Niyazi Mehdinin vəziyyəti ağırdır .....                        Silahlılar avtomobil karvanına hücum etdi - Onlarla mülki şəxs öldü .....                        Qəzzada ölənlərin sayı 48 189 nəfərə çatdı .....                        Samuxda batan şəxsin meyiti tapıldı .....                        Samuxda 1 nəfər batdı, əraziyə FHN cəlb olundu .....                        Bir ailənin üç üzvü yanaraq öldü .....                        Türkiyə Ordusu Suriyada - 4 terrorçu öldürüldü .....                        “Azərbaycan Atabəyləri” filmi Laçında .....                        Gürcüstan elektrik enerjisinin 47 faizini Azərbaycandan alıb .....                       
Tarix : 25-01-2025, 17:05
"TikTok" fəaliyyətini tamamilə dayandıra bilər


"TikTok" fəaliyyətini tamamilə dayandıra bilər

2024-cü ilin aprelində sabiq ABŞ prezidenti Co Bayden "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan edilməsini məcbur edən qanun imzalayıb. Sənəd yanvarın 19-dan qüvvəyə minib. Yanvarın 22-də vəzifəyə gəldikdən sonra Donald Tramp fərmanı ilə Baydenin imzaladığı qanunun qüvvəyə minmə müddəti 75 gün gecikdirilib.
Müddətin bitməsindən sonra Çinə məxsus sosial şəbəkəsinin taleyi qeyri-müəyyəndir. ABŞ-da 170 milyondan çox istifadəçisi olan tətbiqin perspektivləri ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəziləri onun amerikalı milyarder İlon Mask tərəfindən satın alına biləcəyini, digərləri onun fəaliyyətini tamamilə dayandıra biləcəyini qeyd edir.
İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli bildirib ki, "TikTok"un bağlanma səbəbi məxfiliyi pozması, ölkə üçün təhlükəli olması və ən əsası da platformanın Çin hakimiyyəti ilə əlaqələridir: "Platforma "ByteDance" şirkətinə məxsusdur. Hökumət şirkətə təklif etdi ki, yanvarın 19-a qədər şirkəti satışa çıxarın. Əsasən şirkətin Çinli iş adamlarına satılması təklif olundu. Amma "ByteDance" bundan imtina etdi, çünki həm platforma həm də şirkət olaraq büdcəsi çox yüksəkdir. Dünyada bir çox ölkədə insanların ən çox istifadə etdiyi platformalardan biridir. Normalda ayın 19-a qədər satılması üçün vaxt qoyulmuşdu".
Ekspertin sözlərinə görə, Tramp bu hadisədən sonra bir “jest” edərək satış üçün qoyulan deadline müddətini 75 günlüyünə uzatdı:
“Bu şirkət üçün nəticəni dəyişmir, hər halda bu büdcəyə sahib şirkətin və platformanın satılması heç kim üçün xoşagələn deyil. Bu qərardan sonra artıq "AppStore" və "PlayStore"dan "TikTok"un yenilənməsi və yüklənməsi dayandırılacaq. Ehtimal var ki, platforma tamamilə ləğv olunmasın. Belə ki, platformanın adı dəyişdirilə, yaxud başqaları tərəfindən alına bilər. Ümumiyyətlə ABŞ-dəki istifadəçilərin təklifi budur ki, platforma İlon Maska satılsın və başqa bir ad altında "X" platforması ilə birləşdirilsin. Hazırda "TikTok" platformasının alışı üçün yatırım etməyə hazır olan bir çox adamlar var, onlardan biri də İlon Maskdır. Platformanın bugünkü satış qiyməti haradasa 20 milyard dollar məbləğində dəyərləndirilir. Təkliflərə əsasən kimin satın alacağı, hansı dəyişikliklər olacağı hələki müəmmadır”.
F.Rəcəbli qeyd edib ki, "TikTok"un fəaliyyətinin dayandırılması heç kimə xoş olmayacaq:
“Dünya üzərində nə qədər insanın bu platformadan istifadə etdiyini düşünün. İllərdir bu platformaya enerjisini, zamanını ayıran, burada biznesini quran insanlar var. Bunların hamısının ləğv olunması xaosa da səbəb ola bilər. Amma mən düşünmürəm ki, bu platforma bağlanacaq, bu qədər insanların əməkləri qırağa atılacaq. Böyük ehtimal ki, başqa bir şirkət yaxud hansısa iş adamı tərəfindən satın alınacaq və dəyişikliklər olunacaq. Azərbaycanda da bu öz təsirini göstərəcək. Bugün "TikTok" platforması ölkəmizdə də şəxsi platformadan biznes platformasına çevrilib. Çünki bu gün biznesini quran hər kəs "TikTok" üzərindən satışını edir, müştəri qazanır, hansısa məlumat yaxud maarifləndirmə xarakterli faəliyyət göstərir. Bunların hamısının birdən-birə dayanması bütün dünya ölkələrinə öz təsirini göstərəcək, bizim ölkəmizə də həmçinin. Bu gün "TikTok" daha çox biznes üzərində qurulub. Burada elə bizneslər var ki, ayda minlərlə qazanc əldə edir. O insanların qazanclarının hansı səviyyəyə düşəcəyini düşünün. Yenə də ümid edirik ki, platforma tam olaraq bağlanmayacaq. Gözlənilən ən pis ehtimal budur ki, başqası tərəfindən alınacaq və maksimum dəyişiklik ediləcək. Yəqin ki, heç kimin vaxtı, əziyyəti hədər getməyəcək. Hələ ki, bu günə olan gözləntilər bunlardır”.


Paylaş



Bölmə: Sosial şəbəkələr / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!