İstefa verməyə hazıram - Zelenski .....                        Ərdoğan onlara partiyada yüksək vəzifə verdi .....                        Pakistanın Baş naziri Azərbaycana gəldi .....                        Bu gün avtobuslar 21:00-a kimi işləyəcək .....                        Rusiyada çoxmərtəbəli binanın yanında partlayış .....                        Yataqxanada yanğın - VİDEO .....                        Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı .....                        Ərdoğan yenidən AK Partiyanın sədri seçildi .....                        Külək güclənəcək - XƏBƏRDARLIQ .....                       
19-01-2025, 15:35
Qəzza zolağında təxirə salınan atəşkəs qüvvəyə mindi


Qəzza zolağında təxirə salınan atəşkəs qüvvəyə mindi

Qəzza zolağında birinci mərhələdə təxirə salınan atəşkəs rejimi Bakı vaxtı ilə 13:15-də qüvvəyə minib.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi azad edilməli olan girovların siyahısını aldıqdan sonra məlumat yayıb.
Qeyd edək ki, İsrail və HƏMAS arasında razılaşma yanvarın 16-da axşam Dohada əldə edilib.
Sazişin bağlanması üzərində ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, habelə Qətər və Misir vasitəçiləri işləyiblər.
19-01-2025, 15:20
“Qarabağ” rekordunu təkrarladı


“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 50 qol vuran ilk komanda olub.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib. 50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.
Əlli qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Bu, son 21 mövsümün rekordunun təkrarıdır. Ağdam klubu 2 il əvvəl – 2022/2023-cü illər mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.
Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatır. Mütləq rekord 1996/1997-ci illər mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.
19-01-2025, 15:04
Deputatdan İmişlidəki faciəvi qəza ilə bağlı paylaşım


Deputatdan İmişlidəki faciəvi qəza ilə bağlı paylaşım

Millət vəkili Razi Nurullayev İmişli şəhərində baş verən ağır avtoqəza nəticəsində həlak olan iki məktəbli qızın ailələrinə və yaxınlarına baş çəkib.
O, sosial şəbəkə üzərindən paylaşdığı mesajda hadisənin böyük bir faciə olduğunu vurğulayaraq, valideynlərə səbr diləyib və dünyasını dəyişənlərə Allahdan rəhmət arzulayıb.
Razi Nurullayev qeyd edib ki, qəzada ağır yaralanan üçüncü məktəbli qız hazırda Yeni Klinikada müalicə olunur. Millət vəkili Bakıya qayıtdıqdan sonra qızın vəziyyəti ilə maraqlanacağını və onu ziyarət edəcəyini bildirib.
“Valideynlərinə səbr arzulayıram. Klinika ilə əlaqə saxlamışıq. Dövlət və klinika tərəfindən bütün lazımi addımlar atılır. İnşallah, tezliklə sağalsın, gedib evində də ziyarət edək,” – deyə Razi Nurullayev paylaşımında qeyd edib.
Hadisə bölgədə böyük kədər və təəssüf hissi ilə qarşılanıb. Hazırda müalicəsi davam edən məktəblinin tezliklə sağalması üçün bütün tədbirlər görülür.
19-01-2025, 14:20
“Papaq qeyrətimizdir, kəlağayı ismətimiz”


“Papaq qeyrətimizdir, kəlağayı ismətimiz”

Yanvarın 16- da Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində sərgi açılıb, sazlı, sözlü tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İB sədri Güllü Eldar Tomarlı layihə haqqında ətraflı məlumat verib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. O, qeyd edib ki, layihənin məqsədi xalqımızın folklor yaddaşından gələn bu milli geyim nümunələrini yaşatmaq, tanıtmaq və gələcək nəsillərə ötürməkdir. Layihə çərçivəsində bu il həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda milli dəyərlərimiz olan papaq və kəlağayının geniş şəkildə təbliği planlaşdırılır.
Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov çıxışında bildirib ki, Xətai rayonunda aprel ayında “Papaq və kəlağayı festivalı'' keçiriləcək və festivalda Azərbaycanımızın bölgələrindən olan papaq və kəlağayı ustaları öz əl işlərini sərgiləyəcəklər. 2024- cü ildə İlk "Kəlağayı Festivalı" da Xətai rayonunda keçirilmişdi.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müşaviri Vüsal Sehranoğlu, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, aşıqlardan Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, Nargilə Mehdiyeva, yazıçı Vaqif Osmanlı, şairlərdən Brilyant Atəş, Səringül Sadə, Bayram Aşıqlı, Sönməz Məşəl Mədəni Əlaqələr İB - nin sədri, Xarici Dillər Universitetinin professoru Şəhla Nağıyeva, Xəzər Universitetindən Aynur Qəzənfərqızı, Xətai rayonunda yerləşən Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin İncənəts evərlər dərnəyinin rəhbəri, metodist- yazar Sevinc Müslümzadə, həmin dərnəyin 132- 134 saylı Təhsil Kompleksinin şagirdi Tofiq Quliyev, KİV və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə Kəlağayı Ev Muzeyinin yaşı əsrlərə söykənən kəlağayıları, müxtəlif eksponatları, papaqçı Orxan Şükürovun 100 dən artıq istehsal etdiyi qədimi papaq nümunələri sərgiləndi.
Sonda Layihə rəhbəri Güllü Eldar Tomarlı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Cənablarına, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova və mərkəzin əməkdaşlarına, şəhid ailələrinə təşəkkürünü bildirib.
Layihə çərçivəsində silsilə tədbirlər 2025-ci ilin sonunadək davam edəcək.
19-01-2025, 13:44
Havaya atəş açan nazir istefa verdi


