Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
Tarix : 16-12-2024, 21:44
Fəzail Ağamalı ailəsinin məhkəməsindən danışdı: "Bizə 6 ay vaxt verilib"


Fəzail Ağamalı ailəsinin məhkəməsindən danışdı: "Bizə 6 ay vaxt verilib"

"Parlament seçkilərindən sonra çox qəribə bir mənzərə ilə üz-üzə qaldıq, deyirdilər ki, Fəzail Ağamalı getdi, qızı gəldi. Yaxşı, Fəzail Ağamalı və yaxud digərləri öz övladına, seçiminə, özünün tutmuş olduğu vəzifəyə görə, daşıdığı səlahiyyətə görə qadağa qoymalıdır? Bu nə dərəcədə doğrudur, nə dərəcədə ədalətlidir?"
Bunu sabiq deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı qızı Günay Ağamalının deputat seçilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Günay Ağamalı Azərbaycan vətəndaşıdır, seçmək və seçilmək hüququ var və o da bu hüquqlardan istifadə edib.
"Onun seçilib-seçilməməsi qabiliyyətindən, seçki kampaniyasında özünü təqdimetmə səviyyəsindən və təbii ki, Ana Vətən Partiyasının (AVP) və mənim indiyədək millət vəkili kimi göstərmiş olduğum xidmətlərin nəticələrindən asılıdır. Bütün bu şərtlər, elementlər yığışdı və nəticə etibarilə o, seçkilərdə uğur qazana bildi. Açığı deyim ki, o, mənim gözlədiyimdən də daha uğurlu kampaniya apardı. Bir neçə aydır parlamentdədir və kifayət qədər fəallığı var. Ümidvaram ki, o, özünü yüksək səviyyədə təqdim edəcək və etimadı doğruldacaq. Ancaq bütün varlığı, bütün ruhu ilə Azərbaycan dövlətinə, xalqına bağlı övladdır", - sabiq depuat RTV-də yayımlanan verilişdə bildirib.
Fəzail Ağamalı bir müddət əvvəl adının çəkildiyi məhkəmə işindən də danışıb. Belə ki, Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib. İddiaçı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.
O bildirib ki, 2019-cu ildə mübahisə predmeti olan kredit 2019-cu ildə götürülüb və maldarlıqla bağlı layihəyə sərf olunub. Fəzail Ağamalı götürülən kreditin məbləğinin çox da böyük olmadığını qeyd edib. Sabiq deputat 2020-ci ildə başlayan pandemiyaya görə layihənin yarımçıq qaldığını vurğulayıb.
Partiya sədri deyir ki, kreditin pandemiya qədərki hissəsi aybaay ödənilib, ancaq pandemiyadan sonrakı hissəsi ödənilməmiş qalıb. O, kredit şirkətinin rəhbərliyi ilə danışıdığını bildirib: "Məhkəməyə veriləndən sonra biz şirkətlə yenidən əlaqə saxladıq. Onlarla müqavilə imzaladıq. Şirkət məhkəmədən imtina etdi və ödəmək üçün 6 ay vaxt verilib".
Fəzail Ağamalı sözügedən məhkəmə çəkişməsinin mətbuatda geniş rezonans doğurmasının qəribə olduğunu deyib.
"Parlament seçkilərində məni guya vurmaq üçün deyirdilər ki, Fəzail Ağamalının Kiyevdə meyvə bazarı var, Xətai Rayon İcra Hakimiyyətinin yanında 3 mərtəbəli villası var. Sonradan bəlli oldu ki, o villa Xətai Rayon Məhkməsinə icarəyə verilib, sahibi vaxtilə Naxçıvan Gömrük Komitəsinin sədri olub. Mən səmimi şəkildə etiraf edirəm ki, mən və mənim ailəm alın tərimizlə yaşamışıq. Bizim bu gün yaşadığımız evdən başqa, bir balaca - 4 sot yarım qeyri-yaşayış sahəsi var, vəssalam. Elə düşünürlər ki, Fəzail Ağamalı 30 il deputat olubsa, onun 30 yerdə mülkiyyəti olmalıdır, 30 yerdə biznesi olmalıdır. Bəlkə də elələri var, amma mən belələrindən deyiləm. Bu, mənim bu yaşımda səmimi etirafımdır. Olsaydı deyərdim, kimdir onları mənim əlimdən alan. Oğlum bizneslə məşğul ola bilirdisə, Azərbaycan qanunvericiliyi buna imkan verir, deyərdim oğlumun biznesi var. Qızım deputat olana qədər kifayət qədər məşhur bağça fəaliyyəti ilə məşğul olub".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!