17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
19-11-2024, 17:33
Azərbaycan su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir


Azərbaycan su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir

Su qıtlığı kənd təsərrüfatı, sağlamlıq və iqtisadi inkişaf kimi sahələrə təsir göstərən mühüm bir problemdir.
Bunu Bakıda COP29 çərçivəsində "Su ehtiyatlarının idarə olunmasında dövlət-özəl tərəfdaşlıqların rolu" mövzusunda keçirilən tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.
O, bildirib ki, Azərbaycan digər ölkələr kimi artan tələbat və məhdud resurslar fonunda davamlı su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir: "Bu problemə perspektiv həllərdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kontekstində Dövlət-Özəl Tərəfdaşlıqların potensialıdır. Xəzər Dənizinin suyunun Duzsuzlaşdırılması Layihəsi Azərbaycanın su qıtlığı problemini həll etmək məqsədini daşıyan irimiqyaslı təşəbbüsdür. Layihənin əsas məqsədi Xəzər dənizinin duzlu suyunu qabaqcıl duzsuzlaşdırma texnologiyaları vasitəsilə içməli suya çevirməkdir.
2023-cü il 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3843 nömrəli Fərman imzalanmışdır. Layihənin illik istehsal gücü 100 milyon m³, müddəti isə 27,5 ildir (2,5 il tikinti, 25 il istismar). Hazırda tender təkliflərinin qiymətləndirilməsi prosesi həyata keçirilir".
O qeyd edib ki, iqlim dəyişikliyi ilə əlaqədar temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar və artan buxarlanma Azərbaycanın su ehtiyatlarını daha da azaldır:
"Azərbaycan yarımsəhra iqlimində yerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən qonşu ölkələrdən (Gürcüstan, Türkiyə, Ermənistan) gələn Kür və Araz çaylarından asılıdır. Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir".
19-11-2024, 17:21
Alpaqut üzrə Dünya Çempionatı bu şəhərdə keçiriləcək - AÇIQLAMA


Alpaqut üzrə Dünya Çempionatı bu şəhərdə keçiriləcək - AÇIQLAMA

“Dekabr ayının 5-dən 8-ə qədər Gürcüstanın Kutais şəhərində Alpaqut döyüş sənəti üzrə 5-ci dünya kuboku keçiriləcək. Bununla əlaqədar olaraq texniki hazırklıqların hamısı başa çatıb”.
Bu barədə Alpaqut idman növünün qurucusu, Kutsan Vasif Namazov bildirib.
Onun sözlərinə görə, artıq bütün tələb olunan ölkələrdən sifarişlər alınıb, vizalar açılıb:
“20-dən çox ölkənin, 500-dən çox idmançının iştirak edəcəyi mötəbər bir yarış olacaq. Düşünürəm ki, biz bu yarışı ən yaxşı şəkildə həyata keçirəcəyik”.
19-11-2024, 16:57
IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb


IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb

Noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi arasında niyyət protokolunun imzalanma mərasimi keçirilib.
Protokol IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva və ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki tərəfindən imzalanıb.
Niyyət protokolunun məqsədi iqlim dəyişmələri ilə mübarizə sahəsində ICESCO ilə IDEA arasında iki tərəfli əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin qorunmasına yönələn tədbirlərdə birgə iştirak və hər iki təşkilatın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən digər müvafiq fəaliyyətlərin müştərək icrasından ibarətdir.
Hər iki təşkilat ICESCO-ya üzv dövlətlərdə ətraf mühitin mühafizəsi, torpağın deqradasiyasının qarşısının alınması, qida və su təhlükəsizliyinin təmin olunması, məlumatlandırma işlərinin aparılması, birgə tədqiqat işləri və pilot layihələrin həyata keçirilməsi, gənclərin və könüllülərin iştirakçılığının artırılması, mübadilə proqramlarının icrası, eləcə də bilik və ən yaxşı təcrübələrin paylaşılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəldilər.
Görüş iştirakçıları IDEA ilə ICESCO arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inandıqlarını bildirərək birgə fəaliyyətlərin genişləndirilməsinin İslam dünyası ölkələrində iqlim dayanıqlığının təmin olunması naminə həmrəyliyin möhkəmləndirilməsi və daha səmərəli birgə layihələrin icra olunmasına mühüm töhfə verəcəyini qeyd etdilər.

19-11-2024, 16:50
Moskva təsdiqlədi: Ukrayna ilk dəfə qorxunc raket atıb


Moskva təsdiqlədi: Ukrayna ilk dəfə qorxunc raket atıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin noyabrın 19-na keçən gecə Bryansk vilayətinin ərazisinə ATACMS raketləri ilə hücum etdiyi barədə xəbəri təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Bryansk vilayətinə atılan ATACMS uzaqmənzilli raketlərindən eşi “Pantsir” kompleksi tərəfindən vurulub, biri isə zədələnib.
Rusiya Müdafiə Nazirliyi raketlərin Bryansk vilayətindəki hərbi obyektin texniki ərazisinə düşdüyünü, yanğın baş verdiyini və onun söndürüldüyünü vurğulayıb.
“Hər hansı tələfat və dağıntı yoxdur”, - nazirlik qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Bayden Ukraynaya Rusiyanın dərinliklərində ATACMS ballistik raketlərilə zərbələr endorməyə icazə verib. Bu haqda "Nyu-York Tayms" məlumat yayıb.
19-11-2024, 16:38
Almaniyanın xarici işlər naziri Bakıya gəlir - RƏSMİ


