17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                       
5-08-2024, 16:37
Ermənistan XİN-dən Türkiyə ilə sərhədlərin açılması barədə AÇIQLAMA


Ermənistan XİN-dən Türkiyə ilə sərhədlərin açılması barədə AÇIQLAMA

Ermənistan Respublikası Ermənistan-Türkiyə quru sərhədinin Marqara-Əlican keçid məntəqəsinin Ermənistan hissəsinin təmiri və texniki yenidən qurulmasını başa çatdırıb.
Bunu Ermənistan XİN mətbuatın sorğusuna cavabında açıqlayıb.
Qeyd olunub ki, İrəvan iki ölkənin xüsusi nümayəndələri arasında əvvəllər əldə edilmiş və təsdiq edilmiş razılığa əsasən münasibətləri həll etmək üçün bu sərhəd məntəqəsini üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün xidmət etməyə hazırdır və Türkiyədən də bunu gözləyir.
Xatırladaq ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin xüsusi nümayəndələrinin beşinci görüşü zamanı Axurik/Akyaka dəmir yolunda sərhəd-keçid məntəqəsinin işə salınmasına imkan verəcək texniki ehtiyacların qiymətləndirilməsi barədə razılıq əldə olunub.
5-08-2024, 16:33
Son iki gündə 159 "parkovşik" tutulub - RƏSMİ


Son iki gündə 159 "parkovşik" tutulub - RƏSMİ

Bakıda qanunsuz parklanma yerlərini təşkil etməkdə şübhəli bilinən 159 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN)məlumat verilib.
Bildirilib ki, qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində 216 nöqtədə həyata keçirilən monitorinqlər və profilaktik tədbirlər zamanı bu qeyri-qanuni hallara yol verən 159 şəxs müəyyən olunaraq saxlanılıblar. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbirlər görülüb.
Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.
İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunması da nəzərdə tutulub.
Göstərilən qanun pozuntusuna yol verən hüquqi şəxslər isə min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunurlar.
5-08-2024, 16:26
Qarabağda yaradılan seçki məntəqələrinin sayı


Qarabağda yaradılan seçki məntəqələrinin sayı

İşğaldan azad olunmuş ərazilərdə 55 məntəqə yaradılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 5-də keçirilən iclasında söyləyib.
O bildirib ki, məcburi köçkünlər 574 məntəqədə səs verə biləcəklər. Onların sayı isə 399 min 56 nəfərdir.
5-08-2024, 16:19
950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb


950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

İndiyədək deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
O qeyd edib ki, 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Məlumata görə, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib.
“1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər isə imza vərəqələrini qaytarıb”, - MSK sədri deyib.
5-08-2024, 16:15
Qayınana-gəlin davasının təfərrüatı: "Anamı yatdığı zaman baltalayıb"


Qayınana-gəlin davasının təfərrüatı: "Anamı yatdığı zaman baltalayıb"

Daşkəsəndə gəlini tərəfindən baltalanan və 9 gün sonra xəstəxanada ölən Tahirə Qurbanovaya qarşı cinayət hadisəsi gecə saatlarında yatdığı vaxtı törədilib.
Bu barədə mərhumun qızı Şəlalə Qurbanova deyib.
Onun sözlərinə görə, hadisəni qardaşının həyat yoldaşı Səidə Həsənova törədib: ”Mən bu barədə gecə saat 3-də eşitdim, zəng edib çağırdılar. Gəlin anamın başına zərbələr endirmişdi, qanın içində idi. Huşunu itirməmişdi, amma danışa bilmirdi, dili bağlanmışdı”.
Onun sözünə görə, anasını əvvəlcə Daşkəsən xəstəxanasına, oradan isə Gəncəyə aparıblar. Nəhayət Bakıya aparılan qadın 7 gün komada qaldıqdan sonra vəfat edib.
Şəlalə Qurbanova qeyd edib ki anası ilə gəlinləri arasında mübahisə olmayıb: “Qardaşım yoldaşına Rusiyadan zəng edib ki, mən sənlə dolanmaq istəmirəm, çıx get. Gəlin də razılaşıb şəxsi əşyalarını yığmışdı. Hər şey evin içində qalıb. Gecə qalxıb, evdə olan baltanı götürüb, anama zərbələr endirib. Səidə anamı gecə 3-4 arası yatdığı zaman vurub”.
Şəlalə Qurbanovanın sözlərinə görə, qardaşı Səidə Həsənova ilə 1 ilə yaxındır, qeyri-rəsmi ailəlidir.
Qeyd edək ki, qayınanasına balta ilə ağır xəsarətlər yetirən Cəlilabad rayon sakini olan Səidə Həsənova elə həmin gündən hadisə yerindən qaçıb. Onun tutulması istiqamətinə axtarışlar davam edir.
5-08-2024, 16:06
Vakansiya seçimində 17 mindən artıq namizəd iştirak edib


