Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
11-10-2024, 23:27
Gürcüstandan Almaniyaya etiraz


Gürcüstandan Almaniyaya etiraz

“Almaniya Bundestaqının Gürcüstanla bağlı qətnaməsinin ədalət və demokratiya prinsipləri ilə heç bir əlaqəsi yoxdur və bu, çox təəssüf doğurur”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Bundestaqın Gürcüstanda demokratiyayönlü insanları cəzalandırmağı tələb edən bir qətnamə qəbul etməsi, qəbul olunan qətnamənin cinayətkarları qoruması, LGBT təbliğatına qarşı qanun qəbul edilməməsini tələb etməsi heyrət və təəssüf doğurur.
11-10-2024, 22:45
Millimiz Estoniyada məğlub oldu


Millimiz Estoniyada məğlub oldu

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyun başa çatıb.
“Lilleküla” stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Estoniyanın heyətində qolları Yoan Yakovlyov, Vlasi Sinyavski və Rokko Şeyn vurublar. Azərbaycan millisində isə Toral Bayramov penaltidən fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də doğma meydanda Slovakiya yığması ilə qarşılaşacaq.
11-10-2024, 21:42
Daha bir hərbi komissar saxlanıldı - RƏSMİ


Daha bir hərbi komissar saxlanıldı - RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyevin saxlandığı təsdiqlənib.
Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, mayor Əliyev Sadiq Həsən oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
11-10-2024, 20:57
Zelenski Şoltsla bir arada


Zelenski Şoltsla bir arada

“Almaniya qətiyyətlə Ukraynanın yanındadır. Almaniya Ukraynanın Avropada ən güclü, dünyada isə ikinci güclü hərbi dəstəkçisidir, Bu, belə də qalacaq”.
Bunu Almaniyanın Federal Kansleri Olaf Şolts oktyabrın 11-də Berlinə səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuata bəyanatında deyib.
Son aylarda Ukraynanın enerji infrastrukturuna ciddi ziyan vurulduğunu qeyd edən Olaf Şolts qış mövsümünün yaxınlaşması ilə əlaqədar Ukraynaya bu sahədə də müvafiq dəstəyin verilməsinin əhəmiyyətini qeyd edib. O, bu zərərin qısa müddətdə aradan qaldırılması və istilik təchizatının bərpası üçün Almaniyanın Ukraynaya 170 milyon avro əlavə yardım göstərəcəyini vəd edib.
Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyini vurğulayan Olaf Şolts deyib: "Hava hücumundan müdafiə dəstəyi bizim üçün əsas olaraq qalır. Müsbət haldır ki, Ukraynaya dəyəri 600 milyon avrodan çox olan yeni hərtərəfli hərbi dəstək paketi təqdim etmişik. Buraya digər təchizatla yanaşı, IRIS-T SLM sistemi, piyada döyüş maşınları, tanklar, özüyeriyən haubitsalar, artilleriya sursatları və pilotsuz təyyarələr daxildir. İlin sonuna kimi tərəfdaşlarımız Belçika, Danimarka və Norveçin dəstəyi ilə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində əlavə hərbi dəstək paketi təqdim edəcəyik. Buraya, IRIS-T və Skynex tipli hava hücumundan müdafiə sistemləri, "Gepard" tankları, tank və özüyeriyən haubitsalar, əsas döyüş tankları, zirehli avtomobillər, döyüş pilotsuz uçuş aparatları, radarlar və artilleriya sursatları daxildir".
Ukraynaya hərbi dəstəyin 2025-ci ildə də davam etdiriləcəyini vurğulayan kansler büdcədə 4 milyard avroluq birbaşa ikitərəfli yardımın nəzərdə tutulduğunu bildirib.
"Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq bizim ümumi fəaliyyətimizin rəhbər prinsipi olaraq qalır", - deyə Olaf Şolts xüsusi vurğulayıb.
Prezident Volodimir Zelenski Almaniyanın xüsusilə hava hücumundan müdafiə sahəsində dəstəyinin Ukrayna üçün mühüm rol oynadığını qeyd edib. "Patriot" və IRIS-T sistemləri və "Gepard" tankları alman silah və texnologiyasının çox böyük töhfəsidir. İqtisadi və siyasi dəstək də çox vacib elementlərdir", - deyən Volodimir Zelenski dəstəyə görə təşəkkür edib.
Ukrayna Prezidenti ədalətli sülhün əldə olunmasında da Almaniyanın fəal mövqeyini qeyd edərək, bu prosesdə Berlinin dəstəyinin əhəmiyyətini vurğulayıb.
11-10-2024, 19:54
Pre-COP29 konfransına yekun vuruldu


