İran rejiminin Azərbaycan Respublikasına qarşı düşmənçiliyinin kökündə nə dayanır? .....                        Müdafiə Nazirliyi məlumat yaydı .....                        ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı .....                        Kipr məsələsinin həlli yolunda davam edəcəyik - Hakan Fidan .....                        XİN-dən Paşinyana cavab .....                        "Şuşa" restoranının yanındakı digər obyektlər də sökülür .....                        Saakaşvili ilə bağlı yeni qərar .....                        DİN-dən həbsdə olan qubalı fermerin ailə üzvlərinin iddialarına cavab .....                        İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verdi .....                       
2-01-2025, 20:06
Dəhşətli qəzada yaralanan azyaşlı xəstəxanada öldü


Dəhşətli qəzada yaralanan azyaşlı xəstəxanada öldü

Hacıqabul rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında xəsarət alan 7 nəfərdən biri ölüb.
Saat 15 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınan qəzada xəsarət alanlardan 9 yaşlı Yusif Qəhrəmanvoun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması zamanı "VAZ-2107" idarə etmədən çıxaraq yol kənarındakı "Hyundai Sonata", "Hyundai Tucson" və "KİA" markalı minik maşınlarına çırpılıb. Qəza nəticəsində Yusif Qəhrəmanov, Günel Qəhrəmanova, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov, Elgün Sarıyev, Elvin Sarıyev və Günel Sarıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Yaralılardan üçü ağır vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
2-01-2025, 19:57
Ukrayna Kurskda hərbi obyekti vurdu


Ukrayna Kurskda hərbi obyekti vurdu

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində komanda məntəqəsinə zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna hərbçiləri Kursk vilayətinin Maryino kəndində rus qoşunlarının komanda məntəqəsinə yüksək dəqiqliklə zərbə endiriblər.
Bundan əvvəl regional hakimiyyət Maryinonun yanında yerləşən Rılski rayonunun İvanovskoye kəndinin atəşə tutulduğunu açıqlayıb.
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteynin sözlərinə görə, itki yoxdur.
2-01-2025, 19:33
İrandakı türkofoblar niyə narahatdır? - Deputatdan cavab


