Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
14-08-2024, 20:51
İxtisas seçimi: Neçə nəfər ərizəsini təsdiqləyib


İxtisas seçimi: Neçə nəfər ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, avqustun 14-ü saat 14:55–ə olan məlumata görə 45813 ərizə təsdiqlənib.
Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını Mərkəzin müvafiq internet ünvanında yerləşən «Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.
Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
İxtisas seçimi avqustun 19-dək davam edəcək.
14-08-2024, 19:50
Qazaxıstan nümayəndə heyəti Milli Məclisdə - FOTO


Qazaxıstan nümayəndə heyəti Milli Məclisdə - FOTO

Avqustun 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki Fərid Hacıyev Azərbaycan və qazax xalqları arasında dərin köklərə söykənən çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinə dair fikirlərini səsləndirib. İkitərəfli münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha da möhkəmləndiyini deyən aparat rəhbəri əlaqələrimizin inkişafında ölkə başçılarının müstəsna rolunu qeyd edib, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların, müntəzəm görüşlərin əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyətinə, həmçinin Milli Məclisin və onun Aparatının strukturu, ölkədəki seçki sistemi, qanun yaradıcılığı prosesi, mövcud komitə və komissiyalar, partiyaların təmsilçiliyi, həmçinin parlamentin xarici əlaqələri barədə məlumat verilib. Fərid Hacıyev sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq barədə fikirlərini bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycan , Qazaxıstan ilə digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində də yaxından maraqlıdır. İkitərəfli əlaqələrin inkişafında müxtəlif dövrlərdə parlament sədrlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların rolu vurğulanıb, ölkə parlamentlərinin beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub. Parlament aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Maksim Spotkay ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb, əlaqələrin inkişafında ölkə prezidentlərinin xüsusi rolunu vurğulayıb, ikitərəfli münasibətlərin dərinləşməsində qanunverici orqanlar arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətindən danışıb.




14-08-2024, 19:43
Leyla Əliyevanın tapşırığı ilə baxımsız qalmış fayton atı reabilitasiyaya cəlb olundu


Leyla Əliyevanın tapşırığı ilə baxımsız qalmış fayton atı reabilitasiyaya cəlb olundu

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın göstərişi ilə baxımsız halda qalmış və ayaqları zədələnmiş fayton atı müvafiq qayğı tədbirləri üçün reabilitasiyaya cəlb olunub.
Bu barədə IDEA İctimai Birliyindən bildirilib.
Qeyd edək ki, at xüsusi nəqliyyat vasitəsi ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirilib, burada ilkin baytarlıq müayinəsindən keçirilib və təyin olunmuş müalicəsinə başlanılıb. Hal-hazırda atın həyatına hər hansı təhlükə yoxdur. Mərkəzdə baxımsız qalmış atın tam sağalması üçün zəruri baytarlıq tədbirləri davam etdiriləcəkdir.
Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Qız qalası yaxınlığından Azneft meydanı istiqamətində turist daşımaq üçün istifadə edilən fayton atının baxımsız qalması ilə bağlı məlumatlar yayılmışdı.
14-08-2024, 18:44
Küçədə iti baltalayan şəxsə bu cəza verildi


Küçədə iti baltalayan şəxsə bu cəza verildi

Binəqədi rayonu, Biləcəri qəsəbəsində heyvana qarşı qəddarlıq edən şəxs məhkəməyə çıxarılıb.
Müstəntiq barəsində inzibati qaydada protokol tərtib edilmiş 42 yaşlı X.Muradovun həbsini tələb edib.
Məhkəmə heyvana rəhmsiz davranan şəxsin cəzalandırılmasını qanuna uyğun hesab edib.
Qərara əsasən X.Muradov 1 aylıq inzibati qaydada həbs edilib.
Qeyd edək ki, X.Muradov ötən gün günorta saatlarında iti baltalayaraq, heyvana işgəncə verib. Hadisə ərtafdakı azyaşlıların gözü qarşısında baş verib. Həmin şəxs qısa müddətə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
14-08-2024, 18:12
Türkiyə səmasını "Polad günbəz" qoruyacaq