Pre-COP29 konfransına yekun vuruldu

Oktyabrın 11-də Bakıda “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən Pre-COP29 konfransına yekun vurulub.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın ikinci günündə iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim fəaliyyətinə uyğunlaşmanın vacibliyinin göz önündə olduğunu diqqətə çatdırıb. “Qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmağı bacarsaq belə, hələ də bütün dünyada iqlim dəyişmələrinin ciddi təsirləri davam edir”, - deyə o bildirib.
O qeyd edib ki, cari ilin əvvəlində Tonqada Sakit Okean Adaları Forumunda kiçik adaların və inkişaf etməkdə olan dövlətlərin üzləşdiyi problemin miqyası müzakirə edilib.
“Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına görə, Sub-Sahara Afrikasında bu onillikdə adaptasiya xərclərinin ildə 50 milyard dollara qədər olduğu təxmin edilir.
Bununla belə, uyğunlaşmanın maliyyələşdirilməsi və həyata keçirilməsində hələ də aydın boşluqlar mövcuddur”, - deyə nazir bildirib.
M.Babayevin sözlərinə görə, COP29 Sədrliyinin bu il ambisiyaları artırmaq planı var: “Həmin plan Paris Sazişinin bütün şərtləri üzrə kritik irəliləyişləri təmin edəcək”.
O qeyd edib ki, istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini idarə etmək üçün iqlim planlarında ambisiyaları gücləndirmək lazımdır: “Biz bütün tərəfləri 2025-ci ilə qədər Milli Uyğunlaşma Planları yaratmağa çağırırıq”.
Vanuatunun iqlim dəyişmələri naziri Con Salong isə videomüraciətində Pre-COP29-da aparılan müzakirələrin inkişaf etməkdə olan kiçik ada dövlətləri və ən az inkişaf etmiş dövlətlər üçün uyğunlaşmanın sürətləndirilməsi baxımından mühüm bir addım olduğunu vurğulayıb: “Bizim seçim şansımız yoxdur və həyatda qalmağımız üçün uyğunlaşma zəruridir”.
O qeyd edib ki, Vanuatu təhlükə altındadır: “Həmin təhlükə raketlərə və ya hərbi təcavüzə görə deyil, bəşəriyyəti və planeti öldürən qalıq yanacaqlardan ayrıla bilməməsi səbəbindən baş verir.
2025-ci ilə qədər uyğunlaşma maliyyəsini ikiqat artırmaq vədi zəruri olsa da, qlobal miqyasda illik 536 milyard maliyyə hədəfinə çatmaq üçün bütün səyləri təcili şəkildə cəlb etmək lazımdır”.
COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim problemlərinin həlli istiqamətində qarşıya çıxan çətinliklərin sadəcə texniki deyil, eyni zamanda, siyasi və maliyyə problemləri olduğunu vurğulayıb.
O qeyd edib ki, problemlər maliyyə miqyasına salınmalıdır və sadələşdirilməlidir: “Bu, mücərrəd məqsəd deyil. Həmçinin bir çox xalqların yaşaması üçün zərurətdir. Biz maliyyənin daha sürətli, icmalara birbaşa çatan, proqnozlaşdırılabilən bağlantısını təmin etməliyik. Öhdəlikləri ən çox ehtiyac duyulan yerlərə çatdıracaq maddi hərəkətlərə çevirməyin vaxtıdır”.
“Dayanıqlı və davamlı gələcəyin gücləndirilməsi: iqlim fəaliyyətində insan inkişafının rolu” mövzusunda tədbirdə COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai vurğulayıb ki, iqlim dəyişmələrinin bəşəriyyətin üzləşdiyi ən böyük problem olduğunu hər kəs qəbul etməlidir. “Problemin həlli istiqamətində sadəcə yaşıl bacarıqlar zəruri deyil, eyni zamanda, süni intellektdən istifadə olduqca önəmlidir”, – deyə Nigar Arpadarai bildirib.
O qeyd edib ki, özəl sektor iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır: “Siyasət, iqtisadiyyat, biznes kimi bir çox sahədə uğur qazana biləcək yeni nəsil formalaşdırmalıyıq. Bizə lazım olacaq yeni bacarıqlara ehtiyacımız var. Uşaqlar və gənclər üçün yeni pilot savadlılıq proqramları və ya yeni davamlılıq təcrübələri əsasdır”.
“BƏƏ Konsensusunun enerji nəticələrinin izlənməsi” mövzusunda yan tədbirində çıxış edən energetika naziri Pərviz Şahbazov 2030-cu il hədəflərinə çatmaq üçün bərpaolunan enerji mənbələri, elektrik şəbəkələri, saxlama və səmərəliliyə 31,5 trilyon ABŞ dolları həcmində məcmu sərmayə lazım olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırkı səviyyədə bərpaolunan enerji mənbələrinə illik investisiyalar 2024-2030-cu illər arasında hər il tələb olunan 1,5 trilyon ABŞ dollarından azdır. Buna görə də bərpaolunan enerji potensialını və investisiya qoyuluşunu ildə 2 dəfədən çox, enerji səmərəliliyinə investisiyanı isə 7 dəfə artırmaq lazımdır.
