İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
25-02-2025, 18:33
Azərbaycanda bu universitetin ləğvi elan edildi

Azərbaycanda bu universitetin ləğvi elan edildi

Bakı Asiya Universitetinin hüquqi şəxs kimi ləğv olunduğunu elan edilib.
Bu barədə "Vergilər" qəzetində elan dərc edilib.
Kreditorlardan iki ay ərzində tələblərini bildirmələri istənilib.
Qeyd edək ki, Bakı Asiya Universiteti 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və burada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.
Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
25-02-2025, 18:30
26 yaşlı qadın dəm qazından öldü

26 yaşlı qadın dəm qazından öldü

Gəncədə gənc qadın dəm qazından boğularaq ölüb.
1999-cu il təvəllüdlü Məmmədova Zərəngiz dəm qazından zəhərlənib.
O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
25-02-2025, 18:18
Jurnalistlər Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində - FOTO

Jurnalistlər Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Novruz Bayramı ərəfəsində Su çərşənbəsi, Beynəlxalq Poeziya və Ümumdünya Su Resursları Gününə həsr olunmuş “Su Aydınlıqdır” mövzusunda Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində tədbir keçirib.
Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev, yazıçı İlqar Fəhmi, xalq şairi Vahid Əziz, Mətbuat Şurasının idarə heyətinin üzvü, professor Qulu Məhərrəmli, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova və media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışı nitqini İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev söyləyərək, qonaqları salamlayıb. Daha sonra sədr müavini Cabbar Cabbarlı su təsərrüfatı haqqında və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə bağlı məlumat verib.
Tarixən suyun əhəmiyyətindən və insan həyatındakı rolundan söz açan şair, yazıçı İlqar Fəhmi və Vahid Əziz isə öz nitqlərini şeirlə tamamlayıblar. Növbəti çıxışda professor Qulu Məhərrəmli su təsərrüfatında media nümayənədələrinin rolunu və su təchizatı sahəsində Xidmətlə daim əməkdaşlığın, sıx kommunikativ əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb. AMEA-nın elmi işçisi İlhamə Qəsəbova isə su anlayışının folklorda təsvirindən və ümumilikdə hər sahədə olduğu kimi ədəbiyyatda da məhz suya ayrılan dəyərdən söz açıb.
Tədbirin rəsmi çıxış hissəsi yekunlaşdıqdan sonra qonaqlar və media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Su Təmizləyici Qurğular Kompleksinin SCADA otağında Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini Oruc Bayramovun müşayiəti ilə kompleksdə suyun ümumi idarəedilmə mexanizmi ilə tanış olublar. Daha sonra idarəetmə sistemi ilə bağlı media qurumlarının suallarını Suyun təhlükəsizliyi və ekologiya şöbəsinin müdiri Cəmil Babayev və İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov cavablandırıb.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə daha yaxından və əyani şəkildə tanış olmaq üçün qonaqlar və media nüməyəndələri Kompleksin ərazisində gəzintiyə çıxıblar. Burada mövcud olan su təmziləyici qurğular nümayiş etdirilərək hər biri haqqında ayrılıqda məlumat verilib. Ceyranbatan Su Təchizatı İdarəsinin aparıcı mühəndisləri ilə media təmsilçilərinin fikir mübadiləsi aparılıb.