Türkiyə səmasını "Polad günbəz" qoruyacaq

Türkiyə tarixinin ən böyük addımlarından biri olacaq “Polad günbəz” hava müdafiəsi sistemi layihəsinin icrasına başlayır.
Türkiyənin yerli şirkətləri tərəfindən son zamanlarda hazırlanan yeni nəsil sistemlər vasitəsilə unikal bir qalxan yaradacaq “Polad günbəz” ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq məqsədi daşıyır.
Fərqli keyfiyyət və güclərə malik hərbi texnikanı bir araya gətirəcəyi üçün "sistemlər sistemi" olaraq xarakterizə edilən layihəyə Türkiyənin texnologiya sahəsi üzrə flaqmanları olan “ASELSAN” və “ROKETSAN” şirkətləri, həmçinin bir sıra müvafiq təşkilatlar cəlb edilib. Onlar tərəfindən hazırlanan yerli sistemlər süni intellektdən istifadə edilərək bir-biri ilə inteqrasiya olunacaq.
Layihədə ASELSAN tərəfindən hazırlanmış hər cür hava şəraitinə uyğun özüyeriyən zenit silahı - QORQUT, hava hücumuna qarşı avtonom raket sistemi - HİSAR-A+, hava müdafiə sistemi GÖKDEMİR, hava və quru təhlükələrinə qarşı hazırlanan GÖKER silah sistemi, mobil lazer silah sistemi - GÖKBERK, qırıcı təyyarələrdən qanadlı raketlərə qədər geniş spektrli təhlükələrə qarşı orta hündürlükdə hava hücumundan müdafiə raket sistemi - HİSAR-O+ və daha bir hava müdafiə sistemi - SİPER istifadə ediləcək.
“Polad günbəz” layihəsində, həmçinin “ROKETSAN” istehsalı lazer sistemi ilə təchiz edilmiş mini/mikro toplu pilotsuz hava vasitələrini təhlükəsiz məsafədə zərərsizləşdirə bilən ALKA, mobil hava hücumundan müdafiə sistemi BURÇ, hava hücumundan müdafiə raket sistemi SUNGUR, dəniz vasitələrinə qarşı yer səthinə yaxın və ya yüksəkdən təhlükə yaradacaq texnikaları aradan qaldıracaq, elektron hücuma dayanıqlı raket sistemi LEVENT, müxtəlif raket və hərbi aviatexnikaya qarşı hazırlanan HİSAR raket ailəsi və uzun mənzilli regional hava müdafiə sistemi SİPER kimi müasir texnikalar da yer alacaq.
Layihənin əsasını təşkil edəcək amillərdən biri də süni intellekdir.
14-08-2024, 17:46
Milli Məclisin vitse-spikerlərindən biri qadın olacaq?


Milli Məclisin vitse-spikerlərindən biri qadın olacaq?

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürənlər arasında kifayət qədər qadın var.
Namizədlərin təxminən 1/3-i qadındır. Onların arasında seçki dairəsi üzrə favorit namizəd olanlar da müşahidə edilir.
Səsvermədən sonra parlamentə seçiləcək qadınların sayı da maraqlıdır. Məlumat üçün bildirək ki, ötən parlament seçkilərində 22 qadın mandat əldə edib. Bu isə V çağırışdakı göstəricidən 1 nəfər artıq idi. Budəfəki seçkidə də bir çox qadın namizədin deputat seçiləcəyi ehtimal edilir.
Parlamentin formalaşmasından sonra VI çağırış parlamentin spikeri Sahibə Qafarovanın yenidən Milli Məclisin sədri postuna namizəd olacağı gözlənilir.
Əldə etdiyimiz məlumata görə, yeni çağırış parlamentdə spikerin müavinlərindən biri də qadın ola bilər. Belə ki, spikerin müxalifəti və ya bitərəfləri təmsil edən müavinlərindən birinin yerinə qadın deputatın namizədliyinin irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir.
Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Qeyd edək ki, hazırda Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, müavini isə Fəzail İbrahimlidir. Sədrin digər müavini Adil Əliyev isə bir müddət əvvəl Suraxanı rayonuna icra başçısı təyin edildiyi üçün onun mandatı ləğv edilib.
Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir.
Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Qeyd edək ki, hazırda Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, müavini isə Fəzail İbrahimlidir. Sədrin digər müavini Adil Əliyev isə bir müddət əvvəl Suraxanı rayonuna icra başçısı təyin edildiyi üçün onun mandatı ləğv edilib.
14-08-2024, 17:40
Flora Kərimova yenidən məhkəməyə üz tutdu


Flora Kərimova yenidən məhkəməyə üz tutdu

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə qanunvericiliyə əsasən, verilən şikayətin vaxtının keçdiyini nəzərə alaraq işə xitam verib.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
14-08-2024, 17:37
İranda yeni nazirlərdən 3-ü azərbaycanlıdır