Nazirin sözlərinə görə, Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də milli və regional miqyasda bərpaolunan enerji potensialının artırılmasına xidmət edən irimiqyaslı milli və transsərhəd layihələr həyata keçirir.
“2027-ci ilə qədər proqramımızın icrasının birinci mərhələsi çərçivəsində ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində yaşıl enerji zonalarının yaradılması ölkə miqyasında xalis sıfır emissiyaya keçid üçün əsas olacaq. 2030-cu ilə qədər 7 giqavat yaşıl enerji istehsal etmək planlarımız var. Bunun 70 faizi ixrac ediləcək və biz ardıcıl olaraq 3 böyük yaşıl interkonnektor - “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” üzərində işləyirik. Həmin yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya, daha geniş coğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycan öz yaşıl gündəliyinə, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq səylərinə sadiqdir”, - deyə nazir əlavə edib.
COP29-da İqlim dəyişikliyi və qlobal sülh arasında qarşılıqlı əlaqəyə dair ümumi məsləhətləşmələr zamanı isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov iqlim dəyişikliyi və dövlətlərarası münaqişələr arasında olan əlaqələrin araşdırılmasının vacibliyini bildirib. E.İsgəndərovun sözlərinə görə, həmin təsirləri aradan qaldırmaq əsas məqsədlərdən biridir.
O qeyd edib ki, qlobal sülh və iqlim təhlükəsizliyi arasında əlaqələr var. Bütün dünya ölkələri kollektiv öhdəliklər götürərək bunun icrası üçün planlar hazırlamalıdır.
“COP29 çərçivəsində 70-ə yaxın beynəlxalq səviyyəli görüşün keçirilməsi planlaşdırılır və bu görüşlərdə fikir müxtəliflikləri müzakirə olunacaq. Əsas məqsədimiz iqlim dəyişmələrinin təsirlərini aşağı səviyyəyə, hətta minimuma endirməkdir. COP29 zamanı Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda və digər ölkələrin nümayəndələri sülh və iqlim təşəbbüsü mövzusunda çıxış edəcəklər. Eyni zamanda, tədbir çərçivəsində Şamaxıda iqlim dəyişmələri, sülh və insan axınları arasında əlaqələrin araşdırılması müzakirə olunacaq. Bundan əlavə, Afrika qitəsi ölkələrinin yüksək səviyyəli dəyirmi masa görüşü keçiriləcək. Burada həssas ölkələrə iqlim dəyişmələri ilə mübarizə istiqamətində maliyyə dəstəyinin göstərilməsindən danışılacaq”, - deyə E.İsgəndərov əlavə edib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin logistika brifinqində COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsünün necə aparıldığını açıqlayıb. COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalovanın sözlərinə görə, COP29-un əsas məkanı Bakı Olimpiya Stadionu 5 zonaya bölünüb. Zona A qeydiyyat üçün nəzərdə tutulub. Zona B yan tədbirləri, İqlim Dəyişmələrinə Qarşı Mübarizə Sammiti, COP29 İqlim çempionlarının tədbirləri, ikitərəfli görüşlər üçün nəzərdə tutulmuş məkanları əhatə edir. Zona C nazirlər səviyyəsində keçirilən iclaslar, COP29 Sədrliyinin təşəbbüsləri üçün məkanlar, nümayəndə heyətlərinin ofisləri və restoranları əhatə edir.
Zona D-də VIP otaqlar, ikitərəfli görüşlər üçün otaqlar, birinci və ikinci plenar otaqları, Media Mərkəzi, mətbuat konfransı otağı, Zona E-də isə pavilyonlar, QHT-lər, restoranlar yerləşir.
COP29 tədbiri üçün 49 hektarlıq ərazinin ayrıldığını diqqətə çatdıran N.Carçalova bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması barədə məlumat verərək, işlərin plana uyğun şəkildə davam etdirildiyini söyləyib.
“Ötən aylar ərzində komandamız COP29-a hazırlıq prosesi çərçivəsində əzmkarlıqla çalışıb”, - deyə N.Carçalova bildirib.
Bununla da Pre-COP29 konfransına yekun vurulub.
11-10-2024, 19:39
Ordumuz raket və artilleriyanı işə saldı - VİDEO