25-02-2025, 18:10
Ermənistan ordusunda 40 ölüm qeydə alınıb

Ermənistan ordusunda 40 ölüm qeydə alınıb

Ermənistan ordusunda qeyri-müəyyən şəraitdə baş verən ölüm halları hazırda ən ciddi problemlərdən biri olaraq qalır.
Bu barədə “Hraparak” qəzetinin məqaləsində bildirilib.
Statistik məlumatlara görə, son illər orduda dinc dövrün ölüm halları nəinki azalmayıb, hətta artıb. Bu günlərdə məlum olub ki, İcevan hərbi hissəsində bir gündə iki əsgər qeyri-döyüş şəraitində dünyasını dəyişib.
Ötən il Ermənistan ordusunda 40 ölüm qeydə alınıb, onlardan 36-sı qeyri-döyüş şəraitində baş verib.
“Hraparak”ın məlumatına görə, xəstə çağırışçılar əsgər aparılır, döyüş postlarına göndərilirlər.
Belə hallara görə məsuliyyət daşıyanlar isə cəzasız qalırlar.
Hüquq müdafiəçisi Nina Karapetyants “Hraparak”a müsahibəsində orduda baş verənlərdən çaşqın olduğunu bildirib. Onun sözlərinə görə, dinc dövrdə ölüm hallarının mütəmadi baş verdiyi hərbi hissələr də var ki, belə hallar ümumiyyətlə qeydə alınmır. Bu, müəyyən hissələrdə nizam-intizamın olmamasından xəbər verir.
"Bu problem həmişə olub, amma təəssüf ki, indi daha da kəskinləşib. Sülh dövründə ölüm halları aktuallaşıb. Bu o demək deyil ki, bəzi hissələrdə şərait əlverişlidir, bəzilərində isə yox. Problem nizam-intizamda, məsuliyyət hissi və ardıcıllıqdadır”.
Cinayət işlərinə gəlincə, Karapetyants qeyd edir ki, bir qayda olaraq, onlar heç vaxt açılmır. Ölümün səbəbləri qəsdən adam öldürmədən tutmuş, ehtiyatsızlıq və hərəkətsizliyə qədər müxtəlifdir.
"30 ilə yaxındır ki, dinc dövrdə həlak olan hərbçilərin işi ilə məşğulam və deyə bilərəm ki, bu işlərə göz yumulur. Əsl günahkarlar müəyyən xidmətlərə görə məsuliyyətdən azad edilir, işlər sövdələşmə predmetinə çevrilir. Heç kim başa düşmür ki, dövlətin təhlükəsizliyi təhlükə altındadır. Müstəntiqlər, hərbi polislər, prokurorlar hardadır? Heç nə dəyişməsə, siz kimə lazımdır?” - deyə Karapetyans bildirib.
25-02-2025, 17:57
“Böyüməyən uşaqlar” Xocalıya qayıtdılar

