Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
7-08-2024, 16:09
Ukrayna Rusiya ərazisinə girib - Ağır döyüşlər gedir


Ukrayna Rusiya ərazisinə girib - Ağır döyüşlər gedir

Rusiya Ukrayna ordusunun bu gün Kursk bölgəsinə daxil olduğunu və bölgədə gərgin döyüşlər getdiyini bildirib.
Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Ukrayna tərəfi hücumla bağlı heç bir açıqlama verməyib.
Rusiya “Kursk vilayətinin Rusiya-Ukrayna sərhədinə birbaşa bitişik ərazilərində” Ukrayna bölmələri ilə döyüşlərin davam etdiyini açıqlayıb. Moskva Kurska hava və raket zərbələri endirdiyini iddia edib və Ukraynanın Rusiya Federasiyası ərazisinə dərindən irəliləməsinin qarşısının alındığını vurğulayıb.
"Artıq ərazidə yeddi tank, səkkiz zirehli transportyor, üç piyada döyüş maşını və 31 zirehli döyüş maşını da daxil olmaqla 50 zirehli texnika məhv edilib", - Rusiya tərəfinin məlumatında deyilir.
Qeyd edək ki, döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi bildirilir. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir.
Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər. Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov gecə ərzində raket və dron hücumlarının olduğunu bildirib və mülki şəxslərə pəncərələrdən uzaq durmağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin tezliklə Təhlükəsizlik Şurasını toplayacağı və Kurksdakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. O, hökumət üzvləri ilə görüşdə Kiyevin hərbi təxribatlara əl atdığını bildirib.
7-08-2024, 15:16
Ukrayna PUA istehsalını artıracaq


Ukrayna PUA istehsalını artıracaq

Ukrayna pilotsuz təyyarələrin istehsalını genişləndirmək istəyir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib:
“Artıq bu il üçün istehsalçılarımızdan 1 milyon dron sifariş edilib. Gələn il onların sayı daha çox olmalıdır”.
"Hazırda bütün təfərrüatları açıqlamırıq, lakin dron istehsal gücümüz durmadan artır və biz təkcə dövlət maliyyəsi ilə deyil, həm də dron istehsalımıza sərmayə qoymaq üçün tərəfdaşlarla işləyirik", - deyə o əlavə edib.
7-08-2024, 14:40
Azərbaycan taekvondoçusundan inamlı qələbə


Azərbaycan taekvondoçusundan inamlı qələbə

Azərbaycan taekvondoçusu Qaşın Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
58 kiloqramda çıxış edən idmançı 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. Rəqibini 2:0 (7:4, 12:6) hesabı ilə məğlub edən taekvondoçumuz adını növbəti raunda yazdırıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
7-08-2024, 13:56
Türkiyə ordusu şəhid verib


Türkiyə ordusu şəhid verib

Türkiyə ordusu şəhid verib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Habip Murat Alp "Pençe-Kilit" əməliyyatı bölgəsində axtarış və yoxlama fəaliyyəti zamanı terrorçular tərəfindən açılan təcavüz atəşi nəticəsində şəhid olub.
"Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı, səbr diləyirik”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.
7-08-2024, 07:16
“MƏN, SƏN YOX, BİZ VARIQ”!


“MƏN, SƏN YOX, BİZ VARIQ”!
(Aidə Şirinova – 65. Doğum gününə təbrik)

Hər papaq qoyana kişi desəm mən,
Kişilər inciyər səxavətimdən.
Elə qadınlar da böyüdüb vətən,
Günahdır onlara kişi deməsəm.

