İrəvan: Tarixi həqiqətlər və ŞəxsiyyətlərBu gün Beynəlxalq Avrasiya Mətbuat Mərkəzində Filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər” kitabının təqdimat mərasimi keçirilib. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çap olunan kitabın gərgin zəhmət nəticəsində, nəfis şəkildə gözəl tərtibatla ərsəyə gələn kitaba görə, Fəridə xanıma təşəkkür etdi.
Tədbirin aparıcı, Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov diqqəti kitabda nəşr edilən materialların zəngiliyinə və nə qədər milli-mənəvi dəyər daşıdığına yönəltdi.
Lalin Həsənova Kanada- Azərbaycan Evinin rəhbəri, Hüseyn İbrahimov, Fəlsəfə doktoru Nazir Əhmədli və digər çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından nə qədər əziyyət çəksə də, Azərbaycan Türklərinin izini öz dədə-baba yurdlarından silməyə çalışsa da bu mümkün deyil. Fəridə Səfiyevanın Azərbaycan və ingilis dillərində nəşr edilmiş “İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər” kitabı milli-mədəni irsimizin qorunmasında, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.
Bu cür dəyərli Kitabın az tirajla çap olunması, tədbir iştirakçılarında təəssüf hissi yaratdı. Fransadan, Kanadadan və digər ölkələrdən tədbirə qatılan diaspor nümayəndələri bu kitabın erməni yalanlarının ifşa olunmasında müstəsna əhəmiyyəti olacağını vurğuladılar.
Kitabın müəllifi “Kainat” Milli-Mənəvi Dəyərlərin Dəstək İctimai Birliyinin təsisçisi, “Qərbi Azərbaycan İcması”nın İrəvan şəhəri üzrə sədri Fəridə Səfiyeva zəhmət çəkib tədbirə qatılanlara təşəkkür etdi.Layihələrini dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Sonda xatirə şəkili çəkdirildi.
Əziz oxucular, maraqlı fikir mübadiləsi şəraitində keçən tədbirdən hazırlanmış geniş reportajı “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında oxuya bilərsiniz.
“Butov.az”[center]