Vakansiya seçimində 17 mindən artıq namizəd iştirak edib

Vakansiya seçimində 17 mindən artıq namizəd iştirak edib. Sistemdə belə bir məqam var ki, namizəd vakant yeri seçərkən həmin yeri seçən ən yüksək ballı namizədi görə bilir.
Bu barədə İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev deyib.
Onun sözlərinə görə, bu zaman artıq namizəd seçdiyi yeri sonradan dəyişə bilir:
“Burada müəllim özü sistemə daxil olmalı, prosesləri emal etməli və uyğun şəkildə seçim etməlidir. Elektron qayda ən müsbət yoldur. Burada müəllim özü girib istənilən yerdəki vakanasiyaları görür və seçə bilir. Bizə görə bu elektron qaydanın verdiyi üstünlüklərdən biridir. Müəllim özü istədiyi yeri seçir və orada fəaliyyətini davam etdirə bilir”.
5-08-2024, 15:48
Üç ölkənin yeni səfiri İlham Əliyevin qəbulunda


Üç ölkənin yeni səfiri İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı, həmçinin Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.
Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin də etimadnaməsini İlham Əliyevə təqdim edib.
5-08-2024, 15:32
Rezidenturaya qəbul imtahanının nəticələri


Rezidenturaya qəbul imtahanının nəticələri

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 894 namizəddən 5 nəfər imtahana gəlməyib. Namizədlərdən 666 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Qeyd olunub ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına 6 avqust saat 10:00-dan 7 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.
5-08-2024, 15:13
Qarabağ Universitetində yataqxanalar neçə nəfərlik olacaq?


Qarabağ Universitetində yataqxanalar neçə nəfərlik olacaq?

Bu il Qarabağ Universitetində təhsil alacaq tələbələr yataxana ilə təmin ediləcək.
Universitetin bütün tələbələri üçün pulsuz yataqxana nəzərdə tutulub.
Ali təhsil ocağından bildirilib ki, mənzil tipli yataqxana 2 və 3 nəfərlik otaqlardan ibarət olacaq.
Qeyd edək ki, Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar da tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzil tipli yataqxanalarla təmin olunacaqlar.
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Ali təhsil müəssisəsində 1200 tələbə təhsil alacaq.
2024/2025-ci tədris ili üçün ümumilikdə 27 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə aparılacaq: Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm.
Pedaqoji fakültədə “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili)”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasları üzrə tədris həyata keçiriləcək. İncəsənət fakültəsi “Musiqi müəllimliyi”, “Dekorativ-tətbiqi sənət”, “Dizayn”, “İnstrumental ifaçılıq” və “Vokal sənəti” ixtisaslarını əhatə edir. Humanitar və sosial elmlər fakültəsində “Beynəlxalq münasibətlər”, “Hüquqşünaslıq”, “Tarix” və “Psixologiya” ixtisasları üzrə kadr hazırlığı təşkil ediləcək. İqtisadiyyat fakültəsində “Beynəlxalq ticarət və logistika”, “İqtisadiyyat”, “Maliyyə”, “Menecment”, “Mühasibat”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları tədris olunacaq. Mühəndislik fakültəsində “Elektrik və elektronika mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı nəzərdə tutulub. Turizm fakültəsində isə “Turizm işinin təşkili ixtisası” üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığına başlanılacaq.
5-08-2024, 15:04
Sülh sazişinin böyük hissəsi razılaşdırılıb - Klaar


Sülh sazişinin böyük hissəsi razılaşdırılıb - Klaar

"İrəvan və Bakı arasında sülh sazişinin böyük hissəsi razılaşdırılıb".
Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Jam News"a müsahibəsində deyib.
"Sülh sazişinin imzalanması üçün siyasi iradə lazımdır", - o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!