"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
27-09-2024, 11:53
Rayonlara yağış və qar yağacaq


Rayonlara yağış və qar yağacaq

Sentyabrın 28-də Bakıda havanın yağmursuz keçəcəyi gözlənilsə də, rayonların bəzi yerlərində arabir yağış və qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
27-09-2024, 11:44
Naxçıvanda İmtahan Mərkəzi yaradıldı


Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

Naxçıvan Muxtar Respublikasında (MR) İmtahan Mərkəzi yaradılıb.
Mərkəzi MR-in Təhsil Nazirliyi Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradıb.
Mərkəzdə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış formatında olmaqla tədris ili ərzində 6 dəfə olmaqla ödənişsiz sınaq imtahanlarının təşkili həyata keçiriləcək.
Yeni yaradılan mərkəz şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verməklə yanaşı tədrisin keyfiyyətinin artırılmasına şərait yaradacaq.
Qeyd edək ki, imtahan mərkəzinə ən müasir optik oxuyucular, çap avadanlıqları, kağız məmulatları və digər çap vəsaitləri tender yolu ilə alınaraq quraşdırılıb.
27-09-2024, 11:30
Qadınlar bölgəyə sülhün gəlməsini istəyir


Qadınlar bölgəyə sülhün gəlməsini istəyir

"Qara Dəniz Regionunda Sülh və Təhlükəsizlik üçün Qadınların Birgə Təşəbbüsləri" adlı beynəlxalq konfransda Ermənistanın sülh prosessinə süni maneəsi vurğulanıb.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Qadın İslahatçıları və İnnovasiyalar" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Konfransda bölgədə qadınların sülh və təhlükəsizliyin təmin olunmasında oynadıqları mühüm rol və bu istiqamətdə aparılan işlər müzakirə edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Belçikada, Lüksenburq Krallığında və Avropa İttifaqı yanında Nümayəndəliyinin müşaviri Tünzalə xanım Aydəmirova konfrans iştirakçılarına Azərbaycanda gender bərabərliyi, qadınların ictimai, siyasi həyatda aktivliyindən müəyyən nümunələr təqdim edərək, qadınlarımızın Ermənistanın işğalı nəticəsində qadınlarımızın ciddi zərər görməsindən də söz açıb. Diplomat xanım buna baxmayaraq, bu gün 30 ildən sonra azad olmuş ərazilərdə yeni dövrün başçalndığını və xanımlarımızın istər mina təmizlənməsində, istər sərhəddəki yeni şəraitə uyğunlaşmasın vurğulayıb. Ukraynalı ekspert Sofii Şevçuk bu gün Ukrayna ərazisində gedən müharibənin açı nəticələrindən danışaraq, dünyanın bu haqsızlığa reaksiya verməsinə rəğmən hələdə problemin aktiv qalmasından bəhs edib.
Tədbir zaman Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri, konfransda Azərbaycanı təmsil edən beynəlxalq səviyyəli ekspert Şəhla İsmayıl 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qadınların və uşaqların daha çox zərər görmələrindən danışıb və anım günü ərəfəsində dünyasını dəyişmiş bütün şəhidlərimizə allahdan rəhməıt diləyib. Şəhla İsmayıl bu günlərdə Azərbaycanda keçiriləcək COP 29 BMT-nin İqlim Dəyişikliyi Konfransının əhəmiyyətindən, təşkilat komitəsində qadın iştirakçılığının yetərli səviyyədə təmsilçiliyini də qeyd edib.
Qara dəniz regionu ölkələrinin nümayəndələri, beynəlxalq ekspertlər , BMT-nin Brüsseldəki əlaqə offisinin nümayəndəliyinin rəhbəri xanım Florence Roes və NATO-nun təhlükəsizlik və müdafiə platformasının rəhbəri Elena Marzak , Sarbone Universitetnin araşdırmaçısı Saida Ounissi, yerli QHT-lərin təmsilçiləri iştirak edərək, sülhə nail olmaq üçün qadın liderliyinin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda çıxış edən Vüsalə Hüseynli bildirib ki, Qara Dəniz Ərazisində bu gün müxtəlif konflikli problemlər var: “ Azərbaycan öz ərazi bütövlüyünü 30 ildən sonra təmin etsədə hələdə sülhün nail olmasına, sülh müqaviləsinin bağlanmasına süni maneələr yaradanlar mövcuddur. Ukraynada hələdə müharibə gedir. Gürcüstanın ərazisi hələdə işğalda qalır. Biz bu konfrans çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinə, dövlət başçılarına müraciət qəbul etdik. Müraciətə əsasən artıq qadınlar bölgəyə sülhün gəlməsini istəyir. Öz evlərindən çıxarılmış Qərbi Azərbaycanlılar da öz evlərinə qayıtmaq istəyir. İnanırıq ki, bu müraciətə qoşulan region qadınlarının səsi beynəlxalq təşkilatlar tərəfindən eşidiləcək və bölgəyə sülh və əminamanlıq gələcək ”.
Tədbirin məqsədi regionda sülh və təhlükəsizliyin təşviqində qadınların rolunu gücləndirmək və onların birgə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Konfrans zamanı sülh təşəbbüsləri, regional təhlükəsizlik məsələləri və gender bərabərliyi mövzularında panel müzakirələri təşkil edilib.
Qara dəniz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında qadınların rolu xüsusi vurğulanaraq, bu təşəbbüslərin gələcəkdə daha geniş miqyasda tətbiq edilməsinin vacibliyi qeyd olunub.
27-09-2024, 08:51
Lazizbek Raximov yazır: "Şairi kiçiltməyin!"