“Böyüməyən uşaqlar” Xocalıya qayıtdılar

Fevralın 26-da XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının 33 ili tamam olur.
1992-ci ilin həmin günündə Xocalıda yaşayan 2500 sakin ata-baba yurdundan didərgin düşüb. 613 nəfərin öldürüldüyü, 1275 nəfərin girov götürüldüyü faciə Azərbaycanın yaxın tarixinə qara səhifə kimi düşüb. Həmin gün 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
26 fevral tarixi həm də 25 uşağın yarmçıq xatirələri, arzuları ilə yadda qaldı.
Azərbaycan tarixində digər yaddaqalan təqvim 2023-cü ilin sentyabr ayıdır. 19-20 sentyabr 2023-cü ildə Şanlı Ordumuzun həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad edildi. Cəmi 1 il sonra şahidi olduğu faciə ilə xatırladığımız Xocalıya ilk köç baş tutdu. Bu qayıdış 30 il əvvəl eşitdiyimiz fəryadlara cavab idi, bu qayıdış işgəncələrlə öldürülən xocalıların qisasının alındığının xəbərçisi idi. Xocalı 30 ildən sonra körpə yaşında doğma obasından köçkün düşən uşaqları ata-ana, nənə-baba kimi öz qoynuna aldı.
Xocalıya qayıdan ilk sakinlər sırasında hər iki valideynini itirən Şahin və Tofiq Hüseynov qardaşları da var. Onlar 30 ildir “hər iki valideynini itirən uşaqlar” kimi yadda qalıblar. Əməkdar jurnalist Elşad Eyvazlının Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” kitabında Şahin və Tofiq Hüseynovun da həyat hekayələri yer alıb. Şahin Hüseynov Xocalıya qayıdışının təəssüratlarını bölüşüb:
“Xocalıya may ayında köçdük, Prezidentimiz özü evimizin açarlarını mənə təqdim etdi. Bura qayıtmaq həm sevincli, həm də kədərlidir. Sevinirik, çünki 33 il bundan əvvəl didərgin düşdüyümüz Xocalıya qayıtmışıq, mən bura 3 övladım və 3 nəvəmlə birlikdə qayıtdım. 1992-ci ildə ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinə-sevinə qayıtdıq. Düzdür, o faciə heç vaxt yaddan çıxmayacaq, amma bu gün Xocalıda olmaq, burada yaşamaq da əvəzsiz hissdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Prezidentimizi qorusun! Xalqımız bir də müharibə görməsin, firəvan yaşasın”.
Digər qardaşın - Tofiq Hüseynovun da deməyə sözü çoxdur:
"Xocalıdan köçkün düşəndə necə əzab-əziyyət yaşadıq. Bura qayıtmaq çətin idi. Ona görə ki, ana, ata, qohumlar yoxdur, səni heç kim qarşılamır. Amma vətənə qayıtmaq, illərdir həsrətində olduğun yurda dönmək qədər gözəl hiss yoxdur. Mən 26 il Bakıda yaşadım, hər gün Xocalını arzuladım... Nəhayət arzularım gerçəkləşdi, bura gələndən bir dəfə də başqa yer yadıma düşmür. 33 il əvvəl burada ana-atamızı, bütün qohumlarımızı itirdik, amma Xocalıya qayıtmaq bizim üçün elə onlara qayıtmaq deməkdir. Xocalı bizə qucaq açdı, bizi yenidən qarşıladı. Bura gələndə heç kimi tapmasaq da, bundan sonra gələnlər bizi görəcək. Xocalı yenidən dirçələcək, qurulacaq. Allaha şükür edirik ki, biz bu günləri gördük. Adama qəribə gəlir fevral ayıdı, amma sən Xocalıdasan. Allah bizə, xalqımıza heç vaxt pis gün yaşatmasın. Həmişə bugünkü kimi firəvan, xoşbəxt olaq. Bu günü bizə yaşadan şəhidlərimizin ruhu şad olsun, Allah ordumuzu, Prezidentimizi qorusun!"

25-02-2025, 17:38
Müəllimlərin attestasiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Müəllimlərin attestasiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda ölkəmizdə 237 musiqi və incəsənət məktəbində 60 minə yaxın şagird təhsil alır, bu məktəblərdə 13 mindən çox müəllim fəaliyyət göstərir.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, son iki il ərzində Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsilin həm forması, həm də məzmunu üzrə geniş islahatlar həyata keçirilməyə başlanılıb. İlk dəfə olaraq ötən il şagirdlərin musiqi məktəblərinə qəbulu elektronlaşdırılıb. Müəllimlərin işə qəbulu isə iki mərhələli və tam şəffaf şəkildə təşkil edilib. 2023-cü ildə 253, 2024-cü ildə isə 237 müəllim uğur qazanıb. Yeni müəllimlərin 63 faizi ali təhsillidir.

Qeyd olunub ki, bu il ilk dəfə incəsənət məktəblərinin idarəedilməsi üçün İMES rəqəmsal platforması yaradılıb. Bu sistem tədris prosesinin izlənilməsi, müəllim-şagird məlumat bazasının formalaşdırılması, elektron cədvəllərin yaradılması və analitik təhlillərin aparılmasına xidmət edəcək. Hazırda bu sistemdə çalışan müəllim heyətinin 80 faizə yaxını orta ixtisas təhsillidir. Ali təhsilli müəllimlərin sayı cəmi 17 faizi təşkil edir ki, onların da yalnız yarısı profil üzrə ixtisaslaşıb.