Almaniyanın xarici işlər naziri Bakıya gəlir - RƏSMİ

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər edəcək.
O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiqləyib.
Berbokun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşü gözlənilir.
Qeyd edək ki, Berbok Azərbaycandan əvvəl Ermənistana səfər edəcək və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
19-11-2024, 16:31
Prezidentdən Naxçıvanla bağlı fərman


Prezidentdən Naxçıvanla bağlı fərman

Prezident İlham Əliyev "2024-cü il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 26 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bu il "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın maliyyələşdirilməsi xərcləri 70 milyon manatdan 41,7 milyon manata endirilib.
19-11-2024, 16:19
İlham Əliyev onları hakim təyin etdi - SİYAHI


İlham Əliyev onları hakim təyin etdi - SİYAHI

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

Ağır cinayətlər məhkəmələri üzrə:

Gəncə Ağır Cinayətlər Məhkəməsi

İbişov İlkin İlqar oğlu

Müslümov Bəhruz Firizman oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Nəbiyev Cavanşir Şirvan oğlu

Nuriyev Aqil Abdul oğlu

Şəki Ağır Cinayətlər Məhkəməsi

Aşurova Günay Raqif qızı

hərbi məhkəmələr üzrə:

Tərtər Hərbi Məhkəməsi


Qənbərov Tağı Ədalət oğlu

İnzibati məhkəmələr üzrə:

Gəncə İnzibati Məhkəməsi

Hüseynov Nurəli Əvəz oğlu

Sumqayıt İnzibati Məhkəməsi

Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızı

Məmmədli Qəşəm Fərhad oğlu

Şəki İnzibati Məhkəməsi

Şirinova Əsədova Günel Soltan qızı

Kommersiya məhkəmələri üzrə:

Gəncə Kommersiya Məhkəməsi

Məmmədli Əbülfəz Namiq oğlu

Şəki Kommersiya Məhkəməsi

Hüseynova Elnarə Ramiz qızı

Şirvan Kommersiya Məhkəməsi

Nəbiyev Rəmzi Sultan oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

İbrahimova Aytəkin Nazim qızı

Nəsibov Samir Nadir oğlu

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Şövkətli-Mənsimli Leyla Şahin qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Həsənov Teymur Həsən oğlu

Məmmədova Günel İqbal qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Əsədzadə Aytəkin Aqil oğlu

rayon (şəhər) məhkəmələri üzrə:

Ağstafa Rayon Məhkəməsi

Mürsəlova Heyran Mehman qızı

Astara Rayon Məhkəməsi

Meybullayeva Şəfiqə Eldar qızı

Balakən Rayon Məhkəməsi

Cəfərova Arifə Namus qızı

Bərdə Rayon Məhkəməsi

Məhərrəmov Bayram Yusif oğlu

Xaçmaz Rayon Məhkəməsi

Bayramov Samir Zakir oğlu

İmişli Rayon Məhkəməsi

Ağakişiyeva Lətafət Almazxan qızı

Lənkəran Rayon Məhkəməsi

Ələsgərov Elvin Əvəz oğlu

Masallı Rayon Məhkəməsi

Hüseynov Elşən Təbrizoviç

Siyəzən Rayon Məhkəməsi

Quluzadə Günel Cəbrayıl qızı

Sumqayıt Şəhər Məhkəməsi

İsmayılova Günel Rza qızı

Nəsimiyev Fərid Aydın oğlu

Şəmkir Rayon Məhkəməsi

Heydərova Nazlı Azər qızı

Şirvan Şəhər Məhkəməsi

İmanov Əli Sərməz oğlu

Tovuz Rayon Məhkəməsi

Hacıyev Süleyman Aslan oğlu

Zaqatala Rayon Məhkəməsi

Məmmədova Zərifə Faiq qızı.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
19-11-2024, 16:07
Azərbaycanla İran arasında hərbi əməkdaşlıq müzakirə edildi


Azərbaycanla İran arasında hərbi əməkdaşlıq müzakirə edildi

Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya"nın iclasında iştirak etmək üçün Tehrana səfər edib.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra birgə komissiyanın iclasında Azərbaycan və İranın hərbi strukturları arasında hərbi sahədə əməkdaşlığın inkişafı, yeni fəaliyyət istiqamətləri və sahələrinin müəyyən edilməsi üzrə geniş müzakirələr aparılıb. Yekunda razılıq əldə edilmiş əməkdaşlıq istiqamətləri üzrə maddələri özündə əks etdirən protokol imzalanıb.

19-11-2024, 15:59
Nazirdən polislərə müjdə: Maaşları artırılacaq


Nazirdən polislərə müjdə: Maaşları artırılacaq

Cari ildə Daxili Qoşunların hərbi qulluqçularının əməkhaqqı artırılıb.
Bunu maliyyə naziri Samir Şərifov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
Nazir bildirib ki, növbəti ildə ümumi əməkhaqqılarının artırılması çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqının artırılması nəzərdən keçiriləcək.
Qeyd edək ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ictimai asayişi ləyaqətlə qoruyan polislərin maaşının artırılması təklifi ilə çıxış edib.
19-11-2024, 15:15
Tbilisidə polislə etirazçılar arasında toqquşma


Tbilisidə polislə etirazçılar arasında toqquşma

Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz edən şəxslərlə polis əməkdaşları arasında qarşıdurma yaranıb.
Gürcüstan paytaxtının Melikişvili prospektində polis aksiya iştirakçılarını geri çəkməyə və yolun hərəkət hissəsini açmağa çalışırlar.
Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Etirazçılar isə öz növbəsində polislərə daş atıb. Bir neçə nəfərin saxlanıldığı qeyd olunur.
Qeyd edək ki, Gürcüstanda oktyabrın 26-sı keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!