Bəşər Əsədin qardaşı saxlanıldı - İDDİA .....                        19 yaşlı qız dəm qazından öldü .....                        10 yaşlı qızını öldürən ataya ömürlük həbs .....                        Polis Akademiyasına qəbul üçün müsabiqə elan edilib - VİDEO .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb .....                        Paşinyan Fransanın yeni baş nazirini Ermənistana dəvət etdi .....                        Baş Prokurorluğa yeni səlahiyyət verilir .....                        Gürcüstandakı etirazlar nə vaxt dayanacaq? - AÇIQLAMA .....                        Azərbaycan sədrliyi təhvil aldı .....                       
16-12-2024, 23:39
Paşinyan arvadı ilə rəsmi evli deyilmiş


Paşinyan arvadı ilə rəsmi evli deyilmiş

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla rəsmi evli deyilmiş.
Bu barədə Paşinyan özü məlumat verib.
"Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik. Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik", - deyə Paşinyan qeyd edib.
16-12-2024, 23:20
ABŞ məktəbində atışma: 4 ölü, 5 yaralı


ABŞ məktəbində atışma: 4 ölü, 5 yaralı

ABŞ-nin Viskonsin ştatının mərkəzi Medisonda yerləşən məktəbdə atışma olub.
Bu barədə “ABC News” yerli polisə istinadən xəbər verib.
Polis hadisə zamanı 4 nəfərin öldüyünü, daha 5 nəfərin xəsarət aldığını açıqlayıb. Qeyd edilib ki, cinayətkar zərərsizləşdirilib.
Məktəbdə təxminən 390 şagird təhsil alır.
16-12-2024, 22:34
"Bu, məni narahat edir" - Qurban Qurbanov


"Bu, məni narahat edir" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
O, 5:0 hesablı qələbənin önəmli olduğunu bildirib.
“Komandada bəzi çatışmamazlıqlar var idi. Yorğunluq var idi. Futbolçularımızı tam sağlam istirahətə buraxmağı çox istərdik. Ancaq təəssüf ki, alınmır. Bu, məni narahat edir. Yaxşı çıxış etsək də, səhvlər qaçılmaz idi. Azarkeşlərimizə də təşəkkür edirəm ki, bu gün bizlərlə oldular.
Hər mövqeyə axtarışlar gedir. Mərkəz müdafiəçisi mövqeyinə ciddi axtarışdayıq. Təbii ki, daxili çempionatda da maraqlandığım futbolçular var”.
16-12-2024, 21:50
Nura Surinin oğlu dünya çempionu oldu


Nura Surinin oğlu dünya çempionu oldu

Müğənni Nura Surinin oğlu Xosrov Səttarov Amerikada kikboksinq üzrə dünya çempionu olub.
O, "World Association Kickboxing Organization" yarışmasında rəqibinə qalib gələrək bayrağımızı qaldırıb.
16-12-2024, 21:44
Fəzail Ağamalı ailəsinin məhkəməsindən danışdı: "Bizə 6 ay vaxt verilib"


Fəzail Ağamalı ailəsinin məhkəməsindən danışdı: "Bizə 6 ay vaxt verilib"

"Parlament seçkilərindən sonra çox qəribə bir mənzərə ilə üz-üzə qaldıq, deyirdilər ki, Fəzail Ağamalı getdi, qızı gəldi. Yaxşı, Fəzail Ağamalı və yaxud digərləri öz övladına, seçiminə, özünün tutmuş olduğu vəzifəyə görə, daşıdığı səlahiyyətə görə qadağa qoymalıdır? Bu nə dərəcədə doğrudur, nə dərəcədə ədalətlidir?"
Bunu sabiq deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı qızı Günay Ağamalının deputat seçilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Günay Ağamalı Azərbaycan vətəndaşıdır, seçmək və seçilmək hüququ var və o da bu hüquqlardan istifadə edib.
"Onun seçilib-seçilməməsi qabiliyyətindən, seçki kampaniyasında özünü təqdimetmə səviyyəsindən və təbii ki, Ana Vətən Partiyasının (AVP) və mənim indiyədək millət vəkili kimi göstərmiş olduğum xidmətlərin nəticələrindən asılıdır. Bütün bu şərtlər, elementlər yığışdı və nəticə etibarilə o, seçkilərdə uğur qazana bildi. Açığı deyim ki, o, mənim gözlədiyimdən də daha uğurlu kampaniya apardı. Bir neçə aydır parlamentdədir və kifayət qədər fəallığı var. Ümidvaram ki, o, özünü yüksək səviyyədə təqdim edəcək və etimadı doğruldacaq. Ancaq bütün varlığı, bütün ruhu ilə Azərbaycan dövlətinə, xalqına bağlı övladdır", - sabiq depuat RTV-də yayımlanan verilişdə bildirib.
Fəzail Ağamalı bir müddət əvvəl adının çəkildiyi məhkəmə işindən də danışıb. Belə ki, Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib. İddiaçı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.
O bildirib ki, 2019-cu ildə mübahisə predmeti olan kredit 2019-cu ildə götürülüb və maldarlıqla bağlı layihəyə sərf olunub. Fəzail Ağamalı götürülən kreditin məbləğinin çox da böyük olmadığını qeyd edib. Sabiq deputat 2020-ci ildə başlayan pandemiyaya görə layihənin yarımçıq qaldığını vurğulayıb.
Partiya sədri deyir ki, kreditin pandemiya qədərki hissəsi aybaay ödənilib, ancaq pandemiyadan sonrakı hissəsi ödənilməmiş qalıb. O, kredit şirkətinin rəhbərliyi ilə danışıdığını bildirib: "Məhkəməyə veriləndən sonra biz şirkətlə yenidən əlaqə saxladıq. Onlarla müqavilə imzaladıq. Şirkət məhkəmədən imtina etdi və ödəmək üçün 6 ay vaxt verilib".
Fəzail Ağamalı sözügedən məhkəmə çəkişməsinin mətbuatda geniş rezonans doğurmasının qəribə olduğunu deyib.
"Parlament seçkilərində məni guya vurmaq üçün deyirdilər ki, Fəzail Ağamalının Kiyevdə meyvə bazarı var, Xətai Rayon İcra Hakimiyyətinin yanında 3 mərtəbəli villası var. Sonradan bəlli oldu ki, o villa Xətai Rayon Məhkməsinə icarəyə verilib, sahibi vaxtilə Naxçıvan Gömrük Komitəsinin sədri olub. Mən səmimi şəkildə etiraf edirəm ki, mən və mənim ailəm alın tərimizlə yaşamışıq. Bizim bu gün yaşadığımız evdən başqa, bir balaca - 4 sot yarım qeyri-yaşayış sahəsi var, vəssalam. Elə düşünürlər ki, Fəzail Ağamalı 30 il deputat olubsa, onun 30 yerdə mülkiyyəti olmalıdır, 30 yerdə biznesi olmalıdır. Bəlkə də elələri var, amma mən belələrindən deyiləm. Bu, mənim bu yaşımda səmimi etirafımdır. Olsaydı deyərdim, kimdir onları mənim əlimdən alan. Oğlum bizneslə məşğul ola bilirdisə, Azərbaycan qanunvericiliyi buna imkan verir, deyərdim oğlumun biznesi var. Qızım deputat olana qədər kifayət qədər məşhur bağça fəaliyyəti ilə məşğul olub".
16-12-2024, 21:36
Üçmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi


Üçmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən üçmərətəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçmərtəbəli yaşayış binasının zirzəmisində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zirzəmidə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kv.m. sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
16-12-2024, 21:22
Qazax "İdman Paytaxtı" seçildi


Qazax "İdman Paytaxtı" seçildi

Dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Qazax 2026-cı il üçün “İdman Paytaxtı” seçilib.
Bundan başqa, Goranboy 2026-cı, İsmayıllı isə 2027-ci il üçün “Gənclər Paytaxtı” seçiliblər.
16-12-2024, 20:58
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi


"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

"Qarabağ" Misli Premyer Liqasında "Sumqayıt"a böyük hesabla qalib gəlib.
XVII turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Matç "köhlən atlar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı (7, 33), Nəriman Axundzadə (45+1), Redon Coca (75) və Toral Bayramov (90+1) fərqlənib.
Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 41 xalla turnir cədvəlinin birinci sırasına yüksəlib. "Gənclik şəhəri" təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0, "Neftçi" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz bitib.
16-12-2024, 20:36
Parlament Şoltsa "YOX" dedi


Parlament Şoltsa "YOX" dedi

Dekabrın 16-da Almaniya parlamentində - Bundestaqda Federal Kansler Olaf Şoltsun koalision hökumətinə etimad səsverməsi keçirilib.
Azad Demokrat Partiyanın (FDP) ayrılmasından sonra Sosial Demokrat Partiya (SPD) və Yaşıllar Partiyasından ibarət koalision hökumət fəaliyyətini davam etdirməsi üçün lazımi səs çoxluğunu toplaya bilməyib.
Şolts hökumətinə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməli idi. Lakin deputatlardan 207-si hökumətin lehinə, 394-ü əleyhinə səs verib, 116 deputat isə bitərəf qalıb. Beləliklə, normal təqvimlə 2025-ci il sentyabrın 28-də keçirilməli olan parlament seçkiləri hökumət böhranından sonra razılaşdırılmış tarixdə - fevralın 23-də baş tutacaq.
Hökumətə etimad göstərilməməsi nəticəsində Federal Prezident Frank-Valter Ştaynmayer parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən geci 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir. Hökumətdə təmsil olunan və müxalifət partiyalarının növbədənkənar seçkilər üçün daha əvvəl razılaşdırdığı tarix – 23 fevral bu müddətə uyğun gəlir.
Xatırladaq ki, Sosial Demokrat Partiyası, Azad Demokrat Partiyası və Yaşıllar Partiyasından ibarət koalision hökumət FDP-nin sədri və maliyyə naziri Xristian Lindnerin iqtisadi durğunluqla mübarizə, dövlət xərcləri və büdcə məsələlərinə dair fikir ayrılığı ilə əlaqədar Kansler Olaf Şolts tərəfindən vəzifəsindən azad olunmasından sonra onun rəhbərlik etdiyi partiya koalisiyadan ayrıldığını elan etmişdi. Bundan sonra lazımi çoxluğu təmin edə bilməyən SPD-Yaşıllar koalisiyası yaranan hökumət böhranını aradan qaldırmaq üçün etimad səsverməsinin keçirilməsini qərara almışdı.
Bu, Almaniya Federativ Respublikasında sayca altıncı etimad səsverməsi olacaq. Bundan əvvəl 1972-ci ilin sentyabrında, 1982-ci ilin fevralında və dekabrında, 2001-ci ilin noyabrında və 2005-ci ilin iyulunda etimad səsvermələri keçirilib.
16-12-2024, 20:17
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi


Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!