Lazizbek Raximov
Buxoro Dövlət Universitetinin tələbəsi


Şairi kiçiltməyin

Şairi kiçiltməyin!
Şair də insandır!
Ürəyində həsrət, ürəyində acı var,
Məhəbbət var.

Şairi kiçiltməyin!
Ürəyi nazik, amma səbrlidir.
Sizin bir iliniz var,
Onun bir günü ilə bərabərdir.

Şairi kiçiltməyin!
Şair - binakardır.
Həqiqi memar.
O, qura bilər ən böyük bina,
Ona "Ürək binası" deyirlər.
Orada şair siması canlanır.

Şairi kiçiltməyin!
Şair - müəllimdir.
Beyni bütün biliklərin cəmləşdiyi yerdir,
Hiss edərsən, anlayarsan
Şeirlərini oxuduqca.

Şairi kiçiltməyin!
Şair - bu oğrudur;
Gerçək oğru;
"Ürək" oğrusu;
Amma ədalətli oğru.

Şairi kiçiltməyin!
Şair - həkimdir.
Hər hansı bir ağrıya dərman verir,
Onun şeirləri,
Onun sözləri,
Ruhunu sağaldan dərmandır.

Şairi kiçiltməyin!
Göyə qaldırın.
Quş kimi uçsun
Yazmağa qələmini yenidən hazırlasın,
Tamaşaçıların ürəyini abad etsin.
Şairi kiçiltməyin!
Göyə qaldırın!



