17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                       
3-11-2024, 12:10
Azərbaycan və İran Xəzərdə birgə hərbi təlim keçirir


Azərbaycan və İran Xəzərdə birgə hərbi təlim keçirir

Azərbaycan və İran Xəzər dənizində birgə hərbi təlim keçirir.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Təlimlər “Sülh və dostluq naminə əməkdaşlıq!” şüarı altında keçirilir.
3-11-2024, 11:36
Tramp yeni Kennedi ola bilər - Medvedev


Tramp yeni Kennedi ola bilər - Medvedev

“Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlsə, Ukraynada müharibəni dayandıra bilməyəcək”.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqramda yazıb.
“O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Əgər o, həqiqətən də cəhd etsə, o, yeni JFK ola bilər (Con Fitzgerald Kennedi, 1963-cü ildə sui-qəsd nəticəsində öldürülmüş ABŞ-ın 35-ci prezidenti – Qeyd) ”, - Medvedev vurğulayıb.
3-11-2024, 11:14
“Hizbullah”ın daha iki səhra komandiri öldürüldü


“Hizbullah”ın daha iki səhra komandiri öldürüldü

İsrail hərbçiləri Livanın cənubundakı Xiam bölgəsində “Hizbullah”ın silahlı qanadının iki səhra komandirini məhv edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, öldürülən Faruk Əminə Alasi Metula şəhəri də daxil olmaqla Qaliley bölgəsindəki İsrailin yaşayış məntəqlərinə edilən bir çox raket hücumlarına görə məsuliyyət daşıyırdı.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Xiam bölgəsində “Hizbullah” hərəkatının “Radvan” xüsusi təyinatlı bölməsinin komandiri Yusef Əhmədi də zərərsizləşdirib.
3-11-2024, 10:09
Bakıda mühərrik yağları sexində yanğın - VİDEO


Bakıda mühərrik yağları sexində yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən verilən məumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil mühərriki yağlarının qablaşdırılması sexində baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexdə olan sobanın içərisində 50 litr və sobanın ətrafına dağılmış 4 kv.m. sahədə yağ qalıqları yanıb, sexin böyük hissəsi yanğından mühafizə olunub.

3-11-2024, 09:35
Yeni pandemiyaya səbəb ola biləcək viruslar aşkarlandı


Yeni pandemiyaya səbəb ola biləcək viruslar aşkarlandı

ABŞ-nin Ohayo Dövlət Universitetinin alimləri virusların arterivirus ailəsinin heyvanlardan insanlara keçə biləcəyi elementi müəyyən ediblər.
Bu barədə araşdırma "Nature Communications" (“NatComms”) elmi jurnalında dərc olunub.
Arteriviruslar dünyada insanabənzər primatlar, donuzlar və atlar da daxil olmaqla bir çox məməlilər arasında geniş yayılıb, lakin insanlarda hələ aşkarlanmayıb. Arterivirusların bir çox təbii sahiblərində xəstəlik əlamətləri yoxdur. Arteriviruslar uzunmüddətli infeksiyaları saxlamaq və sahibini dəyişdikcə daha virulent olmaq, onlara təkamül etmək və ötürmə şanslarını artırmaq üçün vaxt verən qeyri-adi qabiliyyətə malikdir.
Alimlər skrininqdən istifadə edərək iki geni, FCGRT və B2M-i müəyyən ediblər. Onların protein məhsulları birləşərək hüceyrələrin səthində ifadə olunan FcRn reseptorunu (“neonatal Fc reseptoru”) əmələ gətirir.
Tədqiqatın nəticələri göstərib ki, FcRn meymunları, donuzları və atları yoluxduran azı beş arterivirus tərəfindən ana hüceyrəyə daxil olmaq üçün istifadə olunur. FCGRT geninin sahibinin hüceyrələrindən çıxarılması infeksiyanın qarşısını alıb və hüceyrələrin anti-FcRn antikoru ilə əvvəlcədən müalicəsi onları infeksiyadan qoruyub.
Tədqiqatçıların fikrincə, aşkar edilmiş anticisimlər (orqanizmə yad maddələr-red) gələcəkdə insanlar üçün təhlükəli hala gəlsə və yeni pandemiyaya səbəb ola, arteriviruslarla mübarizə yollarından biri ola bilər.
3-11-2024, 00:56
Hizbullahın daha bir komandiri öldürüldü


Hizbullahın daha bir komandiri öldürüldü

İsrail aviasiyası Livanın cənubundakı Cuaya bölgəsinə zərbələr endirib.
Bu da İsrail Müdafiə Qüvvələri məlumat verib.
İsrail ordusu hücumda Hizbullahın Nasser raket bölməsinin komandiri Cəfər Xader Faurun öldürüldüyünü bildirib.
Nasser bölməsinin dron sistemləri komandirinin də öldürüldüyü qeyd edilir.
3-11-2024, 00:20
Deputatın maşını ağaca çırpıldı


Deputatın maşını ağaca çırpıldı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı, sabiq sənaye və texnologiya naziri Mustafa Varank qəzaya düşüb.
Bursa vilayətində istehsal olunan nəqliyyat vasitəsinin sınaqları zamanı Mustafa Varankın da olduğu maçın ağaca çırpılıb.
Deputat xəsarət almayıb, nəqliyyat vasitəsinə ziyan dəyib.
"Əslində özüm istifadə edərkən heç bir problem yaşamadım. Şükür Allaha, qəzadan problemsiz sağ çıxdıq", - o, daha sonra sosial media hesabında yazıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!