Ordumuz raket və artilleriyanı işə saldı - VİDEO

Azərbaycan Ordusu Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin hazırlıq planına uyğun olaraq, atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.

11-10-2024, 18:46
Milli Məclisdə AŞPA nümayəndə heyəti yaradılmadı - ÖZƏL


Milli Məclisdə AŞPA nümayəndə heyəti yaradılmadı - ÖZƏL

VII çağırış Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri formalaşıb.
Azərbaycanın Avropa Şurası Parlament Assembliyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb.
Xatırladaq ki, bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov idi.
11-10-2024, 18:23
Qalx ayağa Azərbaycan!

11-10-2024, 18:07
“İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı


“İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı

Bakı metrosunda yenidən problem yaranıb.
Sərnişinlər bildirib ki, “İçərişəhər” stansiyasında dayanan qatarın qapıları bağlanmayıb.
Məlumata görə, stansiyada dayanan qatardakı sərnişinlər düşürülüb və qatar 10 dəqiqədən sonra sərnişinsiz yola düşüb.
Bir neçə dəqiqədən sonra yeni qatar gəlib və sərnişinlər həmin qatarla yola salınıb.
Problemin nədən qaynaqlandığı hələlik məlum deyil.
Məsələ ilə bağlı sorğu göndərilib.
11-10-2024, 17:53
“Hizbullah” liderinin olduğu yerə 83 bomba atlıb - Yeni açıqlama


“Hizbullah” liderinin olduğu yerə 83 bomba atlıb - Yeni açıqlama

Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah İsrail Hərbi Hava Qüvvələrinin hər biri 1 ton ağırlığında 83 bomba istifadə etdiyi yeraltı bunkerə hücum nəticəsində öldürülüb.
İsrail mediası Həsən Nəsrullahı məhv etmək üçün ABŞ-ın MK84 ağır bombalarından istifadə edildiyinə dair fərziyyələri təkzib edib.
Bildirilib ki, Nəsrullahın məhv edilməsi əməliyyatlarında İsrail istehsalı olan bombalardan istifadə edilib.
Xatırladaq ki, "Hizbullah" lideri Həsən Nəsrullah İsrailin 27 sentyabrda Beyruta endirdiyi aviazərbələr nəticəsində öldürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!