27-09-2024, 08:32
BİR ŞEİR YAZSAM


BİR ŞEİR YAZSAM


Rabiya Qamçibekqızı Dostanova Daşkənd vilayətinin Quyi Çırçik (Aşağı Çirçik) rayonunda anadan olub. Qori Niyazi adına məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin özbək və qazax filologiyası fakültəsini qırmızı diplomla tamamlayıb və həmin universitetin aspiranturasını bitirib.
Qazaxıstan Respublikasının “Yaradıcı” Ədəbi Birliyi “Çımkənt” birliyinin fəal üzvüdür. Rabiya Qamçibekqızı qardaş özbək və qazax xalq şairlərinin şeirlərini iki dilə tərcümə edir və beynəlxalq ədəbi əlaqələrin inkişafında layiqli xidmət göstərir.
Bir sıra şeirləri Qazaxıstanda “Əmir Teymur və Cənubi Qazaxıstan”, “Çimkəntim-fəxrim”, Özbəkistanda “Yaradıcı müəllimlərin yaradıcılığından”, “Mavi genişliklər”, Türkiyədə “Ata yurd rüzgarı”, Misirdə “Qəlbə səyahət” ərəb və ingilis dillərindəki şeir toplularına, Daşkənddə nəşr olunan 100 cildlik “Türk xalqları ədəbiyyatının inciləri” toplusuna, müasir gənc qazax şairlərinin əsərlərindən ibarət “Yüz olan” adlı tərcümə kitablarına daxil edilmişdir.
Qardaş özbək və qazax ədəbiyyatına dair bir neçə elmi məqalənin müəllifidir.
2021-ci ildə qazax xalqının istedadlı şairi Muqağali Maqatayevin şeirlərindən ibarət tərcümələrı – “Məni xatırlayacaqsan” adlı ilk kitabı işıq üzü görüb. 2022-ci ildə Ümidə Abduəzimovanın şeirlərini qazax dilinə tərcümə edərək “Kos qanat” (“Qoşa qanad”) adlı ikinci tərcümə kitabını nəşr etdirib.
2023-cü ildə klassik və müasir qazax poeziyasına aid tərcümələri “Olan – sözün padşahı”, “Dünyanı qucağıma sığdırdım”, 2024-cü ildə isə özbək poeziyasından qazax dilinə “Dostluq bağı” adı ilə nəşr olundu.
Rabiya Qamçibekqızı Beynəlxalq Mirtemir Mükafatı laureatıdır, Qazaxıstan Xalqları Assambleyası tərəfindən “Fəxri vətəndaş” və iki dəfə “Dostluq” medalları ilə təltif edilib.

Cihangir NOMOZOV,
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi.


Rabiyə QAMÇIBEKQIZI
BİR ŞEİR YAZSAM
Şeirləri Özbəkçədən Azərbaycan Türkcəsinə uyğunlaşdıran: Rəhmət Babacan

Bir şeir yazsam, hər sətiri qızıldan,
Aşiq əhlin gözü yanır ciladan.

Oxuyanda ürəklər şad olaydı,
Zövq paylaşsa, elə gözəl yalladan.

Həm aşuftə eləsəydi dilsizi,
Dərman tapsa, tapana qədər ilacın.

Kaş ki şeirlərim olsa payandaz,
Ya geydirsə başınıza şeir tacın.

Nəsri qabil, nəzmi dilbər yar olsa,
Nə istəyirsə, qaldırırsam mən nazın.

Nəyi qoyub ölçürsə bahasını,
Sözüm dəyəri daş bassaydı tərəzin.

Ey, Rabiyə, yetər ki aşağı düş,
Boşunadır xəyalların pərvazı.

AXTARIN

Füzulini sorarsan, Kərbəla deyə axtarın,
Leyli və Qeys dərdindən bir səda deyə axtarın.

Yaxşılar ziyafətində dəyəri uca olmayan,
Ancaq bütün vəsfi çəmən həm rəva deyə axtarın.

Xəstə qəlb dərman tapmadan, çox cəbrlər çəksə də,
Eşq qəzəl bostanında çox nəva deyə axtarın.

Nəvaini pir bilib, Lütf şeirdən şövq duyub,
Cami “Baharistan”da bir səba deyə axtarın.

Zar Məcnun əhli nigün, köhnə tarixi füsun,
Eşq dərdinə səbir sütun, Köh səfa deyə axtarın.

Allahım vermiş qələm, bir də dərd, ilham, sitəm,
Eşqdə kim olub bikəm, kəmnama deyə axtarın.

Şeirinə düşdü nəzər, xoşumdan yox bir xəbər,
Sizə yetsə bir əsər, dilrüba deyə axtarın.

Söz nəzminə düşdüm mən, qəlb dilimə köçürdüm mən,
Yox, muddaam köçdüm mən, bəhəva deyə axtarın.

