Livanda yenidən partlayışlar - 14 ölü, 500-dən çox yaralı .....                        Britaniya XİN başçısı Azərbaycandan danışdı .....                        Azərbaycanla Özbəkistan arasında məsləhətləşmələr .....                        Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə - FOTO .....                        Livanda yenidən partlayışlar - 3 ölü, 100-dən çox yaralı var .....                        Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO .....                        Elman Paşayev həbs edildi .....                        Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşdi .....                        Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi zəfər .....                       
Dünən, 22:43
Livanda yenidən partlayışlar - 14 ölü, 500-dən çox yaralı


Livanda yenidən partlayışlar - 14 ölü, 500-dən çox yaralı

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, azı 450 nəfər yaralanıb.
“Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.
Dünən, 20:06
Britaniya XİN başçısı Azərbaycandan danışdı


Britaniya XİN başçısı Azərbaycandan danışdı

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı pozitiv fikirlərə yer verib.
Devid Lemmi Ukraynaya səfəri zamanı gördüklərindən və müşahidələrindən yazıb, bəzi məqamlarda Rusiyanı tənqid edib. Nazir yazısında Azərbaycandan da bəhs edib və deyib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib. O qeyd edib ki, Gürcüstan və Moldova NATO və Avropa İttifaqı ilə əməkdaşlıq edir.
Dünən, 19:43
Azərbaycanla Özbəkistan arasında məsləhətləşmələr


Azərbaycanla Özbəkistan arasında məsləhətləşmələr

Bu gün Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq-hüquq idarəsinin rəisi Bobur Azizov rəhbərlik edib.
Görüşdə, həmçinin Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Özbəkistan tərəfindən isə Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin, Məşğulluq və əmək məsələləri üzrə Nazirliyinin, Xarici Əmək Miqrasiyası Agentliyinin rəsmiləri iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanın müttəfiqi olan Özbəkistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Dünən, 19:15
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə - FOTO


Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə - FOTO

Sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub.
Leyla Əliyeva əvvəlcə məktəbin müəllimlərini salamlayıb, onlarla xatirə şəkli çəkdirib.
Sonra Biləsuvar rayonunun Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, burada 56 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi, tibb və əmək təlimi otaqları yaradılıb. Məktəbdə, həmçinin akt zalı, idman zalı və açıq idman meydançası inşa edilib.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri çərçivəsində ötən dövrdə inşa və təmir edilən məktəblər, o cümlədən Fondun təhsilin inkişafına yönəlik fəaliyyəti ölkəmizdə bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Yeni tədris ilində Biləsuvarda inşa olunan məktəb də şagirdlərin keyfiyyətli təhsil almasına yönələn daha bir layihədir.
Daha sonra Leyla Əliyeva şəhid ailələrinin üzvləri, məktəbin şagirdləri və onların ailə üzvləri ilə söhbətləşib. Leyla Əliyevanı salamlayan Bəydili kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, məktəbin 1983-cü ildə inşa olunmuş binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşüb. Buna görə Heydər Əliyev Fondu tərəfindən Bəydili kənd orta məktəbi üçün yeni bina inşa olunub və bu tədris ilində istifadəyə verilib.
Yeddi korpusdan ibarət yeni məktəb binası 1400 şagird yerlikdir.








Dünən, 19:00
Livanda yenidən partlayışlar - 3 ölü, 100-dən çox yaralı var


Livanda yenidən partlayışlar - 3 ölü, 100-dən çox yaralı var

Livanda rabitə cihazlarında yenidən partlayışlar olub.
Hadisə nəticəsində 3 nəfər ölüb, daha 100-ü xəsarət alıb.
Livan mediası yazıb ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.
Dünən, 18:40
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO


Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.
Əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.
Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.
Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.





Dünən, 18:20
Elman Paşayev həbs edildi


Elman Paşayev həbs edildi

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev həbs edilib.
Bu gün Moskva Hərbi qarnizon məhkəməsində hüquqşünas barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb.
Elman Paşayev noyabrın 15-dək istintaq təcridxanasına göndərilib.
O, xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloger Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyi bildirilib.
Dünən, 17:49
Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşdi


Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşdi

Futbol üzrə 2025-ci il Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşib.
Mərakeşin ev sahibliyi edəcəyi turnirin final mərhələsi fevralın 1-dən 28-dək təşkil olunacaq.
Bununla bağlı qərar Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsinin Keniyanın paytaxtı Nayrobidə keçirilmiş iclasında qəbul olunub.
Turnirin seçmə mərhələ oyunları bu ilin oktyabr və noyabr aylarında olacaq.
Yaxın günlərdə final mərhələsinin matçlarının keçiriləcəyi stadionların adları da açıqlanacaq.
İcraiyyə Komitəsinin iclasında 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada təşkil olunacaq Afrika Millətlər Kubokuna aid bir sıra məsələləri də müzakirə olunub. Komitənin prezidenti Patris Motsep görüş çərçivəsində turnirin oyunlarını qəbul edəcək stadionları da ziyarət edib.
Dünən, 17:33
Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi zəfər


Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi zəfər

Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərindən 1 il ötür.
Butov.az mövzu ilə bağlı Media Təhlil Mərkəzinin Analitik Qrupunun hazırladığı məqaləsini təqdim edir.
Məqalədə vurğulanır ki, 2023-cü il sentyabrın 19-20-də reallaşdırılan, cəmi 23 saat davam edən bu lokal əməliyyat İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm və tarixi Zəfərin məntiqi davamı olaraq, ölkəmizi əsas hədəfinə qovuşdurdu. Azərbaycan ərazilərinin 30 ildən artıq davam edən işğalına, eləcə də Ermənistanın formalaşdırdığı qanunsuz xunta rejiminin mövcudluğuna birdəfəlik son qoyuldu.
Azərbaycanın hələ İkinci Qarabağ müharibəsi zamanı Xankəndini və digər əraziləri Ermənistanın qanunsuz hərbi birləşmələrindən təmizləmək imkanı olsa da, rəsmi Bakı hərbi güc tətbiqinə üstünlük vermədi. Postmüharibə dövründə Qarabağ ermənilərinin sivil reinteqrasiyasına çalışan ölkə rəhbərliyi humanist yanaşma göstərdi, qarşı tərəfi dəfələrlə danışıqlara dəvət etdi. Lakin Ermənistanın və Qarabağda süquta uğradılmış separatçı rejimin rəhbərliyi üç ilə yaxın müddətdə Azərbaycanın dayanıqlı sülh və reinteqrasiya üçün təklif etdiyi bütün səmərəli təklifləri rədd etdi, hərbi təxribatlarla bölgədəki vəziyyəti gərginləşdirmək yolu seçdi. Bu, Azərbaycanın hərbi-siyasi, diplomatik gücünün adekvat dəyərləndirilməməsinin, revanş iddialarının nəticəsi idi.
Bu lokal əməliyyat Azərbaycanın separatçılıqla heç zaman barışmadığını, zəbt edilmiş torpaqlarının azad olunması, suverenliyinin bərpası naminə sonadək mübarizə aparmaq, ədalətin tam bərpası naminə döyüşmək əzmini bütün dünyaya nümayiş etdirdi. Ermənistan 2020-ci ildəki sarsıdıcı məğlubiyyətindən, eləcə də lokal hərbi toqquşmalar zamanı aldığı ciddi zərbələrdən nəticə çıxarmaq istəmir, bütün mümkün resurslarını ərazilərimizdə separatizmin qorunub saxlanılmasına yönəldirdi. Bu məqsədlə “danışıq imitasiyası” yaratmağa, zaman qazanmağa çalışır, əldə olunmuş rəsmi razılaşmaların icrasından yayınırdı. Azərbaycan qarşı tərəfin destruktiv gedişlərinə cavab olaraq, “Fərrux”, “Qisas” və “Qətiyyətli cavab” kimi sülhə məcburetmə əməliyyatlarını uğurla reallaşdırsa da, Ermənistan yenə də düzgün nəticə çıxara bilmədi.
Rəsmi Bakının son zərurət kimi keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəflər yüksək dəqiqlikli atəş vasitələri ilə sıradan çıxarıldı, mülki əhaliyə və infrastruktura zərbə endirilmədi. Ermənistanın əsassız iddialarına rəğmən, Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyini təsdiqləmək məcburiyyətində qaldılar.
Qarabağdakı separatçı rejimin təslim olaraq Azərbaycanın şərtlərini qəbul etməsindən dərhal sonra rəsmi Bakı lokal xarakterli antiterror tədbirlərini dayandırdı. Əldə olunmuş razılaşmaya uyğun şəkildə, silahı yerə qoymaqla tərk-silah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışına imkan yaradıldı. Bu, rəsmi Bakının növbəti humanist addımı və razılaşmalara sadiqliyinin göstəricisi oldu. Qanunsuz rejimin ideoloji-siyasi rəhbərlərinin – etnik-dini qarşıdurmanı təşviq etməkdə, ağır müharibə cinayətlərində təqsirli bilinən şəxslərin tutularaq Bakıya gətirilməsi göstərdi ki, ölkəmiz hərbi caniləri qətiyyən bağışlamır, hüququn aliliyini, tarixi ədaləti bərpa edir.
Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamı ilə sentyabrın iyirmisinin “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” elan edilməsi ölkəmiz üçün mühüm siyasi və təbliğati əhəmiyyətə malikdir. Bu Sərəncam uğurla gerçəkləşdirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılmış uğurların miqyasını göstərir. Eyni zamanda, Sərəncam qazandığımız tarixi Zəfərin mahiyyətinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.
Azərbaycanın Xankəndi də daxil olmaqla, suverenliyini bərpa etdiyi tarixi ərazilərində cəmi 1 il müddətində reallaşdırdığı genişmiqyaslı abadlıq-quruculuq işləri, Qarabağ Universitetinin fəaliyyətə başlaması, keçmiş məcburi köşkünlərin yurdlarına qayıtmaları revanş xülyasından əl çəkməyən Ermənistanın müəyyən hərbi-siyasi dairələrinə “gözdağı” və sərt mesajdır. Azərbaycan düşmənin istənilən təxribatçı addımına bundan sonra da sərt cavab verəcək və “Dəmir yumruq” öz sözünü deyəcək.
Dünən, 17:17
İrandan Türkiyəyə gedən maşında psixotrop dərman aşkarlandı


İrandan Türkiyəyə gedən maşında psixotrop dərman aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan yük nəqliyyat vasitəsinə daxil olmuş əməliyyat məlumat əsasında gömrük baxışı keçirilib.
İdarədən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin müxtəlif gizli saxlanc yerlərindən təsiredici maddəsinin miqdarı 6436,125 qram olan 28605 həbdən ibarət “Tramadol hidroxlorid” tərkibli dərman preparatları aşkar edilib.
Qeyd edək ki, “Tramadol” “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!