Mədəniyyət Nazirliyi müəllimlərin peşəkar bacarıqlarının qiymətləndirilməsi və inkişafı istiqamətində sistemli fəaliyyət həyata keçirir. İlk dəfə olaraq nazirlik tabeliyində fəaliyyət göstərən müəllimlərin peşəkar bacarıqlarının və səriştələrinin ölçülməsi məqsədilə qiymətləndirmə-attestasiya prosesi təşkil ediləcək. Bu prosesin iki il ərzində başa çatdırılması nəzərdə tutulur. Bundan sonra isə musiqi və incəsənət müəllimlərinin ehtiyaclarına uyğun təlimlərin keçirilməsi, açıq dərslərin təşkili və müəllim hazırlığı ilə bağlı ali və orta ixtisas təhsil müəssisələri ilə əməkdaşlıq planlaşdırılır.

Attestasiya prosesi ilk olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində başlayacaq və daha sonra digər bölgələri əhatə edəcək. Sosial mediada bəzən musiqi və incəsənət məktəblərində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə ehtiyac olub-olmaması müzakirə edilir. Bəziləri bu addımı işdən azad etmə vasitəsi kimi dəyərləndirir. Lakin nəzərə almaq lazımdır ki, müəllimlər gələcəyimizin təminatçısı olan şagirdlərin təhsilinə birbaşa təsir göstərir və öz üzərində daim işləməlidir.
25-02-2025, 17:23
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər

İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər

Azərbaycan müstəqil dövlət kimi istədiyi ölkəylə tərəfdaşlıq, strateji müttəfiqlik əlaqləri qura bilər.
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Azərbaycan hansısa başqa ölkəyə hesabat verəsi deyil.
"Eyni zamanda İrana dəfələrlə deyilib ki, Azərbaycanın üçüncü ölkələrlə əlaqəsi İrana qarşı yönəlməyib. Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacaq. Bu heç bizim milli və təhlükəsizlik maraqlarımıza uyğun deyil. Azərbaycanın İsrail ilə sıx tərəfdaşlıq münasibətləri var. Ticarət dövriyyəsi artır. Biz onlara Ceyhan kəməri ilə neft satırıq. İsrailin müasir hərbi texnikası Azərbaycan Ordusu üçün vacibdir. Kənd təsərrüfatı sahəsində İsrail modern texnika tətbiq edib. Buna da bizim ehtiyacımız var".
Politoloq vurğulayıb ki, bir sıra aparıcı xəbər saytlarının, media qurumlarının kiber hücumla üzləşməsi maraq doğurur:
"Şübhələr İran üzərində cəmləşib. İran hadisənin arxasında dayanmırsa, bununla bağlı açıqlama verməlidir. İranın mühafizəkar dairələri yenə də Azərbaycanı hədəf seçiblər. Halbuki rəsmi səviyyədə qarşılıqlı səfərlərin sayı artıb. İstənilən dövlətlərlə, o cümlədən qonşu ölkələrlə normal münasibətlərin olmasında maraqlıyıq. Bizim ABŞ-la da, İsraillə də sıx tərəfdaşlığımız var. Buna görə də, heç kəsə hesabat verəsi deyilik. Müstəqil dövlətik. Xarici siyasətimizi də müstəqil müəyyənləşdiririk".
25-02-2025, 17:07
Pensiyalar artımla ödənildi

Pensiyalar artımla ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
25-02-2025, 16:52
Əlindəki şişləri götüzdürmək istədi, şoka düşərək öldü

Əlindəki şişləri götüzdürmək istədi, şoka düşərək öldü

Əlində olan ziyilə bənzər şişləri götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə vəfat edib.
Türkan Balakişizadə narkozun təsirindən anafilaktik şok keçirib.
Qeyd edək ki, o, fevralın 10-da əlində yaranmış şişləri götürmək üçün xəstəxanaya müraciət edib, müayinələrdən keçdikdən sonra əməliyyat edilmək üçün narkoz verilib. Nəticədə anafilaktik şok keçirib və koma vəziyyətinə düşüb.
Koma vəziyyətinə düşən Türkan Balakişizadə fevralın 23-də vəfat edib.
Onun dəqiq ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.
Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayıb. Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!