Fazilə tərif düşvar, ona layiq nə söz var,
Rabiyə, əhli məlal, masuva deyə axtarın.

ANA DİLİM

Babam danışdığı dastanlar yadı,
Çox şey görən babalarım fəryadı,
Tömris, Şiraqin mən hür övladı,
Ana dilim mənim, ey əziz dilim!

Biz azad xalq, müqəddəs, əvvəldən bilsən,
Irq bitik ya Bilqə Haqandan soruşsan,
Erk mahnısın oxuyar hər daş və hərsəng,
Ana dilim mənim, ey əziz dilim!

Qürbət, azar çəkən danalar oldu,
Dediyi sözlər çox mənalar oldu,
“Türküm lüğəti” durdanalar oldu,
Ana dilim mənim, ey əziz dilim!

Yusifin “Qutədğu bilik”lərində,
Ədib Əhmədin nur bitiklərində,
Millət şənin oxuyar zirvələrində,
Ana dilim mənim, ey əziz dilim!

Fərab, Buxarilər şöhrəti qaldı,
Yəsəvi babamın hikməti qaldı,
Həqq yola başlayan himməti qaldı,
Ana dilim mənim, ey əziz dilim!

Türkanə gülşənə lütflər gəldi,
“Nabap dil” pisəndin yutublar gəldi,
Məqam səhərləri gözləyib gəldi,
Ana dilim mənim, ey əziz dilim!

Nəvai öz dilim yazmaq istədi,
Öz gülşənimdə gül almaq istədi,
Turanda türkanə yazmaq istədi,
Ana dilim mənim, ey əziz dilim!

Həzrət ana dilə oldu doğru yol,
Türk dilim sağ oldu, xəbərsizlər sol,
İndi bu bayrağı alır cəsur əl,
Ana dilim mənim, ey əziz dilim!

Çoxlara xəyal olan zamanlar gəldi,
Azadlıq səsinə uyğun küləklər əsdi,
Sənin üçün bükürəm mən yenimi,
Ana dilim mənim, ey əziz dilim!


VƏTƏN

Vətən...
Nədir özü?
Soruşma məndən.
Bu suala cavab tapmamışam.
Ancaq bir bildiyim – bu sözü desəm,
Ürəyimdə yanır sanki atəş, köz.

Nə cür köz deyirsən?
Niyə bilmirsən?!
Təndirdən isti çörək yemisən axı?!
Közdə bişmiş çörəyin
dadı yadımda
Ələ tutduğumda ovcum yandırır,
Qoynuma almışam narahat olub.

Anam tutan bu çörək bəlkə Vətəndir,
Ovcuma inanmayıb, sinəmə qoyan.
Bəlkə ürəkdəki ağır yaradır,
Bir köz kimi girən, sonra yandıran.

REYHANLA GÖRÜŞDÜM MİSİR ELİNDƏ

Reyhanla görüşdüm Misir elində,
Həmin sizə, bizə taniş olan ifar.
Beləcə ibasi kiçik gülündə,
Fəqət baxışında bir şikayət var.

Həmyerlimi görüb, şad oldum elə,
Qorxdum, bu istidə olmasın deyə xar.
Soruşdum: axı nə itirdin burada,
Söylə, bu palmazarda sənə nə var?!

Başını oxşayan əlimi öpdüm,
Vəsli Vətən kimi ey sərxoş gülüm!
Qoxundan cənnətin həsrətin duydum,
Cənnətimiz haqqı, çiçəyim, solum.

Cənnətin çiçəyi deyirlər səni,
Beləliklə, mən başqa bir cənnətdə oldum.
Cənnət gülün qucaqlayıb oyatdım səhəri,
Fəqət yuxuda xurma deyil, ciydəyi gördüm.
Reyhanla görüşdüm Misir elində...


NƏVAİYİ DİNLƏYƏRƏK AĞLARDI ATAM...

