Muğam Mərkəzində Mahirə Nağıqızının yaradıcılıq gecəsi .....                        İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub. .....                        Müəllimlərə də təhsil kartları veriləcək - RƏSMİ .....                        Gürcü müxalifəti mitinqlərə başladı .....                        Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı .....                        COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək? - RƏSMİ .....                        Zakir Həsənov Slovakiyadadır - FOTO .....                        Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO .....                        RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb .....                       
3-11-2024, 15:28
Dövlət qulluğuna qəbul imtahanları keçirilib


Dövlət qulluğuna qəbul imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 3 noyabr 2024-cü il tarixində inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanları keçirilib.
DIM-dən verilən xəbərə görə, itahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 324 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 11 nəfər, AC2 altqrupu üzrə 17 nəfər, AC3 altqrupu üzrə 29 nəfər, AC4 altqrupu üzrə 42 nəfər olmaqla, ümumilikdə 101 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4-6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı da keçirilib.
AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 51 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 1, BA2 altqrupu üzrə 3, BA3 altqrupu üzrə 11, BA4 altqrupu üzrə 8 nəfər olmaqla, ümumilikdə 28 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4-6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.
3-11-2024, 15:17
"Formula 1"də yeni rekord - Əfsanəvi Mixael Şumaxeri üstələdi


"Formula 1"də yeni rekord - Əfsanəvi Mixael Şumaxeri üstələdi

"Formula 1"də "Red Bull" komandasının 27 yaşlı niderlandlı pilotu Maks Ferstappen liderlik günlərinin sayına görə əfsanəvi yeddiqat çempion Mixael Şumaxeri keçib.
2021-ci ildən bəri ardıcıl üç titul qazanmış və 2022-ci il İspaniya Qran-prisindəki qələbəsindən sonra fərdi hesabda liderliyi ələ alan M.Verstappen 897 gündür çempionatın lideri mövqeyindədir.
M.Şumaxer isə 2000-ci illərin əvvəlində İtaliyanın "Ferrari" kollektivində çıxış etdiyi dönəmdə "Formula 1"də fərdi hesabda 896 gün liderliyini qorumuşdu.
Qeyd edək ki, "Formula 1"də Braziliya Qran-prisinin əsas yarışı bu gün keçiriləcək.
3-11-2024, 14:35
Azərbaycanın COP29 Sədrliyi regionda iqlim məsələlərinə diqqəti artıracaq - Aİ rəsmisi


Azərbaycanın COP29 Sədrliyi regionda iqlim məsələlərinə diqqəti artıracaq - Aİ rəsmisi

“Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə böyük önəm verir. Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi, regionda bu məsələlərin müzakirəsi üçün mühüm bir imkan yaradır. Aİ-nın yüksək səviyyəli nümayəndə heyəti də bu tədbirdə iştirak edəcək, bu da tədbirin əhəmiyyətini artırır”.
Bu sözləri Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
“Aİ iqlim dəyişikliyi və ekoloji məsələlər üzrə bütün planet üçün vacib olan problemlərin həllinə dəstək verməyə çalışır. Azərbaycanın bu cür mötəbər bir tədbirə ev sahibliyi etməsi regionda iqlim məsələlərinə olan diqqəti artıracaq”, - o qeyd edib.
Səfir rəsmi Bakıya COP29-a ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.
Herçinski iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini və birgə səylərin nəticə verəcəyini də əlavə edib: "Belə tədbirlər, Aİ ilə Azərbaycanın əməkdaşlığını daha da gücləndirəcək və ekoloji məsələlərin müzakirəsi üçün bir platforma yaradacaq".
3-11-2024, 14:04
COP29 zamanı Bakı metrosu - Nəzarət və tənzimləmələr