Mirvarid Dilbazi

Bütövlüyün, həmrəyliyin, uğurlarımzın təməlini yaradan bu fikir birinci Qarabağ müharibəsinin iştirakçısı, polis, Müdafiə Nazairliyinin Bərdə özünümüdafiə batalyonunda əsgərlərin sosial müdafiəsi üzrə ilk qadın komandir müavini kimi şərəfli vəzifəyə yüksələn Aidə Rəcəb qızı Şirinovanındır. Hər bir uğurumuzun leytmotividir, monolit birliyimizə yoldur bu beş sözlük yığcam ömür proqramı.
Sağlığında əfsanəyə, mifə çevrilən, dastanlaşan, Tomrislərin, Burlaxatunların, Nüşabələrin çağdaş varisləri gerçək qəhrəmanların əhatəsində yaşadığımızın, işlədiyimizin, tez-tez ünsiyyətdə olduğumuzun fərqinə niyə varmırıq? Cabir Novruzun bir misrasını tez-tez təkrarlamaq lazımdır ki, unutmayaq: “Sağlığında qiymət verin insanlara”. Belə əfsanələşən, dastanlaşan, bu günkü qəhrəmanlıq dastanlarının qəhrəmanı olan, ancaq çoxumuzun yaxşı tanımadığımız insanlardandır Aidə Şirinova.
Bu gün onun günüdür, müdriklik yaşındadır. O, qanlı-qadalı döyüş meydanında Vətən oğullarının, döyüş dostlarının “qız qardaşı”, həm də saçlarını oğlansayaq kəsdirdiyinə görə “Qaqa”sı olub.
Bərdə şəhərində doğulub, Bərdə şəhər 3 saylı orta məktəbini bitirib, 1976-1981-ci illərdə Bədən Tərbiyəsi İnstitutunda (indiki İdman Akademiyası) ali təhsil alıb, Bərdə Uşaq-Gənclər İdman məktəbində işləyib, 1988-ci ildə öz xahişi ilə 2 saylı məktəbə idman müəllimi təyin olunub. Qanlı 20 yanvar hadisələrindən, Ermənistanın torpaqlarımıza xaincəsinə təcavüzündən, Xocalı soyqırımından sonra heç kimin, hətta onu yolundan döndərməyə cəhd göstərən anasının sözünə məhəl qoymadan yolunu qətiləşdirib, döyüş meydanına atılıb. Azərbaycanın dilbər guşəsi Qarabağın və onun ətrafındakı ərazilərin quduz düşmənin tamahının təhlükəsinə düşdüyü dövrdə - 1992-1998-ci illərdə ən qaynar nöqtələrdə düşmənlə üz-üzə, göz-gözə dayanıb. Əvvəl Şuşada, Ağdərədə polis şöbələrində çalışıb. Sonra Çaylı əməliyyatından başlanan döyüş yolu Tərtər, Ağdərə, Marquşevan, Marağa, Aşağı və Yuxarı Çaylı, Həsənqaya, Gülüstan, Dəmirçilər, Ortakənd, Vaqauz, Atex, Talış, Kasapet, Dranbom, Çıldıran kəndləri uğrunda qanlı-qadalı, ölüm-itimli döyüşlərdə davam etmişdir.
Bəli, o, Vətənin hər qarış torpağı uğrunda canını fəda etməyə hazır olan oğulların qız qardaşıydı. Döyüşün ən çətin anlarında ona güvənirdilər.
“Aslanın erkəyi, dişisi olmaz” deyib uzaqgörən babalarımız. O, Azərbaycanın hərb tarixində izi qalan qəhrəmandır. Azərbaycan qadını Vətənin dar günündə xain düşmənə qarşı ölüm-dirim savaşında həmişə igid oğullarla çiyin-çiyinə dayanıb, qazi də olub, şəhid də. Birinci Qarabağ müharibəsinin şəhidləri Milli Qəhrəman Salatın Əsgərova, həmçinin Gültəkin Əsgərova, Qaratel Hacımahmudova Vətənimizin hərb tarixinə silinməz adlarını yazan Azərbaycan qadınlarıdır.
Aidə Şirinova müsahibələrinin birində qeyd edir: “Kişilərlə çiyin-çiyinə düşmən üzərinə addımlayan qadınların qələbədə böyük payları var. Ölkəmizin bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı mübarizəyə cəlb edilib. Birinci Qarabağ müharibəsini xatırlayaq. O vaxt Uzundərədə olan hərbi hospitalda 40 tibb bacısı və həkim çalışırdı. Onlar cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. Bəzən onlar yaralı əsgərlərə öz qanından qan çəkib vururdular. Qadınların mübarizə apardığını görən əsgərlərdə ruh yüksəkliyi artırdı. Onlar son qanına kimi döyüşürdülər”.
Döyüş meydanında qan-qada, ölüm-itim görsə də, Aidə xanımın qəlbi həm də ilahi sözlə qoşa vurur, könül duyğularını vətənpərvərlik şeirləri ilə oxucularına çatdırır. Döyüşçü-şairin qələm məhsullarının ana xətti Vətəndir, anadır, qəhrəmanlıqdır, düşmənə nifrət hissidir. O, həm silahıyla, həm də qələmiylə Vətənə xidmət edən xanım döyüşçüdür. Onun şeirləri hərb marşları kimi qanımızı coşdurur, qələbəyə səsləyir. Bu döyüş və səngər nəğmələri Aidə xanımın xarakterinin göstəricisidir, Vətən, torpaq, el sevgisinin tərənnümüdür. Bu gün də onun söz silahı xalqın, Vətənin keşiyindədir. Biganələri, fərariləri, yalançı vətənşüvənləri amansızlıqla qamçılayır.
Bir müsahibəsindən: “Həmişə belə düşünmüşəm ki, yaxşı oğlanların çoxu müharibədə həlak olduğuna görə bu gün cəmiyyətimizdə yamanlar at oynadırlar. Mənə elə gəlir ki, heç vaxt qeyrətsizdən qeyrətli oğul törəmir. Ona görə də bizlərin, o həyatı yaşamış insanların, jurnalistlərin, qəzetlərin, televiziyaların üzərinə çox böyük bir missiya düşür: biz gənclərimizi vətənpərvərlik ruhunda yetişdirməliyik. Onları, sözün əsl mənasında, Vətənə layiq övlad kimi böyütməliyik”
O, şeirlərində avtoportretini çəkərək özünü belə təqdim edir:

Vətən mənə doğul dedi,
Anam mənə oğul dedi.
Düşmənlərin başı üstə,
Şimşək kimi çaxıl, dedi
.