İrandakı türkofoblar niyə narahatdır? - Deputatdan cavab

1 yanvar 2025-ci il tarixində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüş zamanı, 29 dekabr 2024–cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, Suriyada iflasa uğrayan İranın Türkiyə və Azərbaycan liderlərinə qarşı aksiya təşkil olunmasının əsas səbəbi bəllidir:
"Azərbaycandan ilk yardım karvanı Suriyaya yetişər-yetişməz İrandakı türkofoblar narahat olmağa başladılar. Onların narahatlığı əslində Türkiyə ilə Azərbaycanın Suriyada birgə fəaliyyətə keçməsi oldu. Qarabağ Zəfərindən sonra İran davamlı şəkildə ölkəmizi təhdid edirdi. Qarabağda da, Suriyada da uduzdu deyə, Azərbaycan və Türkiyədən guya qisas almaq qərarına gəldi. Özü də antitürk qüvvələrin “qəzəbli aksiyaları” nədənsə elə məhz türklərin yaşadığı bölgədə “baş qaldırır”. Sonuncu aksiya, Türkiyə və Azərbaycan liderlərinə qarşı çıxışların səsləndiyi şou isə Ərdəbildə təşkil edilib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Türkiyə Prezidebti cənab Rəcəb Tayyib Ərdoğana qarşı keçirilən aksiya İran Dövlət Televiziyasında yayımlanıb. Bu, tədbirin təşkilatçılarının kim olduğunu aydın göstərir. “Çaldıran şəhidləri və dirəniş şəhidləri anma tədbiri”- məzmunu çox maraqlıdır. Səfəvilər niyə? Həm də məhz Ərdəbildə. Sözsüz ki, İran Dövlət Televiziyasının təqdimatı məkrli niyyətlərdən qaynaqlanır və ən yüksək səviyyədə dəstəkləndiyi də məlumdur.
Bir müddət öncə Seyid Amuli prezident Pezeşkiana Bakıya, COP29-a gəlmədiyinə görə təşəkkür etmişdi.
Tutaq ki, Azərbaycanın İsraillə münasibətləri Amulinin və digər şovinistlərin xoşuna gəlmir. Bəs onda Türkiyəyə qarşı iddiası nədir? Rəcəb Tayyib Ərdoğan İsrailin bölgədəki siyasətinə, hərbi əməliyyatlarına qarşı sərt və prinsipial şəkildə dayanıb. Prezident cənab İlham Əliyevin Fələstin məsələsinin iki dövlət prinsipi ilə həll olunması zəruriliyi barədə qətiyyətli mövqeyini unudurlar. Azərbaycan dövlətinin Fələstinə humanitar yardım göstərməsini də yada salmaq istəmirlər".
O qeyd edib ki, Ərdəbildə, Azərbaycan üçün müqəddəs məkanların birində anti-Türkiyə, anti-Azərbaycan aksiyası təşkil etməklə guya bizi “ürəyimizdən vurmaq” istəyiblər:
"Amma mənasız cəhddir. Biz cənublu qardaşlarımızın səsini, harayını eşidirik. Ərdəbildəki səs onların səsi deyil. Özü də bu şou Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində təşkil olunub, bununla guya birliyimizi sarsıdacaqlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 50 milyonluq azərbaycanlının prezidenti olması, İranda 40 milyon soydaşımızın ana dilində təhsil ala bilmədiyi haqda dedikləri, yəqin, onlara çox təsir edib. Görünür, Azərbaycan Prezidentinin regionda, xüsusilə Cənubi Azərbaycanlılar arasında artan nüfuzu İranı ciddi şəkildə narahat edir. Onlar Azərbaycanı imperiya əsarəti altında görməyə alışıblar. Ancaq unudurlar ki, “çərxi fələk tərsinə dövran edir indi”. Əgər bu cür addımlar İrana qarşı atılsaydı, artıq böyük qalmaqal yaradardılar. Bəs cənab Prezidentə qarşı bu təhqirlər səsləndiriləndə niyə susurlar? Artıq şübhə doğurmur ki, bu, elə onların öz təşkil etdikləri bir oyundur.
Özü də “etiraz aksiyası” Azərbaycan-İran münasibətlərindəki əlaqələrin bərpasına yönəldiyi dövrdə baş verir. Son vaxtlarda iki ölkə hərbçiləri birgə təlimlər keçirdi, rəsmilər qarşılıqlı səfərlər etdilər, Misirdə Azərbaycan G-8-ə yekdilliklə üzv qəbul edildi. Pezeşkianın da səs verdiyi bir nəticə əldə olundu və Prezident Ərdoğan Azərbaycanın üzvlüyünü quruma əlavə güc qatacaq qərar kimi yüksək dəyərləndirdi. Amma ardınca İranda anti-Azərbaycan, anti-Türkiyə “hərəkatı” başlayır, özü də Səfəvilər xatırladılaraq. Məkrli niyyət ortadadır. “Bir millət, iki dövlət”i bölmək üçün “tarixə istinad” edirlər guya. Ancaq onlar Azərbaycan və Türkiyə qardaşlığının Çanaqqalada, Bakıda, Şamaxıda, Qarabağda dəfələrlə sınaqdan keçdiyini unudurlar. Cənublu qardaşlarımızın tarixini də bir yada salsalar yaxşı olar".
2-01-2025, 19:16
Türkiyədə qalmaqallı istefa


Türkiyədə qalmaqallı istefa

Türkiyə parlamentinin Ankara şəhərindən seçilən deputatı Kürşad Zorlu üzvü olduğu İYİ partiyadan istefa verib.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
Zorlu İYİ Partiya ilə rəsmi əlaqələrini bitirdiyini bildirib.
O, bu qərarını partiyanın yeni rəhbərliyi ilə əlaqələndirib.
2-01-2025, 19:04
Azər Baxşəliyevin ürəyinin fəaliyyəti bərpa edilib


Azər Baxşəliyevin ürəyinin fəaliyyəti bərpa edilib

Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib.
O qeyd edib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: “Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.