Havaya atəş açan nazir istefa verdi

Xorvatiya Baş nazirinin müavini və kənd təsərrüfatı naziri Josip Dabro istefa verib.
Josip Dabro bu barədə “Facebbook”-da paylaşım edib.
Qeyd edək ki, bir gün öncə sağ yönümlü Vətən Hərəkatı Partiyasından hökumətdə təmsil olunan 42 yaşlı Josip Dabronun musiqi dinləyərkən hərəkətdə olan avtomobilin pəncərəsindən tapança ilə atəş açdığını əks etdirən görüntü yayılıb. Xorvatiya hökuməti onun davranışlarını “uyğunsuz və məsuliyyətsiz” adlandırıb.
Josip Dabro paylaşımında bildirib ki, görüntü bir neçə il əvvələ aiddir, tapançadan boş patrondan atəş açılıb. Josip Dabro qeyd edib ki, şəxsi vəziyyəti hökuməti və nazirliyi prioritetlərindən yayındırmamalı və ya zəruri islahatları gecikdirməməlidir. Sabiq nazir istefa məktubunda hökuməti də işini davam etdirməyə çağırıb.
Baş verənlərə baxmayaraq Vətən Hərəkatı Partiyasının lideri İvan Penava hakim koalisiyada təmsilçiliklərini davam etdirəcəyini açıqlayıb.
19-01-2025, 13:21
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edildi


İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edildi

İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub.
İstintaqın obyektiv aparılması üçün qanunamüvafiq tədbirlər görülür.
19-01-2025, 13:13
Türkiyə Suriya ilə sərhədə ağır texnika toplayır


Türkiyə Suriya ilə sərhədə ağır texnika toplayır

Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir.
Bu barədə Türkiyənin “Haber7” portalı məlumat yayıb.
Qeyd olunub ki, Suriyanın Ayn Əl Arap (Kobani) şəhəri ilə üzbəüz yerləşən Şanlıurfanın Suruç rayonuna zirehli texnika və sursat göndərilib.
Bildirilib ki, Şanlıurfanın Aligör məhəlləsindən keçən hərbi konvoyun bir hissəsi Suriya sərhədinə çatıb.
Ağır texnikaların görüntüləri də portalda dərc edilib.
19-01-2025, 11:55
Husilər ABŞ-nin təyyarə gəmisini atəşə tutub


Husilər ABŞ-nin təyyarə gəmisini atəşə tutub

Yəməndə İranın dəstəklədiyi husilər bir ay ərzində 8-ci dəfə Qırmızı dənizdə ABŞ-ın "USS Harry S. Truman" təyyarədaşıyan gəmisini atəşə tutduqlarını açıqlayıblar.
Bu haqda husi ordusunun sözçüsü Yəhya Səria açıqlama verib.
"ABŞ təyyarədaşıyan “USS Harry S. Truman” və onu müşayiət edən bəzi döyüş gəmiləri Qırmızı dənizin şimalında bir sıra qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutulub", - deyə o bildirib.
Səria hədəflərə uğurla atəş açıldığını və hücuma görə gəminin əməliyyat bölgəsini tərk etmək məcburiyyətində qaldığını bildirib.
19-01-2025, 11:36
O maşını kim sürürdü? - 17 yaşı var imiş


O maşını kim sürürdü? - 17 yaşı var imiş

Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqları vurub.
YPX avtomobilinin qarşısına çıxan “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.
Belə ki, avtomobili 2008-ci il təvəllüdlü Bəylər Bayramov idarə edib. Həmin maşın yeniyetmənin dayısına məxsus olub.
Qeyd edək ki, hadisə nəticəsində həlak olan uşaqlar İmişli rayon Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olub.
19-01-2025, 11:13
Əsəddən sonra 200 min suriyalı qaçqın ölkəsinə qayıdıb


Əsəddən sonra 200 min suriyalı qaçqın ölkəsinə qayıdıb

Suriyada Bəşər Əsəd rejiminin devrildiyi ötən ilin dekabr ayının əvvəlindən bəri təxminən 200 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb.
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “X” hesabında bildirib.
Suriyada 2011-ci ildən bəri davam edən qanlı vətəndaş müharibəsində işin gedişatı dəyişib və 61 illik Baas rejimi süquta uğrayıb.
Təxminən bir aydır ki, başqa ölkələrə sığınan suriyalılar dayanmadan artıq öz ölkələrinə qayıdırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!