Aidə Şirinova Vətənin çağırışına, ananın ümidinə heç vaxt biganə deyil. Onu Vətən yetişdirib, sevib-seçib hünər, qəhrəmanlıq meydanına göndərib. Ana Vətənin səsinə səs, harayına haray verən Vətən qızı həm mənəvi, həm də fiziki anasının üzünü ağ, başını uca edib. Bayrağımızın Qarabağın neçə-neçə yerində ucaldılmasına vəsilə olub.

Bu xalq üçün alışıb ürəyindən yananlar,
İstəyi qəlbdə qalıb, qəlbi bərbad olanlar,
Bəsdir tapdaq altında inlədi torpağımız,
Bütöv Azərbaycanda ucalsın Bayrağımız!


200 idən çoxdur ki, bütövlük arzumuzun yolu ilə addımlayırıq. Arzularımız çin olsun!
Zəfərlə bitən 44 günlük savaşımızda Ali Baş Komandan və Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” hayqırtısı ilə nida işarəsi qoydu. Buna ən çox sevinməyə haqqı olanlardan biri də gənclik illərinin altı ildən çoxunu ön cəbhədə, soyuq və nəmli səngərdə keçirən Aidə Şirinovadır.

Bütövlükdür Türk davası,
Bu savaş yox, qana-qandır,
Qarabağ Azərbaycandır!..
Son nöqtəmiz İrəvandır,
Qarabağ Azərbaycandır!


Ədəbi mühitdə Aidə xanımın mənalı ömür, cəsur döyüş yoluna həsr olunmuş əsərlər sırasında Ramiz Təmkinin “Bir qız tanıyıram”, Məhbubə Ömürün (Salmanova) “Qəhrəmanlar döyüşür yurdu yaşatmaq üçün” poemaları, Canalı Mirzəliyevin “Müqəddəs ruhun təzahürü” sənədli hekayəsi və digər əsərlər birinci Qarabağ savaşı ədəbiyyatının uğurlu nümunələridir.
Pedaqoq şair Məhbubə Salmanova poemasında Aidə Şirinovanı “ölümü gözüylə görən şahid, Vətən yolunda canlı şəhid” kimi təqdim edir.
Həqiqətən də Aidə xanım canlı şəhiddir. Şərəfli tituldur.
Aidə Şirinovanın 60 illik yubiley təntənəsini Mirbvarid Dilbazi Poeziya Məclisi İB olaraq Atatürk Mərkəzində qeyd etdik. Aidə xanımla görüşdən hamı sevinc duyur, fərəhlə nir. Xüsusi ilə, 2015-ci ildə Tahir Bağırov adına 59 saylı məktəbdə məktəbin müəllimi, rəhmətlik Qətibə Talıbovanın təşkil etdiyi tədbir unudulmaz, tarixi bir gün idi. O görüşdə hələ Qarabağımız azad deyildi. Aidə xanım o görüşdə inamla dedi ki, Qarabağa mütləq qovuşacağıq, Qarabağı qaytaracağıq. Bu gün ömrü bir məktəb olan, vətənə ömründən ömür xərcləyən Aidə xanıma zəfər sevincini yaşamaq qismət oldu. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin uzaq görən siyasətini uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin, Şanlı Ordumuzun, xalqımızın ruhunun diriliyi sayəsində.
Dünya yaşadıqca yaşayan şəhidlərimizin ruhları şad olsun.
Ömrünüz uzun, sağlam və mənalı olsun. Müdriklik yaşınızı təbrik edirəm. 65 yaşınız- 75-ə, 85-ə , 95-ə, düz 105-ə varsın. Dədə Ələsgər, Dünyamalı Kərəm ömrü diləyirəm. Bu ilin hər günü sizindir.
Gününüz mübarək, Aidə Şirin!
Mirvarid Dilbazinin şeiri ilə bitirirəm yazımı. Yubiley yaşınıza Mirvarid Dilbazi Məclisindən bir təbrik olsun.