COP29 zamanı Bakı metrosu - Nəzarət və tənzimləmələr

COP29 zamanı şəhər mərkəzi, tədbir məkanları istiqamətində nəqliyyatın hərəkətinə ediləcək dəyişikliklər və digər təşkilati məsələlərə uyğun olaraq, “Bakı metropoliteni” QSC stansiyalarının hazırlığı yekunlaşdırılıb. Hazırlıq dövründə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər qurumlarla sıx əlaqəli fəaliyyət təmin edilib.
QSC-dən bildirilib ki, COP29 konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” stansiyası istiqamətində nəqliyyat mübadilə mərkəzlərinin iş rejiminin dəyişdirilməsi ilə əlaqədar Bakı metrosunda müvafiq tədbirlər görülüb.
Avtobus marşrutlarının əsas hissəsinin yönləndiriləcəyi “Ulduz” stansiyasının vestibülündə 2 əlavə “BakıKart” terminalı yerləşdirilib. Stansiyanın ərazi və texniki imkanları nəzərə alınmaqla, sərnişinlərin girişinin daha intensiv təşkili məqsədilə avtomat buraxılış-nəzarət məntəqəsində 4 əlavə turniket quraşdırılıb. Buna uyğun olaraq, nəzarətçi köşkü yenilənib, əlil arabası istifadəçilərinin rahat keçidini təmin edən zona yaradılıb. Stansiyanın digər keçidi istiqamətində sərnişin axını istiqamətlərinin daha münasib tənzimlənməsi üçün nəzarətçi köşkü yenilənib.
Stansiyanın platforması, keçidlərində avtobus marşrutlarının istiqamətini rahatlıqla müəyyən etmək üçün müvafiq nişanlama işləri aparılıb, məlumat lövhələri yerləşdirilib. COP29-un gedişində digər əlavə tədbirlərin görülməsi diqqətdə saxlanılacaq.
Stansiya infrastrukturunun fəaliyyətinin təşkili, sərnişin axınının tənzimlənməsi, nəzarət mexanizmlərinin tətbiqi və digər məsələlərlə əlaqədar stansiyalarda texniki imkanlar qiymətləndirilməklə müvafiq hazırlıq tədbirləri görülüb. Şəhər mərkəzi istiqamətində avtobus marşrutlarının yönləndiriləcəyi metronun “Xətai”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında da nəzarət və tənzimləmə mexanizmləri həyata keçiriləcək.
Ümumiyyətlə, adi iş rejimi şəraitində tətbiq edilən nəzarət qaydaları qüvvədə saxlanılmaqla, əlavə növbətçilik cədvəlləri tərtib edilib. Bütün stansiyaların, həmçinin infrastruktura uyğun digər strukturların rəhbər və mütəxəssislərinin cəlb edilməsi ilə metro stansiyalarının infrastrukturuna, mühəndis-texniki qurğulara əlavə nəzarət mexanizmləri təmin ediləcək, sərnişin məmnunluğu və rahatlığı diqqətdə saxlanılacaq.
3-11-2024, 13:36
Naxçıvanda reyd - Qaydaları pozan sürücülər cəzalandırıldı


Naxçıvanda reyd - Qaydaları pozan sürücülər cəzalandırıldı

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı reyd keçirilib.
Reyd zamanı dayanma-durma qaydalarını kobud şəkildə pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.
Keçirilən reydlərin sürücülərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı onlara izah olunub, yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bir daha sürücülərdən “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunub.
Tədbir zamanı yol polisləri Naxçıvan şəhəri ərazisində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə də maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat veriblər.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.
3-11-2024, 13:21
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi


Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
3-11-2024, 13:18
Moldovada prezident seçkiləri - Seçici fəallığı yüksəkdir


Moldovada prezident seçkiləri - Seçici fəallığı yüksəkdir

Moldovada prezident seçkilərinin ikinci turunda saat 10:00-da (Bakı vaxtı ilə 12:00) seçici fəallığı birinci turla müqayisədə 25% yüksəkdir.
Bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Seçkilərin ikinci turunda birinci turda 42,49 faiz səs toplayan prezident Maya Sandu və 25,95 faiz səs toplayan keçmiş baş prokuror Aleksandr Stoyanoqlo ilə mübarizə davam edir.
Sandu və onun partiyası Avropa İttifaqına inteqrasiya, Rusiya və MDB ilə əlaqəni kəsmək kursunu müəyyənləşdirib. Aİ-yə inteqrasiyanı dəstəkləyən Stoyanoqlo isə bildirib ki, Moldova üçün vacib olan Rusiya və MDB ilə praqmatik münasibətlərin saxlanmasıdır. İkinci turun qalibi səs çoxluğunu toplayan namizəd olacaq.
3-11-2024, 12:56
Bakının bəzi ərazilərində fərdi evlər söküləcək - VİDEO


Bakının bəzi ərazilərində fərdi evlər söküləcək - VİDEO

Bakının bir sıra rayonlarında yerləşən fərdi evlərdə söküntü işləri aparılacaq.
Bildirilib ki, söküntü aparılacaq həmin evlərin yerində hündürmərtəbəli binalar və parklar salınacaq.
Bu da öz növbəsində, sakinlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, Süleyman Vəzirov, Yusif Səfərov və digər küçələrin bir hissəsində söküntü işləri aparılacaq.
"Bu istiqamətdə vətəndaşlara kompensasiya ödəniləcək, narazı olan şəxslərin problemləri komissiya tərəfindən həll ediləcək".
Daha ərtaflı İctimai TV-nin materialında:


3-11-2024, 12:42
İranda zəlzələ - 9 nəfər xəsarət aldı


İranda zəlzələ - 9 nəfər xəsarət aldı

İranın şimalında Gərmsar şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı qeyd edilib. Agentlik həmçinin bildirib ki, zəlzələ nəticəsində şəhərdə bəzi abonentlərin işığı və interneti kəsilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təxminən 49,4 min insanın yaşadığı Gərmsardan 5 km şimal-şərqdə 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
3-11-2024, 12:29
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, axşam mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-15° isti, dağlarda gecə və gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!