Adi insan idi...
Dehqan...
Mirişkar...
Cavan vaxtı hətta çalırdi dutar,
Və mumtaz mahnıları sevirdilər,
Nəvaiyi dinləyərək ağlardı atam...

Dostlarına belə əziz can idi,
Çox cəsuri yıxan pəhləvan idi,
Cavanlar içində qəhraman idi,
Mumtaz səs gəlincə pərişan idi,
Nəvaiyi dinləyərək ağlardı atam...

Düşünürəm bəzən eləcə mən də,
Yeddi sinif oxuyub savaş çağında,
Füzalalar laldır beytin şərhində,
“Munacat” oxuyursa Davudi Berdə,
Nəvaiyi dinləyərək ağlardı atam...

Bəlkə qaşımış o ürək yarasını,
Bəlkə başa düşüb mahnı sərəsini,
Bəlkə şəfqət edib çarəsizini,
Qəlbində hiss etmiş biçaq nərəsini,
Nəvaiyi dinləyərək ağlardı atam...

Başa düşmürdüm, çox gənc idim mən,
can atanı əzən bu necə sitəm?
Deyirdim ki biraz: səsdə var ələm,
Dik duruşun əyib, əyib başın həm,
Nəvaiyi dinləyərək ağlardı atam...

Neçə illər keçdi, qəmgusarim yox,
Yanan alovundan qalan yalnız köz,
Canım atam, sizə yönələn bu ox,
Zərrəsini ala bilsəm, mirasdır böyük,
Nəvaiyi dinləyərək ağlarsam mən də...
Nəvaiyi dinləyərək ağlardı atam...


NAZGÜLÜM

Köhnə Cəyhunun o sahilində nadanlıq qurbanı olmuş
iki yaşlı Nazigül adlı qızın xatirəsinə


Ey Nazgülüm, Nazgülüm,
Dünyadan ərəz gülüm,
Canına qəsd eləyən
De, hansı nakəs, gülüm?!

Mələk kimi uçdunmu?
Cənnət bağın quçdunmu?
Yaradana yaxınsan,
Hüzuruna düşdünmü?

Yerlərindən xəbər de,
Səndən dürüst adam yox.
Qırlarından xəbər de,
Paklamaya çarəm yox.

Cıvıldayan quşunu
Yalnız Halik dinləyir.
Dili tutulan usağı
Vələdi başa düşür.

De, de, canım, hamısını de
Gördüyüm yuxu deyil de.
Səndən başqalar laqeyd,
Görür pulsuz tamaşa.

Körpəyə padşah deyirlər,
Dilədiyi icabət,
Göyə uzanan yurda
Haqqdan soruş mərhəmət.

Ey Nazgülüm, Nazgülüm,
Dünyadan ərəz gülüm...
27-09-2024, 01:50
Cəbrayıla yola düşən köç karvanı doğma yurda çatdı


Cəbrayıla yola düşən köç karvanı doğma yurda çatdı

31 ildən sonra Cəbrayıl şəhəri öz doğma sakinlərinə qucaq açıb. Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə ilk köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Cəbrayıl şəhəri ilk köç prosesində 36 ailə olmaqla, 117 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr böyük coşqu ilə qarşılanıb və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.



27-09-2024, 00:05
Vətən müharibəsinin başlanmasının dördüncü ili


Vətən müharibəsinin başlanmasının dördüncü ili

Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edib. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanıb və İkinci Qarabağ müharibəsinə çevrilib.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.
Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.
Azərbaycan Ordusunun həyata keçirdiyi unikalı əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.
Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib. Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib. Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Azərbaycan və Ermənistanın hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.
Bəyanatda qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb. Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Bundan başqa, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Eyni zamanda, bu ilin aprelin 23-də ərazi bütövlüyümüz tam bərpa edilib. Belə ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. Sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa edib. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.
Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
27-09-2024, 00:00
Azərbaycanda Anım Günüdür


Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.
Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlət başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib:
“Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir.
Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib:
“Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.
Xalqımız Anım Gününü həm də Zəfər və iftixar günü kimi qeyd edir.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!