Azərbaycan qadını

Ürəyin isti-isti, əqlin soyuq, buz kimi.
Əyilmız dağlar kimi, vüqarlı, təmkinlisən.
Bulud altında qalmış işıqlı ulduz kimi
Pünhan yanıb-sönmüsən uzun əsrlırlə, sən
Azərbaycan qadını!

Yaxşı günün dostusan, yaman günün qardaşı,
Göstərmisən dostluqda möhkəm sədaqətini.
Anası mərd olan kəs heç əyməsin başını.
Dünya analarının ey qoçağı mətini, Azərbaycan qadını!

Kiçik bir çay deyilsən coşasan sel gələndə,
Dərya qədər sə brinin görünməz sahilləri,
Bükülmədi dizlərin üstünə qəm gələndə,
Vüqarla saldın yola keşməkeşli illəri
Azərbaycan qadını!

Alnıaçıq, sözün düz, hər işdə mötəbərsən,
Əyilməzsən heç zaman dünyanın sərvətinə,
İgid ərlər içində sən özün də bir ərsən,
Eşq oısun tarix boyu sənin ülviyyətinə
Azərbaycan qadını!


GÜLLÜ ELDAR TOMARLI
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,
şəxsi Kəlağayı Muzeyinin direktoru
7-08-2024, 00:50
16 yaşlı yeniyetməni "tok" vurub öldürdü


16 yaşlı yeniyetməni "tok" vurub öldürdü

Bakının Sabunçu rayonunda ölüm hadisəsi qeydə alınıb.
Hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 16 yaşlı Əhmədov Mehdi Asif oğlu yaşadığı evdə ehtiyyatsızlıqdan onu elektrik cərayanı vurub.
Yeniyetmə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Fakt araşdırılır.
7-08-2024, 00:16
Harris Trampı 4 faiz üstələyir


Harris Trampı 4 faiz üstələyir

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Tramp üzərindəki dəstək fərqini rekord 4 faiz bəndinə yüksəldib.
Bu barədə “Newsweek” jurnalı “Morning Consult”un keçirdiyi rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, sorğu iştirakçılarının 48 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, respondentlərin 44 faizi isə Trampa üstünlük verib. Beləliklə, fərq Harrisin xeyrinə rekord səviyyəyə yüksələrək 4 faiz bəndinə çatıb.
Avqustun 2-dən 4-dək aparılan sorğuda qeydiyyatdan keçmiş 11 mindən çox amerikalı seçici iştirak edib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
6-08-2024, 23:13
Hələ heç nə bitməyib - Qurban Qurbanov


Hələ heç nə bitməyib - Qurban Qurbanov

“Fərqli və təcrübəli komandaya qarşı oynadıq”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Bolqarıstanın “Ludaqorets” klubuna məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin aqressiv futbol sərgilədiyini bildirib: “Ludaqorets”in oyunçuları fərdi olaraq yüksək səviyyədədirlər. Üstün tərəfləri olan əks-hücumdan ikinci qolu vurdular. Mən bu komandanı ciddi qəbul edirəm. Biz də çalışdıq. Futbolçularım əllərindən gələni etdilər. Hələ heç nə bitməyib. İnanıram ki, səfərdə istənilən nəticəni qazana biləcəyik. Ruhdan düşmürük”.
Mütəxəssis hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: “Epizodlara təkrar baxdıq. Təəssüf ki, bəzi epizodlarda düzgün qərarlar verilmədi”.
Q.Qurbanov qapıçı transfer etmək istədiklərini də deyib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də səfərdə keçiriləcək.
6-08-2024, 22:18
HƏMAS-ın yeni lideri - FOTO


HƏMAS-ın yeni lideri - FOTO

HƏMAS hərəkatının Qəzzadakı lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
Bu barədə HƏMAS-ın Telegram kanalında məlumat yayılıb.
Sinvar 1962-ci ildə Misirin idarə etdiyi Qəzzadakı Xan Yunis qaçqın düşərgəsində anadan olub. O, Qəzza İslam Universitetində ərəbşünaslıq üzrə bakalavr dərəcəsi alıb.
O 1989-cu ildə iki İsrail əsgərinin öldürülməsini təşkil etdiyinə görə həbs edilib. 2011-ci ildə məhbus mübadiləsi zamanı azadlığa buraxılıb.
2015-ci ildə ABŞ Yəhya Sinvarı beynəlxalq terrorçular siyahısına daxil edib.
Sinvar HƏMAS-ın təhlükəsizlik aparatının həmtəsisçilərindən biridir. O, 2023-cü ildə HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunun təşkilatçısı hesab olunur.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb.

6-08-2024, 22:00
“Qarabağ" öz meydanında məğlub oldu


“Qarabağ" öz meydanında məğlub oldu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyun başa çatıb.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Ludaqorets”in heyətində Duarte və Vidal, “Qarabağ”da isə Olavio Juninyo fərqləniblər.
Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!