2-01-2025, 18:45
Şəhidimizin qardaşı dünyaya gəldi


Şəhidimizin qardaşı dünyaya gəldi

Vətən müharibəsi şəhidi Yusif Ələsgərovun qardaşı dünyaya gəlib.
Şəhidin anası Sevinc Abdullayeva oğul övladı dünyaya gətirib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb.
Y. Ələsgərov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.
O, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
2-01-2025, 18:16
"Qara polkovnik" vəfat etdi


"Qara polkovnik" vəfat etdi

Rusiya Dövlət Dumasının keçmiş deputatı Viktor Alksnis vəfat edib.
Keçmiş Sovet Ordusunun polkovniki 74 yaşında dünyasını dəyişib.
2019-cu ilin oktyabrında ona xərçəng diaqnozu qoyulub və bir neçə əməliyyat keçirib.
Viktor Alksnis tanınmış sovet və rus siyasi xadimidir, 1989-1991-ci illərdə SSRİ xalq deputatı, 1990-1991-ci illərdə Latviya SSR Ali Sovetinin deputatı olub. O, həmçinin 1999-2007-ci illərdə üçüncü və dördüncü çağırış Dövlət Dumasının deputatı olub və 2013-2015-ci illərdə Moskva vilayətinin Ruza rayonunun Tuçkovo şəhər qəsəbəsinə rəhbərlik edib.
SSRİ dövründə Alksnis jurnalistlər arasında “qara polkovnik” kimi tanınıb. Bu, onun 1991-ci ildə Sovet İttifaqında Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP) tərəfdarlarını dəstəkləməsi ilə bağlıdır.
O, həmçinin, 1993-cü il oktyabrın 4-də Moskvada hökumət binalarının tanklardan atəşə tutulması zamanı baş vermiş faciəli hadisələrin şahidi olub.
2-01-2025, 17:47
İlham Əliyev Monteneqronun Prezidentinə başsağlığı verdi


İlham Əliyev Monteneqronun Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,
Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
2-01-2025, 17:40
"Real" "Arsenal"ın müdafiəçisi üçün 100 milyon avro təklif etdi


"Real" "Arsenal"ın müdafiəçisi üçün 100 milyon avro təklif etdi

"Real Madrid" "Arsenal"ın müdafiəçisi Vilyam Saliba üçün 100 milyon avro ödəməyə hazırdır.
Keçid baş tutsa, Saliba ən bahalı müdafiəçi olacaq.
Futbolçu keçidə razılıq verib və artıq klublar arasında danışıqlar aparılır.
Qeyd edək ki, Salibanın müqaviləsi 2027-ci ilin yayında bitəcək.
2-01-2025, 17:22
Çox yatmaq təhlükəlidir


Çox yatmaq təhlükəlidir

İslandiya alimləri müəyyən ediblər ki, gecə doqquz saatdan çox yatan insanların insult riski 85% arta bilər.
Tədqiqatın nəticələri "Neurology" jurnalında dərc olunub.
Tədqiqat orta yaş həddi 62 olan 32 minə yaxın ciddi xəstəliyi olmayan insanı əhatə edib.
İştirakçılar altı il ərzində izlənilib, onların yuxu rejimi və xəstəlik tarixçələri haqqında məlumat toplanıb. Məlum olub ki, gündə doqquz saatdan çox yatanların (iştirakçıların 24%-i) və ya gün ərzində 90 dəqiqədən çox istirahət edənlərin (iştirakçıların 8%-i) insult riski 7-8 saat arasında yatanlarla müqayisədə 85% daha yüksəkdir.
Tədqiqatçılar qeyd ediblər ki, ümumiyyətlə artıq yuxu damar xəstəliklərinin inkişaf ehtimalının artması ilə əlaqələndirilir. Gecə istirahətinin tövsiyə olunan miqdarını aşan iştirakçılarda insult riski 23% artıb. Uzun gündüz yuxusu da təhlükəli hesab edilib. bir saat yarımdan çox istirahət damar pozğunluqları ehtimalını 25% artırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!