Fars tədqiqatçıdan sərsəm iddiaSon vaxtlar irqçi və şovinist mərkəz və şəxslərin İranda qeyri-fars xalqlarla bağlı fəaliyyətləri, onların kimliklərinin təhrif edilməsi səyləri yeni vüsət alıb. Həmin şəxslərdən biri, sosial tədqiqatçı və etnik araşdırmalar mütəxəssisi kimi tanınan Ehsan Huşmənd son müsahibəsində Azərbaycan torpaqlarında yaşayan əhalinin etnik mənsubiyyətini şübhə atına alıb. O, «İranlıların Mədəni və Dil Qarışıqlıqlarının Nümunələri» adlı müsahibəsində Güney Azərbaycanın bəzi şəhərlərində türklərin yaşadığını inkar edən fikirlər səsləndirib.
Huşmənd, Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinin bəzi sakinlərinin "Kirmani" soyadlarına diqqət çəkərək, bu türk ailələrinin Ağa Məhəmməd şah Qacarın dövründə Kirmandan buraya köçürüldüklərini iddia edib. O, müsahibəsində Güney Azərbaycanın türk kimliyini şübhə altına alaraq, İranda yaşayan müxtəlif millətlərin mövcudluğunu inkar etməyə çalışır. Güney Azərbaycan və İranda yaşayan türklərin kimliyini inkar edərək, indiki İranda tək bir mədəniyyətin və millətin, yəni fars mədəniyyəti və xalqının yaşadığını təlqin etməyə səy göstərir.
Qeyd edək ki, xüsusilə son vaxtlar Huşmənd təfəkkürdə olan şəxslərin fəaliyyəti daha da güclənib və ölkə mediasında qeyri-farsların, xüsusilə türklərin kimliyini təhrif və inkar edən verilişlərin sayı artıb. Məsud Pezeşkianın prezident seçkisi öncəsi təşviqat və təbliğat kampaniyasında ölkədə başqa xalqların milli hüquqları ilə bağlı bir neçə vədi, şovinist dairələrin hücumlarının yeni dalğasının başlamasına səbəb olub.