İranda yeni nazirlərdən 3-ü azərbaycanlıdır

Xəbər verildiyi kimi, İranın yeni prezidenti Məsud Pezeşkian Nazirlər Kabineti üzvlərinin siyahısını parlamentə təqdim edib.
Parlamentin reqlamentinə əsasən, deputatlara təklif olunan nazirlərin proqramlarına baxmaq üçün bir həftə vaxt verilir, bundan sonra parlament plenar iclaslarda nazirlərin səlahiyyətlərini qiymətləndirməyə başlayacaq.
İran mediasının məlumatına görə, Məsud Pezeşkian yeni nazirlərin siyahısı ilə bağlı müxtəlif dairələrdən, xüsusən də islahatçı qanaddan tənqidlərə tuş gəlib.
Qeyd edilir ki, Pezeşkianın yeni kabinetdə etnik xalqların nümayəndələrinə yer verməməsi tənqid olunub. Bildirilir ki, yeni hökumətin tərkibinə Ruhani və Rəisinin dövründə bürokrat olmuş bir çox şəxs daxildir.
Güney Azərbaycandan olan soydaşlarımızın sosial şəbəkələrdə paylaşdığı məlumatlarına görə, Məsud Pezeşkianın Nazirlər Kabinetində 3 nəfər azərbaycanlı da yer alıb.
Bunlar aşağldakı nazirlərdir:

Abdul Nasser Himmeti - İqtisadiyyat və Maliyyə Nazirliyi
Əmir Əziz Nəsirzadə - Müdafiə, Logistika və Silahlı Qüvvələr Nazirliyi
Qulamrza Nuri - Kənd Təsərrüfatı Nazirliyi
14-08-2024, 17:16
“Komando bıçağı” ilə TikTokda video paylaşdı, 8 aylıq cəza aldı


“Komando bıçağı” ilə TikTokda video paylaşdı, 8 aylıq cəza aldı

Naxçıvanda keçmiş hərbi qulluqçu təlimdən gətirdiyi bıçağa görə cəzalandırılıb.
1998-ci il təvəllüdlü Culfa rayonunun Kırna kənd sakini Elməddin 2020-2023-cü illərdə Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. O, xidmət müddətində Türkiyənin İsparta şəhərinə 2 aylıq təlimə göndərilib.
Elməddin məhkəmədə deyib ki, təlimə rəhbərlik edən şəxs hərbi qulluqçulara üzərilərində gəzdirmək və təlimdə istifadə etmək üçün “komando bıçağı” almalı olduqlarını bildirib. O da İsparta şəhərində yerləşən hərbi ləvazimatlar satılan mağazadan bir ədəd “komando bıçağı” alıb.
Təlim bitdikdən sonra həmin bıçağı təyyarə ilə Bakı şəhərinə, oradan isə Naxçıvan Muxtar Respublikasına aparıb. O, MAXE kimi müqaviləsini yeniləməyib və işdən ayrılıb. Həmin bıçaq da özündə qalıb. Bıçağı Culfa rayonunun Kırna kəndindəki atasına məxsus evdə saxlayıb. Bıçaqdan bir neçə dəfə dağlara göbələk və dağ bitkiləri toplamağa gedən zaman istifadə edib.
Elməddinin ifadəsinə əsasən, bıçaqdan başqa məqsədlər üçün istifadə etməyib. 2024-cü ilin aprel ayında isə dağlıq ərazidə bıçağı göbələyin yanında torpağa batırıb və onun fotosunu TikTok sosial şəbəkəsində paylaşıb.
Ertəsi gün isə polis bölməsinə çağırılıb. Polis əməkdaşı həmin bıçağın oğurluq olduğuna dair şikayət edildiyini bildirib. Elməddin həmin bıçağı aldığı zaman onun soyuq silah hesab edildiyinə dair məlumatı olmadığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə cinayət işi başlanıb.
Culfa Rayon Məhkəməsində hakim Mehrab Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib, gecə saatlarında yaşadığı ünvanı tərk etməsi, qeydiyyatda olduğu yeri icazəsiz dəyişməsi qadağan edilib.

14-08-2024, 17:01
Ukrayna Kurskda hərbi komendantlıqlar yarada bilər


Ukrayna Kurskda hərbi komendantlıqlar yarada bilər

"Lazım gələrsə, Ukrayna Kursk vilayətində hərbi komendantlıqlar yaradacaq".
Ukrayna prezidenti Volodimir Zelenski Kurskdakı vəziyyətlə bağlı müşavirə keçirib.
"Kursk vilayətində vəziyyətlə bağlı müşavirə keçirilib. Əsas məsələlər müzakirə olunub. Təhlükəsizlik, humanitar yardım, lazım gələrsə, hərbi komendantlıqların yaradılması. Ukrayna sərhəd icmalarında özünü və əhalisinin həyatını qoruyur və Rusiya ərazisində aktiv əməliyyatlar aparır. Ordumuz beynəlxalq konvensiyaların və beynəlxalq humanitar hüququn tələblərinə ciddi şəkildə əməl edir”, - prezident bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!