Cəlilabad sakini Bakıda dəm qazından öldü .....                        Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş... .....                        Şərif Trampdan İranla bağlı xahiş edib .....                        "Real" evdə uduzdu, "Arsenal" səfərdə qalib gəldi .....                        Ağdaban qətliamından 34 il ötür .....                        Küveyt hakimiyyəti: "Evlərinizdə qalın" .....                        ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi .....                        Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı .....                        Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO .....                       
Tarix : 19-09-2024, 05:54
Fars tədqiqatçıdan sərsəm iddia


Fars tədqiqatçıdan sərsəm iddia

Son vaxtlar irqçi və şovinist mərkəz və şəxslərin İranda qeyri-fars xalqlarla bağlı fəaliyyətləri, onların kimliklərinin təhrif edilməsi səyləri yeni vüsət alıb. Həmin şəxslərdən biri, sosial tədqiqatçı və etnik araşdırmalar mütəxəssisi kimi tanınan Ehsan Huşmənd son müsahibəsində Azərbaycan torpaqlarında yaşayan əhalinin etnik mənsubiyyətini şübhə atına alıb. O, «İranlıların Mədəni və Dil Qarışıqlıqlarının Nümunələri» adlı müsahibəsində Güney Azərbaycanın bəzi şəhərlərində türklərin yaşadığını inkar edən fikirlər səsləndirib.
Huşmənd, Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinin bəzi sakinlərinin "Kirmani" soyadlarına diqqət çəkərək, bu türk ailələrinin Ağa Məhəmməd şah Qacarın dövründə Kirmandan buraya köçürüldüklərini iddia edib. O, müsahibəsində Güney Azərbaycanın türk kimliyini şübhə altına alaraq, İranda yaşayan müxtəlif millətlərin mövcudluğunu inkar etməyə çalışır. Güney Azərbaycan və İranda yaşayan türklərin kimliyini inkar edərək, indiki İranda tək bir mədəniyyətin və millətin, yəni fars mədəniyyəti və xalqının yaşadığını təlqin etməyə səy göstərir.
Qeyd edək ki, xüsusilə son vaxtlar Huşmənd təfəkkürdə olan şəxslərin fəaliyyəti daha da güclənib və ölkə mediasında qeyri-farsların, xüsusilə türklərin kimliyini təhrif və inkar edən verilişlərin sayı artıb. Məsud Pezeşkianın prezident seçkisi öncəsi təşviqat və təbliğat kampaniyasında ölkədə başqa xalqların milli hüquqları ilə bağlı bir neçə vədi, şovinist dairələrin hücumlarının yeni dalğasının başlamasına səbəb olub.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!