putin

Cənubi Qafqazda sabitlik bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verir.
Bu fikri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Rusiyanın dövlət başçısı Azərbaycana səfərinin yekunlarından məmnunluğunu ifadə edib. O, aparılan danışıqların və əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
19-08-2024, 17:25
Putinin şərəfinə dövlət ziyafəti verilir


Putinin şərəfinə dövlət ziyafəti verilir

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilir.
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
19-08-2024, 17:18
Prezidentlər Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında


Prezidentlər Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
19-08-2024, 17:13
Tarixi binaların görüntülərini pozan reklamlar yığışdırılır


Tarixi binaların görüntülərini pozan reklamlar yığışdırılır

Son dövlər paytaxtın mərkəzi küçələrində, əsasən tarixi binaların esetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb.
Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin Aparatında bu gün keçirilən ərazi reklam idarələri rəislərinin iclasında məlumat verilib.
Agentliyin Aparatının rəhbəri Nahid Qasımov və İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun iştirakı ilə keçirilən görüşdə İdarə Heyəti sədrinin ötən üç ay ərzində verdiyi tapşırıqların icra vəziyyətinə baxılıb, gələcək hədəflər müəyyənləşdirilib. Qeyd olunub ki, Bakı ilə yanaşı regionlarda da Agentliyin fəaliyyəti ilə bağlı qarşıya çıxan çətinliklərin müəyyən hissəsi həllini tapıb. Digər çatışmazlıqların həllinin sürətləndirilməsinin vacibliyi bildirilib. Vurğulanıb ki, son dövlər paytaxtın mərkəzi küçələrində, əsasən tarixi binaların esetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb.
Mərkəzi küçələrdə yerləşən açıq məkandakı reklamların yeni eskizləri hazırlanaraq sahibkarlara təqdim edilib. Bu işlər hazırda mərhələli şəkildə davam etdirilir.
İclasda açıq məkanda reklam yerləşdirilərkən şəhərlərin estetik görünüşünə diqqət yetirilməsinin, reklamlarda dövlət dilinin istifadəsinə dair tələblərə əməl olunmasının vacibliyi bir daha vurğulanıb. Tapşıqırlar yerinə yetirilərkən əlaqədar qurumlarla birgə iş fəaliyyətinin əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!